Məhkəmə qərarları › İş №2-1(112)-9840/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9840/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9840/2022 01.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Tibbi -Sosial Ekspert Komissiyasının haqqında əllilik dərəcəsinin təyin olunması barədə göndərişə xx.xx.2021-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, xəstəliklə bağlı qanunauyğun olan 2-ci (ikinci qrup) əlilliyə görə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi -Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə olunmasına dair qərar qəbul edilməsi, əlliliyin təyin olunması tarixinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən hesablanması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı iclasında iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini və ona Bakı şəhəri 38 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1995-ci ildən bu günədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta məktəbində pedaqoji fəaliyyətlə məşqul olmuşdur. 2005-ci ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkir. 2010-cu ilin fevral ayından şəkərli diabet xəstəliyi ilə bağlı 3-cü qrup əlil kimi ona pensiya təyin olunmuşdur. Xəstəliklə bağlı hər il tibbi müayinələrdən keçir. 2016-cı il fevral ayının 8-də növbəti dəfə tibbi müayinədən keçmiş və 2021-ci ilin fevral ayınadək iddiaçıya 3-qrup əlillik təyin olunmuşdur. Lakin xəstəlik dərəcəsi ağırlaşdığı üçün 2017-ci ilin yanvar ayında Tibbi-Sosial Ekspert Komissiyasına 2-ci qrup əlilliyin verilməsi barədə müraciət etmiş, sonuncu son altı ayda 9 gün müalicə almağı ilə bağlı müayinələrin nəticələri və həkimlərin rəyi “əlillik dərəcəsini təyin etməyə əsas vermir” kimi əsassız olaraq ona 2-ci qrup əlilliyin verilməsi barədə rəy verməkdən imtina etmişdir. İddiaçı 2021-ci il dekabr ayının 1-dən 2021-ci ilin 12-dək 3saylı Şəhər Kliniki Xəstəxanasında stasionar müalicə almış, müalicənin nəticəsi olaraq iddiaçıda şəkərli diabet xəstəliyinin ağırlaşması, yəni ona insulin tələbli 2-ci tip ağır formalı şəkərli diabet və digər ağırlaşmalar diaqnozu verilmişdir. İddiaçı ümumilikdə əmək qabiliyyətinin 80%-ni itirmişdir ki, bu da ona 2-ci qrup əlillik təyin edilməsi üçün əsas verdiyinə baxmayaraq, cavabdeh qanunsuz olaraq 2-ci qrup əllik verilməsi barədə rəy verməkdən imtina etmişdir. 2017-ci il tarixdə iddiaçı 2-ci qrup əlilliyə görə rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İnzibati Məhkəmənin 17 yanvar 2017-ci il tarixli, №2- 1(81)-140/2018-saylı qərarı ilə iddiası təmin olunmuş, cavabdehin 2-ci qrup əlilliyin verilməsindən imtina edilməsi qərarı ləgv edilərək iddiaçıya 2-ci qrup əlilliyin verilməsi cavabdehə həvalə edilmisdir. Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2-1(103)-1283/2018 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən iddiaçının səhhətindəki ağırlaşmaların 2-ci qrup əlilliyin verilməsinə əsas verib-verilməməsi barəsində araşdırmalar aparılmış və ekspertin №T 208/2018-saylı rəyinə əsasən iddiaçının səhhətindəki şəkərli diabet xəstəliyinin yaratdığı ağırlaşmaların 2-ci qrup əlilliyin verilməsi ücün zərurət yaratdığı müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə 2-ci qrup əlilliyin 5 il müddəti tamam olduğundan Bakı səhəri 6 saylı poliklinika 3 saylı X2 müayinə və müalicələr haqqında çıxarışına əsasən yenidən iddiaçıya 2-ci qrup əlilliyin təyin olunması üçün elektron göndəriş vermişdir. Bu dəfə də cavabdeh ona 2-ci qrup əlilliyin verilməsindən əsassız olaraq imtina vermişdir. Qeyd edir ki, 1.12.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sabunçu rayonu 3 saylı Şəhər Kliniki Xəstəxanasında səkər şöbəsində (ixtisaslaşdırılmış şöbədə) həkim endokrinoloqun nəzarəti altında stasionar müalicə almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30-dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sinə uyğun olaraq iddiaçıya 2-ci qrup əlilliyin verilməsi tam qanunamüvafiqdir. Sabunçu rayonu 3 saylı X3 səkər şöbəsində (ixtisaslaşdırılmış şöbədə) həkim endokrinoloqun aldıgı müavinə və müalicələr haqqında çıxarışda, 6 saylı Səhər poliklinikasının müayinələr və müalicələr barədə verdiyi forma 88-də, Bakı İnzibati Məhkəmənin 17 yanvar 2018-ci il tarixli №2l(81)-140/2018 saylı qərarında, Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli, №2-1(103)-1283/2018 saylı qərarında, Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən iddiaçının səhhətindəki ağırlaşmaların 2-ci qrup əlilliyin verilməsinə əsas verib-verilməməsi barəsində araşdırmalar aparılmış və ekspertin №T208/2018-saylı rəyində açıq-aydın ona 2-ci qrup əlilliyin verilməsinin zəruriliyi barədə qeyd olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 20 saylı Şəhər Poliklinikasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Ümumi xəstəlik, “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip. Ağır forma. İnsulin tələbli. Diabetik polineyropatiya. Diabetik nefropatiya. Aşağı ətrafların diabetik angiopatiyası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip. ağır forma. insulin tələbli. Diabetik polineyropatiya. Diabetiknefropatiya. Aşağı ətrafların diabetik angiopatiyası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10- E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip. Ağır gedişli insulin tələbli. Aşağı ətrafların diabetik angiopatiyası, polineyropatiya. Hipertoniya xəstəliyi İİ.m; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip. ağır gedişli insulin tələbli. Aşağı ətrafların diabetik angiopatiyası, polineyropatiya. Hipertoniya xəstəliyi İİ.m; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip. İnsulin tələbli. Ağır forma. Diabetik polineyropatiya. Periferik angiopatiya. Hipertoniya xəstəliyi İİ mərh; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10,E12,E15-E16.1,E22.0- E22.1,E23.0-E23.2,...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip 2. İnsulun tələbli. Ağır forma. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), Xronik tubulointerstisial nefrit, Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Xroniki xolesistit, Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son 6 ayda 9 gün cəmi müalicə müddəti var. Müayinələrin nəticələri və həkimlərin rəyi əlillik dərəcəsini təyin etməyə əsas vermir” səbəbi ilə etibarsız hesab edilmişdir. Bakı 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Əsas diaqnoz İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla insulin tələbli; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan göstəriciləri qeyd olunmayıb. İxtisaslaşmış müəsissədə əlavə müayinə olunmaq məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, insulin tələbli Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Arteriyalar və arteriolaların digər zədələnmələri, Hər iki pəncənin və barmaq arteriyalarının İİ dərəcəli spastiki vəziyyəti. (dopplerə əsasən) Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə), OU- Proliferativ diabetic retinopatiya .Ağırlaşmış katarakta, OU-fəsadlaşmış katarakta. Digər dəqiqləşdirilmiş retinal pozğunluqlar, Torlu qışanın angiopatiyası. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İ dərəcə İİİ dərəcəli əlavə risk; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış müalicə davam etsin” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sonda iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya məxsus 064420 saylı vəsiqədən görünür ki, o, xx.xx.2012-ci il tarixdən xx.xx.2019-ci il tarixə qədər 3-cü qrup, xx.xx.2019-cu il tarixdən isə xx.xx.2022-ci il tarixədək 2-ci qrup əlil olmuşdur. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş sonuncu müayinə dair məlumatın verilməsindən görünür ki, xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Əlavə müalicəixtisaslaşmış müalicə davam etsin” səbəbilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X4təcrübi və Tədris Birliyinin xx.xx.2018-ci il tarixli T 208/2018 saylı ekspert rəyindən görünür ki, iş materiallarına əlavə olunmuş 06 saylı şəhər poliklinikasının Tibbi Sosial Ekspert komissiyasına göndərişdə göstərilən xəstəliklərin İddiaçı istər ambulator, istərsə də stasionar müalicəsi zamanı aradan qaldırılması mümkün deyildir. Bu müalicələr yarana biləcək ağırlaşmaların qarşısının alınmasına yönəlmişdir. - 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2-1(81)- 140/2018 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2017-ci il tarixli imtina qərarın ləğv edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 6 nömrəli Şəhər Poliklinikası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış göndəriş əsasında İddiaçı həmin tarixdən 2-ci qrup əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdehə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli 2-1(103)-1283/2018 saylı qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dölət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(81)-140/2018 saylı, 17 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - 38 nömrəli Şəhər Poliklinikası tərəfindən cavabdehə göndərilmiş 4118003AAEY0 saylı göndərişdən görünür ki, iddiaçıya “İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla insulin tələbli.” əsas diaqnozu, “Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə)”, “Arteriyalar və arteriolaların digər zədələnmələri. Hər iki pəncənin və barmaq arteriyalarının İİ dərəcəli spastiki vəziyyəti. (dopplerə əsasən)”, “Diabetik retinopatiya (El O-E14 ümumi dördüncü. 3 işarəsi ilə) OU-Proliferativ diabetic retinopatiya.”, “Ağırlaşmış katarakla OU-fəsadlaşmış katarakta” ağırlaşma diaqnozuları təyin edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı barəsində olan inzibati işin materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə 20 saylı Şəhər Poliklinikasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Ümumi xəstəlik, “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip.ağır forma. İnsulin tələbli. Diabetik polineyropatiya. Diabetiknefropatiya. Aşağı ətrafların diabetik angiopatiyası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip. ağır forma. İnsulin tələbli. Diabetik polineyropatiya. Diabetik nefropatiya. Aşağı ətrafların diabetik angiopatiyası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10- E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip. Ağır gedişli insulin tələbli. Aşağı ətrafların diabetik angiopatiyası, polineyropatiya. Hipertoniya xəstəliyi İİ.m; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip. Ağır gedişli insulin tələbli. Aşağı ətrafların diabetik angiopatiyası, polineyropatiya. Hipertoniya xəstəliyi İİ.m; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Şəkərli diabet” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip. İnsulin tələbli. Ağır forma. Diabetik polineyropatiya. Periferik angiopatiya. Hipertoniya xəstəliyi İİ mərh; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10,E12,E15-E16.1,E22.0- E22.1,E23.0-E23.2,...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip 2. İnsulun tələbli. Ağır forma. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Xronik tubulointerstisial nefrit, Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Xroniki xolesistit, Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son 6 ayda 9 gün cəmi müalicə müddəti var. Müayinələrin nəticələri və həkimlərin rəyi əlillik dərəcəsini təyin etməyə əsas vermir” səbəbi ilə etibarsız hesab edilmişdir. Bakı 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Əsas diaqnoz: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla insulin tələbli; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan göstəriciləri qeyd olunmayıb. İxtisaslaşmış müəsissədə əlavə müayinə olunmaq məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, insulin tələbli. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Arteriyalar və arteriolaların digər zədələnmələri, Hər iki pəncənin və barmaq arteriyalarının İİ dərəcəli spastiki vəziyyəti. (dopplerə əsasən) Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə) , OU- Proliferativ diabetic retinopatiya. Ağırlaşmış katarakta, OU-fəsadlaşmış katarakta. Digər dəqiqləşdirilmiş retinal pozğunluqlar, Torlu qışanın angiopatiyası. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İ dərəcə İİİ dərəcəli əlavə risk; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış müalicə davam etsin” səbəbi ilə imtina verilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, iştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA xx/xx/2016) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi – iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsindən ibarətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununa əsasən: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtinadır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2-ci bənd. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın; 2.2.7-ci bənd. endokrin xəstəlilər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10.E12, E15- E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7.E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34-E35.8) üzrə ikinci dərəcə əlillik təyin edilir. 4.1-ci bənd. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-ci bənd. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İşin araşdırılan hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş, əlillik təyinatından imtina verilmişdir. İş materiallarından həmçinin məlum olur ki, iddiaçıya sonuncu dəfə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2-1(81)-140/2018 saylı qərarına əsasında 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Həmin qərərdan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən, Bakı Apellyasiya Məhkəməsində işin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert rəyinə istinadən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə ki, məhkəmədə iş üzrə alınmış ekspert rəyində göstərilmişdir ki, İddiaçı tibbi sənədlərindən görünür ki, onda şəkərli diabet İİ tip diabetik retinopatiya, polinevropatiya, ürəyin hipertensiv xəstəliyi, hipertoniya İİ mərhələ, stresə qarşı kəskin reaksiya, xroniki nefrit, xolesist xəstəliklərindən əziyyət çəkmiş, bununla əlaqədar yaşayış yeriııdə dispanser qeydiyyatına götürülmüşdür, aparılan ambulator və stasionar müalicələr həmin xəstəliklərin tam aradan qaldırılmasına deyil, yarana biləcək ağırlaşmaların qarşısının alınmasına yönəlmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu müddəa, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. ...” Beləliklə də hazırda qüvvədə olan məhkəmə qərarı ilə iddiaçıya qoyulmuş əsas diaqnozun – “İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet tip 2. İnsulin tələbli, ağırlaşma forması E10-E14 göstərilməklə, əsas diaqnoz E11” ikinci dərəcəli əlilliyin təyin edilməsi üçün əsas verməsinin müəyyən edilməsi işin mübahisə dogurmayan halı oldugundan hazırki mübahisənin predmeti üzrə işin faktiki halı kimi sübut edilməsinə ehtiyac yoxdur. Bundan başqa, hazırkı iş materiallarının tədqiqi zamanı həmin xəstəliklərin hazırda da iddiaçıda mövcud olması işdə olan tibbi sənədlərdə və bununla bağlı 38 nömrəli Şəhər Poliklinikası tərəfindən cavabdehə göndərilmiş müvafiq göndərişlərdə qeyd əks olunmuşdur. Odur ki, cavabdehin imtinasının əsası kimi göstərdiyi halın- iddiaçının əlavə müalicəyə ehtiyacının olması barədə mülahizəsi qanunsuz və əsassızdır, heç bir sübuta əsaslanmır. Əksinə olaraq qüvvədə olan məhkəmə aktları ilə iddiaçının xəstəliyinin istər ambulator, istərsə də stasionar müalicəsi zamanı aradan qaldırılmasının mümkün olmaması müəyyən edilmişdir. Göründüyü kimi inzibati orqan iddiaçının müraciəti üzrə inzibati icraat üzrə qanunvericiliyin tələblərini pozmuş, lazımi inzibati araşdırma aparmamışdır. Halbuki “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri 38 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri 38 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2022ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar