Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9795/2022 02.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (əri) X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1981-1986-cı illərdə Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdəki əmək fəaliyyəti də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1959- cu ildə anadan olub. 03 yanvar 2022- ci ildə yaşa görə əmək pensiyasına çıxarkən pensiyası düzgün hesablanmayıbdır. Pensiyanın yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, müraciəti təmin edilməyibdir. Cavabdeh inzibati orqanın 31 may 2022-ci il imtina məktubunda göstərir ki, müraciətinizlə əlaqədar olaraq bildirilir ki, xx.xx.2006- cı il tarixinədək 22 il 25 gün sığorta stajı və xx.xx.2006- cı il tarixindən xx.xx.2021- ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 21254.30 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış, nəticədə pensiyasının məbləği (288.76 manatr) dəyişilmişdir. Bildiririlir ki, təqdim etdiyi əmək kitabçasının və diplomun surətlərinə əsasən iddiaçının sığorta stajını (xx.xx.1976-cı il tarixindən xx.xx.1981- ci il tarixinədək təhsil dövrü nəzərə alınmaqla) xx.xx.2006- cı il tarixinə kimi faktiki sığorta stajı 22 il 25 gün olduğu halda, ona Qanunun 22.1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Məlumat üçün bildirilir ki, təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1981-ci il tarixindən xx.xx.2006-cı il tarixədək C. Əhmədov adına şəhər tam orta məktəbdəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, Mərkəzi Filialın sözügedən məktəbdə xx.xx.2022- ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən 1981-1986- cı illərin əmrlər kitabı və əmək haqqı cədvəlləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı cavabdeh inzibati orqanın bu cavabını aşağıdakı əsaslara görə qanunsuz və əsassız hesab edir: - 15.05.1981-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdəki əmək fəaliyyəti əmək kitabçası və iş yerindən verilən arayış təsdiq edir. Cəbrayıl rayon C.Əhmədov adma şəhər tam orta məktəbinin 14 iyun 2022ci il tarixli 27 saylı arayışında göstərirlir ki, İddiaçı 1981- ci ildən hal- hazırda kimi Cəbrayıl rayon C.Əhmədov adma şəhər tam orta məktəbində ixtisası üzrə rus dili müəllimi vəzifəsində işləyir. - cavabdeh tərəfindən pensiya kapitalı da ümumiyyətlə düzgün hesablanmayıbdır. 1979cu ildən xx.xx.2006- cı ilə kimi 26 il və 01.01. 2006- cı ildən xx.xx.2021- ci ilə kimi isə 16 il sığorta stajı var. Ümumi götürdükdə 42 il sığorta stajına 21254.30 manat pensiya kapitalı olduqca azdır. Belə hesab edir ki, pensiya kapitalı düzgün hesablanmayıbdır. Bu da “Əmək Pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 27.1- ci maddəsinə ziddir. Həmin maddəyə görə sığortaolunanlann (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006- cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə almır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanlann fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə almır. Sığortaolunanlann, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. - cavabdeh inzibati orqanın məktubunda göstərdiyi kimi “Əmək Pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 22.1.1-ci maddəsi ilə deyil, Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiyaya çıxmalıdır. Bu Qanununun 22.1.1- ci maddəsi pensiya yaşına çatmış sığorta stajı və pensiya kapitalı çatmayan şəxslərə tətbiq edilir.
3. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən 288.76 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixinədək 22 il 25 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə aiınmış 21254.30 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanmış, nəticədə pensiyanızın məbləği (288.76 manat) dəyişməmişdir. Bildirilir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil dövrü nəzərə alınmaqla) xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 22 il 25 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Məlumat üçün bildirilir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1981 -ci il tarixindən xx.xx.2006-cı il tarixinədək C.Əhmədov adına orta məktəbdəki əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Müraciətinizlə əlaqədar bildirilir ki, Mərkəzi Filialın sözügedən məktəbdə xx.xx.1022- ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən 1981-1986-cı illərin əmrlər kitabı və əmək haqqı cədvəlləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir.
4. Cavabdeh orqanın iddiaya etirazında iddiaçıya xx.xx.2022-ci ildə ünvanlanmış **********9 nömrəli imtina məktubunda xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada 288,76 manat məbləğində yaşa görə əmək pensiyası təyin edildiyi bildirilmişdir. Təqdim edilən əmək kitabçasına və diplomun surətlərinə əsasən sığorta İddiaçı (xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil dövrü nəzərə alınmaqla) xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 22 il 25 gün olduğu halda, Qanunun 22- 1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Məlumat üçün bildirilir ki, təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1981-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək C.Əhmədov adına orta məktəbdəki əmək fəaliyyəti dövrü araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın sözügedən məktəbdə xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən 1981-1986-cı illərin əmrlər kitabı və əmək haqqı cədvəlləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək 22 il 25 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021 -ci il tarixinədək iddiaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınmış 21254.30 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış, nəticədə pensiya məbləği (288.76 manat) dəyişməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1. maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərara əsasən avtomatlaşdırılmış qaydada təyin olunmuş əmək pensiyalarının yenidən hesablanması zamanı Qanunun 22-1 -ci maddəsinin tələbləri nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Qaydaların 1.1-ci maddəsində qeyd olunmuşdur ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3.2-ci maddəsində əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. İddiaçı MT-1 №1447477 nömrəli əmək kitabçasında işə başlama tarixi qeyd olunsa da əmrin nömrəsi və tarixi göstərilməmişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqanın iddiaçının yaşa görə əmək pensiyasının hesablanması qaydasını təqdim etmişdir. Hesablanma qaydası aşağıdakı kimidir: X2 xx.xx.2022-ci il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi diploma əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1981 -ci il tarixinədək 4 il 9 ay 25 gün təhsil aldığı müddət, əmək kitabçasına əsasən xx.xx.1988-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək 17 il 3 ay əmək fəaliyyəti dövrü əmək fəaliyyəti dövrü olmaqla onun ümumi sığorta stajı 22 il 25 gün təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981 -ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Cəbrayıl rayonu “C Əhmədov” adına tam orta məktəbdə işlədiyi müddəti dəqiqləşdirmək zərurəti yaranmışdır. Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixində aparılmış xidməti araşdırmaya əsasən sözügedən müəssisənin 1981-1986-cı illərə dair əmr kitabları işğal zonasında qaldığı üçün və 1986-1988-ci illərə dair əmrlər kitabları məlumat olmadığı üçün həmin müddətin sığorta stajına daxil edilməsi mümkün olmayıb. Bu səbəbdən mübahisələndirilən 7 il 1 ay 16 gün onun xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına daxil edilmiyib.
6. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (əri) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
7. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
9. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
10. İddiaçı xx.xx.1959-cu ildə anadan olub.
11. İddiaçıya xx.xx.2022-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir.
12. İddiaçının iş materiallarında olan ЖВ № 032367 diplomunun surətinə əsasən onun 1976-cı ildən 1981-ci ilə qədər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır.
13. İddiaçının xx.xx.2022-ci il tarixdə doldurulmuş №1447477 əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdə Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdə ixtisası üzrə müəllim təyin edilmişdir.
14. İş materiallarında olan Cəbrayıl rayon Təhsil şöbəsinin C.Əhmədov adına şəhər tam orta məktəbinin 14 iyun 2022-ci il tarixli 27 nömrəli arayışına əsasən İddiaçı 1981-ci ildən hal-hazıra kimi Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdə ixtisası üzrə rus dili müəllimi vəzifəsində çalışdığı göstərilmişdir.
15. İddiaçının 1981-1986-cı illərdəki əmək fəaliyyəti dövrü (sığorta stajı) cavabdeh tərəfindən mübahisələndirilir.
16. İddiaçının əmək kitabçasında 1981-ci ildə Cəbrayıl rayonu, C.Əhmədov adına şəhər kənd orta məktəbində müəllim təyin edilməsinə dair qeyd var.
17. Məhkəmə qeyd edir ki, iddiaçının 1981-ci il tarixdən hal-hazıra kimi Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdə ixtisası üzrə müəllim işləməsinə dair Cəbrayıl rayon Təhsil şöbəsinin C.Əhmədov adına şəhər tam orta məktəbinin arayışı mövcuddur. Belə ki, Cəbrayıl rayonu, C.Əhmədov adına şəhər kənd orta məktəbi tərəfindən verilən arayışa əsasən isə iddiaçı 1981-ci ildən hal-hazıra kimi Cəbrayıl rayonu C.Əhmədov adına şəhər tam orta məktəbdə ixtisası üzrə rus dili müəllimi vəzifəsində işləyir.
18. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
19. İddiaçının 1981-1986-ci illərdə Cəbrayıl rayonu C.Əhmədov adına şəhər tam orta məktəbdə işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının işə götürmə barədə əmri əmək kitabşasında qeyd olunduğundan işdən çıxması isə məlum hadisələrə əsasən əmək kitabçasında qeyd olunmadığından sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Həmin məlumatların məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
21. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
22. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
23. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
24. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında onun işə qəbul olunması haqqında qeyd göstərildiyindən iddiaçının fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır.
25. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
26. MPM-in 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
27. İ Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonun işğalı hamiya bəlli hadisələrdir. Odur ki, sözügedən dövrə aid əmr kitablarının işğal zonasında qaldığı üçün hüququnun təmin olunmasından imtina onun üzərinə həddən artıq yük qoyulmasıdır. Qeydlərin həqiqiliyi digər sübutla təsdiqlənir (məktəb tərəfindən verilmiş arayış) və məhkəmədə şübhə doğurmur. İddiaçı ancaq 1981-1986-cı illərə dair dövrün sığorta stajına daxil edilməsini tələb etdiyindən məhkəmə 1986-1988-ci illərdəki sığorta stajına münasibət bildirmir.
28. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qayda İnzibati Prosessual Məcəllədə müəyyən edilmədiyindən və bu həmin məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı üçün hamıya bəlli olan faktların sübutetmə yükündən azad edilməsi məsələsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
29. Nəticə etibarilə iddiaçının yaşa görə pensiyanın yenidən hesablanması ilə bağlı “qanuni gözləntisi” var. Belə ki, X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
30. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
31. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
32. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
33. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. 1981-1986-ci illərdə Cəbrayıl rayonu C.Əhmədov adına şəhər tam orta məktəbdə işlədiyi dövr sığorta stajına daxil edilməklə İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva