Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9798/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yolun bərpa edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e t d i : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov və Sübhü Salayev döngəsinin kəsişməsində yol çökməsi ilə əlaqədar yaranmış fövqəladə vəziyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı evinə yaxın ərazidə İbrahim Əbilov və Sübhü Salayev döngəsinin kəsişməsində yol çökür. Həmin yolun altında gədim evlər, zirzəmilər var və orda olan boşluqlara görə yol çökür. Bu fövqəladə vəziyyətlə əlaqədar iddiaçı Bakı şəhəri Cavabdehnə xx.xx.2023-cü il tarixində təcili müraciət göndərmiş, lakin cavabdeh inzibati orqan problemin ciddiliyini anlamadan şablon cavab göndərərək plan üzrə yolun təmir ediləcəyini bildirmişdir. Halbuki iddiaçı yolun təmir edilməsini xahiş etməmiş, yaranan fövqəladə təhlükənin aradan qaldırılmasını xahiş etmişdir. Hesab edir ki, cavabdehin hərəkətsizliyindən bədbəxt hadisə baş verə bilər və orada yaşayan anasının və qonşuların evi dağıla bilər. Odur ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov və Sübhü Salayev döngəsinin kəsişməsində yol çökməsi ilə əlaqədar yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması, yəni həmin ərazidə olan hissədə yeri qazıb, boşluqları doldurub yenidən üstünü asfalt örtüyü ilə təmin edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdehin yazılı etirazında bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 92 saylı evin 23 saylı mənzilində yaşayan İddiaçı Bakı şəhəri Cavabdehnə 5-15/1- S-36/3-052/2023 saylı, 05.04.23-cü il qeydiyyat tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, İbrahim Əbilov küçəsi 107 ünvanında Sübhi Salayev döngəsinin kəsişməsində yol yerin altında çöküb. Qeyd etdiklərini nəzərə alaraq təcili bu yeraltı qədimi evlərin boşluğunun doldurulmasını, çöküntünün aradan qaldırıb yolun bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh 5-15-S-36/3-052/2023 saylı, 10.04.23-cü il tarixli məktubu ilə vətəndaş İddiaçı ərizəsi və ona əlavə edilmiş şəkilləri müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə vətəndaşa məlumat verilməsi məqsədi ilə Bakı şəhəri Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İbrahim Əbilov küçəsində yaşayan sakinlərin müraciətini nəzərə alaraq "xxxx" MMC tərəfindən küçədə aparılmış küçə işıqları dirəkləri basdırılmış və qazılmış əraziyə asfalt örtüyü vurulmuşdur. Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən İddiaçı S-27 saylı, 11.05.23-cü il tarixli məktubu ilə məlumat verilmişdir. Cavabdeh iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “hərəkətsizliyə dair ” barədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmişdir və səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Hazırki işdən görünür ki, iddiaçının cavabdehə qarşı tələbi “Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov və Sübhü Salayev döngəsinin kəsişməsində yol çökməsi ilə əlaqədar yaranmış təhlükəli vəziyyəti aradan qaldırılması, yəni həmin ərazidə olan hissədə yeri qazıb, boşluqları doldurub yenidən üstünü asvalt örtüyü ilə təmin edilməsi” öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasından ibarətdir. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya göndərilmiş S-23 nömrəli, 25 aprel 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.Əbilov küçəsi ilə Sübhi Salayev döngəsinin kəsişməsində yolun çökməsi ilə bağlı Bakı şəhəri Cavabdehnə ünvanlanmış olduğu müraciət əsasında Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə daxil olmuş məktuba baxılmışdır. Bildirilir ki, rayon ərazisində məhəllədaxili küçələrə asfalt örtüyünün vurulması mərhələli şəkildə davam etdirilir. Qeyd edirlər ki, sözügedən ünvana da asfalt örtüyünün vurulması nəzərə alınacaqdır. - Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya göndərilmiş S-27 nömrəli, 11 may 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 3 ünvanda aparılmış qazıntı işlərindən sonra asfalt örtüyünün bərpa edilməməsi ilə bağlı Bakı şəhəri Cavabdehnə ünvanlanmış olduğu ərizəyə Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində baxılmışdır. 41 saylı MKİS-in 29 saylı xx.xx.2023-cü il tarixli arayışına əsasən bildirilir ki, sözügedən ünvanda işıq dirəkləri basdırılmış, qazılmış əraziyə asfalt örtüyü vurulmuşdur. - Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyi 41 saylı Mənzil- Kommunal İstismarı Sahəsi tərəfindən Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi N.Mayılova göndərilmiş 29 nömrəli, 08 may 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, 41 saylı MKİS-i İddiaçı müraciəti ilə əlaqədar məlumat üçün yazıb bildirilir ki, İbrahim Əbilov küçəsində aparılmış küçə işıqları dirəkləri basdırılmış və təmir zamanı qazılmış sahələrə asfalt örtüyü vurulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddia ərizəsinin məzmununa görə iddiaçı onun müraciətinə münasibətdə cavabdehin hərəkətsizliyindən şikayətlənir. İş materiallarından görünür ki, Bakı şəhəri Cavabdeh 5-15-S-36/3-052/2023 saylı, 10.04.23-cü il tarixli məktubu ilə iddiaçının ərizəsi və ona əlavə edilmiş şəkillər müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə vətəndaşa məlumat verilməsi məqsədi ilə Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İbrahim Əbilov küçəsində yaşayan sakinlərin müraciətini nəzərə alaraq "xxxx" MMC tərəfindən küçədə aparılmış küçə işıqları dirəkləri basdırılmış və qazılmış əraziyə asfalt örtüyü vurulmuşdur. Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən iddiaçıya S-27 saylı, 11.05.23-cü il tarixli məktubu ilə məlumat verilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Oxşar müddəalar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iş üzrə iddiaçının müraciətinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxaraq cavab vermişdir. Qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Beləliklə də iddiaçının qaldırdıgı məsələyə dair “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq baxılıraq cavablandırılmış, müraciət üzrə cavabdehin müvafiq tədbirin görülməsinin nəticəsi ilə isə iddiaçının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən edir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6akim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-9798/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9798/2023
28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver