Məhkəmə qərarları › İş №2-1(112)-984/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-984/2024

10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-984/2024 10.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəliyinin ada keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum əri X2 hüquqi varisi kimi onun ailə üzvləri ilə birlikdə (qızı və 2 nəvəsi) yaşayış yeri üzrə güzəştli əsaslarla ikinci dərəcə əlil kimi mənzil növbəsinə götürülmə barədə sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X5 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmişdir. Xidməti dövrdə xəstəliyə tutulmuşdur. xx.xx.1994-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospital tərəfindən verilmiş 843 nömrəli şəhadətnamə əsasında xəstəliyi təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən TSEK-də mərhum əri Malik Kərimova 2-ci qrup əlillik verilmişdir. Əlillik müddətsiz olaraq müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu rayonuna qanunla tələb olunan sənədləri təqdim etdikdən sonra mərhum əri Malik Kərimova imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul olunması barədə sərəncam verilmişdir. Belə ki, 28 dekabr 2013-cü il tarixdə 705 saylı sərəncam verilərək imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Malik Kərimov 2016-cı ildə vəfat etmişdir. Cavabdeh təşkilata müraciət edərək mərhum əri Malik Kərimovun mənzil növbəsini adına keçirilməsini xahiş etmişdir. Cavabdeh təşkilat tərəfindən 22 fevral 2023-cü il tarixli məktubla cavab verərək bildirmişdir ki, vətəndaşların mənzil növbəsinə götürülən zaman hansı minimal ölçünün əsas götürülməsi məsələsinə qüvvədə olan mövcud Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də gələcəkdə miivafıq qaydalar qəbul edildikdən sonra mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmağınıza müraciətiniz əsasında müraciətə bu cür cavab verilməsini imtina kimi qiymətləndirilmişdir. Cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Malik Kərimov artıq cavabdeh təşkilat tərəfindən imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Onun vəfatından sonra hüquqi varisi kimi mənzil növbəsinə imtiyazlı əsaslarla qəbul edilməlidir. Malik Kərimov torpaqların işğaldan azad olunması uğrunda vuruşmuş və xidməti dövrdə də ağır xəstəliyə tutulmuşdur. Onun ailəsinin yaşayış sahəsinə ehtiyacı vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı oğlunun tələbi əsassız olduğundan ərizəsi İcra Hakimiyyəti tərəfindən təmin edilməmişdir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1-ci maddəsində əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması Qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinrti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları X1 ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti qeyd olunan qaydaları müəyyən etmədiyindən əlilliyi olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qanunla tənzimlənmir. Bu baxımdan onların mənzil növbəsinə götürülməsi əsassızdır. Odur ki, qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək həyat yoldaşı X2 Qarabağ müharibəsi əlili kimi mənzil növbəliliyinin onun adına (qızı və üç nəvəsi) keçirilməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası 4 Saylı Asan Xidmət tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 850202 nömrəli “Ölüm Haqqında” şəhadətnamədə göstərilmişdir ki, X5 xx.xx.2016-cı ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2100 nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2/f- 03231/2023 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 705 nömrəli İİ qrup əlil M.B.Kərimovun yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunması haqqında sərəncamında qeyd edilmişdir ki, X5 hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil olmuşdur. (Əsas 3 saylı TSEK-in TSE-0, 445353 saylı arayışı). X2 5 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, qızı və 2 nəvəsi) imtiyazlı əsaslarla (İİ qrup əlil) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunması M.B Kərimovun mənzil növbəsi imtiyazlı əsaslarla olan siyahıya əlavə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN-in 445353 nömrəli TSEK-də müayinə aktına əsasən, 1950-ci il təvəllüdlü X5 xx.xx.2002-ci il tarixli təkrar müayinə əsasında hərbi xidmət dövrü ilə əlaqədar ömürlük ikinci dərəcə əlildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 16683/2023 nömrəli əlavə edilmiş sənəddən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X6 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, dön 1, ev 3v; xx.xx.2009cu il təvəllüdlü X8 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, döngə 1, ev 3v; xx.xx.1980-cı il təvəllüdlü X7 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, döngə 1, ev 3v; xx.xx.2016-cı il təvəllüdlü X9 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, döngə 1, ev 3v; xx.xx.1954-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-18233/2023 nömrəli məktubunda göstərilmişdir ki, sorğuda qeyd olunan şəxslərin adlarına ölkə ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21- 3-30/2-24066/2023 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin (fərdi yaşayış evinin) qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısımı İ müavininin xx.xx.2023-cü il tarixli, 5-18/2-2841/2024 və 5-18/2- 2843/2024 nömrəli məktubunda göstərilmişdir ki, “Sizin İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə mənzil növbəsində qəbul olunmuş şəxslərin siyahısında X3 aid hissədə çıxarışın verilməsi və iddiaçının müraciətinə AR Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli, 322 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaya uyğun baxılıb-baxılmaması barədə məlumatın təqdim edilməsinə dair Cavabdehnə daxil olmuş 2- 1(112)-8360/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli sorğularınıza baxıldı. Sorğuya əsasən Sabunçu RİH-də xx.xx.2023-cü il tarixədək yaşayış yeri üzrə mənzil növbəsində dayanan vətəndaşların siyahısının surəti sizə göndərilir. Həmçinin bildiririk ki, İddiaçı müraciətinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir. Lakin, həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsindən imtina edilmişdir.” Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh başçısının İ müavininin xx.xx.2023-cü il tarixli, 5-18/2-3599/2023 saylı məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixədək yaşayış yeri üzrə mənzil növbəsinə dayanan vətəndaşların siyahısında: 1637-ci sırada X5 İİ qrup əlil, ünvan 3 ünvanında; 1 otaq, 1750 kv.m olan evdə 5 (özü, yoldaşı, qızı, 2 nəvə) ailə üzvü qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısının İ müavininin xx.xx.2024-cü il tarixli, 5-18/2-3565/2023 nömrəli məktubunda göstərilmişdir ki, sizin İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə mənzil növbəsinin X2 adından İddiaçı adına keçirilməsi ilə bağlı müraciətinə AR Nazirlər Kabinetinin 2019-cu il tarixli, 24 iyul 322 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması” Qaydalarına əsasən baxılıbbaxılmaması barədə məlumatın təqdim edilməsinə dair Cavabdehnə daxil olmuş 2-1(112)- 8360/2023 saylı, 04 noyabr 2023-cü il tarixli sorğunuza baxıldı. Nəzərinizə çatdırmaq istəyirik ki, İddiaçı ümumi əlil kimi deyil ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi və aylıq kirayə haqqının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bildirirk ki, Cavabdeh başıçısının 705 saylı, 28 dekabr 2013- cü il tarixli sərəncamına əsasən mərhum X5 5 nəfər ailə üzvü olmaqla imtiyazlı əsaslarla (İİ qrup ümumi əlil) mənzil növbəsinə qəbul edilmişdir. Hal-hazırda o vəfat etdiyindən, eyni zamanda mənzil növbəsi ilə bağlı qaydalar olmadığından (həmin qaydalar Mənzil Məcəlləsinin tələblərinə əsasən Nazirlər Kabineti tərəfindən qəbul edilməlidir) X2 mənzil növbəsinin güzəştli əsaslarla (ehtiyata buraxılmış hərbi qulluqçu kimi) olan siyahıya İddiaçı adına keçirilməsi və kirayə haqqının ödənilməsi imkan xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısımı İ müavininin 07.052024-cü il tarixli, 5-18/2-590/2024 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh tərəfindən yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilən şəxslər ümumi və imtiyazlı (Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, 20 Yanvar əlil və şəhid ailələri, İ qrup ümumi əlillər, gözdən əlillər, Cernobl AES hadisəsi əlilləri, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular) əsaslarla siyahıya daxil edilirlər. Hərbi xidmət dövrü ilə əlaqədar əlil olan şəxslər ümumi əsaslarla mənzil növbəlilik siyahısına daxil olunur. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-18/2-K-11-068/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Sizin Cavabdehnə daxil olmuş 5-18/1-K-29-068/2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə baxıldı. Müraciətinizdə siz mərhum həyat yoldaşınızın mənzil növbəsini ehtiyata buraxılmış hərbi qulluqçu kimi imtiyazlı siyahıya keçirilməklə sizin adınıza verilməsini xahiş edirsiniz. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilməlidir.Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığınız məsələyə yenidən baxılacaq” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından görünür ki, X5 xx.xx.1994-cü il tarixli xəstəlik haqqında şəhadətnamə əsasında ağ ciyərin ocaqlı vərəmi bərkimə fazasında diaqnozu ilə, xəstəlik hərbi xidmət dövründə alınması səbəbi ilə şəhadətləndrilmişdir. . X3 xx.xx.2002-ci il tarixli təkrar müayinə ilə ikinci dərəcə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. X5 Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 705 nömrəli sərəncamı ilə 5 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, qızı və 2 nəvəsi) İİ qrup əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. X5 xx.xx.2016-cı ildə vəfat etmişdir. İddiaçı mərhum X2 arvadı olaraq X2 adına olan mənzil növbəliliyinin onun adına keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan vətəndaşların uçota alınması qaydaları üməyyən edilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı xx.xx.2013-cü il tarixli, 705 nömrəli sərəncamla X2 güzəştli imtiyazlarla mənzil növbəliyinə götürüldüyü halda mərhumun ümumi əsaslarla siyahıya salındığının qanunsuz olduğunu, bununla da mərhumun sərəncamla müharibə əlili kimi götürüldüyü mənzil növbəliliyinin öz adına keçirilməsini mübahisələndirir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. -31.2-ci maddəsinə əsaəsn yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”na əsasən: -1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir. -2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. -2.2. Ərizə ilə birlikdə uçota alınmanı həyata keçirən orqana və ya Mərkəzə aşağıdakı sənədlər təqdim edilir: 2.2.1. təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri; 2.2.2. təmsilçilik barədə ərizə (2 nömrəli əlavə) (yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya “ASAN xidmət” Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir); 2.2.3. əlilliyi olan şəxsin ölümü haqqında şəhadətnamənin surəti. 2.2-1. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təmsilçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təmsilçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təmsilçi tərəfindən təmin edilir. -2.3. Uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz tərəfindən təmsilçiyə qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuledilmə tarixi barədə qəbz verilir. Çatışmayan sənəd (sənədlər) olduqda, bu barədə qəbzdə müvafiq qeyd aparılır. -2.5. Bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin əlilliyi olan şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. Uçota almanı həyata keçirən orqan qərarın qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq qərarın surətini təmsilçiyə təqdim edir və ya göndərir, yaxud təmsilçiyə göndərilməsi üçün Mərkəzə təqdim edir. Göründüyü kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınaraq mənzil növbəliyinə götürülmüş əlil vəfat etdiyi halda onun növbəliliyinin ailə üzvlərindən brinin adına keçirilməsini tələb etmə hüququ vardır. Eyni zamanda müəyyən olunur ki, yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilən şəxslər ümumi və imtiyazlı əsaslarla qəbul olunurlar. İmtiyazlı əsaslarla uçota alınanlar əsasən Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, 20 Yanvar əlil və şəhid ailələri, İ qrup ümumi əlillər, gözdən əlillər, Çernobl AES hadisəsi əlilləri, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular olaraq qeydiyyata alınmışlardır və sadalanan şəxslər ümumi əsaslrala uçota götürülənlərdən fərqli müvafiq siyahıya daxil edilirlər. Hazırkı iş üzrə iddiaçının məhkəmədə hüquqi marağının mərhum M.Kərimovun Qarabağ müharibəsi əlili kimi uçota alınaraq sonuncunun həmin növdə növbəliyinin onun adına keçirilməsi və nəticədə adının müvafiq imtiyazlı əsaslarla uçota alınmışların siyahısına daxil edilməsi olduğu halda mərhum M.Kərimovun mənzil növbəliliyinin sadalanan imtiyazlı əsaslarla mənzil uçotuna götürülmüş şəxslərin növbəliliyinə aid olmadığı müəyyən olunur. Belə ki, qeyd edildiyi kimi mərhum M.Kərimov hərbi xidmət dövrü ilə əlaqədar şəhadətləndirilmiş, əlilliyin səbəbli əlaqəsi də Qarabağ müharibəsi əlili kimi, yəni “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” deyil, hərbi xidmət dövründə əlillik olmuşdur. Mərhum M.Kərimovun əlilliyinin səbəbli əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmadığı sürəcə isə iddiaçının mərhumun adının müharibə əlili kimi mənzil növbəliyinə daxil edilməsi və həmin növdə mənzil növbəliliyinin öz adına keçirilməsini tələb etmək hüququ yaranmır. Odur ki, mərhum M.Kərimovun hərbi xidmət dövrü ilə əlaqədar əlil olan şəxs kateqoriyasında cavabdeh tərəfindən ümumi əsaslarla mənzil növbəlilik siyahısına daxil edilməsi əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəliyinin ada keçirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar