Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-980/2022 26.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) «imtinasının əsassız hesab edilməsi və cavabdehin üzərinə tikinti layihəsi barədə müvafiq məlumatı tikintilərin dövlət reyestrinə təqdim emək öhdəliyinin cavabdehə həvalə edilməsi» GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) «cavabdehin üzərinə tikinti layihəsi barədə müvafiq məlumatı tikintilərin dövlət reyestrinə təqdim etmək öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən məlumatlandırma icraatı qaydasında təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin təsdiqindən imtinasının əsassız hesab edilməsi və tikinti layihəsi barədə müvafiq məlumatı tikintilərin dövlət reyestrinə təqdim etmək öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********30 reyestr nömrəli xx.xx.2020-ci tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov küçəsi 112D nömrəli sahədə 1 (bir) mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatı qaydasında xx.xx.2021-ci il tarixdə tikinti layihəsinin memarlıq və planlaşdırma bölməsini və digər zəruri sənədlərin surətini cavabdeh - Cavabdehnə təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdehndən ona İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadənin imzası ilə cavab məktubu verilmişdir. Məktubda qeyd edilir ki, təqdim olunmuş layihədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin (məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qədər ara məsafəsi saxlanılmalıdır) tələbləri gözlənilmədiyindən layihənin təsdiqlənməsi mümkün deyil. Cavabdehnə təqdim etdiyi layihədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə tam riayət olunduğu üçün, həmin normativ aktlara istinad edərək xx.xx.2021-ci il tarixdə tikinti layihəsinin memarlıq və planlaşdırma bölməsini və digər zəruri sənədlərin surətini təkrarən cavabdeh - Cavabdehnə təqdim etmişdir. xx.xx.2021 -ci il tarixdə Cavabdehndən ona İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadənin imzası ilə cavab məktubu verilmişdir. Həmin məktubda da şablon cavab qeyd edilərək, təqdim etdiyi layihədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 -ci maddəsinin (məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qədər ara məsafəsi saxlanılmalıdır) tələbləri gözlənilmədiyindən layihənin təsdiqlənməsinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə prosesində iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə mülkiyyət hüququ əsasında ona məxsus olan Sabunçu rayonu, Balaxanı qəsəbəi, Hüseynşir Əjdərov küçəsi 112 D saylı sahədə 1 mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlamaq üçün cavabdeh orqana müracət etmişdir. - Cavabdeh inzibati orqan iddiaçının müraciət ərizəsinə cavab olaraq C-37-151 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş layihədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin (məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qədər ara məsafəsi saxlanılmalıdır) tələbləri gözlənilmədiyindən layihənin təsdiqlənməsi mümkün olmadığı bildirilmişdir. - İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə mülkiyyət hüququ əsasında ona məxsus olan Sabunçu rayonu, Balaxanı qəsəbəi, Hüseynşir Əjdərov küçəsi 112 D saylı sahədə 1 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı olaraq məlumatlandırma icraatı qaydasında cavabdeh orqana təkrar müracət etmişdir. - Cavabdeh inzibati orqan iddiaçının müraciəti ərizəsinə cavab olaraq S-71-151 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş layihədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin (məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qədər ara məsafəsi saxlanılmalıdır) tələbləri gözlənilmədiyindən layihənin təsdiqlənməsi mümkün olmadığı bildirilmişdir. - Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov, sahə 112D ünvanına dair tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihəsi (“Bakı Tikinti” Lahiyə Smeta Bürosu, lisenziya №EL- 394/2018). - “Bakı Tikinti” Lahiyə Smeta Bürosu tərəfindən tərtib edilmiş, Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov, sahə 112D ünvanında yerləşən mənzilin eskiz layihəsi. - ünvan 2 ünvanında yerləşən torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/5590 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyi.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) İnzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı oldugundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.1-ci maadddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil, 69.4-cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5.2-1-cü maddəsinə əsasən, bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; - 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - 80.2-ci madəsinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. - 80.3-cü maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1- 1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericliyin tələblərinə əsasən məlumatlandırma icraatının həyata keçirilməsi üçün ilkin olaraq torpaq sahəsinin mülkiyyətində, icarəsində və ya istifadədə olmasını təsdiq edən sənədin surətinin müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi zəruridir. İş materiallarına əsasən iddiaçı cavabdeh inzibati orqana müraciət edərək torpaq sahəsinə dair iddiaçının adına xüsusi mülkiyyət hüququ təsdiq edən çıxarış və məlumatlandırma icraatı qaydasında təqdim edilmiş eskiz layihəsi təqdim edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək layihədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin (məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qədər ara məsafəsi saxlanılmalıdır) tələbləri gözlənilmədiyindən layihənin təsdiqlənməsi mümkün olmadığı bildirilmişdir. İş materiallarına əsasən məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli, 2-1(112)- 6426/2021 saylı qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmiş və iş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. ünvan 4 ünvanında yerləşən torpaq sahəsində 675 inventar nömrəli, xx.xx.2021ci il tarixli lahiyəyə əsasən tikintisi nəzərdə tutulmuş birmərtəbəli fərdi yaşayış evinin ara məsafələri şəhərsalma və tikinti qanunvericiliyin tələblərinə uyğundurmu?
2. ünvan 4 ünvanında yerləşən torpaq sahəsində tikintisi nəzərdə tutulmuş fərdi yaşayış evinin inşaası ümumilikdə şəhərsalma və tikinti qanunvericiliyin tələblərinə uyğundurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5590 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ünvan 5 ünvanında yerləşən torpaq sahəsində 675 inventar nömrəli xx.xx.2021-ci il tarixli layihəyə əsasən tikintisi nəzərdə tutulmuş birmərtəbəli fərdi yaşayış evinin ara məsafələri dövlət şəhərsalma norma və qaydaların 69.5.2.1-ci maddəsinin tələblərinə uygun inşa ediləcəyi müəyyən edilmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inşa ediləcək fərdi yaşayış evi şəhərsalma norma və qaydaların tələblərinə uygun olduğundan iddia təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən məlumatlandırma icraatı qaydasında təqdim edilmiş tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin təsdiqindən imtinası əsassız hesab edilsin və tikinti layihəsi barədə müvafiq məlumatın tikintilərin dövlət reyestrinə təqdim edilməsi öhdəliyi cavabeh Cavabdeh üzərinə qoyulsun.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh tərəfindən məlumatlandırma icraatı qaydasında təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin təsdiqindən imtinası əsassız hesab edilsin və tikinti layihəsi barədə müvafiq məlumatın tikintilərin dövlət reyestrinə təqdim edilməsi öhdəliyi cavabeh Cavabdeh üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev