Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9851/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X10, X8, X9, X11) “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında X10, X8, X9, X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9851/2021 saylı 14.12.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X10, X8, X9, X11) “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə icraata İddiaçı2 aid hissədə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirdi ki, o, uzun müddətdir ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. O, əvvəllər Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, ünvan 4 ünvanda qeydiyyatda idi. Daha sonra həmin mənzili satmışdır. Mənzili alan şəxslər onu qeydiyyatdan çıxarmışdır. Buna görə də ona məxsus şəxsiyyət vəsiqəsi artıq etibarsızdır. Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 27.10.2021-ci il tarixli məktubda qeyd edilən X6, X3, X5 və X7 paylı mülkiyyətlərində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsi, 2 saylı evin onun qeydiyyata düşmək istədiyi evlə heç bir əlaqəsi yoxdur, onlar ayrı-ayrı evlər və ünvanlardır. Onun qeydiyyata düşmək istədiyi ünvan 1 ünvanı onlara məxsusdur və o, həmin ünvanda yaşayır, digər ünvan isə eyni olsa da ayrı-ayrı ünvanlardır və orada qonşu yaşayır. Onun qeydiyyata düşmək istədiyi ünvanın çıxarışı yoxdur, bu səbəbdən də mülkiyyətə aid sənədləri təqdim edə bilmir. O, yaşadığı fərdi yaşayış evinə qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 12.08.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin, Binəqədi RPl-nə ünvanladığınız müraciətinizə QMB-də baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 5-ci maddəsinin tələblərinə əsasən Sizin və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Həmid Sultanov 2 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPl-nin QMB-nə müraciət etməlisiniz. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə Sizin və ailə üzvlərinizin göstərilən ünvana tərəfimizdən qeydiyyata alınması qanuna müvafiq deyildir. Nəzərinizə çatdırırıq ki, bu məsələ ilə bağlı Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 29.09.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 220332 saylı ölüm haqqında şəhadətnamənin (əslinə baxış keçirildi) surətindən görünür ki, İddiaçı2 04.09.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 25.09.2021-ci il tarixdə 1710 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 27.10.2021-ci il tarixli **********21 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsi, 2 saylı evin hüquqi statusu barədə məlumat və sənəd surətlərinin göndərilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsi, 2 saylı ev 09.07.1986-cı il tarixdə Xoşbəxt Hacıbəy oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 2V01-77 reyestr nömrəli 17.05.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə-41 reyestr nömrəli 21.01.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 2V-33 reyestr nömrəli 12.02.2020-ci il trixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/4 hissəsi X6, 1/4 hissəsi X4, 1/4 hissəsi X5 adlarına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 2V-65 reyestr nömrəli 11.03.2020-ci il trixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/4 hissəsi X7 adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsi, 2 saylı evin 1/4 hissəsi X6, 1/4 hissəsi X4, 1/4 hissəsi X5, 1/4 hissəsi X7 mülkiyyətlərindədir. Beləliklə, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından və işin digər materiallarından müəyyən olunur ki, İddiaçı1 qeydiyyata alınmasını xahiş etdiyi ünvan 1 ünvanında yerləşən ev özbaşına tikilidir. İddiaçı həmin evə qeydiyyata alınma üçün əsas olan sənədlərdən hər hansı birini məhkəməyə təqdim edə bilmədi. İddiaçının həmin evə qeydiyyata alınması üçün hüquqi əsas yoxdur. Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 27.10.2021-ci il tarixli məktubda Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsi, 2 saylı evin X6, X3, X5 və X7 paylı mülkiyyətlərində olması qeyd olunsa da, iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, həmin evin onun qeydiyyata düşmək istədiyi evlə heç bir əlaqəsi yoxdur, onlar ayrı-ayrı evlər və ünvanlardır, onun qeydiyyata düşmək istədiyi ünvan 1 ünvanı onlara məxsusdur və o, həmin ünvanda yaşayır, digər ünvan isə eyni olsa da ayrı-ayrı ünvanlardır və orada qonşu yaşayır, onun qeydiyyata düşmək istədiyi ünvanın isə çıxarışı yoxdur, bu səbəbdən də evə mülkiyyət hüquqlarını təsdiq edən sənədləri təqdim edə bilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanuna əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınma üçün əsas olan sənədlər hesab edildiyindən, iddiaçının isə belə sənədlərdən hər hansı biri olmadığından, onun göstərilən evə qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-9851/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9851/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver