Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-981/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş 1982-ci il tarixli texniki pasport əsasında mərhum X1na verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X1na məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş 1982-ci il tarixli texniki pasport əsasında mərhum X1na verilmidşir. X1 vəfat etmişdir. Atasının vərəsəsi kimi əraizəsi əsasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. ünvan 5 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi xahiş edilmişdir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair müvafiq sənədlərin surətlərinin verilməsi ilə bağlı cavabdeh orqana müraciəti əsasında həmin orqanın xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum X4 adı ilə bağlı tərtib edilmiş 1982-ci il tarixli texniki pasportun 07 vərəqdə təsdiq edilmiş surəti ona təqdim edilmişdir. Dövlət Arxivinin Bakı Filialına dəfələrlə müraciət etmiş, arxiv idarəsindən verilmiş cavab məktublarında Kirov rayon ZDS İK-nin (indiki BİH) arxiv fondu üzrə 1982-ci ilə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialında mövcud olduğu, lakin, həmin sənədlərdə X1 barəsində məlumatın olmaması, Kirov rayonu ZDS İK-nin (indiki BİH) arxiv fondu üzrə xx.xx.1982-ci il tarixli, 01-7/1932 saylı qərarının Bakı Filialına təhvil verilmədiyi bildirilmişdir. Qeyd olunan daşınmaz əmlak üzərində mülkiyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə edilmiş müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab verilərək qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədi təqdim edə bilməməsi, əsasən Kirov rayonu ZDS İK-nin (indiki BİH) arxiv fondu üzrə xx.xx.1982-ci il tarixli, 01-7/1932 saylı qərarının əsli və ya arxiv arayışının müraciətə əlavə edilmədiyi qeyd olunmuşdur. Halbuki, həmin qərarın arxivdə tapılmaması onun və ya mərhum atasından asılı olmamışdır. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtina məktubunda guya hüquqmüəyyənedici sənədləri təqdim edə bilməməsi qeyd olunmuşdur. Cavabdehin imtinasını qanuni və əsaslı hesab etmir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə texniki pasporta uyğun olaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 560.3 kv.m olan torpaq sahəsinə dair hüququn ölmüş şəxsə (X6) məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********55 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici səndələr təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə səasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əsas hesab edilir. Vahid elektron kadast rbaza məlumatlarına əsasən texniki pasportun baş planına əsasən faktiki vəziyyətlə perimetrlik ölçü fərqi var. Həmçinin, torpaq sahəsinin şimal sərhəddi boyunca 159 mm-lik orta təzyiqli qaz xətti keçir. xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 609.3 kv.m qeyd olunsa da, faktiki olaraq 560.3 kv.m təşkil edir. Həmçinin, yaşayış sahəsinə bitişik ümumi sahəsi 17 kv.m olan əlavə sahə inşa edilmiş, “V” tikilisi rekonstruksiya edilərək yaşayış evinə birləşdirilmişdir. “B” tikilisi (həyət tikilisi) isə rekonstruksiya işləri aparılmış, tikintialtı sahəsi 62 kv.m olan sahə artırılmış, tikintialtı sahəsi 70 kv.m olan tövlə və talvar tikilmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbi barəsində hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyəti nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-Ə-0056/02-8/2024 **********55 nömrəli məktubla bildirilmişdir ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlakı obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edilən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
9. Cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-Ə- 0067-8/2024 nömrəli məktubla imtina edilmişdir.
10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-Ə-1520-8/2023 **********33 nömrəli məktubla bildirilmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə dövlət reyestrində mərhum X4 adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum X4 adı ilə bağlı tərtib edilmiş 1982-ci il tarixli texniki pasportun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1982-ci il tarixli texniki pasportda, ünvan 12 ünvanının sahibi kimi X7 göstərilmiş, torpaq sahəsinin ölçüsü 609.3 kv.m göstərilmişdir.
11. Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 334 nömrəli məktuba əsasən X4 ölümü ilə əlaqədar xx.xx.2023-cü il tarixində vərəsəsinin (İddiaçı) ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuşdur. Miras əmlakın tərkibində olan ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış verilməsi xahiş edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 19 aprel 2024-cü il tarixli, 3-48-2F/2-862/2024 nömrəli məktubla bildirilmişdir ki, keçmiş Kirov rayonu ZDS İK-nin (indiki Binəqədi RİH) arxiv fondu üzrə xx.xx.1982-ci il tarixli, 01- 7/1932 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-17755/2024 nömrəli **********55 nömrəli məktubla ünvan 10 ünvanına dair müvafiq sənədlərin surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X5 xüsusi mülkiyyətindədir. O, həmin fərdi yaşayış evini xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 əldə etmişdir. Sözügedən fərdi yaşayış evi isə X3 adına xx.xx.1994-cü il tarixli texniki pasport əsasında qeydiyyata alınmışdır.
14. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X9 məxsus anoloji çıxarışa və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev 5 (Yeni qaydalarla: AZ1117, ünvan 11 ünvanında yerləşən ümum isahəsi 50.8 kv.m olan fərdi yaşayış evi və onun altında yerləşən 0.0669 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin daşınmaz əmlaka dair ilkin hüquqmüəyyənedici sənəd Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş texniki pasport olmuşdur.
15. Məhkəmənin sorğusuna əsasən “Azəriqaz” Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, 14-2-2-3/2-2533/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, ünvan 12 ünvanında yerləşən iş üzrə İddiaçı istifadəsində olan torpaq sahəsinə (koordinatlar: 40.438892; 49.817344) əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, koordinatları yuxarıda göstərilmiş torpaq sahəsinin ərazi hüdudları daxilindən “Azəriqaz” İB-yə məxsus qaz xətləri keçmir və qaz avadanlıqları mövcud deyildir. Torpaq sahəsinin (fərdi yaşayış evinin) L=0.3 metr məsafəsindən isə “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan, 1990cı il tarixindən istismara verilmiş D159 mm-lik, orta təzyiqli, yerüstü qaz xətti, Departamentin balans istismarında olan 2000-ci il tarixindən L=0.2 metr məsafədən D76mm-lik, L=4.1 metr məsafədən D 108 mm-lik aşağı təzyiqli yer üstü qaz xətti keçir. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak iddiaçının iştirakçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının mərhum atasının adına Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1982-ci il tarixli texniki pasport tərtib edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə notariat ofisinə müraciət etmiş və X1nun adına vərəsəlik işi açılmışdır. Bundan sonra notariat ofisi tərəfindən cavabdehə müraciət ünvanlanaraq mərhum H.Əliyevə məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilsə də, cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçı tərəfindən də, mübahisəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə çoxsaylı müraciətlər ünvanlansa da, cavabdeh tərəfindən iddiaçının müraciətlərinin təmin edilməsindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlakı obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edilən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməsi əsas göstərilməklə imtina edilmişdir.
23. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab etməklə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair - üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur.
24. Mübahisəli fərdi yaşayış evinin sahibi olmuş iddiaçının mərhum X1nun fərdi yaşayış evi üzərində hüquqları qeydiyyata alınmış, o, evin sahibi kimi tanınmış və texniki inventarlaşdırma orqanı tərəfindən həmin evə dair texniki pasport tərtib edilmiş, texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir.
25. Göründüyü kimi, iddiaçının mərhum atasının sözügedən ünvanda yerləşən fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsi üzərində istər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsində nəzərdə tutulan, istərsə də, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri mövcud olmuşdur. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə eyni faktiki və hüquqi hallara söykənən digər fiziki şəxsin adına verilmiş çıxarış təqdim edilmişdir ki, həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətlərinə əsasən müəyyən edilmişdir ki, çıxarış, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş texniki pasport əsasında fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, eyni faktiki və hüquqi hallara söykənən işlər üzrə iddiaçıya münasibətdə cavabdeh tərəfindən fərqli mövqeyin sərgilənməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin (Bərabərlik prinsipi) tələblərinə ziddi qiymətləndirilməlidir.
26. Cavabdehin digər dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı iddia tələbini məhkəmə icraatının gedişatında dəqiqləşdirərək torpaq sahəsi üzərində hüquqların sənəd üzrə ölçülərinə görə deyil, faktiki ölçüsünə - 560.3 kv.m ölçüsünə uyğun qeydiyyata alınmasını məhkəmədən xahiş etmişdir. Fərdi yaşayış evinə münasibətdə isə iddiaçının yeni inşa edilmiş tikililərə dair hər hansı bir iddiası mövcud deyildir.
27. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh torpaq sahəsindən şimal sərhəddi boyunca 159 mm-lik orta təzyiqli qaz xəttinin keçməsinə istinad etsə də, məhkəmə araşdırması zamanı “Azəriqaz” Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, torpaq sahəsinin ərazi hüdudları daxilindən “Azəriqaz” İB-yə məxsus qaz xətləri keçmir və qaz avadanlıqları mövcud deyildir. Torpaq sahəsinin (fərdi yaşayış evinin) L=0.3 metr məsafəsindən isə “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan, 1990-cı il tarixindən istismara verilmiş D159 mm-lik, orta təzyiqli, yerüstü qaz xətti, Departamentin balans istismarında olan 2000-ci il tarixindən L=0.2 metr məsafədən D76mm-lik, L=4.1 metr məsafədən D 108 mm-lik aşağı təzyiqli yer üstü qaz xətti keçir.
28. Əlavə olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, ünvan 14 ünvanı altında başqa fərdi yaşayış evinə dair digər X3 adına çıxarış verilmiş, sonradan fərdi yaşayış evi alqı-satqı müqaviləsinə əsasən başqasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi ilə qeyd edilən fiziki şəxslərin adına qeydiyyatdan keçmiş fərdi yaşayış evləri eynilik təşkil etmir, sadəcə olaraq həmin fərdi yaşayış evlərinin ilkin hüquqmüəyyənedici sənədləri olan texniki pasportlarında ünvanlar eyni göstərilmişdir.
29. Beləliklə göründüyü kimi, mübahisəli torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi qanuni əsaslarla iddiaçının mərhum atasının və sonradan onun ailəsinin istifadəsində olmuşdur.
30. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının mərhum atasının sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
32. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçının mərhum atasının sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
35. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X4 vərəsəsi İddiaçı torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.
36. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
37. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
38. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
41. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 560.3 kv.m olan torpaq sahəsinə dair hüququn ölmüş şəxsə (X6) məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva