Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9854/2023 21.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “imtinanın etibarsız hesab edilməsi və işə qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “imtinanın etibarsız hesab edilməsi və işə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1994-cü il təvəllüdlüdür. A 127621 nömrəli Ali Təhsil Haqqında Diplomun surətindən müəyyən edilir ki, iddiaçı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını xx.xx.2017-ci il tarixdə “bədən tərbiyəsi və idman” ixtisası üzrə bitirmişdir. X3 iddiaçının X4 xidmətə qəbul olunması ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda X1 müraciətinə cavab olaraq bildirmişdir ki, “... İddiaçı X4 xidmətə qəbulla əlaqədar 2019-cu ildə DİN-in Xüsusi həkim komissiyasında şəhadətləndirilərkən narkotest müayinəsinin nəticəsi müsbət olduğu (bioloji mayesində - sidiyində morfin aşkar edilmişdir), eləcə də “Ürək ritminin pozğunluğumədəcik ekstrasistoliyası” diaqnozu ilə X4 xidmətə yararsız hesab edildiyindən onun xidmətə qəbul olunması məqsədəmüvafiq hesab edilməmişdir”. Həmçinin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının daxili işlər orqanlarına xidmətə qəbul olunmaqla əlaqədar müraciətinin təmin edilməsindən imtina etmiş və məktubda bildirilmişdir ki, "...X4 xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında Təlimat”ın tələblərinə əsasən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan şəxslər yalnız həmin təhsil müəssisələrini bitirdikdən sonra X4 xidmətə qəbul oluna bilərlər. Nəzərinizə çatdırırıq ki, vətəndaşların X4 xidmətə qəbulu Daxili İşlər Nazirliyi tərəfindən elan olunan müsabiqələr əsasında həyata keçirilir. Təhsilinizi bitirdikdən sonra X4 xidmətə qəbulla əlaqədar növbəti müsabiqə elan olunduqda “X4 xidmətə qəbul və müsabiqənin şərtlərinə uyğun gəldiyiniz təqdirdə iştirak edə bilərsiniz. X4 xidmətə qəbul qaydaları, elan olunan müsabiqələr və sizi maraqlandıran digər məsələlər barədə ətraflı məlumatlarla Daxili İşlər Nazirliyinin internet səhifəsində /www.mia.gov.az/ tanış ola bilərsiniz”. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “...Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında” Əsasnamənin 20-ci maddəsinə əsasən, iddiaçının müvafiq təhsilə malik olmadığı nəzərə alınaraq onun X4 orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsabiqədə iştirakı və bu vəzifələrdə xidmətə qəbulu qanunvericiliyin tələbləri baxımından mümkün deyildir”. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun X4 xidmətə qəbulla əlaqədar müraciətinə verilən imtinanın etibarsız hesab edilməsi və cavabdehin üzərinə Bakı şəhərində X4 orta rəis vəzifəsi üzrə işə qəbul edilməsi üçün müvafiq tədbirlər görməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ildə 2-ci ali təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisasına qiyabi şöbəsində təhsil almağa başlamışdır. DİN Baş Kadrlar İdarəsi onun sənədləri ilə tanış olmuşdur. Onun uyğunluğu yoxlanılmışdır. Daha sonra ali təhsilini göstərən diplomun surətini, özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin hər birini apararaq DİN Baş Kadrlar İdarəsinə təqdim etmiş və orta rəis heyətinə qəbul olunmaq üçün müsabiqəyə buraxılmışdır. 23 iyun 2022-ci il tarixində müsabiqədə iştirak edərək uğur qazanmışdır. 13 iyul 2022-ci il tarixində isə Bakı şəhərində keçirilən sıra baxışında iştirak etmiş və Azərbaycan Respublikasının Daxili İşlər naziri tərəfindən seçilmişdir. Onun haqqında hərbi komissarlığa sorğu göndərilmiş, onun da cavabı müsbət dəyərləndirilmişdir. Daha sonra yaşadıqları ərazinin sahə müvəkkilinə sorğu göndərilmiş, sahə müvəkkili onun təlim-tərbiyəsi barədə xasiyyətnaməni də onlara təqdim etmiş, o da müsbət qiymətləndirilmişdir. Bütün sənədlər toplandıqdan sonra 30 iyul 2022-ci il tarixində X4 orta rəis heyəti vəzifəsi üzrə Xüsusi Həkim Komisiyası keçmək üçün arayış verilmişdir. O, XHK üçün nəzərdə tutulan dövlət rüsumunu ödəyərək bütün həkimlərdən keçmişdir. Nəticədə onun tam sağlam və xidmətə yararlı olması barədə Xüsusi Həkim Komisiyası 06 sentyabr 2022-ci il tarixində rəy vermişdir. DİNAMO-da fiziki hazırlıq göstəriciləri yoxlanılmış, nəzərdə tutulan normativləri yerinə yetirmişdir. Bütün lazım olan sənədlərlə birgə hərbi biletini, diplomun notariusda təsdiqini 7 sentyabr 2022-ci il tarixində DİN Baş Kadrlar İdarəsinə təqdim etmişdir. Əmrinin verilməsinə az müddət qalmış telefon ilə əlaqə saxlayaraq DİN-in Baş Kadrlar İdarəsinə dəvət edərək onu işə qəbul edə bilməyəcəklərini söyləmişlər. O, imtinanın səbəbini soruşduğu halda imtina haqqında heç bir səbəb qeyd etməmişlər. Bütün bu müddət ərzində sənədləşmə prosesi DİN Baş Kadrlar İdarəsi tərəfindən keçirilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası əssasız və qanunsuzdur. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Daxili İşlər Nazirliyinə xidmətə qəbulla bağlı prosedur və ixtisas imtahanının şifahi mərhələsinin mahiyyəti barədə mülahizələri yanlışdır və bu yanlışlıqlara əsaslanaraq qaldırılmış hazırkı iddia tələbləri doğru formulə edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının “imtinanın etibarsız hesab edilməsi və işə qəbul edilmə öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi mümkün deyildir. İddiaçının DİO-ya xidmətə qəbul edilməsi DİN-nin öhdəliyi olmadığı üçün iddiaçının belə tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, vətəndaşın DİO-a xidmətə qəbul edilməsi üçün hər iki tərəfin razılığı olmalıdır. “X4 xidmətə qəbul” Qaydalarına əsasən X4 xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla) Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədris müəssisələrinə yaşı 18-ə çatmamış orta təhsilli şəxslər də qəbul edilə bilərlər. Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndis-proqramçı, tədris müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər. Zərurət yarandıqda tədris müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər qəbul oluna bilərlər. Göründüyü kimi, inzibati qurumun xidmətə qəbul qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə (qiymətləndirmə azadlığı) tətbiq etdiyi diskresion səlahiyyətləri və dispozitiv davranış imkanları nəzərə alınmaqla məhkəmə təftişinin predmeti ola bilər. X7 Nazirliyi hətta xidmətə qəbul üçün yararlı olan şəxslərin peşəyə qəbul edilməsi ilə bağlı diskresion səlahiyyətə malikdir. Məhkəmənin belə hallarda iddiaçının tələbinə uyğun olan qərar qəbul etmək səlahiyyəti yoxdur. DİN diskresion səlahiyyətləri həyata keçirdiyindən hər hansı bir səhvə yol versə belə, bu hələ iddiaçının nəyisə tələb edə bilməsi demək deyil. Əgər məhkəmə DİN-in iddiaçının xidmətə qəbul edilməməsi ilə bağlı qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz, inzibati qurumun diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. DİO-ya xidmətə qəbul DİN-in müstəsna diskresion səlahiyyətini təşkil edir. İddia mahiyyəti üzrə də əsassızdır: “Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamənin” 20-ci maddəsinə əsasən Orta və böyük rəis heyəti vəzifələrində xidmətə bir qayda olaraq xüsusi təyinatlı və digər təhsil müəssisələrini bitirən orta ixtisas və ali hüquq təhsilli şəxslər qəbul edilirlər. İddiaçı müvafiq təhsilə malik olmadığı üçün onun X4 orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsabiqədə iştirakı və bu vəzifələrdə xidmətə qəbulu qanunvericilikdə nəzərdə tutulmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş emtişdir. Cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə iddiaçı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını “bədən tərbiyəsi və idman” ixtisası üzrə bitirmiş, cavabdeh qurumda orta rəis heyəti vəzifəsinə işə qəbul olunmaq üçün müraciət etmiş, lakin cavabdeh iddiaçını X4 xidmətə qəbul etməkdən imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi bir neçə hala istiand edir:
1. 2019-cu ildə DİN-in Xüsusi həkim komissiyasında şəhadətləndirilərkən narkotest müayinəsinin nəticəsinin müsbət olması (bioloji mayesində - sidiyində morfin aşkar edilməsi),
2. “Ürək ritminin pozğunluğu-mədəcik ekstrasistoliyası” diaqnozu ilə X4 xidmətə yararsız hesab edildiyindən onun xidmətə qəbul olunmasının məqsədəmüvafiq hesab edilməməsi;
3. X4 xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında Təlimat”ın tələblərinə əsasən orta və böyük rəis heyətinə xidmətə bir qayda olaraq xüsusi təyinatlı və digər təhsil müəssisələrini bitirən orta ixtisas və ali hüquq təhsilli şəxslərin qəbul edilə bilməsi. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və onun orta rəis heyəti vəzifəsinə işə qəbul olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin imtinasının əsası kimi istinad etdiyi birinci halla bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi həmin hal, yəni DİN-in Xüsusi həkim komissiyasında şəhadətləndirilərkən narkotest müayinəsinin nəticəsi müsbət olması (bioloji mayesində sidiyində morfin aşkar edilməsi) halının 2019-cu ildə olması qeyd edilir. Lakin iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, istinad edilən həmin halın baş verməsindən 4 ilə yaxın müddət keçmişdir. Ona görə də, qeyd edilən halın doğruluğunu hazırda obyektiv araşdırmaq imkan xaricindədir (müvafiq ekspertizanın keçirilə bilməməsi və s. səbəbindən). Məhkəmə digər iki halla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında” Əsasnamə: Maddə 1. X4 xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Maddə 11. X4 xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Maddə 16. X4 xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqədə test imtahanlarından və müsahibədən ibarətdir). Müsabiqənin elan edilməsi keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 20. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə bir qayda olaraq xüsusi təyinatlı və digər təhsil müəssisələrini bitirən orta ixtisas və ali hüquq təhsilli şəxslər qəbul edilirlər. Digər ixtisasları olan şəxslərin xidmətə qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın xidmətə qəbul qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə (qiymətləndirmə azadlığı) tətbiq etdiyi diskresion səlahiyyətinə aiddir. İddiaçı həm cavabdeh orqana müraciətində, həmçinin iddia tələbində onun Bakı şəhərində orta rəis heyətində xidmətə qəbul edilməsi tələbini irəli sürür. Məhkəmə qeyd edir ki, inzibati orqana diskresion səlahiyyət əsasında qərar qəbul etmək, onun özünün qiymətləndirməsinə əsasən seçim etmək imkanı verilmişdir (İPM-in 73.3.1 və 73.3.2-ci maddələri). Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. İstinad olunan qaydalardan müəyyən edilir ki, X4 orta rəis heyətinə işə qəbul olunmaq üçün ya iddiaçı xüsusi təyinatlı təhsil müəssisəsini bitirməli, yada ki ali hüquq təhsilə malik olmalıdır. İddiaçının isə bu göstərilən təhsil növlərindən heç birinə malik olmaması işin mübahisə edilməyən halıdır. Belə olan halda cavabdeh qurum iddiaçının xidmətə qəbul edilməsi ilə bağlı qiymətləndirmə azadlığına malikdir və məhkəmə tərəfindən cavabdehin üzərinə belə bir öhdəliyin qoyulması (iddiaçının məhz Bakı şəhərində və məhz orta rəis heyətinə xidmətə qəbul edilməsi barədə) yolverilməzdir. Məhkəmə həmçinin nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (orta rəis heyətinə vəzifəyə təyin edilmək üçün müsabiqədə iştirak edən şəxslər arasından xidmətə qəbul olunacaq namizədi seçmək) xüsusi təcrübəyə malik olduğu haldan gedir. İPM-nin: Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: Maddə 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Maddə 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Qeyd edilən məsələ ilə bağlı cavabdeh orqan qiymətləndirmə azadlığına malik olduğundan məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Odur ki, iddia tələbi təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “imtinanın etibarsız hesab edilməsi və işə qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiaları təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Bəhlul Cəlalov