Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9792/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər tərəfindən dəymiş zərərin yeni qiymətlə, bir səhmə görə 5 (beş) manat qiymətləndirilərək, mənə 17500 (on yeddi min beş yüz) manat (3500 səhm x 5 manat) məbləğində kompensasiyanın 25%-ni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, yəni indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hesabma, 75%-ni Azərbaycan Respublikası Dövlət büdcəsindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi hesabma ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Respublika X10 əmlakının özəlləşdirilməsinin Dövlət Proqramına uyğun 07 fevral 2006-cı ildə keçirilmiş ixtisaslaşdırılmış çek hərracında iştirak etməklə və Birjada Qiymətli kağızlarla alqı- satqı haqqında müqavilə əsasında səhmləri almaq hüququmdan istifadə edərək, Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi-11 ünvanında yerləşən "xxxx" ASC-nin səhmdarı olmuşdur. Lakin xəbəri olmadan 2007-ci ildə "xxxx" ASC ləğv edilmişdir. Qanunvericiliyin tələbinə zidd olaraq bununla bağlı səhmdarlara heç bir məlumat verilməmişdir. "xxxx" ASC qanunvericilikdə nəzərdə tutulan qaydada ləğv olunmalıdır. Bu halda, yaradılan ləğvetmə komissiyası səhm sahibi olan vicdanlı sahiblərin hüquqlarını nəzərə almalı olduğu halda, bu nəzərə alınmamış və iddiaçı ilə hər hansı haqq hesab aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 21 iyun 2023cü il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaya yazılı etirazı elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddia ərizəsində iddiaçı ona məxsus olan 3.500 (üç min beş yüz) ədəd səhmin hər birinin nominal dəyərini 5 (beş) manat qiymətləndirməklə - 17 500 (on yeddi min beş yüz) manat məbləğin 75%-nin yəni 13 125 (on üç min yüz iyirmi beş) manat məbləğin dövlət büdcəsi hesabına, 25%-nin yəni 4 375 (dörd min üç yüz yetmiş beş) manat məbləğin Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməsini xahiş etmişdir. Bununla bağlı bildiririk ki, həmin iddia tələbində sözügedən məsələlərlə əlaqədar Maliyyə Nazirliyi əvvəllər heç bir öhdəlik götürmədiyindən, habelə ərizədə qeyd olunan hərracda Maliyyə Nazirliyi heç bir tərəf olmadığından, həmçinin iddia müddəti buraxıldığından həmin iddia tələbi təmin edilmədən rədd edilməlidir. İddia ərizəsindən də göründüyü kimi iddiaçı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Respublika Auksion Mərkəzində keçirilmiş çek hərraclarında işirak edərək iradə sərbəstliyini ifadə edərək birjada qiymətli kağızlarla alqısatqı müqaviləsi bağlayaraq "Xətai Tikinti Sənaye” ASC-nin səhmlərini əldə etmişdir. Qeyd edilən hüquq münasibətində İddiaçı alıcı, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi isə satıcı qismində çıxış etmişdir. Sözügedən münasibətdə Maliyyə Nazirliyi heç bir tərəf qismində çıxış etməmişdir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il, 373.2-ci maddəsinə görə isə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İş materiallarından göründüyü kimi "Xətai Tikinti Sənaye” ASC 2007-ci ildə ləğv edilmiş və qanunvericiliklə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürüldüyü üçün hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. İddia tələbinin dövlət büdcəsinə yönəldiyini və "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin hər il üzrə təsdiq edildiyi və dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunma zəruriliyi nəzərə alındıqda, hazırkı iş üzrə iddia müddətinin tətbiqi xüsusi önəm daşıyır. Təsadüfi deyildir ki, AR Maliyyə Nazirliyinin İ-193 syalı Əmri ilə təsdiq edilmiş "Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında Təlimat”ın 4-cü hissəsinə əsasən köhnə borclar üzrə yeni öhdəliklər qəbul edilə bilməz. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının Dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları”nın 2-ci hissəsinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Göründüyü kimi özəlləşdirmədən əldə olunan vəsait dedikdə bu halda konkret olaraq fiziki və ya hüquqi şəxslərin satın aldığı dövlət əmlakının müqabilində ödədiyi pul vəsaiti başa düşülür ki, ixtisaslaşdırılmış çek hərraclarının iştirakçıları tərəfindən (konkret olaraq hazırkı iddiaçı tərəfindən) dövlət büdcəsinə bu cür pul vəsaitləri köçürülmür. Belə ki, ixtisaslaşdırılmış çek hərraclarının keçirilməsi qaydası "Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı Qaydaları ilə tənzimlənir ki, bu Qaydalarda da çek hərraclarının keçirilməsi zamanı hərracın iştirakçısı tərəfindən dövlət büdcəsinə hər hansı pul məbləğinin köçürülməsi nəzərdə tutulmamışdır. Bununla yanaşı mövcud qanunvericilikdə hər hansı səhmdar cəmiyyətinin səhmlərinin satışına dair keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsi nəticəsində səhmdarlara dəymiş zərərə görə dövlət büdcəsinin öhdəlik daşıması barədə müddəa müəyyən edilməmişdir. Eyni zamanda iş materiallarından aydın olur ki, işin mahiyyəti Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilmiş ixtisaslaşdırılmış çek hərraclarının nəticələrinin ləğvi ilə bağlı olmuş və iddiaçının tələbi onların çeklərinin dəyəri ilə əlaqədardır. Hesab edirik ki, əqdin etibarsızlığı nəticəsində iddiaçıya səhmlərin nominal dəyəri deyil, özəlləşmə zamanı qoyduğu çek Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən geri qaytarılmalı, bu mümkün olmadıqda isə iddia tələbi Mülki Məcəllənin tələblərinə uyğun olaraq həmin əqd üzrə cavadeh olan qarşı tərəfə (Əmlak Məsələləri Dövlət Komitəsinə) yönəldilməlidir. Göstərilənlərə əsasən, inzibati və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq X4 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. 1 saylı Yerli İqtisad Məhkəməsinin icraatında olmuş 474/1-177 saylı işdən götürülmüş və hazırki işin materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2005-ci il tarixli, 140 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində olan "Azərneftyağ" Neft Emalı zavodunun ünvan 3 ünvanında yerləşən İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, "xxxx" ASC-nin nizamnamə kapitalı ********** (bir milyard əlli səkkiz milyon bir yüz min) manat həcmində müəyyən edilmiş, ASC-nin nizamnamə kapitalının müqabilində hər birinin nominal dəyəri 10000(on min) manat olmaqla 105810(bir yüz beş min səkkiz yüz on) ədəd sənədsiz adlı səhm buraxılmışdır. Eyni zamanda ASC-nin səhmləri özəlləşdirmə üsullarına görə aşağıdakı nisbətdə bölüşdürülməsi qərara alınmışdır: -əmək kollektivinə güzəştli satışa yönəldilən səhmlər-15%; -pul hərracına yönəldilən səhmlər-30%; - ixtisaslaşdırılmış çek hərracına yönəldilən səhmlər -55%. Həmçinin, sərəncama əsasən Respublika Auksion Mərkəzinə tapşırılmışdır ki, bu sərəncama uyğun olaraq cəmiyyətin səhmlərinin satışının təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirsin. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli 10- 2/12794 saylı məktubundan görünür ki, dövlət proqramına uyğun olaraq "xxxx" ASC-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı 01-25 fevral 2005-ci il tarixlərində keçirilərək, səhmlərin 14,61 %-i özəlləşdirilmiş, 55,08 %-i 07-11 fevral 2006-cı il tarixlərində ixtisaslaşdırılmış çek hərracına çıxarılmış, qalan 30,31 %-i isə xx.xx.2006-cı il tarixində pul hərracında özəlləşdirilmişdir. İş materiallarında olan satıcı adlandırılacaq X2 və alıcı adlandırılacaq İddiaçı Behmud qızı (adından çıxış edən şəxs "xxxx" MMC) arasında bağlanmış qiymətli kağızlarla alqı-satqı haqqında 2853 nömrəli, xx.xx.2007-ci il tarixli və 2875 nömrəli, xx.xx.2007-ci il tarixli müqavilələrin 1-ci maddələrinə əsasən satıcı qeyd edilən qiymətli kağızları (və onlar üzrə dividendlərin alınmasını, səhmdarların ümumi yığıncaqlarında iştirak etməsini və s. hüquqları) alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin qiymətli kağılzarı qəbul edərək onların dəyərini satıcıya nəğd halda şəxsən ödəmək öhdəliyini öz üzərinə götürür. Qiymətli kağızın adı səhm, qiymətli kağızın növü adi adlı səhm, emitent "xxxx" ASC. Milli Depozit Mərkəzinin verdiyi xx.xx.2008-cı il tarixli ********* saylı depo hesabından çıxarışa əsasən İddiaçı 3500 (üç min beş yüz) ədəd, "xxxx" ASC-nin adlı səhminə sahibdir. Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 474/1-177 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2005-ci il tarixli, 140 nömrəli sərəncamı etibarsız hesab edilmiş, "xxxx" ASC-nin qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv edilməsi, hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarılması, ARDNŞ-nin mülkiyyət hüquqlarını, “Azərneftyağ” Neft Emalı zavodunun isə sahiblik, istifadə və sərəncam hüququnu bərpa edərək "xxxx" ASC-ni xx.xx.2006-cı il tarixli 000123 saylı şəhadətnamədə göstərilən ünvan 5 ünvanında yerləşən qarajın yerləşdiyi 11728,8 kv.m olan torpaq sahəsi və xx.xx.2006-cıl il tarixli ******* saylı çıxarışda göstərilən ünvan 6 ünvanında olan 0.09807 ha torpaq sahəsində yerləşən 818,2 kv.m ümumi, 475,6 kv.m əsas, 342,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi istisna olmaqla əmlakı ilə birgə “Azərneftyağ” X17ytarılması qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2005-ci il tarixli, 140 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Azərneftyağ" Neft Emalı zavodunun İxtisaslaşdırılmış Təmir Tikinti idarəsinin bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007ci il tarixli, 474/1-177 nömrəli qətnaməsinə əsasən, "Xətai Tikinti Sənaye” Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş və cəmiyyətin əmlakı "Azərneftyağ" X20 geri qaytarılmışdır. Lakin cəmiyyətin səhmdarlarına kompensasiyanın ödənilməsi məsələsinə aydınlıq gətirilməmişdir. Ləğv edilmiş "Xətai Tikinti Sənaye” Açıq Səhmdar Cəmiyyətində malik olduğunuz səhmlərə görə kompensasiyanın ödənilməsi ilə ilə bağlı məhkəmənin qüvvəyə minmiş qərarı olduğu təqdirdə qanunvericiliyə uyğun olaraq müraciətə baxıla biləcəyi göstərilmişdir. Beləliklə, hazırki işin sadalanan hallarından müəyyən olunur ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2005-ci il tarixli, 140 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Azərneftyağ" Neft Emalı zavodunun İxtisaslaşdırılmış Təmir Tikinti idarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin nizamnamə kapitalı müqabilində səhmlər buraxılmış, həmin səhmlər özəlləşdirilmiş, sonradan Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 474/1-177 nömrəli qətnaməsinə əsasən "Xətai Tikinti Sənaye” Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş və cəmiyyətin əmlakı "Azərneftyağ" X20 geri qaytarılmışdır. İş üzrə iddiaçı ləğv edilmiş "Xətai Tikinti Sənaye” Açıq Səhmdar Cəmiyyətinin səhmdarıdır və hazırki tələbində özəlləşmə nəticəsində sahib olduğu səhmlərə görə kompensasiyanın cavabdehlər tərəfindən ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının eyni cavabdehlərə qarşı eyni tələblə bağlı iddiası əvvəllər də məhkəmə icraatının predmeti olmuşdur. Belə ki, iddiaçılar İddiaçı, X16, X5, X8, X14, X6 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər tərəfindən dəyən zərərin bir səhmə görə 5 (beş) manat qiymətləndirilərək, X12 2400 manat (480 səhm x 5 manat), X1 6720 manat (1344 səhm x 5 manat), İddiaçı 17500 manat (3500 səhm x 5 manat), X7 720 manat (144 səhm x 5 manat), X9 1920 manat (384 səhm x 5 manat), X3 720 manat (144 səhm x 5 manat) kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5590/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan iddiaçılar apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1976/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5590/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan kassasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5590/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki: “«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır........Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Həmin Qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, inzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. Aşağıda sadalanan işin hallarına və qanunvericiliyin normalarına əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə inzibati mübahisə olmamaqla iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun: -1.0.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. -1.0.3-cü maddəsinə əsasən özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. -1.0.7-ci maddəsinə görə özəlləşdirmə əqdi - bu Qanuna uyğun olaraq dövlət əmlakının satıcısı ilə alıcısı arasında bağlanılan alqı-satqı müqaviləsidir. -8.1-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. -8.2-ci maddəsinə əsasən dövlət əmlakının satıcısı: 8.2.7. özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin təsisçisi və dövlətə məxsus səhmlər zərfinin saxlayıcısı kimi çıxış edir; 8.2.8. dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunu aparır və onun dövlət büdcəsinə köçürülməsini təmin edir, habelə mühasibat uçotunu aparmaqla, maliyyə və statistik hesabatları tərtib edir; 8.2.9. səhmdar cəmiyyətlərində (və ya müştərək müəssisələrdə) dövlət əmlak payının, həmçinin dövlət əmlakının satışı zamanı alıcıların alqı-satqı müqaviləsində müəyyən edilmiş öhdəliklərinin uçotunu aparır və s. -9.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar kimi aşağıdakılar çıxış edir: 9.1.1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 9.1.2. bu Qanunun 9.2.-ci maddəsində göstərilənlərdən başqa Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər; 9.1.3. xarici hüquqi şəxslər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 16.1-ci maddəsinə görə Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: 16.1.1. özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; 16.1.3. dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı; 16.1.5. dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı; 16.1.6. icarəyə verilmiş dövlət əmlakının satışı; 16.1.7. dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı. Eyni Qanunun 19.1-ci maddəsinə əsasən dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərin səhmlərinin və ya səhm zərflərinin sifarişlər əsasında alıcılara satışıdır. Həmin Qanunun 25.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi kütləvi informasiya vasitələrində həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən alıcı özəlləşdirilən dövlət əmlakının haqqını birdəfəyə və ya özəlləşdirmə əqdində (alqı-satqı müqaviləsində) müəyyən edilmiş müddət ərzində ödəməlidir. Həmin Qanunun 29.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-1 Q saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnamənin: -5-ci bəndinə görə dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilən dövlət müəssisələrinin dövlətin adından təsisçisi kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir -7.3-cü bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. -9-cu bəndinə görə səhmlərin satıcısı kimi dövlətin adından mülkiyyətçi səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı çıxış edir. -10-cu bəndinə görə dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin satışı Milli Depozit Mərkəzi tərəfindən aparılan səhmdarların reyestrində müvafiq dəyişikliklər etmək yolu ilə qeydiyyatdan keçirilir. Səhmdarların tələbi ilə onlara mənsub olan səhmlər üzrə depo hesabından çıxarış verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı Qaydaları”nın -1.2-ci bəndinə əsasən dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin sifarişlər əsasında dövlət özəlləşdirmə payları (çekləri) və ya pul müqabilində özgəninkiləşdirilməsidir. -1.4-cü bəndinə görə özəlləşdirilən dövlət əmlakının satıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir. -2.1-ci bəndinə görə Əmlak Məsələləri Dövlət Komitəsi hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunmasını təşkil edir. -3.1-ci bəndinə əsasən hərraclarda iştirak etmək üçün qanunvericiliyə müvafiq olaraq dövlət əmlakının alıcısı kimi tanınan, hərraclarda iştirak etmək üçün vaxtında sifariş vermiş, hərracların keçirilməsinə dair dərc olunan məlumatdakı sənədləri lazımi qaydada tərtib və təqdim etmiş fiziki və hüquqi şəxslər (bundan sonra - sifarişçi) buraxılır. -8.2-ci bəndinə görə səhmdar cəmiyyətinin səhmlərinin satışına dair yekun məlumatlar təsdiq edildikdən sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Depozit Mərkəzinə təqdim edilir. Sadalanan normalardan görünür ki, dövlət əmlakının özəlləşməsi nəticəsində yaradılmış səhmdar cəmiyyətinin səhmlərinin özəlləşdirilmə üsullarından biri də səhmlərin ixtisaslaşdırılmış çek və pul hərracları vasitəsi ilə satışa çıxarılmasıdır. Qeyd edilən üsulla səhmlərin satışı üzrə hərracda bir tərəfdən özəlləşdirilən dövlət əmlakının satıcısı kimi Əmlak Məsələləri Dövlət Xidməti, digər tərəfdən hərraclarda iştirak edən dövlət əmlakının alıcısı kimi tanınan fiziki və ya hüquqi şəxs çıxış edir. Səhmlərin satışı üzrə bağlanmış alqı-satqı müqaviləsi əsasında alıcı tərəf səhmlərin dəyərini ödəyir və səhmlərin mülkiyyətçisinə çevrilir, özəlləşdirilən dövlət əmlakının satıcısı kimi çıxış edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti isə səhmlərin əldə edilməsindən əldə olunan vəsaiti dövlət büdcəsinə köçürür. Hazırki halda iddiaçılar hərracda müvafiq müəssisənin özəlləşdirməsi nəticəsində əldə etdikləri səhmlərə görə kompensasiya ödənilməsini tələb edirlər. Məhkəmə hesab edir ki, mübahisə inzibati orqanlara qarşı əmlak tələbi ilə bağlı olsa da, bu tələb həmin orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti- inzibati aktı və ya inzibati xarakterli hərəkətləri ( və ya hərəkətsizliyi) ilə bağlı deyil. Belə ki, işdən də müəyyən olunur ki, iddiaçılar yuxarıda qeyd edildiyi kimi səhmdar cəmiyyətinin səhmlərinin ixtisaslaşdırılmış çek hərracında satılması ilə bağlı qəzetdə dərc edilmiş elanla tanış olmuşlar, bundan sonra öz sərbəst iradələri əsasında Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Respublika Auksion Mərkəzində keçirilmiş çek hərracında iştirak etmişlər və yenə də iradə sərbəstliyi, müqavilə azadlığı prinsiplərinə uyğun olaraq birjada qiymətli kağızlarla alqı-satqı müqaviləsi bağlayaraq "Xətai Tikinti Sənaye” Açıq Səhmdar Cəmiyyətinin səhmlərini əldə etmişlər. Bu müqavilə münasibətlərində iddiaçılar səhmləri əldə edən alıcı, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi səhmlərin satıcısı qismində çıxış etmişdir. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi səhmlərin alqı-satqısına dair müqavilə üzrə bilavasitə hakimiyyət səlahiyyətini tətbiq edən inzibati orqan statusunda deyil, mülki döviyyənin bərabər hüquqlu subyekti statusunda çıxış etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (bənd 3.1). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (bənd 4). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (bənd 5.1). Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır (bənd 5.2). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 23-cü bəndində göstərilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Həmin Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar səhmlərə mülkiyyət hüququ və hazırki halda onların dəyərini kompensasiya şəklində tələb etmək hüququnu Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin inzibati aktı hesab olunan özəlləşmə barədə sərəncamı ilə deyil, bilavasitə həmin sərəncamdan sonra əmlakın satıcısı ilə alıcısı arasında iradə sərbəstliyi əsasında bağlanmış mülki müqavilə-alqı-satqı müqaviləsi əsasında əldə etmişlər. Eyni zamanda bu hüquq inzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində də pozulmamışdır. İnzibati orqanın inzibati hüquq məsuliyyəti o zaman yarana bilərdi ki, həmin orqan iddiaçıların səhmlərinə münasibətdə hər hansı qanunsuz inzibati akt qəbul etmiş və ya faktiki xarakterli hərəkətə yol vermiş olsun. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçıların səhmdarı olduqları cəmiyyət məhkəmə qətnaməsi ilə ləğv olunmuşdur.” Beləliklə, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5590/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Sözügedən qərardadla məhkəmə iddianın mümkün sayılmaması əsası kimi hesab etmişdir ki, iş üzrə mübahisə publik hüquq sahəsi ilə tənzimlənmir, mübahisə mülki hüquq xarakterli olduğundan iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Bakı Apellyasiya Məhkəməsi 2- 1(103)-1976/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3-cü bənd). Göründüyü kimi iddiaçının eyni tələblə bağlı eyni cavabdehlərə qarşı iddiası inzibati məhkəmə icraatında baxılaraq mümkün sayılmamışdır. İddiaçının eyni əsaslarla qaldırdığı hazırki tələbi yenidən mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi,540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9792/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9792/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver