Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9829/2025 08.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan təkrarlanmasının aradan qaldırılması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 5 (yeni qaydalarla: ünvan 2 ünvanın dəyişdirilərək, yeni ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsinə əsasən iddia tələbi “ünvan 5 (yeni qaydalarla: Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi giriş 29) ünvanında yerləşən fərdi yaşayış evinin ünvan təkrarlanmasının aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə olunması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 5 (yeni qaydalarla: Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi giriş 29) ünvanında yerləşən mənzili 07 may 2024-cü ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən almışdır. Müqavilə bağlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda onun mülkiyyətindədir. İddiaçının xüsusi mülkiyyətində olan mənzildə X2, X5, X6 və X7 ünvan 5 (yeni qaydalarla: Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi giriş 29) evdə qeydiyyatda olması mülkiyyət hüquqlarını pozur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Həmin şəxslərin iddiaçının xüsusi mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etsə də, həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Buna səbəb kimi həmin şəxslərin özlərinə məxsus evdə qeydiyyatda olmaları və Bakıxanov qəsəbəsində eyni ünvan 2 dəfə təkrarlanmaqla, hər iki evə eyni ünvan verilməsi müəyyən edilmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edən zaman, ona xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-Ş-0061-8/2025, **********78 saylı məktubla bildirilmişdir ki, müraciətinizdə göstərilən fərdi yaşayış evinin ünvan 4 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Qeyd edir ki, ünvan 5 ünvanına yeni qaydalarla ünvan 6 ünvan rekviziti təyin edilmişdir. Fərdi yaşayış evinə yeni qaydalarla ünvan təyin edildiyindən əvvəlki ünvan qeydlərində düzəlişin edilməsi mümkün olmamışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, “ünvan 4 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qayda!arı"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 6 ünvan rekviziti təyin edilmişdir. Fərdi yaşayış evinə yeni qaydalarla ünvan təyin edildiyindən əvvəlki ünvan qeydlərində düzəlişin edilməsi mümkün olmamışdır.”
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 6 ünvan rekviziti təyin edilmişdir. Fərdi yaşayış evinə yeni qaydalarla ünvan təyin edildiyindən əvvəlki ünvan qeydlərində düzəlişin edilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyi xahiş etmişdir.
6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən olan ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 5 (yeni qaydalarla: Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi giriş 29) ünvanında yerləşən ümumi sahəsi 110.40 kv.m-dən ibarət olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AN-İ ******* nömrəli xx.xx.2024-cü il tarixli müqavilənin surətinə əsasən X1 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır.
8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
14. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
17. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
18. Məhkəmə tərəfindən müəyyən olunur ki, daşınmaz əmlakın dövlət reyestindən xx.xx.2024cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 5 (yeni qaydalarla: Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi giriş 29) ünvanında yerləşən ümumi sahəsi 110.40 kv.m-dən ibarət olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
19. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddia ünvan 5 (yeni qaydalarla: Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi giriş 29) ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin ünvan təkrarlanmasını aradan qaldırmaqla ünvan dəqiqləşməsinin aparılması ilə bağlıdır.
20. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinə yeni qaydalarla ünvan təyin edildiyindən əvvəlki ünvan qeydlərində düzəlişin edilməsi mümkün olmadı.
21. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qanunvericiliklə ona həvalə olunmuş vəzifə və səlahiyyətlər çərçivəsində daşınmaz əmlakların ünvanlarının düzgünlüyünə və dəqiqliyinə görə məsuliyyət daşıyır. Hazırkı mübahisə predmeti olan vəziyyət, yəni iddiaçının daşınmaz əmlakının ünvan təkrarlanması cavabdeh orqanın məsuliyyəti və müdaxilə səlahiyyəti daxilində olan məsələlərdir və qeyd edilən hal onun tərəfindən aradan qaldırılmalıdır. Belə ki, iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış olsa da, mövcud olan problem həmin hüquqların tam və maneəsiz həyata keçirilməsinə imkan vermir.
22. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilən hüquqlara əsasən, mülkiyyət hüquqları toxunulmazdır və dövlət tərəfindən qorunur. Buna görə də, bu hüquqların müdafiəsi və təminatı mütləqdir və qanunvericiliyə uyğun olaraq təmin edilməlidir. Hazırda mövcud olan ünvan təkrarlanması gələcəkdə iddiaçının mülkiyyət hüquqlarını qeyri-qanuni şəkildə məhdudlaşdırmaqla yanaşı, həm də dövlətin mülkiyyətin qorunması ilə bağlı verdiyi zəmanətləri və etimadı sarsıda bilər.
23. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddia təmin edilməli və ünvan 5 (yeni qaydalarla: Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi giriş 29) ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan mənzilin ünvan təkrarlanmasını aradan qaldırmaqla ünvan dəqiqləşməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.
24. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı məxsus ünvan 4 (yeni qaydalarla: Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi giriş 29) ünvanında yerləşən fərdi yaşayış evinin ünvan təkrarlanmasının aradan qaldırılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva