Məhkəmə qərarları › İş №2-1(112)-9805/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9805/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9805/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçıya məxsus olan əmək kitabçasında qeyd edildiyi kimi qanunda nəzərdə tutulmuş (25 il) müddətdən artıq faktiki işlədiyi illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə Ermənistan Respublikası, Əzizbəyov rayonunda doğulmuşdur. 08 iyun 2022-ci il tarixdən yaşa görə sosial müavinət alsa da, əmək kitabçasında 1977-ci il tarxidən 2004-cü il tarixədək iş stajı göstərilməyinə baxmayaraq, əmək pensiyası ala bilmir. Bununla bağlı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” mərkəzinə müraciət etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 28 iyul 2022-ci il tarixli № **********4 saylı cavab məktubunda yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsini bildirmişdir. Cavabdehin imtina məktubunda qeyd edilir ki, “Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən xx.xx.1977-ci ildən xx.xx.1993-cü ilədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X2 sənədləri saxlanılmayıb. Eyni zamanda, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək haqqı cədvəllərində adına əmək haqqı hesablanmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İmtina əsassız və qanunsuz olduğundan qeyd edilənlərlə razılaşmır. Belə ki, əmək kitabçasında qeyd edildiyi kimi xx.xx.1975-ci ildən xx.xx.1977-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 1977-ci ilin noyabr ayının 01dən 1987-ci ilin 18 sentyabr tarixinədək Mir-Bəşir Elektromexanika zavodunda fəhlə, 08 sentyabr 1987-ci il tarixdən 22 oktyabr 1991-ci il tarixədək həmin zavodda (sonradan adı Tərtər BTS-yə dəyişdirildi) avtomobil təmiri üzrə çilingər, 14 noyabr 1991-ci il tarixdən 03 mart 1995-ci il tarixədək həmin zavodda çilingər və ixtisası üzrə avtomobil parkında dispetçer vəzifələrində çalışmışdır. 29 oktyabr 2004-cü il tarixdə isə ərizəsi əsasında həmin vəzifədən azad edilmişdir. 01 iİ 11 ay 17 gün hərbi xidmətdə olmuşdur. Əmək kitabçasında qeyd edildiyi kimi 26 il 11 ay 6 gün əmək stajı vardır. Ümumilikdə, 28 il 10 ay 23 gün təşkil edir. Hal-hazırda əvvəllər əmək stajı olduğuna görə qanunvericiliyin tələblərinə müvafiq olaraq əmək pensiyasının verilməsini tələb etmək hüququ var. Eləcə də, yaşı və səhhəti ilə bağlı iş qabiliyyəti olmadığından buna çox ehtiyacı var. Tərtər BTSdən təqdim olunmuş xx.xx.2022-ci il tarixli əmrdən çıxarışda xx.xx.1987-ci il tarixdən xx.xx.1991 -ci il tarixədək orada çalışmağı qeyd edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik X4 X9 X5 xx.xx.2022-ci il tarixli 17 saylı arayışında onun Tərtər BTS-də 1987-1991-ci illərdə işlədiyi müddətdə aldığı əmək haqqı məbləğləri cədvəl şəklində təqdim edilmişdir. O cümlədən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Şərq" istehsalat X6 zavodundan xx.xx.2022-ci il tarixli təqdim olunmuş arayışda 1977-2004-cü illər iş stajının araşdırıldığı və X3 müharibə dövründə mərmi düşdüyü üçün sənədlərin məhv olduğu, xx.xx.1977-ci il tarixdən xx.xx.1987-ci il tarixədək işlədiyi, xx.xx.1991-ci ildə işə girdiyi, lakin xx.xx.2004-cü il tarixli 68 nömrəli əmr mövcud olmadığı üçün həmin əmrlərin düzgünlüyünü, əmək haqqı kitablarını yoxlamağın mümkün olmadığı qeyd edilmişdir. Müharibə dövrünün olması ilə bağlı qeyd edilən müəssisəyə mərmi düşməsi nəticəsində sənədlərin məhv olması aydın olunmuşdur. Cavabdehin imtina məktubundan məlum olur ki, qeyd edilən dövrlərdə faktiki işləməyinə baxmayaraq, “Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən xx.xx.1977-ci ildən xx.xx.1993-cü ilədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X2 sənədləri saxlanılmadığna, eyni zamanda xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək haqqı cədvəllərində onun adına əmək haqqı hesablanmadığına görə ona əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Faktiki olaraq həmin müəssisədə işlədiyi təsdiq olunur, lakin yaşa görə əmək pensiyasının verilməsindən imtina edilir, bununla da Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq hüquqları kobud şəkildə pozulur. “Əmək pensiyaları haqqında” Qanunun 30-cu maddəsində əmək pensiyasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edildiyi, 31-ci maddəsində isə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilmələri qeyd edilmişdir. Həmin Qanunda qeyd edildiyi kimi azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ yaranır. “Vətəndaşların pensiya təminatı” haqqında Qanun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya kitabçada müvafiq qeydlər olmadıqda iş stajını müəyyən etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Nazirlər Kabinetinin 638 saylı 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi barədə” Əsasnamənin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda əmək stajı təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edildiyi bildirilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunda iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Qeyd edilən illərdə həmin müəssisələrdə iş fəaliyyətini təsdiq edəcək o dövrdə onunla birgə işləyən şahidlər də vardır. “Əmək pensiyaları haqqında” Qanunda yaşa görə əmək pensiyasının buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edildiyi bildirilmişdir. İstər qüvvədə olan qanunvericilik, istərsə də həmin dövr üçün qüvvədə olan qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazımi qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalimn Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından verilmiş imtina cavabı hüquqi vəziyyəti barədə qeyri-müəyyənlik yaratmaqla hüquqlarına ciddi mənfi təsir göstərir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən cavab məktubu ilə iddiaçının işlədiyi X2 sənədləri saxlanılmadığı üçün və əmək haqqı cədvəllərində İddiaçı adına əməkhaqqı hesablanmadığı üçün həmin dövrlərin sosial sığorta stajına əlavə edilməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyi bildirilmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta staiı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 22-1.1-ci maddəsinə uyqun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İddiaçı təqdim edilən A3E № ******* saylı əmək kitabçası və hərbi biletinin surətlərinə (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixdən hərbi xidmət dövrü nəzərə alınmaqla) əsasən sosial sığorta stajı 1 il 11 av 17 aün təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli imtina məktubunda bildirilmişdir ki, Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının işlədiyini iddia etdiyi X2 xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək sənədləri saxlanılmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əməkhaqqı cədvəllərində İddiaçı adına əməkhaqqı hesablanmadığı qeyd edilmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi, X2 sənədləri saxlanılmamışdır. Bununla da, inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyibişləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub- tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisələrdə işlədiyini iddia etdiyi illər iddiaçının sosial sığorta stajına daxil edilmir. Bu səbəblə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim edilən əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) sığorta stajı 1 il 11 ay 17 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Qarabağ regional filialının xx.xx.2022ci il tarixli aktına əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək X2 sənədləri saxlanılmayıb. Eyni zamanda, xx.xx.1993-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əmək haqqı cədvəllərində adına əmək haqqı hesablanmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış 3-17-1/2- 80087/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ərizəçi İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı cəlb edilməklə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Mir-Bəşir Elektromexanika (Tərtər Elektromexanika) zavodunda işlədiyi illərin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən imtina məktubu ilə iddiaçının işlədiyi X2 sənədləri saxlanılmadığı üçün və əməkhaqqı cədvəllərində İddiaçı adına əməkhaqqı hesablanmadığı üçün həmin dövrlərin sosial sığorta stajına əlavə edilməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyi bildirilmişdir. N.X13 təqdim edilən AZE № ******* saylı əmək kitabçası və hərbi biletinin surətlərinə (xx.xx.1975ci il tarixdən xx.xx.1977-ci il tarixdən hərbi xidmət dövrü nəzərə alınmaqla) əsasən sosial sığorta stajı 1 il 11 ay 17 gün təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli imtina məktubunda bildirilmişdir ki, Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının işlədiyini iddia etdiyi X2 xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək sənədləri saxlanılmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əməkhaqqı cədvəllərində İddiaçı adına əmək haqqı hesablanmadığı qeyd edilmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən qanunvericilik normasının məzmunundan göründüyü kimi, xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktlar müəyyən edilən zaman iki şərt nəzərə alınır:

1. ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;

2. ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədənkənar qaydada əldə etməyin mümkün olmaması nəzərdə tutulur. Ərizəçi İddiaçı AZE № ******* saylı əmək kitabçasında xx.xx.1991-ci il tarixdə 67 nömrəli əmrlə işə daxilolması barədə, xx.xx.2004-cü il tarixdə 68 nömrəli əmrlə işdənçıxma haqqında qeyd vardır. Bu da göstərilən “zəruri sənədləri başqa qaydada ala bilməməsi” müddəası ilə ziddivət təşkil etsə də məhkəmə tərəfindən araşdırılmadan əsassız olaraq ərizə təmin edilmişdir. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü halları iki qrupa bölünür:

1. hüquqi əhəmiyyətli faktlar müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar;

2. hüquqi əhəmiyyətli faktlar müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri (vermədikəri) hallar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ücün zəruri olan sərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi ücün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 3.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Mir-Bəşir Elektromexanika (Tərtər Elektromexanika) zavodunda işlədiyinin faktının təsdiq edilməsini tələb etmişdir, (iş materiallarında AZE № ******* saylı əmək kitabçası var və həmin dövrlər əmək kitabçasında göstərilmişdir.) Bu mübahisədən yaranan münasibətlər qeyd olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da göstərildiyi kimi rayon məhkəməsinə aidiyyəti olmamasına baxmayaraq ərizəçi Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi onun Mir-Bəşir Eiektromexanika (Tərtər Elektromexanika) zavodunda işləməsi əmək kitabçasında qeyd olunduğundan həmin dövrün məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi əsassızdır. H3 seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik X4 X9 X10 tərəfindən təqdim edilmiş 17 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı Tərtər BTS-da 1987-1991-ci illərdə işlədiyi müddətdə əmək haqqı müvafiq olaraq aşağıdakı cədvəldəki kimi olmuşdur:

Aylar İllər 1987 - 1988 1989 1990 1991 Yanvar - 83.00 160.00 170.00 170.00 Fevral 83.00 160.00 152.64 170.00 Mart - 83.00 160.00 187.00 170.00 Aprel - 98.99 160.00 170.00 250.00 May - 160.00 160.00 170.00 250.00 İyun - 160.00 170.00 170.00 374.64 - İyul 160.00 170.00 275.48 250.00 Avqust - 160.00 111.02 170.00 250.00

Sentyabr 64.09 160.00 170.00 170.00 235.75 Oktyabr 83.00 160.00 170.00 170.00 285.00 Noyabr 83.00 170.00 170.00 160.00 - Dekabr 83.00 170.00 170.00 160.00 -

CƏMİ: 313,09 1627,99 1931,02 2145,12 2405,39 8422,61

Cəmi: 8422,61 manat (səkkiz min dörd yüz iyirmi iki manat 61 qəpik). Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik X4 X9 29 saylı xx.xx.2022-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə 118 N-li əmrə əsasən avtomobil təmiri üzrə çilingər vəzifəsinə təyin edilib. xx.xx.1988-ci ildə 41 N-li əmrlə çilingərlikdən mexanik vəzifəsinə keçirilib. xx.xx.1991-ci ildən 128 N-li əmrlə xx.xx.1991-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad edilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik X4 X9 N-08 saylı xx.xx.2022-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə 118 N-li əmrə əsasən avtomobil təmiri üzrə çilingər vəzifəsinə təyin edilib. xx.xx.1988-ci ildə 41 N-li əmrlə çilingərlikdən mexanik vəzifəsinə keçirilib. xx.xx.1991-ci ildən 128 N-li əmrlə xx.xx.1991-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad edilib. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat X6 Zavodu tərəfindən təqdim edilmiş 09 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.2022-ci il tarixində X3 müraciət etmişdir. Onun əsasında İddiaçı 1977-2004-cü illər iş stajı yazılaraq araşdırılmışdır. X3 müharibə dövründə mərmi düşdüyü üçün sənədlərin bəziləri məhv olmuşdur. Yoxlama zamanı 78 nömrəli xx.xx.1977-ci il tarixində işə girmiş, 53 nömrəli xx.xx.1987-ci il tarixində işdən çıxmışdır. 67 nömrəli xx.xx.1991-ci il tarixində işə girmiş, xx.xx.2004-cü il tarixli 68 nömrəli əmr mövcud olmadığı üçün həmin əmrlərin düzgünlüyünü, əməkhaqqı kitablarını yoxlamaq mümkün olmamışdır. Araşdırma nəticəsində idarədə mühafizə olunan 1993, 1994, 1995, 1996, 1997, 1998 və 1999-cu illərdə əməkhaqqı kitabına baxış keçirilərək vətəndaş İddiaçı adına rast gəlinməmişdir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat X6 Zavodu tərəfindən təqdim edilmiş 09 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X8 Azərbaycan Nazirlər Sovetinin 03 avqust 1976-cı il tarixli 246 nömrəli qərarına əsasən Azərbaycan SSR Nazirlər Soveti Radiotexnika Sənayesi Nazirliyinin 14 iyun 1976-cı il birgə rəyinə uyğun olaraq 1977-ci il aprel ayının 24-ü, Moskva şəhərində yerləşən “YTES” İstehsalat Birliyinin nəzdində yaradılıb. 1991-ci il tarixindən X8 “Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi”-nin tərkibində fəaliyyət göstərmişdir. Nazirliyin 06 oktyabr 2006-cı il tarixli 03 nömrəli əmri ilə zavod Atıcı Silahlar və onların Ehtiyat Hissələrinin istehsalı üzrə İstehsalat Birliyinin strukturuna daxil edilmişdir. 2005-ci ildə X8 Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil edilmişdir. 1-ci və 2-ci Qarabağ müharibəsi dövründə zavod ərazisinə düşən çoxsaylı mərmilər nəticəsində arxivin yerləşdiyi bina ciddi xəsarət aldığından arxiv sənədlərinin çox hissəsi dağılaraq məhv olmuşdur. Qalan cüzi bir hissəsi isə yığılaraq saxlanılır. Zavodun keçmiş işçisi İddiaçı zavoda müraciət edərək ona aid sənədlərin surətinin çıxarılmasını xahiş etmişdir. Keçmiş işçinin təqdim etdiyi əmək kitabçasında onun zavoda xx.xx.1977-ci il tarixli 78/k nömrəli əmri ilə işə qəbul olunduğu, xx.xx.1987-ci il tarixli 53/k nömrəli əmrlə işdən azad olunduğu, xx.xx.1991-ci il tarixli 67/k nömrəli əmri ilə yenidən işə qəbul olunduğu, xx.xx.2004-cü il tarixli 68/k nömrəli əmrlə işdən azad olunduğu qeyd edilmişdir. Lakin zavod dağıntılara məruz qaldığı üçün İddiaçı aid işə qəbul və işdən çıxma əmrləri, işlədiyi illər üzrə əməkhaqqı cədvəlləri, məzuniyyət əmrləri və qeyd olunan əmrlərin qeydiyyat kitabından çıxarılmış surətləri aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********367400 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, dövlət reyestrində vəziyyəti aktiv olan X2 (VÖEN **********) xx.xx.1996-cı il tarixdə D-1250 nömrə ile Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi və əsas fəaliyyət növünün “digər qruplara daxil edilməyən-sair məhsulların istehsalı” olması barədə məlumat mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********398600 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, dövlət reyestrində X2 (VÖEN: **********) xx.xx.1996-cı il tarixdə D-1250 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hal-hazırda fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Nizamnamədə Zavodun Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1976-cı il tarixli 246 nömrəli qərarına əsasən xx.xx.1977-ci il tarixdə yaradıldığı qeyd olunmuşdur. İddiaçı dair AZE seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1977-ci il tarixdə 78 saylı xx.xx.1977-ci il tarixli əmrə əsasən Mir-Bəşir zavoduna 1 saylı yığma məntəqəsinə köməkçi işçi kimi qəbul edilmişdir. xx.xx.1978-ci il tarixdə 09 saylı xx.xx.1978-ci il tarixli əmrə əsasən TNŞ müfəttişlik xidməti tərəfindən köçürülmüşdür. xx.xx.1987-ci il tarixdə 53 saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz istəyi ilə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdə 41 saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən çilingər, mexanik vəzifəsinə keçirilmişdir (xx.xx.1988-ci il tarixdən təxmin üzrə ödəniş). xx.xx.1991ci il tarixdə 128 saylı xx.xx.1991-ci il tarixli əmr ilə öz ərizəsinə əsasən xx.xx.1991-ci il tarixdən işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə 67 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən Mir-Bəşir Elektromexanika zavodunun maşın-traktor parkına 6-cı dərəcəli avto çilingər qəbul edilmişdir. xx.xx.1995-ci il tarixdə 19 saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən ixtisası nəzərə alınaraq avtomobil parkına dispetçer təyin edilmişdir. xx.xx.2004-cü il tarixdə 68 saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən müvafiq qanunçuluğa uyğun olaraq ərizəsi nəzərə alınmaqla tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq İddiaçı iddia tələbi üzrə inzibati icraat materiallarının təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Tərtər Rayon İcra Hakimiyyəti Tərtər Rayon Dövlət Arxivinin 29 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “X7 və X2” əmr kitabları və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********17 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Tərtər (Mirbəşir) Elektromexanika zavodunun hansı tarixdən qeydiyyatdan keçməsi, təşkilatihüquqi formasında dəyişiklik olub-olmaması, hüquqi varisi və digər məsələlərə dair məlumatlann təqdim edilməsi barədə müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Tərtər (Mirbəşir) Elektromexanika zavodu 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuş, 2006-cı ildən isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin 14/2524 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 16 dekabr tarixli 1181 nömrəli sərəncamı ilə yaradılmış və həmin ildə Tərtər “Elektromexanika” zavodu Nazirliyin strukturuna daxil edilmişdir. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Tərtər “Elektromexanika” zavodunda işləməsi ilə bağlı 1-ci və 2-ci Qarabağ müharibəsi dövründə zavod ərazisinə düşən çoxsaylı mərmilər nəticəsində arxivin yerləşdiyi binaya ciddi zərər dəymiş, bununla əlaqədar onun həmin zavodda işləməsinə dair arxiv sənədlərinin aşkar edilməsi mümkün olmamışdır. Eyni zamanda, İddiaçı Tərtər “Elektromexanika” zavoduna təqdim etdiyi əmək kitabçasında onun həmin zavoda xx.xx.1977-ci il tarixli 78/k nömrəli əmr ilə işə qəbul olunduğu, xx.xx.1987-ci il tarixli 53/k nömrəli əmrlə işdən azad olunduğu, xx.xx.1991-ci il tarixli 67/k nömrəli əmr ilə yenidən işə qəbul olunduğu, xx.xx.2004-cü il tarixli 68/k nömrəli əmrlə işdən azad olunduğu qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 31.1-1-ci maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İdarə Heyətinin **********1 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında” Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, Filial inzibati orqandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə, qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla, mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə, inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İddiaçının AZE seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçasında onun xx.xx.1977-xx.xx.1987-ci illərdə və xx.xx.1991-xx.xx.2004-cü il tarixlərdə Mir-Bəşir (Tərtər Elektromexanika) zavodunda, xx.xx.1988-xx.xx.1991-ci illərdə isə X17 Stansiyasında işləməsinə dair qeydlər var. İş materiallarında olan iddiaçının H3 seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixə ən azı 25 il sığorta stajı var (29 il 11 ay 21 gün). Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən siğorta stajı iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (ümumilikdə 01 il 11 ay 17 gün) hərbi xidmətdə olduğu dövrləri təşkil edir. Mübahisəli sosial sığorta stajı xx.xx.1977-xx.xx.1987-ci illərdə və xx.xx.1991xx.xx.2004-cü il tarixlərdə Mir-Bəşir (Tərtər Elektromexanika) zavodunda, xx.xx.1988xx.xx.1991-ci illərdə isə X17 Stansiyasında (ümumilikdə 28 il 04 gün) olan əmək fəaliyyəti dövrüdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik X4 X9 29 saylı xx.xx.2022-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə 118 N-li əmrə əsasən avtomobil təmiri üzrə çilingər vəzifəsinə təyin edilib. xx.xx.1988-ci ildə 41 N-li əmrlə çilingərlikdən mexanik vəzifəsinə keçirilib. xx.xx.1991-ci ildən 128 N-li əmrlə xx.xx.1991-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad edilib. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat X6 Zavodu tərəfindən təqdim edilmiş 09 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X8 Azərbaycan Nazirlər Sovetinin 03 avqust 1976-cı il tarixli 246 nömrəli qərarına əsasən Azərbaycan SSR Nazirlər Soveti Radiotexnika Sənayesi Nazirliyinin 14 iyun 1976-cı il birgə rəyinə uyğun olaraq 1977-ci il aprel ayının 24-ü, Moskva şəhərində yerləşən “YTES” İstehsalat Birliyinin nəzdində yaradılıb. 1991-ci il tarixindən X8 “Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi”-nin tərkibində fəaliyyət göstərmişdir. Nazirliyin 06 oktyabr 2006-cı il tarixli 03 nömrəli əmri ilə zavod Atıcı Silahlar və onların Ehtiyat Hissələrinin istehsalı üzrə İstehsalat Birliyinin strukturuna daxil edilmişdir. 2005-ci ildə X8 Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil edilmişdir. 1-ci və 2-ci Qarabağ müharibəsi dövründə zavod ərazisinə düşən çoxsaylı mərmilər nəticəsində arxivin yerləşdiyi bina ciddi xəsarət aldığından arxiv sənədlərinin çox hissəsi dağılaraq məhv olmuşdur. Qalan cüzi bir hissəsi isə yığılaraq saxlanılır. Zavodun keçmiş işçisi İddiaçı zavoda müraciət edərək ona aid sənədlərin surətinin çıxarılmasını xahiş etmişdir. Keçmiş işçinin təqdim etdiyi əmək kitabçasında onun zavoda xx.xx.1977-ci il tarixli 78/k nömrəli əmri ilə işə qəbul olunduğu, xx.xx.1987-ci il tarixli 53/k nömrəli əmrlə işdən azad olunduğu, xx.xx.1991-ci il tarixli 67/k nömrəli əmri ilə yenidən işə qəbul olunduğu, xx.xx.2004-cü il tarixli 68/k nömrəli əmrlə işdən azad olunduğu qeyd edilmişdir. Lakin zavod dağıntılara məruz qaldığı üçün İddiaçı aid işə qəbul və işdən çıxma əmrləri, işlədiyi illər üzrə əməkhaqqı cədvəlləri, məzuniyyət əmrləri və qeyd olunan əmrlərin qeydiyyat kitabından çıxarılmış surətləri aşkar edilməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, X8 1-ci və 2-ci Qarabağ müharibəsi dövründə zavod ərazisinə düşən çoxsaylı mərmilər nəticəsində arxivin yerləşdiyi bina ciddi xəsarət aldığından arxiv sənədlərinin çox hissəsi dağılaraq məhv olmuşdur. Qalan cüzi bir hissəsi isə yığılaraq saxlanılır. Zavodun keçmiş işçisi İddiaçı zavoda müraciət edərək ona aid sənədlərin surətinin çıxarılmasını xahiş etmişdir. Keçmiş işçinin təqdim etdiyi əmək kitabçasında onun zavoda xx.xx.1977-ci il tarixli 78/k nömrəli əmri ilə işə qəbul olunduğu, xx.xx.1987-ci il tarixli 53/k nömrəli əmrlə işdən azad olunduğu, xx.xx.1991-ci il tarixli 67/k nömrəli əmri ilə yenidən işə qəbul olunduğu, xx.xx.2004-cü il tarixli 68/k nömrəli əmrlə işdən azad olunduğu qeyd edilmişdir. Lakin zavod dağıntılara məruz qaldığı üçün İddiaçı aid işə qəbul və işdən çıxma əmrləri, işlədiyi illər üzrə əməkhaqqı cədvəlləri, məzuniyyət əmrləri və qeyd olunan əmrlərin qeydiyyat kitabından çıxarılmış surətləri aşkar edilməmişdir. İddiaçının mübahisələndirilən dövrlər üzrə əmrlərin, həmçinin həmin dövrdə əmək haqqı alıb-almaması barədə məlumatların hazırda təqdim edilə bilməməsi iddiaçının əmək kitabçası və arxiv məlumatları ilə təsdiq edilən həmin dövrdəki əmək fəaliyyətinin nəzərə alınmamasına əsas hesab edilə və iddiaçı ilə Tərtər (Mirbəşir) Elektromexanika Zavodu arasında xx.xx.1977-xx.xx.1987-ci illərdə və xx.xx.1991-xx.xx.2004-cü il tarixlərdə fasiləsiz əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci—yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda, iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Nəticə etibarilə, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. X15 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. Beləliklə, iddia təmin edilməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1957-ci il tarixdə doğulduğu üçün ona 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar