Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9801/2025 30.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “qaz xəttinin yerinin dəyişdirilməsi və iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müsbət rəyin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “qaz xəttinin yerinin dəyişdirilməsi və iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müsbət rəyin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 957 nömrəli Sərəncamı ilə şəhid atası X6 müstəsna hal kimi Binəqədi rayonu, S.S.Axundov Küçəsində əlavə edilmiş cizgi əsasında tikinti işlərinin aparılmasına icazə verilmişdir. Qeyd edilən Sərəncama əsasən müvafiq dövlət orqanlarından, həmçinin həmin dövrdə qaz xəttlərinin istismarına və çəkilməsinə nəzarət edən Qaz idarəsi tərəfindən “həmin ərazidə qaz xəttinin olmamasına” dair müvafiq məlumat verilmiş, bunu məsul şəxsin qeydi, imzası və idarənin möhürü ilə təsdiq etmişdir. Bundan başqa, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən “8-ci mkr, S.S.Axundov küçəsində 3 saylı yaşayış binasının yaxınlığında, X3 istifadə etdiyi dükanın altındakı torpaq sahəsinin” Situasiya planı təsdiq edilmişdir. Situasiya planına Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhər Baş İstehsalat Qaz İdarəsinin Binəqəsi Qaz İstismar İdarəsi tərəfindən “sxemdə göstərilən ərazidən qaz xətti keçmir” məlumatı qeyd edilmiş, həmin İdarənin müdiri tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Hazırda həmin əmlak müharibə veteranı olan İddiaçı mülkiyyətindədir. Qeyd edilən əmlaka dair mülkiyyət hüquqları qeydiyyata alınaraq, müvafiq Çıxarış verilmişdir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixində Binəqədi rayon İcra Hakimiyyətinə müvafiq müraciət ünvanlanmışdır. Müraciətdə İddiaçı ünvan 2 ünvanında yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində yüngül konstruksiyadan 2-ci mərtəbənin quraşdırılmasına icazənin verilməsi xahiş edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 184 nömrəli Sərəncamına əsasən, İddiaçı ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində yüngül konstruksiyadan 2-ci mərtəbənin quraşdırılmasına təqdim edilən layihə əsasında icazə verilmişdir. İddiaçı tərəfindən 2-ci mərtəbəyə dair mülkiyyət hüquqlarının tanınması üçün müvafiq olaraq inzibati orqana müraciət olunmuşdur. Qeyri-yaşayış sahəsi olduğuna görə digər qurumların, həmçinin SOCAR "xxxx" İstehsalat Birliyinin müvafiq müsbət rəyi tələb olunmuşdur. Bununla bağlı qurum tərəfindən xx.xx.2024-cü il tarixində mənfi rəy verilmişdir. Əsas kimi obyektin yaxınlığından qaz xəttinin keçməsi göstərilmişdir. İddiaçı bildirmişdir ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 957 nömrəli Sərəncamında “həmin ərazidə qaz xəttinin olmamasına” dair müvafiq məlumat; Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən “8-ci mkr, S.S.Axundov küçəsində 3 saylı yaşayış binasının yaxınlığında, X3 istifadə etdiyi dükanın altındakı torpaq sahəsinin” Situasiya planında xx.xx.2007-ci il tarixində “sxemdə göstərilən ərazidən qaz xətti keçmir” məlumatı qurum tərəfindən verilmişdir. Bundan belə bir nəticəyə gəlmək olar ki, qurum tərəfindən iddiaçının əmlaka dair mülkiyyət hüquqları tanındıqdan sonra onun yaxınlığından qaz xətti çəkilmişdir. Hal-hazırda iddiaçının mülkiyyət hüquqlarının tanınması üçün əsassız olaraq mənfi rəy verilmişdir. Bununla bağlı iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində Azəriqaz İB-yə rəsmi müraciət olunmuşdur. xx.xx.2025-ci il tarixində Azəriqaz İB tərəfindən müraciətə cavab verilmişdir. Müraciətdə bildirilmişdir ki, qeyd olunan xüsusata baxılması üçün aidiyyəti üzrə SOCAR-ın Baş ofisinə müvafiq məktubla müraciət olunması tövsiyyə olunmuşdur. Bununla əlaqədar xx.xx.2025-ci il tarixində iddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) “qeyri-yaşayış binasının 2-ci mərtəbəsinə dair mülkiyyət hüquqlarının tanınması üçün müsbət rəyin verilməsi”-nə dair Ərizə ilə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iddiaçının ərizəsinə xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirmişdir ki, ərizədə iddiaçının qeyd etdiyi hallar öz əksini tapmadığı üçün, obyektə dair "xxxx" İstehsalat Birliyi tərəfindən müsbət rəy verilməsi mümkün olmamışdır. Belə ki, yeraltı orta təzyiqli qaz xəttlərinə münasibətdə qanunvericiklə müəyyən olunmuş 4 metrlik təhlükəsizlik zonası gözlənilməlidir. İddiaçı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən onun ərizəsinə verilmiş cavab aşağıdakılara görə tamamilə əsassızdır: 1. Cavabın 2-ci səhifəsinin 5-ci abzasında şirkət tərəfindən qeyd edilmişdir ki, 1994-cü ildə həqiqətən həmin sahədə hər hansı bir qaz xətti mövcud olmamışdır. Lakin, sonradan aparılan tikinti işləri nəticəsində obyektin sahəsi böyümüş və nəticədə mövcud qaz xəttinin təhlükəsizlik zonası pozulmuşdur. Bundan başqa, 3-cü səhifənin 2-ci abzasında bildirilmişdir ki, qeyd olunan ərazidə qaz xəttləri 1965-ci ildən mövcud olmuş və 2007-2008-ci illərdə əsaslı təmir olunaraq yenilənmişdir. Cavabın bu hissəsi aşağıdakı səbəblərə görə əsassızdır: Cavabdeh öz cavabında həqiqətən 1994-cü ildə hər hansı qaz xəttinin mövcud olmamasını özü etiraf etmişdir. Bunu təsdiq edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994- cü il tarixli, 957 nömrəli Sərəncamında “həmin ərazidə qaz xəttinin olmamasına” dair müvafiq məlumatı və Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən “8-ci mkr, S.S.Axundov küçəsində 3 saylı yaşayış binasının yaxınlığında, X3 istifadə etdiyi dükanın altındakı torpaq sahəsinin” Situasiya planında xx.xx.2007-ci il tarixində Azərbaycan Respublikası "xxxx" QSC Bakı şəhər Baş İstehsalat Qaz İdarəsinin Binəqədi Qaz İstismar İdarəsi tərəfindən yazılaraq möhür və imza ilə təsdiq edilmiş “sxemdə göstərilən ərazidən qaz xətti keçmir” məlumatı göstərmək olar. - Əgər həmin Ərazidə 1965-ci ildən mövcud olmuş qaz xətti olsaydı, 1994-cü il və 2007-ci il tarixlərində Azəriqazın rəhbər şəxsləri tərəfindən həmin ərazidə qaz xəttinin olmamasını təsdiq etməzdilər. Göründüyü kimi, şirkət cavabında 2 istiqamətli cavab verərək həm 1994-cü ildə həmin ərazidə qaz xəttinin olmamasını, həm də 1965-ci ildən həmin ərazidə qaz xəttinin olmasını qeyd etmişdir. Buna görə də şirkət üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif bəhanələr gətirmişdir. 2. Cavabdeh şirkət tərəfindən iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 5 metr və orta təzyiqli yeraltı qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 4 metr təhlükəsizlik zonası müəyyən olunması qeyd edilmişdir. Bildirmək istəyirəm ki, həmin daşınmaz əmlak tikilən zaman qaz xəttləri mövcud olmamışdır. Qaz xəttləri daşınmaz əmlak tikildikdən sonra daha çox sonra çəkilmiş, cavabdehlər tərəfindən mənim hüquqlarım pozulmuşdur. Göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçıya ünvanlanan “müraciətə baxılmasının nəticəsi haqqında” cavabında özlərinin yol verdiyi nöqsanın aradan qaldırılması üçün hər hansı tədbir görülməmişdir. Hazırda iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün həmin qaz xəttinin cavabdehin hesabına yerinin dəyişdirilməsi və şirkət tərəfindən pozulmuş təhlükəsizlik zonası təmin olunmalıdır. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbycan Respublikası İnzibati Prossesual Məsəlləsinə əsasən 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Göründüyü kimi, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərərək iddia ilə məhkəməyə müraciət edir. İşin faktiki hallarından görünür ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı tələb -qaz xəttinin yerinin dəyişdirilməsi və iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müsbət rəyin verilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi -“mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müsbət rəyin verilməsi” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzərinə öhdəlik kimi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 884 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət X1 2-ci hissəsinə (Şirkətin məqsədi, vəzifələri, fəaliyyət növləri və səlahiyyətləri) əsasən: 2.1. Şirkətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. 2.2. Bu Nizamnamənin 2.1-ci bəndində göstərilən məqsədlərə nail olmaq üçün Şirkət aşağıdakı vəzifələrin yerinə yetirilməsini təmin edir: sahə üzrə enerji təhlükəsizliyinin təmin edilməsinin mühüm istiqamətlərindən olan neft-qaz hasilatının səviyyəsinin sabit saxlanılmasını, artırılmasını, habelə Azərbaycan Respublikasının qlobal enerji təhlükəsizliyi sisteminə inteqrasiya olunması prosesinin gücləndirilməsini; müasir texnologiyaları, avadanlıq və materialları Azərbaycan Respublikasının neftqaz və neft-kimya sənayesinə cəlb etməklə, yerli infrastrukturun imkanlarının gücləndirilməsini və Şirkətin istehsalat-təsərrüfat fəaliyyətinin mühüm göstəriciləri üzrə dünyanın aparıcı şirkətləri sırasına çıxarılmasını; Şirkətin beynəlxalq neft-qaz, neft-kimya layihələrinə inteqrasiya olunması üçün Azərbaycan Respublikasının hüdudlarından kənarda səmərəli investisiya fəaliyyətinin həyata keçirilməsini; sahədə risklərin idarə olunması sistemlərinin formalaşdırılmasını və qabaqcıl idarəetmə sistemlərinin öyrənilməsini, tətbiq edilməsini və inkişaf etdirilməsini; Azərbaycan Respublikasının karbohidrogen ehtiyatlarının daha səmərəli istifadəsini, istehlakçıların sahədə istehsal olunan mallara, işlərə və xidmətlərə tələbatının daha dolğun ödənilməsini təmin edən neft, qaz və kondensatın hasilatı, nəqli, emalı, paylanması, daxili və xarici bazarlarda satışı üzrə istehsal-texnoloji və təchizat sistemlərinin, eləcə də neft-kimya sənayesinin etibarlı və səmərəli fəaliyyətinin təşkil edilməsini; sahənin maddi-texniki bazasının gücləndirilməsini, mövcud istehsal güclərindən səmərəli istifadə olunmasını, ən müasir texnika və texnologiyalardan istifadə etməklə, ətraf mühitə zərərli təsirin minimuma endirilməsini; elmi-texniki potensialın gücləndirilməsi və innovasiya layihələrinin geniş tətbiq edilməsi hesabına sahədə rəqabətə davamlı mal, iş və xidmətlərin təqdim edilməsinə nail olunmasını və sahənin inkişafı üçün Şirkətin qarşısında duran digər vəzifələrin həyata keçirilməsini. 2.3. Şirkət qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı fəaliyyət növlərini həyata keçirir: Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda sahənin istehsal və sosial bazasının inkişafına, Şirkətin strukturuna daxil olan hüquqi şəxslərin və hüquqi şəxs statusuna malik olmayan (nümayəndəliklər, filiallar və sair) qurumların (bundan sonra — strukturuna daxil olan qurumlar) modernləşdirilməsinə, genişləndirilməsinə, yenidən qurulmasına, onların yeni texnika və texnologiyalarla təchiz edilməsinə xidmət edən investisiya fəaliyyətini; geofiziki, geoloji axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərinin işlənib hazırlanmasını, təsdiq edilməsini, müasir tikinti texnologiyalarından və texniki vasitələrdən istifadə etməklə, geoloji-kəşfiyyat işlərinin aparılmasını, yeni kəşf olunmuş yataqların işlənməyə verilməsi haqqında qərarların qəbul edilməsini, Şirkətin strukturuna daxil olan qurumlar tərəfindən istismar olunan yataqların təcrübə-sənaye istismar layihələrinin, texnoloji sxemlərinin, neft, qaz və qaz kondensatı yataqlarının işlənməsi layihələrinin hazırlanmasını, təsdiq edilməsini və yataqların işlənməsini, neft, qaz quyularının qazılmasını və sahənin inkişafı ilə əlaqədar digər dağ-mədən işlərinin, dağ və buruq qazmalarının həyata keçirilməsini; təsərrüfatçılıq üsullarının və formalarının təkmilləşdirilməsini, sahə üzrə elmi tədqiqat, layihələndirmə və tikinti-quraşdırma, o cümlədən müvafiq dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış, layihələndirmə, tikinti-quraşdırma işlərinin həyata keçirilməsini və elmi nailiyyətlərin istehsalatda tətbiq edilməsini; neftin, qazın və kondensatın hasilatı, nəqli və emalı üzrə texnoloji sistemlərin fasiləsiz fəaliyyətinin təmin edilməsini, neft-kimya sənayesinin inkişaf etdirilməsini, ümumi qəbul olunmuş beynəlxalq standartların tələblərinə uyğun neft, neft-kimya və qaz məhsullarının istehsalına imkan verən istehsal güclərinin formalaşdırılmasını; sahədə istehsal olunan malların, işlərin və xidmətlərin rəqabət qabiliyyətini gücləndirən texnoloji yeniliklərin əldə olunmasını və sahədə istehsal olunan məhsulların, eləcə də neftin, qazın və kondensatın daxili və xarici bazarda satışı sistemlərinin təkmilləşdirilməsini; sahənin istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatların qanunazidd olmadan, beynəlxalq təcrübəyə və alqı-satqı standartlarına cavab verən Şirkətin daxili normativ sənədlərinin tələblərinə uyğun olaraq həyata keçirilməsini; müxtəlif növ nəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları, o cümlədən sahənin inkişafı üçün zəruri olan təhlükəli yüklərin nəqli və saxlanması ilə bağlı xidmətlərin göstərilməsini; sahənin infrastrukturunun etibarlı mühafizəsini və idarəetmə prosesləri üzrə daxili nəzarət sistemlərini təmin edən Şirkətin mühafizə qurumlarının və daxili tədqiqat xidmətinin fəaliyyətinin təşkil edilməsini və bu işin lazımi səviyyədə qurulması üçün tələb olunan müasir avadanlıqların, texnologiyaların, digər texniki və xüsusi vasitələrin alınmasını və istifadəsinin həyata keçirilməsini; sahənin normal fəaliyyətinin və inkişafının təmin edilməsində zəruri olan qabaqcıl idarəetmə sistemlərinin, informasiya texnologiyalarının və rabitə xidmətlərinin təşkil olunmasını, etibarlı informasiya mühafizə vasitələrinin layihələndirilməsini və tətbiq edilməsini; sahənin inkişafına dair uzunmüddətli proqnozların, məqsədli kompleks istehsal, elmi-texniki, iqtisadi və sosial proqramların işlənib hazırlanmasını, bu sahədə qəbul edilmiş dövlət proqramları da daxil olmaqla, onların icrasının təmin edilməsini; Şirkətin strukturuna daxil olan qurumların işinin təşkil edilməsini və onların gəlir və xərclər smetası ilə müəyyən olunmuş xərclərinin ödənilməsini; istehsalın səmərəliliyinin yüksəldilməsini, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsini, sahə üzrə texnoloji itki, sərf və digər normaların işlənib hazırlanmasını və vaxtaşırı təkmilləşdirilməsini, Şirkətin strukturuna daxil olan qurumlar arasında əlverişli istehsal-texnoloji və təsərrüfat əlaqələrinin gücləndirilməsini; dövlət orqanları, ictimai təşkilatlar, sahə üzrə aparıcı şirkətlər və sahibkarlarla qarşılıqlı əlaqələrin gücləndirilməsini, vətəndaşların ərizə, şikayət və müraciətlərinə qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılmasının təmin edilməsini; karbohidrogen ehtiyatları tam tükənmiş torpaqların bərpasını və ətraf mühitin mühafizəsi üçün digər tədbirlərin görülməsini, o cümlədən toksiki istehsalat tullantılarının ekoloji tələblərə uyğun olaraq utilizasiyasını və zərərsizləşdirilməsini, habelə ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən istifadəyə imkan yaradan avadanlıq və qurğuların əldə edilməsini, quraşdırılmasını və səmərəli istismar edilməsini; karbohidrogen yataqlarının kəşfiyyatı, işlənməsi sahəsində qabaqcıl texnologiyaları və sərmayələri cəlb etmək məqsədi ilə bu sahədə aparıcı şirkətlərlə hüquqi öhdəliklər yaratmayan ilkin razılaşmaların əldə olunması üçün danışıqların aparılmasını və müəyyən olunmuş qaydada verilmiş səlahiyyətlərə uyğun olaraq, Azərbaycan Respublikasının dəniz və quru sahəsində karbohidrogen yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişlərinin (bundan sonra — HPBS), habelə sahənin perspektivli inkişafı üçün digər beynəlxalq sazişlərin (kontraktların) bağlanması üçün danışıqların aparılmasını, onların layihələrinin hazırlanmasını, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmasını, imzalanmasını, onlardan irəli gələn qərarların qəbul edilməsini və icrasının təmin edilməsini; sahənin inkişafı üçün zəruri sərmayələrin, qabaqcıl texnika, texnologiya və avadanlıqların cəlb edilməsini və sahədə göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün hüquqi şəxs yaratmaqla (birgə müəssisələr) və ya hüquqi şəxs yaratmadan (alyanslar) birgə layihələrin həyata keçirilməsini və layihələrin təsis sənədlərinə uyğun olaraq, onların idarə olunmasının təmin edilməsini; Şirkətin xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün xarici ölkələrdə nümayəndəliklərinin, filiallarının açılmasını, hüquqi şəxslərin yaradılmasını və bu qurumların fəaliyyəti üçün zəruri olan aktivlərin əldə olunmasını; sahə üzrə mühəndis-axtarış, layihələndirmə, tikinti-quraşdırma işləri, o cümlədən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə sənədlərin ekspertizasının həyata keçirilməsini, perspektivli layihələrin qiymətləndirilməsini və sahənin infrastrukturunun inkişaf etdirilməsinə xidmət edən beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsini; sahə üzrə kadrların seçilməsini, yerləşdirilməsini, zəruri kadr potensialının formalaşdırılması üçün ixtisaslaşdırılmış ali, orta ixtisas və peşə təhsili müəssisələrinin təsis edilməsini və idarə olunmasını, kadrların ixtisasının artırılması üçün müvafiq seminar və treninqlərin təşkil edilməsini, habelə xarici ölkələrin qabaqcıl təhsil müəssisələrində kadrların hazırlanması üçün tədbirlərin görülməsini; sahədə çalışan işçilərinin sosial rifah halının yaxşılaşdırılması məqsədilə, eləcə də dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarında nəzərdə tutulmuş tədbirlərin təmin edilməsi üçün sosial təyinatlı obyektlərin: mənzil-tikinti kooperativlərinin, idman sağlamlıq qurğularının, tibb, gigiyena və epidemiologiya, məktəbəqədər təhsil müəssisələrinin, sanatoriya və istirahət sahələrinin, qanunvericiliyə uyğun olaraq bağçılıq təsərrüfatlarının yaradılmasını, idarə olunmasını və inkişaf etdirilməsini, digər sosial təminat tədbirlərinin, o cümlədən ehtiyacı olanlara və ya onların ailə üzvlərinə yardımların müəyyən edilməsini; beynəlxalq konqres, simpozium, sərgi və digər toplantılarda iştirak edilməsini, sahə üzrə toplanmış tarixi nümunələrin və ölkənin mədəni irsinin qorunub saxlanmasını, o cümlədən neft muzeyinin işinin formalaşdırılmasını və idarə edilməsini, yerli və beynəlxalq neft-qaz sərgilərinin təşkil edilməsini; iqtisadi, sosial və istehsal-texniki proqramların həyata keçirilməsi üçün yerli və xarici banklardan, beynəlxalq maliyyə institutlarından və digər mənbələrdən kredit vəsaitlərinin cəlb olunmasını, strukturuna daxil olan qurumların və iştirakçı olduğu birgə müəssisələrin maliyyə-kredit fəaliyyətinin idarə olunmasını və onlara təyinatlı maliyyə yardımlarının və kredit vəsaitlərinin ayrılmasını; bu Nizamnaməyə uyğun olaraq sahə üzrə qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərinin həyata keçirilməsini. 2.4. Şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: Şirkətin strukturuna daxil olan qurumların illik iş proqramlarının yerinə yetirilməsi haqqında hesabatların təsdiq edilməsi və bu proqramlara uyğun olaraq, onların gəlir və xərclər smetasının müəyyənləşdirilməsi; Şirkətin strukturuna daxil olan qurumların balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Şirkətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, habelə təyinatının dəyişdirilməsi; Şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi; Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi Şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi; HPBS-nin şərtlərinə əsasən podratçıların Azərbaycan tərəfinə təhvil verdikləri aktivlərin əvəzsiz olaraq mülkiyyətinə qəbul edilməsi, Şirkətin neft-qaz əməliyyatlarında istifadəsini davam etdirmək üçün Şirkətin strukturuna daxil olan qurumların balansına ötürülməsi; Şirkətin strukturuna daxil olan qurumların, səhmləri (payları) Şirkətə məxsus olan birgə müəssisələrin təsis sənədlərinə dəyişikliklərin edilməsi, Şirkətin payının azaldılması, artırılması və özgəninkiləşdirilməsi; xarici ölkələrdə nümayəndəliklərinin və filiallarının açılması, hüquqi şəxslərin yaradılması və bu təsisatlar vasitəsi ilə xaricdə əldə edilmiş aktivlərə münasibətdə sahiblik, istifadə və sərəncam hüquqlarının, habelə Şirkətin strukturuna daxil olan qurumlarda xarici iqtisadi əlaqələrə aid bütün məsələlərin təşkili, baxılması və həllinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət X2 vətəndaşların “mülkiyyət hüququnun qeydiyyata alınması üçün müsbət rəyin verilməsi” vəzifəsi nəzərdə tutulmamışdır. Sözügedən tələb Dövlət Neft Şirkəti-nin səlahiyyətlərinə uyğun olmadığından o, bu iddiaya cavab verən inzbati orqan deyildir. Tələbin digər hissəsi olan “qaz xəttinin yerinin dəyişdirilməsi” barədə tələbi isə "xxxx" İB-nin səlahiyyətlərinə aid olmaqla, Dövlət Neft Şirkətinə qarşı irəli sürülə bilməz. Məhkəmə aşagıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 9 oktyabr 2024-cü il tarixli Qərarı ilə bu növ mübahisələrə mülki məhkəmə icraatı çərçivəsində baxılmalı olması qərara alınmışdır. Belə ki, həmin Qərarın 5-ci bəndindən görünür ki, 14-cü bənd aşağıdakı redaksiyada verilmişdir: - “Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. - Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. - Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. - Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.” Göründüyü kimi, Plenumun Qərarına əsasən təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən törədilmiş deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən, münasibətin təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyi müəyyən olunmalıdır. Məhkəmə tərəfindən iddiaçıya yuxarıda göstərilənlərlər bağlı xx.xx.2025-ci il tarixdə hüquqi yardım göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin iştirakı ilə işin halları və mübahisənin vəziyyəti müzakirə (izah) edilmişdir. Məhkəmə son olaraq qeyd edir ki, hazırki mübahisə üzrə Dövlət Neft Şirkəti iddia tələbinə cavab verməli olan inzibati orqan deyildir. Belə olan halda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəlləsinə əsasən : 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “qaz xəttinin yerinin dəyişdirilməsi və iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müsbət rəyin verilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova