Məhkəmə qərarları › İş №2-1(112)-9802/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9802/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9802/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı “iddiaçının faktiki sahibliyində və idarəçiliyində olmayan müddətdə adına olan **-GH-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin kənar şəxslər tərəfindən idarə olunması zamanı iddiaçının barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar üzrə icraatın dayandırılması, həmin nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı adına müxtəlif vaxtlarda tərtib edilmiş inzibati tənbeh haqqında elektron qərarların ləğv edilməsi və adından silinməsi, həmçinin həmin nəqliyyat vasitəsi 3-cü şəxsdən alınıb cərimə meydançasına qoyulanadək yazıla biləcək inzibatı tənbeh tədbirlərinin adına yazılmasının qadağan olunması vəzifəsinin, o cümlədən sürücülük vəsiqəsinin təzələnməsinə qoyulan qadağanın aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı “iddiaçının faktiki sahibliyində və idarəçiliyində olmayan müddətdə adına olan **-GH- *** dövlət qeydiyyatlı nişanlı avtomobilin kənar şəxslər tərəfindən idarə olunması zamanı iddiaçının barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar üzrə icraatın dayandırılması, həmin nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı adına müxtəlif vaxtlarda tərtib edilmiş inzibati tənbeh haqqında elektron qərarların ləğv edilməsi və adından silinməsi, həmçinin həmin nəqliyyat vasitəsi 3-cü şəxsdən alınıb cərimə meydançasına qoyulanadək yazıla biləcək inzibatı tənbeh tədbirlərinin adına yazılmasının qadağan olunması vəzifəsinin, o cümlədən sürücülük vəsiqəsinin təzələnməsinə qoyulan qadağanın aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Opel Vectra markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər iddiaçıya məxsus olmuş, 2010-cu ildə 20 saylı notariat kontorunda X2 etibarnamə vermiş va faktiki olaraq ona satmışdır. X3 ona söz vermişdir ki, maşını addan-ada keçirəcək, lakin sonradan məlum olmuşdur ki, addan-ada keçirməyib və 2012-ci ildə avtomobili yalnız sürmək hüququ üzrə X1 vermişdir. Avtomobil o vaxtdan sonra dəfələrlə qeyri-qanuni yolla satılaraq başqa adamlar tərəfindən idarə olunmuşdur. Həmin nəqliyyat vasitəsinin qeyri-qanuni idarə olunmasına görə iddiaçının adına müxtəlif vaxtlarda inzibati tənbeh haqqında elektron qərarlar tərtib olunmuşdur. İddiaçı uzun illər öncə satmış olduğu nəqliyyat vasitəsinin kənar şəxslər tərəfindən idarə olunması və bununla bağlı ona cərimə yazılması məsələsinin araşdırılması üçün Binəqədi RPİ-nin 40cı polis bölməsinə müraciət etmişdir. Məsələni araşdırarkən məlum olmuşdur ki, həmin nəqliyyat vasitəsi ilə bağlı verilmiş etibarnamə 5 ildən sonra qüvvəsini itirməsinə baxmayaraq, nəqliyyat vasitəsi müxtəlif şəxslərin adlarına keçirilmiş və 3-cü şəxslər tərəfindən idarə edilmişdir, son olaraq isə nəqliyyat vasitəsi iddiaçının tanımadığı bir şəxsin idarəçiliyində olmuş və hal-hazırda da onun idarəçiliyindədir. Məhz onun idarəçiliyi zamanın inzibati xətalar törədilmiş, bu isə yanlış olaraq nəqliyyat vasitəsinin ilkin sahibi kimi iddiaçının adına sənədləşdirilmişdir. İddiaçı adına işlənmiş həmin əsassız cərimələr üzündən də hazırda müddəti bitmiş sürücülük vəsiqəsini təzələyə bilmir. Təhqiqatçı tərəfindən aparılmış təhqiqatın nəticəsində cinayət işi başlanması rədd edilmişdir. Bununla belə qərara alınmışdır ki, barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar üzrə icraatın dayandırılması, nəqliyyat vasitəsini qeyri-qanuni olaraq idarə etmiş şəxslərin müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb olunmaları və Opel Vectra markalı **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinə göndərilsin. Qeyd edilən qərar bu vaxta qədər icra olunmamış və inzibati tənbeh vermə haqqında elektron qərarlar üzrə icraat dayandırılmalı və həmin nəqliyyat vasitəsi saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməli olduğu halda, edilməmişdir. İddiaçının müraciətlərinə baxmayaraq, avtomobil indiyədək 3-cü şəxs tərəfindən idarə olunur və Binəqədi RPİ-nin 40 saylı Polis Bölməsinin qərarına baxmayaraq avtomobil mühafizə olunan duracağa/cərimə meydançasına yerləşdirilməmişdir. Hal-hazırda cərimələrin ümumi məbləği 800 manatdan çoxdur. Həmçinin iddiaçı dəfələrlə BDYPİ-ə və 102 xidmətinə müraciət etsə də, bu məsələ öz həll yolunu tapmamışdır. İddiaçı sürücülük hüququnun vaxtı bitdiyindən bu məsələ ilə əlaqədar sürücülük vəsiqəsini dəyişə və təzələyə bilmir. Polis araşdırılması ilə müəyyən olunmayan şəxsin adına olan nəqliyyat vasitəsini idarə etməsi nəticəsində adına qanunsuz və əsassız olaraq tərtib olunmuş inzibati cərimə növündə cəzalar ləğv edilməli və adından silinməli, bunun icrası cavabdeh Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin üzərinə qoyulmalıdır. İddiaçı son olaraq 05 iyul 2021-ci il tarixdə cavabdeh orqanın tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına Azərbaycan Respublikası DİN-nin rəhbərliyinə inzibati şikayət qaydasında şikayət göndərsə də, iddiaçının bu müraciətinə də indiyə kimi baxılmamış, heç bir cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə sərəncamını icra edərək, iddia tələbinə münasibətini təqdim edərək göstərmişdir ki, vətəndaş İddiaçı müraciətləri əsasında Baş X7i İdarəsində araşdırma aparılaraq sonuncu barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar üzrə icraatın dayandırılması, eləcə də “Opel” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərarlar qəbul olunmuş və bu barədə ona məlumat verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (İ). Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər (İİ). Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);... İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi(publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. İddia ərizəsindən göründüyü kimi iddia tələbi inzibati tənbəh haqqında elektron qərarlar üzrə icraatın dayandırılması, inzibati tənbəh haqqında qərarların ləğv edilməsi və adından silinməsi, nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilənədək inzibati tənbəhlərin yazılmasının qadağan olunması və sürücülük vəsiqəsinin təzələnməsinə qoyulmuş qadağanın aradan qaldırılması vəzifəsinin inzibati orqan olan cavabdehin üzərinə qoyulmasından ibarətdir Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq isə publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Bundan əlavə, “X4” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 7-ci hissəsinə əsasən, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. Göstərilənlərə əsasən, iddiaçının tələbi- sürücülük vəsiqəsinin təzələnməsinə qoyulan qadağanın aradan qaldırılması hissəsi, onun mübahisələndirdiyi inzibati tənbəh haqqında qərarların nəticəsi ilə bağlı olduğundan, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı “iddiaçının faktiki sahibliyində və idarəçiliyində olmayan müddətdə adına olan **-GH-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin kənar şəxslər tərəfindən idarə olunması zamanı iddiaçının barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar üzrə icraatın dayandırılması, həmin nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı adına müxtəlif vaxtlarda tərtib edilmiş inzibati tənbeh haqqında elektron qərarların ləğv edilməsi və adından silinməsi, həmçinin həmin nəqliyyat vasitəsi 3-cü şəxsdən alınıb cərimə meydançasına qoyulanadək yazıla biləcək inzibatı tənbeh tədbirlərinin adına yazılmasının qadağan olunması vəzifəsinin, o cümlədən sürücülük vəsiqəsinin təzələnməsinə qoyulan qadağanın aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İnzibati Prosessual Məcəllənin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı “iddiaçının faktiki sahibliyində və idarəçiliyində olmayan müddətdə adına olan **-GH- *** dövlət qeydiyyatlı nişanlı avtomobilin kənar şəxslər tərəfindən idarə olunması zamanı iddiaçının barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar üzrə icraatın dayandırılması, həmin nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı adına müxtəlif vaxtlarda tərtib edilmiş inzibati tənbeh haqqında elektron qərarların ləğv edilməsi və adından silinməsi, həmçinin həmin nəqliyyat vasitəsi 3-cü şəxsdən alınıb cərimə meydançasına qoyulanadək yazıla biləcək inzibatı tənbeh tədbirlərinin adına yazılmasının qadağan olunması vəzifəsinin, o cümlədən sürücülük vəsiqəsinin təzələnməsinə qoyulan qadağanın aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar