Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9816/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisələrə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən 161 saylı xx.xx.2019-cu il tarixli sərəncamına ünvan 1 ünvana məxsus olan 552,8 kv.metr həyətyanı torpaq sahəsi üzərində Konstitusiya, Fərman, qanunlara zidd sərəncam verməklə ünvanın mülkiyyətçilərinə birbaşa və dolayısı ilə vurduğu maddi, fiziki, mənəvi ziyanlara görə iddiaçıya "xxxx" MMC tərəfindən Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsində inşa etdiyi 13 mərtəbənin ibarət binanın (“B” bloku) Təbriz küçəsi, ev 34 ünvanında (ünvana məxsus olan həyətyanı torpaq sahəsi üzərində) yerləşən hissəsinin birinci mərtəbəsindən 200 kv.metrlik qeyri-yaşayış sahəsinin naturada kompensasiya olaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisindən 13/256 hissə və “B” tikilisi X1, “A” tikilisindən 38/256 hissə ibrahimova Güntəkin Murtuza qızının, “A” tikilisindən 16/32 hissə X5, “A” tikilisindən 5/256 hissə X6, “A” tikilisindən 1/32 hissə X4, “A” tikilisindən 8/32 hissə X7 paylı mülkiyyətində olmuşdur. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 vərəsələri oğlu İddiaçı və qızı X3r və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKnin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********21-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 229.90 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə mərhum X2 məxsus olan (“A” tikilisindən 13/256 hissə və “B” tikilisi) paydan ibarətdir. İş materiallarında olan Bakı şəhər Cavabdeh Başçısının 161 saylı, xx.xx.2019-cu il tarixli sərəncamından görünür ki, Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilmiş, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 0.884 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Sərəncama əsasən rayonun Təbriz küçəsi 32, 34, 36, 38; Ə.Əlizadə 23, 25, 27 və Ə.Vahid küçəsi 14, 16 yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 32, 34, 36, 38; Ə.Əlizadə 23, 25, 27 və Ə.Vahid küçəsi 14,16 nömrəli yaşayış binalarının sökülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. İddiaçı hazırda onun atasının mülkiyyətində olmuş yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsinə görə cavabdeh tərəfindən ona maddi, fiziki və mənəvi zərər vuruluduğunu iddia edərək, həmin zərərin kompensasiyası kimi "xxxx" MMC tərəfindən Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsində inşa etdiyi binanın birinci mərtəbəsindən 200 kv.metrlik qeyri-yaşayış sahəsinin naturada ona verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab vermir. Çünki cavabdehin iddia tələbində nəzərdə tutulan məzmunda səlahiyyəti mövcud deyil. Belə ki, iddiaçı cavabdehdən başqa şəxsə ("xxxx" MMC-yə) məxsus əmlakın alınaraq kompensasiya kimi ona verilməsini xahiş edir, hansı ki, qanunvericiliklə cavabdeh inzibati orqanın belə bir səlahiyyəti, yəni üçüncü şəxslərə məxsus əmlak üzərində sərəncam vermək səlahiyyəti mövcud deyil. Cavabdeh yalnız onun balansına (idarəçiliyinə) verilmiş əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində sərəncam vermək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.1-ci bəndnə görə şəhərin, rayonun və şəhər rayonunun icra hakimiyyəti orqanının istifadəsində olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək və həmin əmlakın qorunmasını təşkil etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Həmin Əsasnamənin 7-ci hissəsinə əsasən: 7.1. Yerli icra hakimiyyətlərinin fəaliyyətinin iqtisadi və maliyyə əsaslarını bu orqanların istifadəsinə verilmiş, yerli icra hakimiyyətinin fəaliyyətini təmin edən və müvafiq ərazinin tələbatının ödənilməsinə xidmət edən, dövlət mülkiyyətində olan əmlak və sərəncamında olan maliyyə vəsaitləri təşkil edir. 7.2. Yerli icra hakimiyyətlərinin istifadəsində olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsait, dövlət mənzil fondu, dövlət mənzil fondu binalarının qeyri-yaşayış sahələri, mühəndis-kommunikasiya və infrastruktur obyektləri, kommunal xidmət təyinatlı və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və onların istifadəsinə verilmiş digər əmlak daxildir. 7.3. Yerli icra hakimiyyətlərinin idarəçiliyində torpaq sahələri, təbiət obyektləri, maliyyə aktivləri, qeyri-yaşayış binaları, təhsil, mədəniyyət, tibb və idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak da ola bilər. 7.4. Yerli icra hakimiyyətlərinin istifadəsində olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. Bundan əlavə, işdən görünür ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 161 saylı sərəncamın qəbul edilməsi nəticəsində ona maddi və mənəvi ziyan vurulmasını iddia etsə də, həmin sərəncam qanunsuz hesab edilməklə ləğv edilməmişdir və hazırda qüvvədədir. Belə ki, işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13216/2023 saylı xx.xx.2023cü il tarixli qəradadından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin 161 saylı xx.xx.2019-cu il tarixli sərəncamının ünvan 2 ünvanına aid hissəsində hissəvi ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1045/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13216/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin normanın tələbindən görünür ki, digər mümkünlük şərtləri ilə yanaşı, bu iddianın, yəni inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddianın qaldırıla bilməsi üçün tələb olunan mümkünlük şərtlərindən biri zərərçəkmiş şəxsin vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət etməsidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Lakin iş materialları ilə, iddiaçının hazırkı məzmunda tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqanlara müraciət etməsi müəyyən olunmur. Beləliklə, göstərilənlərə əsasən müəyən olunur ki, hazırkı iddia məhkəmədə mahiyyəti üzə baxılması üçün tələb olunan mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9816/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9816/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver