Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-982/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X2, üçüncü şəxsin X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cəlb olunmaqla) «iddiaçının barəsində notarial hərəkətlərinin aparılması ilə bağlı məhdudiyyət tətbiq edilməsi hərəkətlərinin qanunsuz sayılması və həmin məhdudiyyətin götürülməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı «iddiaçının barəsində notarial hərəkətlərinin aparılması ilə bağlı məhdudiyyət tətbiq edilməsi hərəkətlərinin qanunsuz sayılması və həmin məhdudiyyətin götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 3 fevral 2022-ci il tarixdə öz adından hüquqlarını müdafiə etmək üçün müqavilə bağladığı vəkilin adına mülki etibarnamənin verilməsi üçün 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etmişdir. Notariat Ofisində onun adından etibarnamənin verilməsindən imtina olunmuşdur. İmtinanın səbəbini aydınlaşdırmaq məqsədi ilə vəkil tərəfindən həmin Notariat ofisinə rəsmi müraciət olunmuşdur. Hazırkı şikayət ərizəsinə əlavə olunmuş 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzi Notariat Ofisinin 5 fevral 2022-ci il tarixli 206 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı barəsində AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən bütün notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət daxil olmuş və bu barədə məlumat “Elektron Notariat” İnformasiya sisteminə yerləşdirilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı barəsində etibarnamənin təsdiqindən imtina edilmişdir. “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışda aşağıdakılar qeyd olunmuşdur: mülkiyyətçinin adı – İddiaçı, əmlak barədə məlumat – bütün notariat hərəkətlərinin aparılmasından imtina edilməlidir, sənədin haradan və kim tərəfindən göndərilməsi – AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, sənədin daxil olma tarixi – 16 avqust 2017-ci il, sənədin daxil olma nömrəsi – 05/1857-10, məhkəmə baxışının predmeti olması barədə məlumat – "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə, status – qüvvədədir, qoşma sənəd – yoxdur, icraçı – X6. Həmin çıxarışda "notariat hərəkətlərinin təxirə salınması müddəti" qrafası doldurulmamışdır. 11 fevral 2022-ci il tarixli “bütün notariat hərəkətlərinin aparılmasından imtina edilməsi məhdudiyyətinin götürülməsi barədə” ərizənin və “Mega Ekspress” Poçt Xidmətinə məxsus 275193 nömrəli qəbzinin əslindən göründüyü kimi, iddiaçı rəsmi ərizə ilə cavabdeh qurumun rəhbərliyinə müraciət etmişdir. Lakin, 1 ay 28 gündür ki, rəsmi təqdim edilmiş ərizəyə cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. “Azərbaycan Beynəlxalq Bank”nın problemli aktivləri "xxxx" QSC BOKT-ın idarəetməsinə verilmişdir. Həmin təşkilata hər hansı bir borcunun olub-olmamağı barədə məlumatın verilməsi üçün iddiaçı rəsmi ərizə ilə müraciət etmişdir. Hazırkı şikayət ərizəsinə əlavə olunmuş, "xxxx" QSC BOKT-ın 21 yanvar 2022-ci il tarixli 3-8/150 nömrəli cavab məktubunda aşağıdakılar qeyd olunur: “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC-yə ötürülmüş kreditlərdə onun (iddiaçının) fiziki şəxs kimi kredit borcu mövcud deyildir. Lakin direktoru olduğu "xxxx" MMC-nin "xxxx" QSC qarşısında borc öhdəliyi mövcuddur ki, həmin borcun ödənilməsinə köməklik göstərilməsi xahiş olunur. İddiaçı "xxxx" BOKT QSC-nin cavabdehlər "xxxx" MMC-yə, X5 və digərlərinə qarşı «kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı X4 "xxxx" ASC-yə, Bakı şəhəri 5 saylı Notariat Kontoru, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi» barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-6/2019 saylı 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayətinə dair Bakı Apelyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(103)4111/2020 nömrəli qətnaməsinin 2-ci səhifəsinin axırıncı abzasında aşağıdakılar qeyd olunur: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında imzalanmış 16 may 2008-ci il tarixli 195/1 saylı kredit sazişinə əsasən 3.150.000 ABŞ dolları məbləğində kredit xətti açılmış və 27 may 2009-cu il tarixli kredit müqaviləsinə əlavəyə əsasən kredit xəttinin məbləği 3.800.000 ABŞ dolları olmuşdur. Həmin müqaviləyə əsasən borcalan hesabındakı vəsait təcrid edilmədən 8 fevral 2008-ci il tarixli 61 saylı müqavilənin şərtlərini yerinə yetirmək məqsədi ilə Standby Akkreditiv açılmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan hesabında vəsait olmaması nəticəsində Standby Akkreditiv üzrə yaranan ssuda borcunu istifadə tarixindən 3 ay ərzində qaytarmağı qeyd-şərtsiz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borcalan Standby Akkreditivin açıldığı tarixdən etibarən Standby Akkreditivin tam ödənildiyi tarixədək Standby Akkreditivin istifadə olunmamış balansına illik 3 faiz hesabı ilə hesablanmış komissiyanı banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən borcalanm bank qarşısında ssuda borcu yaranandan sonra kredit üzrə faizlər kreditin istifadə edilmiş hissəsinə illik 19%-lə hesablanır. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə, borcalan banka vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr faiz dərəcəsindən əlavə illik 19%-lə hesablanan cərimə faizləri ödəməlidir. "xxxx" MMC-nin 11 avqust 2010-cu il tarixli 133 nömrəli əmrindən göründüyü kimi, İddiaçı "xxxx" MMC-nin direktoru vəzifəsinə 11 avqust 2010-cu il tarixdə təyin edilmişdir. "xxxx" MMC-nin təsisçisi X1 10 fevral 2013-cü il tarixli təsisçi qərarından göründüyü kimi, "xxxx" MMC-nin direktoru İddiaçı səhhəti ilə əlaqədar 11 fevral 2013-cü il tarixdən etibarən vəzifədən azad edilmişdir. Yeni direktor təyin edilənə dəqər direktor vəzifəsinin icrasını, müvəqqəti olaraq, təsisçi öz üzərinə götürür. Yuxarıda qeyd olunan Bakı Apelyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(103)-4111/2020 saylı qətnaməsi, "xxxx" MMC-nin 11 avqust 2010-cu il tarixli 133 nömrəli əmri və 10 fevral 2013-cü il tarixli təsisçi qərarından göründüyü kimi, problemli kreditlərlə bağlı "xxxx" ASC ilə "xxxx" MMC arasında imzalanmış saziş və müqavilələr iddiaçının sözügedən MMC-də fəaliyyət dövrü ilə tamamilə üst-üstə düşmür və həmin borclara görə iddiaçı yox, məhz problemli kreditlər götürülən vaxt "xxxx" MMC-də işləyən digər şəxslər məsuliyyət daşıya bilər. Bu halların birbaşa təsdiqi nə əvvəl, nə də ki, hazırkı vaxtda onun üzərində hər hansı bir mülki və ya cinayət məsuliyyətinin olmamasıdır. Dövlət Vergi Xidməti portalından götürülən “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarış”dan göründüyü kimi, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1şdır. Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(103)-4111/2020 İcra vərəqəsinin 2ci vərəqində aşağıdakılar qeyd olunur: "Tələbkar" qrafası – "xxxx" ASC, "Borclular" qrafası – cavabdeh (hüquqi şəxs olduqda) "xxxx" MMC, cavabdeh (fiziki şəxs olduqda) X8, qeydə alındıqları ünvan – ünvan 2i, Binəqədi şossesi 31 ("xxxx" MMC), Doğulduğu tarix və yer (fiziki şəxs olduqda) – 2 yanvar 1973-cü il. İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin və icra vərəqəsinin surətlərindən göründüyü kimi, "xxxx" ASC-nin "xxxx" MMC ilə əlaqədar külli miqdarda problemli kreditləri ilə bağlı borclu olan şəxs iddiaçı (İddiaçı) deyil. İddiaçı hər hansı bir cinayət əməli etməmiş, şübhəli və təqsirləndirilən şəxs kimi də heç vaxt cəlb olunmamış, barəsində hər hansı bir mülki məsuliyyət və ya cinayət və inzibati cəza növləri tətbiq edilməmişdir ki, barəsində hər hansı bir rəsmi məhdudiyyətlər tətbiq olunsun. O, bununla bağlı hesab edir ki, barəsində tətbiq olunan məhdudiyyətə səbəb olmuş onun hər hansı bir təqsirli hərəkət və ya hərəkətsizliyi barədə rəsmi sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməlidir. Digər tərəfdən, o, yaşlı şəxsdir, mülki etibarnamədən də başqa hazırda notarial qaydada vəsiyyət etməsi zəruridir. Göründüyü kimi, qüvvədə olan Konstitusiya və digər beynəlxalq və daxili qanunvericiliklə müəyyən olunmuş mülki hüquqları uzun müddətdir ki, pozulmaqda davam edir. O, hesab edir ki, hər hansı bir cinayət və ya mülki məsuliyyətə səbəb ola bilən hərəkət və ya hərəkətsizlik etmədiyi halda, və yaxud bu əməl başqa şəxs tərəfindən törədildiyi halda, buna görə məhz ona qarşı hər hansı bir məhdudiyyətin tətbiq olunması qanunsuzdur. Belə ki, qüvvədə olan milli və beynəlxalq qanunvericiliyin tələblərinə əsasən, heç kəs etmədiyi və yaxud başqa şəxsin etdiyi hərəkət və ya hərəkətsizliyə görə hər hansı bir məsuliyyətə cəlb oluna bilməz. İddiaçı hesab edir ki, hazırda barəsində tətbiq olunan məhdudiyyət tədbiri bir qanun pozuntusudur. Pozuntunun aradan qalxmasını gözləyirdi, lakin yuxarıda qeyd olunan çıxarışda da "notariat hərəkətlərinin təxirə salınması müddəti"nin göstərilməməsi bu məhdudiyyətin üzun müddət davam edə biləcəyinə bir daha ehtimal yaradır. Göründüyü kimi, mövcud məsələnin məhkəmədənkənar həlli qaydası mümkün olmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 60-cı maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.1, 3.1-ci maddələrinə, Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın müddəalarına, İPM-in 2, 8, 33, 35.1, 45 – 47-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.12-ci maddəsinə əsaslanaraq, "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktları ilə bağlı Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq idarəsində istintaq olunan cinayət işinin istintaqı zamanı cinayət təqibini həyata keçirən İstintaq idarəsinin 16 avqust 2017 tarixli 05/1857-10 nömrəli sənədlə İddiaçı barəsində “bütün notariat hərəkətlərinin aparılmasından imtina edilməsi” barədə hazırda qüvvədə olan məhdudiyyətinin tətbiq olunması hərəkətinin qanunsuz hesab edilməsi və “bütün notariat hərəkətlərinin aparılmasından imtina edilməsi” barədə hazırda qüvvədə olan məhdudiyyətinin götürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq idarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə proses iştirakçılarına məlumat verilmişdir. Məhkəmə iclasına cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X9 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, bildirdi ki, iddiaçı bu məhdudiyyətə görə əmlaklarına dair heç bir etibarnamə verə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, müvafiq kredit məbləği ona verilməmişdir, məhdudiyyət qanunsuzdur və götürülmlidir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X10 müvafiq məhdudiyyətin "xxxx" QSC BOKT tərəfindən qoyulmadığını bildirdi və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görəinzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəməyə müvafiq sorğuya cavab olaraq AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən ünvanlanmış 26 dekabr 2022-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı barəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məktuba baxılmışdır. "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin direktoru olmaqla Bankın 3.011.032 manat pulunu ələ keçirməsi ilə bağlı 25 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına verilmə qismində qətimkan tədbiri seçilmişdir. Həmçinin məlum olmuşdur ki, İddiaçı direktoru olduğu "xxxx" MMC-nin "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə 6.337.436 manat kredit borcu olmuş, sonradan həmin borc üzrə tələb hüququ “Aqrarkredit" QSC BOKT-a keçmişdir. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir Göründüyü kimi, iddiaçı hazırda cavabdeh AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin cinayət-prosessual fəaliyyəti ilə bağlı qərar və ya hərəkətlərini mübahisələndirdiyindən və mübahisələndirilən qərar və ya hərəkət inzibati icraat çərçivəsində qəbul olunmadığından, cavabdeh AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı hazıkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin vurğulanmışdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair işlər üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-982/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-982/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver