Məhkəmə qərarları › İş №2-1(112)-9808/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9808/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9808/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X23 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X19, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın (çıxarışın) verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X14 ilə keçmiş X7 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.1996-cı il tarixli icarə müqaviləsinin əvvəlki icarədara məxsus olan 0.25 ha ölçüdə bağlanmış hesab edilməsi və adına verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışın torpaq sahəsinin ölçüsünə münasibətdə qismən ləğv edilməsi, həmin sahəyə adına 0,25 ha ölçüdə planölçü sənədi hazırlanmaqla yeni çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X25 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha-dan ibarət 1314 “a” saylı bağ torpaq sahəsi üzərində İddiaçı əri mərhum X2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,25 ha sahəsi olan 1314 saylı bağ sahəsi keçmiş X7 va İstismarı Birliyi ilə bağlanmış xx.xx.1988-ci il tarixli 11600 nömrəli icarə müqaviləsinə əsasən X11 məxsus olmuşdur. X20 yuxarıda qeyd olunan torpaq sahəsində yerləşən bağ evini icarə hüququ ila ona məxsus olan torpaq sahəsi ilə birlikdə mərhum əri X6 satmış, onun və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş xx.xx.1995-ci il tarixli ərizəsinə əsasən sözü gedən bağ sahəsi ərinin adına keçmişdir. Əri X14 xx.xx.1996-cı il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra qeyd edilən torpaq sahəsi 0,25 ha ölçüdə onun va ailə üzvlərinin istifadəsində olmuş və bu torpaq sahəsinə dair vergilər tərəflərindən ödənilmişdir. 2002-ci ildə bağ sahəsinin adına keçirilməsi ilə bağlı Bağlar İdarəsinə müraciət edərkən ona bildirilmişdir ki, guya bağ torpaq sahəsinin ölçüsünün o dövrdəki norması nəzərə alınaraq mərhum ərinin adına keçmiş 0,25 ha torpaq sahəsinin yalnız 0,12 ha-dan ibarat hissəsi (ev yerləşən hissə) onun adına keçərək, onunla xx.xx.1996-cı il tarixli icarə müqaviləsi bağlanmış, qalan hissə isə boş torpaq sahəsi kimi saxlanılaraq, gələcəkdə digər bir ailə üzvünün adına rəsmiləşdirilə bilər. Bundan sonra o, da onlara inanaraq mərhum ərinin adına olan sözü gedən torpaq sahəsinin onun adına keçirilərək həmin sahayə dair (0,12 ha) xx.xx.2002-ci iltarixli 11610 saylı icarə müqaviləsi bağlanılmasına razılıq verilmişdir. Daha sonra torpağın qalan hissəsinin digər ailə üzvünün adına rəsmiləşdirilməsi ilə bağlı dəfələrlə müraciətlər etməsinə baxmayaraq Bağlar İdarəsi tərəfindən müxtəlif bəhanələr gətirilərək işin həll edilməsi yubadılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən Yerli İcra Hakimiyyətləri orqanları, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan X24 ləğv edilərək, onların arxivləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bundan sonra faktiki istifadələrində qalmış torpaq sahəsinin sənədləşdirilməsi, bu sənədləşməni aparacaq təşkilatın ləğvi ilə əlaqədar qeyri-mümkün olmuş, bu səbəbdən də ona ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindan xx.xx.2012-ci il tarixdə yalnız 0,12 ha torpaq sahəsinə dair adına plan-ölçü sənədi hazırlanmış va bu sahə üzərində mülkiyyət hüququ qeydə alınaraq, ona çıxarış verilmişdir. Sözügedən torpaq sahəsinin 0,12 ha-dan ibarət hissəsi onların adına mülkiyyət hüququ ilə rəsmiləşdirilərək həmin torpaq sahəsi bütövlükdə, yəni 0,25 ha ibarət hissədə onların faktiki olaraq mülkiyyətlərində olmaqla, həmin sahə hasarın içərisindədir və tərəflərindən bu sahəyə görə 0,25 ha torpaq sahəsinə torpaq vergisi ödənilir. O, icarə hüququ ilə ailələrinə məxsus olan 0,25 ha torpaq sahəsinin qalan hissəsinin vərəsəlik qaydasında adına keçirilməsinə ümid edərək, Bakı şəhər 53 saylı Notariat ofisinə müraciət etmiş və həmin hissəyə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. DƏRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya əsasən Notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubla tanış olarkən ona bəlli olmuşdur ki, guya mərhum əri Mirzə İsmayılovun ərizəsinə əsasən 0,25 hadan ibarat 1314 saylı bağ sahəsinin 0,12 ha hissəsi onun adına keçmiş, qalan hissəsi Bağlar İdarəsinin boş balansına saxlanmışdır. Mərhum əri heç vaxt belə bir ərizə verməmiş və belə bir ərizə verməsi barədə sağlığında da ona heç nə deməmişdir. Belə ki, sözügedən bağ sahəsinin əvvəlki icarədarı ailə üzvləri ilə birlikdə icarə hüququ ilə ona məxsus olan 0,25 ha torpaq sahəsinin ərinin adına keçirilməsinə notarial qaydada təsdiq edilmiş ərizə ilə razılıq vermiş və onların sərbəst iradə ifadəsinə uyğun olaraq həmin sahə ərinin adına 0,25 ha ölçüdə keçmişdir. Eləcə də, bu torpaq sahəsində yerləşən bağ evinin dəyəri ödənilməklə onların mülkiyyətinə keçdiyini nəzərə alsalar, onda onun yerləşdiyi torpaq sahəsinin əvvəlki mülkiyyətçiyə məxsus ölçüdə onlara keçməsi tamamilə qanunidir. Digər tərəfdən 1988- 1996-cı illər ərzində vətəndaşlara icarəyə verilən bağ sahələrinin norması (ölçüsü) baradə məlumat təqdim edilməsinə dair Reyestr Xidmətinə verilmiş vəkil sorğusuna alınmış xx.xx.2021 -ci il tarixli cavab məktubundan da görünür ki, bağ sahəsinin ölçüsü bağ sahəsinin verilməsinə dair vətəndaşlarla bağlanmış müqavilələr əsasında müəyyən edilir. Belə olan halda hesab edir ki, sözügedən bağ sahəsi əvvəlki icarədarın müqaviləsi üzrə icarəsində olmuş 0,25 ha ölçüdə mərhum ərinin icarəsinə verilməli və onunla bu ölçüyə dair icarə müqaviləsi bağlanmalı idi. Digər tərəfdən sözügedən bağ sahəsi (0.25 ha) 314 saylı bağ sahəsi olmuş və 314 saylı bağ sahəsinin ölçüsü 0.25 ha dan ibarət olmuşdur. Həmin icarə sahəsinin yerdə qalan hissəsinə (0.13 ha) 314 a sıra sayı verilməsinə və bu sahənin Bağlar İdarəsinin boş balansında saxlanılmasına dair hər hansı məlumat Reyestr Xidmətinin arxiv bazasında da müəyyən olunmamışdır. Deməli, hazırda mübahisələndirilən bağ sahəsi 314 saylı bağ sahəsi olmaqla, onun ölçüsü 0.25 ha ölçüdən ibarət olmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, Reyestr Xidməti ona torpaq sahəsi və üzərindəki tikililərlə birlikdə vahid Çıxarış verərkən yuxarıda qeyd edilən halları nəzərə almamış, onun 0.25 ha torpaq sahəsi əvəzinə 0.12 ha torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi ilə birlikdə mülkiyyət hüququnu xx.xx.2012-ci il tarixdə qeydə alaraq adına dövlət reyestrindən Çıxarış verməkdə haqlı olmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəməyə daxil olmuş DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********80 №li xx.xx.2022-ci il tarixli iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2016-cı il və ********** nömrəli, xx.xx.2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,25 ha-dan ibarət olan 1314 saylı bağ sahəsinin icarədarı X20 xx.xx.1995-ci il tarixdə notarial qaydada qeyd olunan bağ sahəsinin iddiaçının mərhum əri X5 adına keçməsinə razılıq vermişdir. Həmçinin arxiv əsaslarında X5 bağ sahəsinin 0.12 ha hissəsini ev ilə birlikdə onun adına keçirilməsinə dair xx.xx.1995-ci il tarixli ərizəsi də vardır. Qeyd olunan ərizəyə əsasən keçmiş X7 və İstismarı Birliyi ilə İcarədarın adına olan 0.25 ha-dan ibarət olan 1314 saylı bağ sahəsinin 0.12 ha hissəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 01 saylı protokolu ilə X5 adına keçmiş, daha sonra İddiaçı adına qeydiyyatdan keçmiş, hal-hazırda iddiaçının mülkiyyətindədir. Yerdə qalan 0,13 ha hissəsi ilə bağlı arxiv əsaslarında heç bir məlumat aşkar olunmamışdır. Qeyd olunan bağ sahəsinin 0,12 ha hissəsi boş bağlar balansına keçirilmişdir. Göstərilən bağ sahəsinin hansı bağ sahəsinə aid olub - olmaması barədə elektron bazada məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********60 nömrəli, xx.xx.2016-cı il və **********45 nömrəli, xx.xx.2022-ci saylı cavab məktubları ünvanlanmışdır. İddiaçının nümayəndəsi və vəkili X25 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X16 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsaslıdır. Belə ki, iş materiallarında olan; AZE seriyalı 00****** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, iddiaçı-xx.xx.1949-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyadadır. xx.xx.1984-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ seriyalı, 369930 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X14 ilə X27 xx.xx.1975-ci ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1975-ci ilin iyul ayının 06-cı günündə 356 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 04 aprel 1996-cı il tarixdə verilmiş İV-ЖГ, 460968 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X14 xx.xx.1996-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1996-cı ilin aprel ayının 4-cü günündə 422 nömrə ilə qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib olunmuş 11/3810 inventar nömrəli (Reyestr № **********50- 11301) texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X21 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, 1314 №-li bağ evinin sənəd üzrə torpaq sahəsi 0,12 ha, faktiki sahə 0,12 ha, tikinti altı sahə 0.00721 ha, digər sahələr 0.11279 ha təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,12 ha torpaq sahəsində 27,5 kv. metrdən ibarət 1314 saylı bağ evi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (Reyestr № **********50-11301) İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində 88 nömrəli kitabın 9039 nömrəli vərəqində qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7210/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X17 cavabdeh İddiaçı (hazırki iş üzrə iddiaçı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 “a” saylı torpaq sahəsindən istifadənin həyata keçirilməsinə mane olan cavabdehin yol verdiyi pozuntuya son verilməsi, yəni, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 “a” saylı torpaq sahəsi və 1315 “a” saylı torpaq sahələri arasında olan, ümumi istifadədə olmalı olan yolun mənimsənilməsinə son qoyulması, cavabdeh tərəfindən özbaşına tikilmiş hasarın, qapının (darvazanın), su çəninin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1415/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-944/2020 №li iş üzrə çıxartdığı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2563/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7210/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1415/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə işin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki: - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2563/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “......mübahisəli sahənin (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 “a” saylı bağ torpaq sahəsi) isə İddiaçı sahibliyində olması işin mübahisəsiz halıdır”. - Kassasiya instansiyası məhkəməsinin göstərişi ilə əlaqədar DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 15 sentyabr 2021-ci il tarixli məktubu ilə göndərilmiş mütəxəssis (mühəndis) rəyi alınmışdır. Qeyd olunan rəydə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 “a” və 1315 “a” saylı bağlara texniki baxış keçirildiyi göstərilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yol kimi iddia olunan sahə sxematik xəritəyə əsasən 1317 saylı bağın ərazisidir. 1315 “a” saylı bağın yolu 1315 saylı bağın ərazisində olmalıdır və 1315 saylı bağın kadast planında nəzərə alınmışdır. İddiaçı cavabdehdən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 “a” saylı torpaq sahəsi və 1315 “a” saylı torpaq sahələri arasında olan, ümumi istifadədə olmalı olan yolun mənimsənilməsinə son qoyulması, cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasarın, qapının (darvazanın), su çəninin cavabdehin hesabına sökülməsini tələb edir. Qeyd olunan rəylə 1314 “a” saylı bağ sahəsi və 1315 “a” saylı bağ sahələri arasında olan iddiaçının ümumi istifadədə olmalı olan yol hesab etdiyi mübahisələndirilən ərazi hansısa yolun ərazisi olmadığından iddia bu hissədə təmin oluna bilməzdi. Demək, bu ərazinin yol ərazisi kimi mənimsənilməsindən də söhbət gedə bilməz. İddia tələbinin cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasarın, qapının (darvazanın), su çəninin cavabdehin hesabına sökülməsi hissəsi də özüözlüyündə əsassızdır ona görə ki, iddiaçının yol hesab etdiyi ərazi yol üçün nəzərdə tutulmuş yer olmadığından iddiaçıya məxsus bağ sahəsi ilə bu ərazini ayıran hasarın, cavabdehə məxsus qapının (darvazanın) və su çəninin də sökülməsinə əsas yaranmır. - Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli əraziyə baxış keçirilərkən, cavabdehə məxsus bağ sahəsinin hasarının cavabdeh tərəfin bildirdiyinə görə 1965-ci ildə inşa olunduğu və bağ sahəsini bu vəziyyətdə aldığı, məhkəmə tərəfindən də həmin hasarın uzun illər əvvəl inşa olunduğunun açıq-aşkar müşahidə olunduğu müəyyən olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5115/2022 №li iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı hazırki tələblə idda ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və məhkəmənin qeyd olunan qərardadı ilə iddia geri götürülmüş hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5115/2022 №li iş materiallarında olan məhkəmənin müvafiq sorğularına cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş: - xx.xx.2022-ci il tarixli **********94 №li məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, 0.25 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsinin üzərində olan tikililərin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X22 arasında xx.xx.1988-ci il tarixli, 11610 nömrəli müqavilə bağlanılmışdır. Daha sonra icarədar və ailə üzvləri sözügedən bağ sahəsinin Mirzə İsmayılovun adına keçirilməsi ilə bağlı xx.xx.1995-cı ıl tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə, həmçinin X14 1314 saylı bağın 0.12 ha hissəsinin (ev ilə birlikdə) onun adına keçirilməsi ilə bağlı Bağlar Təsərrüfatı İdarəsinə müraciət etmişlər. Həmin ərizələr və Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1996-cı il tarixli, 1 nömrəli protokolu ilə Bilgəh qəsəbəsində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 1314 saylı bağ sahəsi üzərində olan tikililərlə xx.xx.1996-cı il tarixli 11610 saylı müqavilə əsasında X2 icarəsinə verilmişdir. Həmin bağ sahəsinin yerdə qalan 0,12 hektar hissəsi isə Bağlar İdarəsinin boş balansına keçirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1314 saylı bağ sahəsi X2 vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş xx.xx.2002-ci il tarixli ərizəsinə əsasən mərhumun arvadı İddiaçı adına keçirilmiş və onunla xx.xx.2002-ci il tarixli, 11610 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixli torpaq sahəsininin planı və ölçüsü sənədi əsasında 0,12 ha torpaq sahəsi və üzərində inşa edilmiş 1314 saylı bağ evi vahid əmlak kimi xx.xx.2012-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Bilgəh qəsəbəsi, 1314 “a” saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. - **********79 №li xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, arxiv qovluğunda saxlanılan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində 0,25 ha torpaq sahəsi olan 437 (keçmiş bağ nömrəsi) saylı bağ sahəsinin icarəyə verilməsinə dair Bakı şəhər Soveti İK-nin Bağ təsərrüfatı Tresti ilə Abdullayev Məmmədəli (sənəddə olduğu kimi) arasında 1965-ci il tarixdən 1971-ci il tarixədək bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında xx.xx.1965-ci il tarixli 11610 nömrəli müqavilə bağlanmışdır. Daha sonra sözügedən müqavilənin müddəti uzadılaraq, Bakı şəhər Soveti İK-nin Bağ təsərrüfatı Tresti ilə X4 arasında 1971-ci il tarixdən 1981-ci il tarixədək Bilgəh bağ massivində 0,25 ha torpaq sahəsinin icarəyə veilməsinə dair bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında xx.xx.1971-ci il tarixli 11610 saylı müqavilə bağlanmışdır və bağ sahəsinin nömrəsi 437/1314 kimi qeyd edilmişdir. İcarədarın xx.xx.1980-ci il tarixdə vəfatından sonra X1 arvadı X8 və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında keçmiş X7 və İstismarı Birliyi (BTİİB) ilə X22 arasında 1988-ci il tarixdən 1998-ci il tarixədək Bilgəh bağ massivində 0,25 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsinin icarəyə verilməsinə dair bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında xx.xx.1988-ci il tarixli 11610 nömrəli müqavilə bağlanmışdır. X9 və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri və X18 Bilgəh bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsinin bağ evi ilə birlikdə 0,12 ha hissəsinin adına keçirilməsinə dair xx.xx.1995-ci il tarixli ərizəsi əsasında X26 ilə BTİİB ilə arasında 1996-cı il tarixdən 2006-cı il tarixədək 0,12 ha torpaq sahəsi olan Bilgəh qəsəbəsi 1314 saylı bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1996-cı il tarixdə 11610 nömrəli müqavilə bağlanmışdır. BTİİB-nin xx.xx.1996-cı il tarixli arayışına əsasən qeyd olunur ki, sözügedən bağ sahəsinin yerdə qalan 0,12 ha torpaq sahəsi keçmiş X7 və İstismarı Birliyi idarəsinin boş balansına keçmişdir. X18 vəfatından sonra arvadı İddiaçı ərizəsi, həmçinin X12 və X10 notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında BTİİB ilə İddiaçı arasında 2002-ci il tarixdən 2012-ci il tarixədək sözügedən bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.2002-ci il tarixli 11610 nömrəli müqavilə bağlanmışdır. Adı çəkilən müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli 415202 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsi və ümumi sahəsi 27,5 kv. metr olan bağ evi İddiaçı adına xx.xx.2012-ci il tarixdə Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir (reyestr nömrəsi: **********50-11301). Sorğuda qeyd edilən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi 1314 “a” saylı bağ sahəsinə dair bildirilmişdir ki, İdarənin arxivində Bilgəh bağ massivi 1314 “a” saylı bağ sahəsinə dair məlumat aşkar edilməmişdir. Qeyd olunan məktuba əlavə edilmiş aşağıda sadalanan sənədlərdən müəyyən olunur ki: - “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” xx.xx.1965-ci il tarixli 11610 №-li müqaviləyə əsasən Bilgəh qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət 437 №-li bağ sahəsi Məmmədəli Abdullayevin istifadəsinə (icarəsinə) verilmişdir. - “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” 11610 №-li, xx.xx.1971-ci il tarixli müqavilə ilə Bilgəh qəsəbəsində 0,25 ha bağın 1 otaqdan ibarət 18.48 kv. metr mənzil sahəsi olan bina və köməkçi tikintilərlə birlikdə bağ sahəsi X1 istifadəsinə (icarəsinə) verilmiş, müqavilədə bağ sahəsinin nömrəsi 437/1314 kimi qeyd edilmişdir. - “Bağ evlərinin, binaların uzunmüddətli icarəyə verilməsi barədə” xx.xx.1988-ci il tarixli 11610 №-li müqavilənin surətindən ərizələrin surətlərindən müəyyən olunur ki, X1 ölümü ilə əlaqədar arvadının və ailə üzvlərinin ərizəsinə əsasən Bakı Xalq Deputatları Sovetinin 1965-ci il tarixli 10 №-li protokoluna əsasən Bilgəh bağlar massivində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət 1314 №-li bağ sahəsi mərhumun arvadı X9 istifadəsinə verilmişdir. - X20 tərəfindən Bakı şəhər Bağlar Təsərrüfatı idarəsinə ünvanlanmış və digər ailə üzvləri tərəfindən razılıqları bildirilmiş ərizənin məzmunundan müəyyən olunur ki, o, adına olan Bilgəh sahəsində olan 1314 №li bağın (orada olan evlə birlikdə) (müqavilə № 11610) X2 adına keçirilməsini xahiş etmişdir. - Bakı şəhər Bağlar Təsərrüfatı idarəsinin Müqavilə şöbəsinin arayışında göstərilmişdir ki, Bilgəh ərazisindəki 11610 №li müqavilə ilə 0,25 ha torpaq sahəsi olan 1314 №li bağın icarədarı X13r. İcarədar xahiş edir ki, həmin bağ sahəsi (0,12 ha) X2 adına keçirilsin. Qalan 0,12 ha Bağlar İdarəsinin boş balansına keçirilsin. Sənədlər baxılmasından ötrü Bakı şəhər İcra hakimiyyətinin komissiyasına göndərilir. Əlavə 11610 №li müqavilə. - “Bağın İcarəyə verilməsi haqqında” 11610 №-li xx.xx.1996-cı il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1996-cı il tarixli sərəncamının 1 saylı protokoluna əsasən Bilgəh qəsəbəsində 0.12 ha torpaq sahəsindən ibarət 1314 №-li bağ sahəsi 19,4 kv. metr olan 1 otaqdan ibarət evlə birlikdə X2 istifadəsinə verilmişdir. Müqavilənin müddəti 03 yanvar 1996-cı ildən 03 yanvar 2006-cı il tarixədək müəyyən olunmuşdur. - “Bağın İcarəyə verilməsi haqqında” 11610 №-li xx.xx.20002-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2022-ci il tarixli Sərəncamının 16 №li protokoluna əsasən Bilgəh qəsəbəsində 0,12 ha-dan ibarət 1314 saylı bağ sahəsi 19,4 kv. metr olan 1 otaqdan ibarət evlə birlikdə İddiaçı istifadəsinə verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A seriyalı 415202 №li torpaq sahəsinin planı və ölçüsünün surətindən müəyyən olunur ki, Bakı şəhəri İH-nin BTİ və İB-nin xx.xx.2002-ci il tarixli 11610 saylı müqaviləsinə əsasən Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1200 kv. metr torpaq sahəsi 1314 saylı bağ evinin tikintisi üçün İddiaçı istifadəsinə verilmişdir. Bu barədə X34 kitabında xx.xx.2012-ci il tarixdə 32637 nömrə ilə uçota alınmışdır. Hazırki iş üzrə məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********22 №li xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2022-ci il tarixli, **********45 qeydiyyat nömrəli məktubla münasibət bildirilmişdir və əmlakla bağlı baxış keçirilməmişdir. ƏMDK yanında DƏDRX 1 saylı ünvan 5 ünvanlanmış **********33 №li xx.xx.2019cu il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,25 ha sahəsi olan 1314 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə X22 arasında xx.xx.1988-ci il tarixli 11610 nömrəli müqavilə bağlanmışdır. Daha sonra sözügedən bağ sahəsi X20 və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş xx.xx.1995-ci il tarixli ərizələrinə əsasən X2 adına keçmişdir. Lakin X2 yazılı ərizəsinə əsasən Bilgəh qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 1314 saylı bağın 0,12 ha hissəsi (ev olan hissə) onun adına keçmiş və xx.xx.1996-cı il tarixdə müqavilə bağlanmışdır. Yerdə qalan 0,12 ha hissəsi isə Bağlar İdarəsinin boş balansına keçmişdir. X18 adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 1314 “a” saylı bağ sahəsinin ayrılmasına dair məlumat (sənəd) İdarənin arxiv qovluğunda aşkar edilməmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********45 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı idarənin xx.xx.2016-cı il tarixli **********60 nömrəli məktubu ilə müraciətə cavab verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan X24nin ləğv edilməsi barədə’’ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər icra Hakimiyyətinin nəzdində olan X24 ləğv edilmiş, ləğv olunan X24nin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi və bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X24 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X24 ləğv edilmiş, X24nin arxiv sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilmişdir. Sərəncamın tələbləri baxımından bağ torpaq sahələri “Torpaq islahatı haqqında” Qanuna əsasən vətəndaşların mülkiyyətinə verilməlidir. Eyni zamanda, bağ torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin dairəsi müəyyən edilmiş və bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışlar hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. İşin araşdırılan hallarından müəyyən olunur ki, hazırda mübahisələndirilən bağ torpaq sahəsinin aid olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində 0,25 ha torpaq sahəsi olan 437 (keçmiş bağ nömrəsi) saylı bağ sahəsi ilkin olaraq xx.xx.1965-ci il tarixli müqavilə ilə Məmmədəli Abdullayevin icarəsinə verilmiş, sonradan onunla bağlanmış müqavilənin müddəti 1981-ci il tarixədək uzadılmış və bağ sahəsinin nömrəsi 437/1314 kimi qeyd edilmişdir. X1 ölümü ilə əlaqədar Bilgəh bağ massivində 0,25 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsinə dair onun arvadı X22 ilə bağın icarəyə verilməsinə dair xx.xx.1988-ci il tarixli müqavilə bağlanmışdır. X9 0,25 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsinin X18 adına keçirilməsi barədə ərizəsinə əsasən həmin bağ sahəsinin 0,12 ha hissəsinin bağ evi ilə birlikdə X18 icarəsinə verilməsinə dair xx.xx.1996cı il tarixli müqavilə bağlanmış və həmin tarixdən 0,25 ha torpaq sahəsi olan 1314 saylı bağ sahəsi evlə birlikdə natural formada bütöv şəkildə X18 ailəsi ilə birlikdə istifadəsinə verilmişdir. Sənəd üzrə sözügedən bağ sahəsinin yerdə qalan 0,12 ha torpaq sahəsinin keçmiş X7 və İstismarı Birliyi idarəsinin boş balansına keçirildiyi qeyd olunmuşdur. X18 ölümündən sonra arvadı İddiaçı ərizəsi əsasında onunla BTİİB arasında sözügedən bağ sahəsinin (0,12 ha) icarəyə verilməsinə dair xx.xx.2002-ci il tarixli müqavilə bağlanmış, xx.xx.2012-ci il tarixdə həmin bağ sahəsinə dair İddiaçı xüsusi mülkiyyə hüquqları Daşınmaz Əmlakın dövlət reyestrində 0,12 ha olmaqla 1314 saylı bağ sahəsi kimi qeydiyyata alınmış və hazırda sonuncunun mülkiyyətindədir. Göründüyü kimi, iddiaçının mərhum ərinə qanuni əsaslarla verilmiş mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı və “Torpaq islahatı haqqında” Qanunun tələbləri baxımından onun mülkiyyəti sayılır ki, cavabdeh qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirərək onun hüquqlarının dövlət qeydiyyatını həyata keçirməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan X24 ləğv edilməklə, ləğv olunan X24nin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alındığından, ləğv olunmuş bağ təsərrüfatı idarəsi ilə hazırda mübahisəli torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanmasının mümkünsüz olduğunu, 0,25 ha dan ibarət bağ torpaq sahəsinin 0,12 ha hissəsinin (ev olan hissə) 1314 nömrə ilə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, mübahisəli 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış həmin torpaq sahəsinin ayrılmaz hissəsi olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsinin 0,12 ha-dan ibarət hissəsi rəsmi sənədlərdə, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən olunmuş 1314 “a” nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmalıdır. İddiaçının mərhum ərinin hüquqlarının dövlət qeydiyyatı ilə bağlı cavabdehin imtinası ilə razılaşmayan məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında" Qanunun tələbləri baxımından üzərinə qoyulmuş vəzifələrini icra etməyərək, mübahisəli torpaq sahəsinin 1965-ci ildən qanuni əsaslarla 0,25 ha olmaqla vahid bağ torpaq sahəsi kimi ayrıldığını, daha sonra həmin bağ sahəsinin 1996-cı ildə iddiaçının mərhum ərinin adına 0,12 ha kimi rəsmiləşdirilsə də, 0,25 ha-dan ibarət bağ torpaq sahəsinin vahid şəkildə sonuncunun istifadəsinə verildiyini, hazırda hüquqların qeydiyyatı tələb olunan torpaq sahəsinin 1965-ci ildən inşa olunmuş hasar daxilində yerləşməklə və iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan məhz həmin bağ sahəsinin tərkibində olmaqla 1996-cı ildən istifadələrində, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2563/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən isə halhazırda da İddiaçı qanuni sahibliyində olmasını nəzərə almamış və qeyd olunan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ləğv edilmiş Bağlar İdarəsinin boş balansına keçirildiyini bildirməklə hüquqların dövlət qeydiyyatından imtina etmiş və bununla iddiaçının (onun mərhum ərinin) qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа” Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-nin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha-dan ibarət 1314 “a” saylı bağ torpaq sahəsi üzərində İddiaçı əri mərhum X2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar