Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9790/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki ünvan 1 ünvanında yaşayır. İddiaçı mənzilə dair daimi kirayə müqaviləsinin bağlanılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə təqdim olunmuş etiraza əsasən İddiaçı yuxarıda qeyd edilən mənzilin ona verilməsini təsdiq edən hüquqmüyyənedici sənədləri (qərar, sərəncam, order, protokol və s.) Rayon İcra Hakimiyyətinə təqdim etmədiyindən məsələnin öz müsbət həlli tapmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Azərneftyağ” X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MİK-23/1288 nömrəli məktubuna əsasən “Azəmeftyağ” NEZ-in müdiriyyəti G. S. Həsənovanın mənzil şəraitini nəzərə alaraq ona, tək özünə )Y. Səfərov küçəsi 24 saylı ünvanda, yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı, 21 saylı mənzili müvəqqəti yaşayış sahəsi kimi ayırır. Həmin mənzildə məktubda göstərilən şəxslərdən başqa heç kim yaşamamalıdır və zavodla onun əmək münasibəti kəsilərsə (qanunvericilikdə nəzərdə tutulan nallar istisna olmaqla) mənzili zavoda təhvil verilməlidir Heydər Əliyev adına Bakı X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Y.Səfərov küçəsi ev24, mənzil 21-in müvəqqəti yaşayış sahəsi kimi sizə verilməsi haqqında zavod Həmkarlar İttifaqı Komitəsində protokol mövcud deyildir. Müvəqqəti yaşayış sahələri işçilərə məktub əsasinda verilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, mənzilin iddiaçıya verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədləri (qərar, sərəncam, order və s.) Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra məsələyə müvafiq qaydada baxılacaqdır. Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərneftyağ” X3 arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. SOCAR tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, keçmiş “Azərneftyağ” X5 tərəfindən İddiaçı verilmiş Y.Səfərov küç, ev 24, mən 21 ünvanı ilə bağlı sənədlər xx.xx.2002-ci il tarixli Aktla Xətai rayonu MKTB-nə təhvil verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, sözügedən mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sözügedən binada qeydiyyatdan keçmiş mənzillər ilkin olaraq İcra Hakimiyyəti tərəfindən verilmiş orderlər və sərəncamlar əsasında özəlləşmişdirlər. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yavər Səfərov küçəsində yerləşən 24 saylı evin, 21 saylı mənzili əvvəllər Dövlət Neft Şirkətinin balansında olmaqla, həmin mənzilin vətəndaş İddiaçı qızma verilməsi, həmçinin, hal-hazırda vətəndaş İddiaçı həmin mənzildə yaşaması barədə Bakı şəhəri Nizami Rayon Mənzil-Kommunal Təsərrüfati Birliyində heç bir məlumat yoxdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, İddiaçı hazırki iddia tələbi ilə cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət edərək mənzilə dair kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmiş, mənzilə dair sənədlər təqdim olunduqdan sonra onun müraciətinə yenidən baxılacağını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə 01 oktyabr 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi) tənzimlənməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 66.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.1. yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 63.2. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq; 66.3.4. yaşayış sahəsinin cari təmirini aparmaq; 66.3.5. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək; 66.3.6. sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq. Məhkəmə, işin mahiyyətini nəzərdən keçirərək bildirir ki, mübahisə predmeti olan mənzilin "Azərneftyağ" X3 təqdim etdiyi məktuba əsasən iddiaçının istifadəsinə verilməsi, vətəndaşın şəxsi iradəsinə və seçiminə əsaslanmamışdır. Təqdim olunmuş sənədlərdən də göründüyü kimi, müəssisə mənzillərin əməkdaşlarına təqdim edilməsini rəsmi məktub vasitəsilə həyata keçirmiş və bununla da, zavod mənzilin istifadəyə verilməsi məsələsində öz razılığını ifadə etmişdir. Bu kontekstdə, mənzilin istifadəyə verilməsi ilə bağlı ayrıca protokolun mövcud olmaması əsası ilə tələbin rədd edilməsi formal və hüquqi əsası olmayan bir yanaşma təşkil edir. Məhkəmə, əlavə olaraq, qeyd edir ki, baxmayaraq ki, mənzil əvvəlcə müvəqqəti istifadə üçün təqdim edilmişdir, iddiaçı hazırda Heydər Əliyev adına X4 (Elektron məhkəmə informasiya sisteminə inteqrasiya olunmuş məlumata əsasən) əmək fəaliyyətini davam etdirir. Bu fakt, müvəqqəti olaraq təqdim edilmiş mənzilin uzunmüddətli istifadəsi ilə bağlı hüquqi münasibətlərin yaranmasını ehtimal edir. Eyni zamanda, zavod tərəfindən mənzil iddiaçıya təqdim edilərkən, onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi dəyərləndirildiyi də nəzərə alınmalıdır. Bu hal, müəssisənin mənzili təqdim edərkən iddiaçının sosial vəziyyətini və mənzilə ehtiyacını əsas götürdüyünü göstərir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan mənzildə uzun illərdir ki, faktiki yaşadığından, həmçinin həmin mənzildə ondan başqa hər hansı şəxs olmadığından, mənzilin balans saxlayıcısı olan orqandan onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamasa da, yaşayış sahəsi kirayəçisinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 66.3-cü maddəsində göstərilən bütün vəzifələri yerinə yetirmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9790/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9790/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver