Məhkəmə qərarları › İş №2-1(112)-9851/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9851/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9851/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanında dəyişiklik edilməsi və “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının qüvvəyə minməsini nəzərə alaraq pensiyanın 32 il 1 ay 10 gün xidmət müddətinə görə təminat xərcliyinin 86,16 faizi (20 ilə görə 50 faiz, 12 ilə görə 36 faiz) olmaqla 1 yanvar 2023-cü il tarixindən etibarən yenidən hesablanması və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixində həqiqi hərbi xidmətdən silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. Pensiyanın sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 32 il 1 ay 10 gün xidmət müddətinə görə təminat xərcliyinin (1310,70 manat) 86 faizi (20 ilə görə 50 faiz, 12 ilə görə 36 faiz (12 x 3 faiz)- 1127,20 manat məbləğində pensiya hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1206,74 manata artırılmaqla ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən aylıq vəzifə və rütbə maaşlarımın məbləğlərinə əsasən sonuncu xidmət keçdiyim vəzifəsinə uyğun vəzifə maaşı 900,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 316,20 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi 90,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə- 225,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1749,20 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanmışdır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (12 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (12x2) təminat xərcliyinin 24 faizi; -natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,16 faizi. Pensiyanın müəyyən edilməsi üçün təminat xərcliyinin artı hissəsinə cəmi 74,16 faiz dərəcəsi tətbiq olunur. Yəni 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (1310,70 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1749,20 manat) arasındakı fərq məbləğinin (438,50 manat) 74,16 faizi-325,20 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (1127,20 manat) üzərinə əlavə olunmaqla 1452,40 manat məbləğində əmək pensiyası müəyyən edilib. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-145,24 manat maddi yardım ödənilib. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanında dəyişiklik edilməsi və “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı xx.xx.2023-cü il tarixindən qüvvəyə minmişdir (Yəni iddiaçının pensiya dərəcəsi 86,16 faizdən 74,16 faizə düşməsinə və müvafiq olaraq pensiyanın əsassız azalmasına səbəb olmuş qanun ləğv edilmişdir). İddiaçı hesab edir ki, qeyd olunan Fərmanının qüvvəyə minməsi ilə əlaqədar olaraq pensiyası 1 yanvar 2023-cü il tarixindən etibarən 32 il 1 ay 10 gün xidmət müddətinə görə təminat xərcliyinin (1310,70 manat) 86,16 faizi (20 ilə görə 50 faiz, 12 ilə görə 36 faiz (12x3) olaraq yenidən hesablanmalıdır. Belə ki, xx.xx.2004-cü il tarixində həqiqi hərbi xidmətdən silahlı qüvvələrin ehtiyatına buraxılarkən pensiyası təminat xərcliyinin xidmət müddəti nəzərə alınaraq 86,16 faiz dərəcəsinə görə təyin olunmuşdur. Hazırkı vaxtda pensiyasının təminat xərcliyinin artım hissəsinə cəmi 74,16 faiz dərəcəsi tətbiq olunur. İddiaçıya pensiya təyin olunduqdan 14 il sonra xidmət illərinə görə 86,16 faiz dərəcəsinin 74,16 faizə aşağı salınması Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsi ilə ziddiyət təşkil edir. Belə ki, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (1310,70 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1749,20 manat) arasındakı fərq məbləğinin (438,50 manat) 74,16 faizi-325,20 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyamın (1127,20 manat) üzərinə əlavə olunmaqla 1452,40 manat məbləğində əmək pensiyam müəyyən edilib. Halbuki, pensiyamın üzərinə 325,20 manat deyil 438,50 manat tam şəkildə əlavə olunmalı idi. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalan”nın və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydalan”nın təsdiq edilməsi haqqında” 2005ci il 7 fevral tarixli 194 nömrəli Fərmanında dəyişiklik edilməsi və “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı xx.xx.2023-cü il tarixindən qüvvəyə minməsi ilə əlaqədar olaraq 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (1310,70 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1749,20 manat) arasındakı 438,50 manat fərq məbləğinin 74,16 faizi-325,20 manat ilə fərqi, yəni 113,30 manat pensiyasına əlavə edilərək 1 yanvar 2023cü il tarixindən etibarən yenidən hesablanaraq ödənilməlidir. Yəni sözügedən fərmanın qüvvəyə minməsi ilə (əslində ədalətin bərqərar olmuşdur) əlaqədar pensiyam təminat xərcliyinin 74,16 faizi ilə yox, ona 1 mart 2004-cü ildə təyin olunmuş pensiya təminat xərcliyinin xidmət müddətinə görə (32 il 1 ay 10 gün) 86,16 faizi ilə hesablanaraq ödənilməlidir. Yuxarıda qeyd olunan fərmanın 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minməsi ilə əlaqədar olaraq pensiyanın yenidən hesablanması üçün xx.xx.2023-cü il tarixində ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna məktubla müraciət etmişdir. Məqsədi pensiyanın yenidən hesablanaraq əsassız olaraq itirilmiş məbləğin bərpasına nail olmaq olmuşdur. İddiaçıya ünvanlanmış cavab məktubunda adıçəkilən fərmana toxunulmadan, yenə də şablon cavab verilərək məsələnin mahiyyətinə varmadan, faktiki olaraq itirilmiş məbləğin bərpasından imtina edilmişdir. Bununla yanaşı bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın tətbiqi zamanı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bu qaydanı həmən tətbiq etməsinə baxmayaq, nədənsə Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanında dəyişiklik edilməsi və “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı xx.xx.2023-cü il tarixindən qüvvəyə minməsindən dörd aydan artıq müddət keçməsinə baxmayaraq öz bildiyi kimi iddiaçının ərizəsinə həmişə kimi şablon cavab vermiş və hesab etmişdir ki, pensiyası yenidən hesablana bilməz. Göründüyü kimi cavabdeh orqan pensiyaçıların maddi vəziyyətinin pisləşməsinə səbəb olmuş və ədalətli hesab edilməyən sözügedən fərmanın ləğv edilməsini nəzərə alaraq səlahiyyətləri çərçivəsində pensiyaların yenidən hesablanmasını həyata keçirməli olmasına baxmayaraq, bunu etmir. Nəticədə pensiyaçılar da ədalətin bərqərar olması üçün məhkəmələrə müraciət etməli olurlar. Bu da lüzumsuz formada məhkəmələrin işini artırmaqla qalmır, üstəlik pensiyaçılarında hüquqlarının mütəmadi şəkildə pozulmasına səbəb olur. Buradan belə anlaşılır ki, cavabdeh orqan qanunvericilikdəki dəyişiklikləri nəzərə almayaraq, pensiyaçıların pozulmuş hüquqlarını məhkəmə vasitəsi ilə bərpa edilməsini gözləyir.

3. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış imtinada bildirilmişdir ki, iddiaçıya vaxtilə sonuncu xidmət keçdiyi orqan tərəfindən pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq, 32 il 1 ay 10 gün (25 il 1 ay 13 gün təqvim ili, 6 il 4 ay 15 gün güzəştli xidmət illəri, ali təhsil 7 ay 12 gün) xidmət müddətinə görə təminat xərcliyini (1310,70 manat) 86 faizi (20 ilə görə 50, 12 ilə görə 36 faiz (12x3))-1127,20 manat məbləğində pensiya hesablanaraq iddiaçıya ödənilib. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyanın 1206,74 manata artırılmaqla iddiaçıya ödənilib. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşını 900,00 manat, rütbə maaşını 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 316,20 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 90,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 225,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1749,20 manat təşkil edib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyanı təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (12 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (12x2) təminat xərcliyinin 24 faizi; -natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,16 faizi. Əmək pensiyanın müəyyən edilməsi üçün təminat xərcliyini artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 74,16 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyini (1310,70 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyini (1749,20 manat) arasındakı fərq məbləğinin (438,50 manat) 74,16 faizi-325,20 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanı (1127,20 manat) üzərinə əlavə olunmaqla 1452,40 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanı həmin tarixdən 1597,64 manata, 29-cu maddəsinə əsasən ideksləşdirmə ilə əlaqədar 1832,49 manata artırılaraq ödənilir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinanın məzmununa uyğun təqdim edilərək bildirilmişdir ki, iddiaçıya vaxtilə sonuncu xidmət keçdiyi orqan tərəfindən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən ödənilir. İddiaçının əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq, 32 il 1 ay 10 gün (25 il 1 ay 13 gün təqvim ili, 6 il 4 ay 15 gün güzəştli xidmət illəri, ali təhsil 7 ay 12 gün) xidmət müddətinə görə təminat xərcliyinin (1310,70 manat) 86 faizi (20 ilə görə 50, 12 ilə görə 36 faiz (12x3))-1127,20 manat məbləğində pensiya hesablanaraq ona ödənilmişdir. 1 mart 2018-ci il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1206,74 manata artırılmaqla ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən iddiaçının sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 900,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 316,20 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 90,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 225,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1749,20 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (12 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (12x2) təminat xərcliyinin 24 faizi; natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,16 faizi. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün onun təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 74,16 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (1310,70 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1749,20 manat) arasındakı fərq məbləğinin (438,50 manat) 74,16 faizi - 325,20 manat 1 mart 2018-ci il tarixədək olan pensiya məlbğinin (1127,20 manat) üzərinə əlavə olunmaqla 1452,40 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 1597,64 manata, 29-cu maddəsinə əsasən ideksləşdirmə ilə əlaqədar 1832,49 manata artırılaraq ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “32 il 01 ay 10 gün xidmət müddətinə görə təminat xərcliyinin 86,16 faizi nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(112)-9851/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Azərbaycan Rspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərarda qeyd edilmişdir ki, 1452,24 manat olmuşdur və yenidən hesablanmış pensiya məbləği isə 1452,24 manat olmuşdur.

6. Azərbaycan Repsublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2008-ci il tarixli 10/114 nömrəli arayışda qeyd edilmişdir ki, ona xidmət etdiyi dövr ərzində 1-ci məharət dərəcəsi verilmişdir. (vəzifə maaşına nəzərdə tutulan artım 25% həcmindədir).

7. Səbail Rayon Məhkəməsinin 2(009)-1927/2008 nömrəli iş üzrə 11 dekabr 2008-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, iddia qismən təmin edilmiş, İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün axrıncı tutduğu vəzifə üzrə aldığı xidmətə görə faiz əlavəsi, həmçinin məharət dərəcəsinə görə faiz əlavəsi haqqında müvafiq sənədlərin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsi Azərbaycan Dövlət Sərhəd Xidmətinə həvalə olunsun və bu sənədləri aldıqdan sonra Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun üzərinə onun əmək pensiyasını müvafiq qaydada yenidən hesablamaq vəzifəsi qoyulmuşdur. İddianın “əmək pensiyası yenidən hesablanarkən bu günə uyğun müvafiq bank faiz dərəcəsi ilə indeksasiya aparılaraq itirilən məbləğin ödənilməsi” hissəsi əsassız olduğundan rədd edilmişdir.

8. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2009-cü il tarixli məktubunda bildirilmişdir ki, 01 mart 2004-cü il tarixdə “Hərbi Xidmət haqqında” Azərbaycan Respublikaı Qanununun 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış polkovnik-leytenant İddiaçı son təminat xərcliyi aşağıdakı göstəricilərdən ibarətdir. 1) Vəzifə maaşı – 530000,00 manat 2) Rütbə maaşı – 135000,00 manat 3) Xidmət illərinə görə əlavə faizi 30% – 199500,00 manat, 4) Ərzaq kompensasiyası – 123733,00 manat, 5) Sərhəd qoşunlarında xidmətə görə 10% – 53000,00 manat 6) Məharət dərəcəsi (1) 25% – 132500,00 manat Cəmi: 1173733,00 (bir milyon yüz yetmiş üç min yeddi yüz otuz üç manat 00 qəpik)

9. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır.

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

17. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);

18. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

19. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə münasibətdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa olan dəyişikliklərin qəbul edilməsi dövlətin pensiya sahəsində formalaşdırmağı nəzərdə tutduğu siyasətin hüquqi bazasını təşkil edir. Odur ki, mövcud vəziyyətdə dəyişiklikdən öncəki qanunvericilik normalarının tətbiq edilməsi dövlətin pensiya sahəsində formalaşdırmağı nəzərdə tutduğu məqsədinə uyğun deyildir.

22. İddiaçının əmək pensiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq yenidən hesablanmışdı. Həmin Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir.

23. Həmin Fərman (2018-ci il 25 iyun tarixli 142 nömrəli) Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 nömrəli Fərmanı ləğv edilmişdir (Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir).

24. Belə ki, həmin Fərmanın ləğvi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinə 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli qanunla edilmiş dəyişikliklə (həmin Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir) Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həyata keçirilən pensiya siyasəti ilə əlaqəli olmuşdur.

25. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinin yeni redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

26. Belə ki, həmin 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 29.1-ci maddəyə “sığorta hissəsi” sözlərindən sonra “, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilmişdir.

27. Odur ki, 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanın ləğvindən sonra Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirməli olduğundan iddiaçının Fərmandan əvvəlki dövrün qanunvericiliyinə əsasən pensiyasının yenidən hesablanmasına qanuni gözləntisi yoxdur.

28. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar