Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9848/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi Cavabdehin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının vərəsə payı üzrə rəsmiləşdirilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1ə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının atası X1 qanuni vərəsəsi olmaqla bu barədə Bakı şəhəri 1 saylı dövlət notariat ofisində qanuni vərəsəsi kimi tanınması barədə xx.xx.1978-ci il tarixli 1202 nömrəli vərəsəlik işi mövcuddur, bu əsasla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanı üzrə hal-hazırda ailəliklə əvvəldən vərəsəlik hüququ əsasında yaşadıqları şəxsi mülkiyyətin X10 adına o, dövr üçün mülkün rəsmiləşdirilməsi sənədi - Bakı şəhəri, Sabunçu (Lenin) Rayonu XDS-i İcraiyyə Komitəsinin 778 saylı, xx.xx.1964-cü il tarixli rəsmi arayışı əsasında atası X7 iddiaçının X10 vərəsəsi kimi tanınmış və həmin mülkün vərəsə payları qeyri-rəsmi hüquqda müəyyənləşdirilərək həmin vərəsə payı hissəsi üzrə yaşamış, lakin bu haqda mülkün vərəsə payı hissəsi üzrə adına rəsmiləşdirilməsini aparılmasını həyata keçirə bilməmiş, xx.xx.1977-ci ildə vəfat etmiş, qanunun tələbi üzrə atası X7 qanuni vərəsəsi kimi onun adından həmin qeyd olunan vərəsə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin məhkəmədə mübahisələndirilməsini aparmaqda qanuni hüququ mövcuddur, hansı ki, atası, X4 o, dövr üçün məxsus olmuş, lakin rəsmiləşdirilməsini aparılması üzürlü səbəbdən mümkün olmadığı həmin vərəsə mülkiyyət payı üzrə rəsmiləşdirilməmiş hissəsində 8 nəfər ailə tərkibi ilə birlikdə yaşayırlar və bu hüquqda da həmin vərəsə mülkiyyət hüquqlarının vərəsə payı üzrə rəsmiləşdirilməsi öhdəliyini cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini” xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 8 nəfər ailə tərkibi ilə doğulduğu vaxtdan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı fərdi yaşayış evində yaşayır. Həmin ev işə əlavə etdiyi Bakı şəhəri, Sabunçu (Lenin) Rayonu XDS-i İcraiyyə Komitəsinin 778 saylı xx.xx.1964-ci il tarixli rəsmi arayışı əsasında 1886-cı il təvəllüdlü X10 xüsusi mülkiyyətində olmuşdur. X10 qanuni vərəsələrindən olan iddiaçının atası X8 xx.xx.1977-ci ildə vəfat etdiyindən iddiaçı Bakı şəhəri, 1 saylı notariat orqanı tərəfindən təsdiqlənmiş xx.xx.1978-ci il tarixli 1202 saylı vərəsəlik şəhadətnaməsinə əsasən onun qanuni vərəsəsi olaraq həmin evə vərəsə payı üzrə mülkiyyət hüququnu təsdiqləyən çıxarışın alınması ilə bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilmiş, hazırki iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ ilə baglı hazırlıq icraatı üzrə iclasda iddianın mümkünlük məsələsinə baxılmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yazılı etirazında bildirilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, sözügedən fərdi yaşayış evinə dair idarənin arxivində digər fiziki şəxsin (X13) adına tərtib edilmiş texniki pasport mövcuddur. Bundan əlavə, qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərində yerləşir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının heç bir subyektiv hüquq daşıyıcısı olmadığı əsas gətirilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsinə dair iddiası mümkün sayılmamışdır. Belə ki, məhkəmə iddiaçının mərhum atasının adına Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı evin qeydiyyatdan keçməsi və evə dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməməsini və vərəsəlik işində də iddiaçının həmin miras əmlakın qəbulu ilə bağlı sənədlərin olmamasını əsas götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2418/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Qeyd olunanlarla yanaşı, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin (X11) adına qeydiyyata alınmış əmlak məlumatları ilə üst-üstə düşür. Məlumat üçün bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 0.0527 ha təşkil edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********63 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X5 və X3 adlarına Bakı şəhəri, Lenin rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı evin qeydiyyatdan keçməsi və evə dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. -iddiaçının təqdim etdiyi Bakı şəhəri, Lenin Rayonu kənd soveti sədrinin 778 saylı xx.xx.1964-ci il tarixli arayışın surətində qeyd olunmuşdur ki, X20 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı evdə saglıgında yaşamış və evin mülkiyyətçisi olmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinin 25 noyabr 2021-ci il tarixli, 771 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri 1 saylı Notariat Ofisində açılmış xx.xx.1978-ci il tarixli 1202 nömrəli vərəsəlik işinə əsasən İddiaçı xx.xx.1977-ci ildə vəfat etmiş X2 qanun üzrə vərəsələri sırasına daxildir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri, Ramana qəsəbəsi, Zərdabi küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən arxivdən göndərilən sənədlərə əsasən: - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Ramana qəsəbəsi, Zərdabi küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X9 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” 1963-cü ildə texniki pasport tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/5 hissəsindən ¼ hissəsi ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışla X6 xüsusi mülkiyyətindədir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2418/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı qüvvədə saxlanılmışdır. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il tarixdə vəfat etmiş X3 qanuni vərəsə olduğunu və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, ev 1 ünvanında yerləşən mülkün mərhum babası X16 məxsus olduğunu bildirərək, həmin mülkün vərəsə kimi onun adına rəsmiləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə çıxarış verilməsini tələb etmişdir. İş materiallarından (AR Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışından, Bakı şəhəri 1 saylı Notariat Ofisində açılmış xx.xx.1978-ci il tarixli 1202 nömrəli vərəsəlik işindən və s. ) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, ev 1 ünvandında yaşayın İddiaçı, əvvəllər həmin ünvanda yaşamış mərhum atası Cavanşir Ələsgərovdan miras qalmış 3405 manat məbləğinə əmanəti üzrə üzrə vərəsələrdən biri olsa da, onun hazırda adına qeydə alınmasını tələb etdiyi, həmin ünvanda yerləşən, mərhum babası X24 məxsus olmuş mülkün vərəsəlik qaydasında atası Cavanşir Ələsgərov tərəfindən qəbul edildiyini (keçdiyini) və qanuni istifadəsində oluduğunu təsdiq edə bilən hüquqmüəyyənedici sənədlər mövcud deyildir. İşə əlavə olunmuş cavabdeh idarənin **********63 nömrəli xx.xx.2021-ci il tarixli, eyni zamanda, xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktublarından da aydın olur ki, idarədə iddiaçının babası X5 və atası X3 adlarına Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı evin qeydiyyatdan keçməsi və evə dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. Buna görə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka çıxarışın verilməsi” tələbinə dair iddiası mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı olmaması əsası ilə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2418/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı qüvvədə saxlanılmış və qərardad qüvvəyə minmişdir. Hazırda isə iddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhəri, Lenin Rayonu kənd soveti sədrinin 778 saylı xx.xx.1964-ci il tarixli arayışın surətində qeyd olunmuşdur ki, X20 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı evdə saglıgında yaşamış və evin mülkiyyətçisi olmuşdur. Lakin cavabdehin iddiaya etiraz kimi təqdim etdiyi arxivdən alınmış sənədlərdən görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Ramana qəsəbəsi, Zərdabi küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının əmisi X9 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” 1963-cü ilin sentyabr ayında texniki pasport tərtib edilmişdir. Göründüyü kimi iddiaçının əmisi X12 Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci yarımbəndində nəzərdə tutulan sənədə malik olmuş, bununla da məhz onun fərdi yaşayış evi üzərində gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Digər tərəfdən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinin tələbinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. -7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. - 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Qanunvericilyin qeyd olunan tələblərindən göründüyü kimi, vərəsə tərəfindən ilk öncə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanından arayış alınmalı, bundan sonra həmin arayış əsasında vərəsəlik sənədi (vərəsəlik şəhadətnaməsi) əldə edilməli, bundan sonra isə həmin qeydiyyat orqanı tərəfindən həmin vərəsəlik şəhadətnaməsi əsasında da daşınmaz əmlak birbaşa vərəsinin öz adına rəsmiləşdirilir. Lakin məhkəmə hesab edir ki, iddiaçı mərhum atasının (babasının) mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı öhdəliyin icrası haqqında iddia tələbinin əsaslandırılmış iddia kimi qəbul edilməsi üçün faktiki şərtlər mövcud deyildir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan maddəsinin mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia növünə uyğun olmayan, inzibati orqan tərəfindən qanunla qorunan hüquq və azadlıqların pozulması əsaslandırılayan iddia kimi qiymətləndilə və inzibati məhkəmə icraatı mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7akim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-9848/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9848/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver