Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9792/2024 16.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra–İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Cavabdeh) ərizə ilə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə 2024-cü il yanvar ayının 01-dən edilmiş dəyişikliyə uyğun yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən 1 iyun 2020-ci il tarixindən xidmətdən tərxis olunmuşdur. Bununla əlaqədar ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.2-ci maddəsinin əmək pensiyası hüququnun yarandığı 2 iyun 2020-ci il tarixində qüvvədə olmuş redaksiyasına əsasən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 496,49 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Qeyd olunanları nəzərə alaraq, Qanunun 20.14.2-ci maddəsinə dəyişiklik pensiya hüququnun yarandığı tarixdən sonra - 1 yanvar 2024-cü il tarixindən edildiyindən əmək pensiyanın müraciətində göstərilən qaydada yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2ci maddəsinə 2024-cü il yanvar ayının 01-dən edilmiş dəyişikliyə uyğun yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1994-cü ilin fevral ayın 2-dən 2020-ci ilin iyun ayının 1-nə kimi Azərbaycan Respublikasının Hərbi prokurorluğu orqanlarında qulluq etmişdir. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra 2020-ci ilin iyun ayının 02dən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə əsasən təminat xərcliyinin 50% məbləğində hərbi qulluqçu kimi pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2ci maddəsinə 2024-cü il yanvar ayının 01-dən edilmiş dəyişikliyə görə, hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla hesablanır. Həmin qanuna edilmiş dəyişiklikdən sonra 12 mart 2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına rəsmi ərizə ilə müraciət edərək pensiyanın qanunvericiliyin tələblərinə uyğun yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin 09 aprel 2024-cü il tarixli 3-17-1/2-İ-84648/2024 saylı imtina məktubundan görünür ki, qanunun 20.14.2-ci maddəsinə dəyişiklik pensiya hüququnun yarandığı tarixdən sonra - 1 yanvar 2024-cü il tarixindən edildiyi üçün əmək pensiyasının müraciətində göstərilən qaydada yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, sözügedən maddənin tələbinə əsasən, hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla hesablanır. Qanunun 20.14.2-ci maddəsinə dəyişiklik iddiaçının pensiya hüququnun yarandığı tarixdən sonra - xx.xx.2024-cü il tarixdən edildiyindən əmək pensiyasının müraciətində göstərilən qaydada yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar və hüquqi təminat şöbəsinin baş məsul icraçısımayor İddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilib prokurorluq orqanlarından xaric edilməklə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.1-ci (yaşa görə-ehtiyatda olmağın son yaş həddinə çatdığına görə) və 44.1-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 157-ci maddəsinin “a" bəndinə əsasən xx.xx.2020ci il tarixdən istefaya buraxılmış və qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinə göndərilmişdir. Mayor İddiaçı 2020-ci ilin hesabına növbəti məzuniyyətdən istifadə etməmiş və məzuniyyət müavinəti almamışdır. xx.xx.2020-ci il tarixli 000004 nömrəli məlumat vərəqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mayor rütbəsində baş məsul-icraçı vəzifəsində işləmiş, xx.xx.2020-ci ildə yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmasına görə tərxis olunmuş, həmin tarixə 16 il 03 ay 03 gün təqvimi xidmət ili, 38 il 06 ay 02 gün cəmi iş stajı olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9bundan sonra – ƏPQ) 20.14.2-ci maddəsinə əsasən 297,63 manat məbləğində ömürlük yaşa görə əmək pensiyası təyin olunmuş, pensiya faizi 50 faiz müəyyən edilmişdir. İddiaçı hazırda ƏPQ-nin 20.14.2-ci maddəsinə xx.xx.2024-cü ildə edilmiş dəyişikliyə uyğun olaraq onun əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçının pensiya hüququ yarandığı xx.xx.2020-ci il tarixdə qüvvədə olan ƏPQ-yə əsasən: -Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular - maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; -maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla. Göründüyü kimi, iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən hərbi qulluqçuların əmək pensiyasına əlavələrin 50 faiz həcmində hesablanması nəzərdə tutulurdu. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə ƏPQ-nin 20.14.2-ci maddəsinə dəyişiklik edilərək, 20.14.2-ci maddədə hər iki halda “25” rəqəmləri “30” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə, “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə və “hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla)” sözləri “ümumi iş stajının” sözləri ilə əvəz edilmiş, nəticədə Qanunun həmin maddəsi aşağıdakı məzmunda müəyyən olunmuşdur: “20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla;” İddiaçı hazırda qanunvericiliyə edilmiş bu dəyişikliyin ona da tətbiq edilməsini və əmək pensiyasına əlavələrin 50 deyil, 65 faiz əsasında hesablanmasını xahiş edir. Lakin xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə mindiyi tarixədək təyin edilmiş əmək pensiyaları bu Qanuna əsasən yenidən hesablanmır. Qanunun 6-cı maddəsinə görə isə həmin Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. Görünüyü kimi, qanunverici ƏPQ-nin 20.14.2-ci maddəsinə xx.xx.2023-cü il tarixdə edilmiş dəyişikliyin Qanun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixədək təyin edilmiş əmək pensiyalarına şamil edilməsini və həmin dəyişikliyə uyğun yenidən hesablanmasını qadağan etmişdir. Qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində qeyd etmişdir ki, Konvensiya üzrə razılığa gələn dövlətlər əmək pensiyası təminat sistemini məqsədəuyğun hesab etdikləri qaydada, o cümlədən bu sahədə mövcud qanunvericiliyə dəyişikliklər etmək və qüvvədə olan qanunvericilikdən irəli gələn əmək pensiyası hüququnu yeni retrospektiv (geriyə qüvvəsi) müddəalar vasitəsi ilə tənzimləmək hüquqları var (Xoniakina Gürcüstana qarşı işi üzrə qərar, §§ 74-75; Arras və digərləri İtaliyaya qarşı işi üzrə qərar, § 42). Dövlət büdcəsinin sabitliyinin və uzunmüddətli dayanıqlığının təmin edilməsi, o cümlədən dövlət xərclərinin optimalaşdırılması ictimai maraq tələbinə xidmət edən hesab olunur (Xoniakina Gürcüstana qarşı işi üzrə qərar, § 76). Qanunun retrospektiv tətbiqi (geriyə qüvvəsi) və əmək pensiyası hüququnun yaranma əsaslarının və şərtlərinin düzəlişi və ya yenidən tənzimlənməsi nəticəsində yeni əmək pensiyası qanunvericiliyinin aidiyyəti şəxslərə mənfi təsir göstərməsi Konvensiya müddəalarının pozuntusunun aşkar edilməsi üçün özüözlüyündə kifayət deyil. Əmək pensiyası ilə bağlı görülən tədbirlərin mütənasibliyi qiymətləndirilərkən şəxsin əmək pensiyası təminatı sistemindən əmək pensiyası almaq hüququnun mahiyyətinin pozulub-pozulmadığı nəzərdən keçirilir (Vieczorek Polşaya qarşı işi üzrə qərar, § 57). Bu hüquqi qiymətləndirmə hər işin konkret hallarından asılı olaraq dəyişir, lakin yaşayış səviyyəsinin son dərəcədə pisləşməsilə nəticələnən əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi əsas etibarilə mülkiyyət hüququnun pozulmasına, ağlabatan məhdudiyyətlərin tətbiq edilməsi isə pozulmamasına gətirib çıxarır (X1rşı işi üzrə qərar, §§ 43-44). Göstərilənlərə əsasən, həmçinin qanunverici birbaşa olaraq xx.xx.2023-cü il tarixli Qanunun geriyə qüvvəsinin olmadığını tənzimlədiyindən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə pensiya təyin edilmiş iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ünvanlanmış imtinası onun hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9792/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9792/2024
16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver