Məhkəmə qərarları › İş №2-1(112)-983/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-983/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-983/2020 11.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “üçüncü şəxsin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 35 ünvanında yerləşən 3 saylı mənzildən X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədəqərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, “ASAN 3”-dən aldığı arayışdan X5 adlı şəxsin ona məxsus mənzildə qeydiyyata olduğu məlum olmuşdur. İddiaçı bununla əlaqədar Bakı şəhəri Cavabdehnə müraciət etmiş və həmin şəxsin ona məxsus mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Ərizəsinə Bakı şəhəri Cavabdeh imtina məktubu ilə cavab verilmişdir. Hazırlıq icraatının gedişində məhkəmənin 02 aprel 2020-ci il tarixli, 2-1(112)-983/2020 saylı qərardadı ilə X5üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” 05 avqust 2020-ci il tarixli Məlumatındainzibati mübahisələr üzrə - sosial təminat hüququnun həyata keçirilməsi və vergi mübahisələri kateqoriyasına aid işlərə, eləcə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələlərə baxılmasının davam etdirilməsi, digər kateqoriya inzibati mübahisələr üzrə isə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsinin davam etdirilməsi inzibati məhkəmələrə tövsiyə edilmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, 2-1(112)-983/2020 saylı işə onun iştirakı olmadan baxılmasına razı olduğunu bildirmişdir. İş üzrə cavabdeh Bakı şəhəri Səbail rayon polisidarəsinin məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, 065-20202-1220 saylı məktubunda İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşıiddia tələbinə dair iş üzrə bütün məhkəmə iclaslarının Bakı şəhəri Cavabdeh əməkdaşlarının iştirakı olmadan keçirilməsinin təmin edilməsi xahiş edilmişdir. Üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Yuxarıda göstərilənlərə əsasən iş üzrə tərəflərin iştirakı olmadan və şifahi dinləmələr keçirilmədən müvafiq qərar qəbul edilməsi mümkün hesab edilmişdir. İş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edirəm ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - ASAN 1 tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 35 ünvanında yerləşən 3 saylı mənzildə xx.xx.1979-cu il təvəllüdlü X5 yaşayış yeri üzrə qeydiyyatdadır. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən **********74 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş 213342 saylı 12 dekabr 2003-cü il tarixli müqavilənin təsdiq edilmiş surətindən aydın olur ki, müqavilə üzrə satıcı X6 Bakı şəhəri, Telnov küçəsi, ev 11, mənzil 11-i müqavilə üzrə alıcı X1. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 35 ünvanında yerləşən 3 saylı mənzil İddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2260 nömrəli reyestr kitabının 210288 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. -Səbail RPİ-nin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli 065-353947-3219 saylı məktubda onun Səbail RPİ-yə ünvanladığı ərizəsinə cavab olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona məxsus olan mənzildə qeydiyyatda olan X3 qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarından məlum olur ki, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzil notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına özgəninkilləşdirilmiş, iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən imtinanın qanunvericilikdə təsbit edilmiş hüquqi əsasları göstərilmədən imtina edilmiş, məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan sənədlərdən aydın olur ki, qeydiyyatdan çıxarılması tələb olunan şəxs yetkinlik yaşına çatmış şəxsdir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdəmüvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Üçüncü şəxsin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Xüsusilə də, hazırkı iş üzrə iş materiallarında mənzilin müvafiq alqı-satqı müqaviləsinə əsasən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuş şəxslərin yazılı razılığı ilə notarial qaydada iddiaçının adına özəlləşdirilməsi nəzərə alınsa, bu halda üçüncü şəxsin sözügedən mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması iddiaçının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzil üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqlarının məcmusu olan mülkiyyət hüququnu tam şəkildə həyata keçirə bilməsi istisna edilməməlidir. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxsin uzun müddət faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 35 ünvanında yerləşən 3 saylı mənzildən X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 35 ünvanında yerləşən 3 saylı mənzildən X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 HAKİM Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar