Məhkəmə qərarları › İş №2-1(112)-9872/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9872/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9872/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı Firuddin oğlunun, cavabdehin nümayəndəsi X8 və üçüncü şəxs X4 iştirakları ilə İddiaçı Firidun oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Firidun oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Ağayev (Muradov) Firidun Ağamirzə oğlunun adına aparılmış Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi, 49 saylı evə dair qeydiyyatın və bununla bağlı reyestr çıxarışının ləğv edilməsinə dair vəzifənin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9872/2022 nömrəli qərardadı ilə Ağayev (Muradov) Firidun Ağamirzə oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 49 saylı fərdi yaşayış evi anası X9 məxsus olmuşdur. Üçüncü şəxs F.Ağayevin (Muradov) birinci nikahdan bir oğlu var. Anası onun ikinci arvadıdır. Övladları olmadığından uşaq evindən onu övladlığa götürmüşlər. Anasının ondan başqa övladı olmamışdır. Evi onun adına rəsmiləşdirmək istəmişdir. Lakin 2003-cü ildə qəflətən vəfat etmişdir. Atası ilə münasibətləri həmişə yaxşı olmuşdur. Ev köhnə olduğundan və normal şəraiti olmadığından ailə qurduqdan sonra başqa mənzilə köçmüşdür. 2020-ci ildə ona məlum olmuşdur ki, üçüncü şəxs ona qarşı istifadə hüquqlarının itirilməsinə dair iddia qaldırmışdır. O etiraz edərək bildirmişdir ki, ev anasının adınadır. Üçüncü şəxs və o, onun qanun üzrə İ dərəcəli vərəsələridir. Lakin məhkəmə baxışı zamanı məlum olmuşdur ki, üçüncü şəxs hələ anasının sağlığında onun və anasının adından ərizələr yazaraq onları özü imzalamaqla qanunsuz vasitələrlə mənzili özəlləşdirmişdir. Onun vəsaiti əsasında məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2021-ci il tarixli, 4/792 rəyi ilə təsdiq edilmişdir ki, onun imzası saxtalaşdırılmışdır. Həmin ərəfədə məhkəmə yekunlaşdığından aidiyyəti üzrə Yasamal rayon prokurorluğuna müraciət etmişdir. Ekspertiza məhz prokurorluq tərəfindən təyin edilmişdir. Üçüncü şəxsin və digərlərinin əməlində cinayət faktının olmasına baxmayaraq prokurorluğun xx.xx.2021ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(004)-33/2022 saylı qərarı ilə onun şikayəti təmin edilmiş və qərar qanunsuz hesab olunaraq ləğv edilmişdir. Ona məlum olmuşdur ki, üçüncü şəxsin məqsədi qanunsuz vasitələrlə evi birinci nikahdan olan oğlunun adına rəsmiləşdirmək olmuşdur. Bu səbəbdən cavabdehə müraciət edərək üçüncü şəxsin adına aparılmış qanunsuz qeydiyyatın ləğv edilməsini və bununla bağlı reyestr çıxarışının etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdehin ona ünvanladığı xx.xx.2022-ci il tarixli, **********53 saylı imtinada qeyd edilir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdehin qeyd edilən imtinasını 16 iyun 2022-ci il tarixdə almışdır. Cavabdeh məhkəməyə iddia ərizəsi ilə bağlı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Firidun oğlunun Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, ev 49-a dair qeydiyyatın və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********53 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, ev 49, 4 saylı mənzil Oktyabr XDS İcraiyyə Komitəsinin 19/1 saylı, xx.xx.1990-cı il tarixli qərarı əsasında X3 adına qeydiyyatdan keçmiş, hazırda onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilir. Üçüncü şəxs X13 iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Firidun oğlunun Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin BŞƏİ-nə qarşı iddia ərizəsi üzrə inzibati iş vardır. O üçüncü şəxs qismində işə cəlb edilmişdir. Ona təqdim edilmiş sənədlər və iddia ərizəsi ilə tanış olduqdan sonra məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının hazırki iddiası tamamilə qanunsuz və əsassızdır. İddia ərizəsində göstərilən xüsusatlar isə həqiqətə uyğun deyildir. İddiaçı bu vaxta qədər 2 dəfə Yasamal Rayon Məhkəməsinə müxtəlif iddialar ilə müraciət edərək ona məxsus olan mənzilin çıxarışını mübahisələndirməyə cəhd göstərmişdir, lakin bütün instansiya məhkəmələri onun lehinə qərarlar qəbul etmişlər. Sonuncu məhkəmə qərarı Azərabycan Respublikası Ali Məhkəməsinin MK-sı tərəfindən qəbul edilmişdir. Şəxs bu gün məhkəməyə yeni iddia verməklə yenidən nəsə əldə etməyə cəhd göstərir. Ancaq həmin tələblərin heç bir hüquqi əsası yoxdur. Odur ki, şərh olunanlara və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən işin icraatına xitam verilməsini xahiş edir. Üçüncü şəxs X13 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçının hazırki iddiası tamamilə qanunsuz və əsassızdır. İddia ərizəsində göstərilən xüsusatlar isə həqiqətə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə hazırki mübahisələrə dair iddia müddətlərinə aiddir. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Yuxarıda şərh olunanlardan müəyyən edilir ki, hazırki mübahisə ilə bağlı iddia müddəti tətbiq edilməli və iddia tələbləri rədd edilməlidir. Eyni zamanda hazırki tərəflər arasında oxşar tələblə bağlı Ali Məhkəmənin Qərarı mövcuddur ki, həmin qərar da məhkəməyə təqdim edilmişdir və preyudisial xarakter daşıyır. Odur ki, iddia müddətinin tətbiq edərək iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Firidun oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdein nümayəndəsi X15 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktuba əlavə edilmiş: - Bakı şəhəri, Oktyabr XDS İcraiyyə Komitəsinin 19/1 nömrəli, xx.xx.1990-cı il tarixli qərarının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 54,5 kvm. sahəsi olan məzilin 3 nəfər ailə üzvü (özü, arvadı və oğlu) ilə birlikdə X3 istifadəsinə verilməklə sonuncu mənzilin kirayədarı hesab edilmişdir. - 51 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli və xx.xx.1998-ci il tarixli Forma 2 arayışın surətlərindən görünür ki, ünvan 1 ünvanında X11, həyat yoldaşı X14 və oğlu İddiaçı Firidun oğlu qeydiyyatdadırlar. - ünvan 1 ünvanında yaşayan Muradova Fəridə və İddiaçı tərəfindən Bakı şəhəri Texniki inventarizasiya bürosunun rəisinə ünvanlanmış xx.xx.1998-ci il tarixli ərizələrin surətlərin görünür ki, onlar yuxarıda göstərilən ünvandaki evin özəlləşdirilməsinə razılıqlarını imzaları ilə təsdiq etmişlər. - Bakı şəhəri, 5 №-li Dövlət Notariat Kontorunda təsdiq edilmiş 172284 nömrəli, 16 noyabr 2002-ci il tarixli müqavilənin surətindən görünür ki, X11 Bakı şəhəri Tİ və MHQİ-nin kit. 924, səh. 138734, xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqdan iki otağı 34,0 kvm. X1. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində istifadədə olan 0,0163 ha torpaq sahəsində yerləşən 49 nömrəli, 2 mərtəbəli binada yerləşən 69,1 kvm. ümumi, 54,5 kvm. yaşayış sahəsindən ibarət 4 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə X3 2 otaq y/s- 20,5 kvm., X10 2 otaq y/s – 34,0 kvm. adlarına daşınmaz əmlakın dövlət reyestrində 936 nömrəli reyestr kitabının 86845 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin 2 otaq y/s-20.5 kv.m hissəsi xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Muradov Firudin Ağamirzə oğlunun adına, 2 otaq y/s – 34.0 kv.m. hissəsi xx.xx.2013-cü il tarixdə X2 adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 28,3 kvm. olan mənzil X3 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 43,5 kvm. olan mənzil X2 xüsusi mülkiyyətindədir. - 27 iyul 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 yanavr 2003-cü ildə vəfat etmiş X5 vərəsələri əri – X11 və oğlu – İddiaçı Firidun oğlu miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə reyestrdə 2V-1-244 № ilə qeyd edilib. Vərəsəlik işinin nömrəsi 274/2011 olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/752 №-li ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş, Bakı şəhəri texniki inventarizasiya bürosunun rəisi A.Qaraşova İddiaçı tərəfindən ünvanlanmış razılıqda “Мурадов” soyadı önündəki imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Bakı şəhəri, Yasamal rayon prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 195-c-21 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş 28 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı Firidun oğlunun qeydiyyatda olduğu ünvan 7 ünvanının özəlləşdirilməsi zamanı atası X4 1998-ci ildə onun adından saxta razılıq ərizəsi tərtib edərək aidiyyəti dövlət orqanlarına təqdim etməsi və sözügedən mənzili öz adına özəlləşdirilməsi barədə müraciəti əsasında Yasamal rayon prokurorluğunda aparılmış araşdırma zamanı hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5491/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı "evə köçürülmə və evə dair verilmiş çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı azyaşlı oğlu X19 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 49 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası təmin edilərək, İddiaçı (yetkinlik yaşına çatmayan oğlu X19 ilə birlikdə) Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi 49 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edillmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi və həmin məhkəmənin 27 noyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(102)-5491/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)-311/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********53 №-li məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi, 49 saylı evin, 4 saylı mənzilinə dair X3 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinə baxılmışdır. Müraciətilə əlaqədar olaraq bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı üçüncü şəxs X4 oğludur. Mübahisəli ünvan 8 ünvanından yerləşən 4 otaqlı yaşayış sahəsi Oktyabr XDS İcraiyyə Komitəsinin 19/1 nömrəli, xx.xx.1990-cı il tarixli qərarı əsasında X7 3 nəfər ailə tərkibi (özü, arvadı və oğlu) ilə birlikdə verilmişdir. Həmin ünvanda yaşayan Fəridə Muradovanın və İddiaçı xx.xx.1998-ci il tarixli razılıq ərizələri əsasında mübahisəli mənzil üçüncü şəxs X4 adına özəlləşdirilmiş və sonuncunun həmin mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1998-ci il tarixdə qeydə alınmışdır. 16 noyabr 2002-ci il tarixdə Muradov Firudin Ağamirzə oğlu ona məxsus olan ünvan 9 ünvanında yerləşən 4 otaqdan sahəsi 34,0 kvm. olan iki otağı X1. Hal-hazırda ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 28,3 kvm. olan mənzil X3, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 43,5 kvm. olan mənzil X2 xüsusi mülkiyyətindədir. İddiaçı ilə üçüncü şəxs arasında mübahisəli daşınmaz əmlakla bağlı mülki məhkəmə icraatı qaydasında mübahisə olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən İddiaçı cavabdeh X6 qarşı evə köçürülmə və evə dair verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddiası rədd edilmiş, iddiaçı X3 cavabdeh İddiaçı qarşı azyaşlı oğlu X19 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 49 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası təmin edilmişdir. Hazırda İddiaçı xx.xx.1998-ci il tarixli mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsindəki imzanın ona məxsus olmamasına istinad edərək cavabdeh inzibati orqan tərəfindən mübahisəli daşınmaz əmlakla bağlı üçüncü şəxsin adına xx.xx.1998-ci ildə aparılmış qeydiyyatı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin hallarından göründüyü kimi iddiaçı inzibati orqanın bundan təxminən 24 il əvvəl həyata keçirdiyi hərəkətlərin etibarsız hesab edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun: - 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. - 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti xx.xx.1998-ci il tarixdə baş vermişdir. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Prosessuall Məcəlləsinin 22-ci fəslinin müddəları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də İddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı tərəfindən iddia müddətin buraxılmadığını bildirərək bunu onunla izah edir ki, qeydiyyatda olduğu mənzildə ailəsi ilə birlikdə 2018-ci ilədək yaşamış, 2016-cı ilə kimi üçüncü şəxslə aralarında hər hansı problem olmamış, 2018-ci ildə aralarındakı mübahisə ilə bağlı xx.xx.2018-ci ildə cavabdehə müraciət edərkən mənzilin Firudin Ağayevin adına özəlləşdirilməsindən məlumatlı olmuşdur. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prposessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının 2018-ci ilə kimi yaşadığı mənzilin hüquqi rejimi ilə keçən müddət ərzində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının mənzilə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Çünki iddiaçının mənzildən istifadə üçün məzmununa etimad göstərdiyi (və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya və ya ictimai maraqlara ziyan vurmadığı) hər hansı inzibati akt və ya oraya müvəqqəti məskunlaşmadan üstün hüquq tanıyan hüquqi əsas yoxdur. Yalnız bu cur əsas olduğu halda qəbul etmək olardı ki, iddiaçı həmin etimada əsaslanmaqla mənzilin sonrakı hüquqi rejimini araşdırmamışdır. Əksinə, mənzil üçüncü şəxsin adına özəlləşdiriləndən sonra ən azından 16 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlandığı və 2 otağın onların istifadəsindən çıxdığı vaxtdan iddiaçıya bəlli olsa da (iddiaçı mənzilin 2 otağının satılması ilə bağlı razılıq ərizəsinin tərəfindən imzalandığını inkar etmir) o bunun 20 il müddətində mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Firidun oğlu qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı tərəfindən mübahisəli daşınmaz əmlakın özəlləşdirilməsi ilə bağlı mübahisələndirilən hərəkətlər xx.xx.2011-ci ilədək olduğundan həmin hərəkətlərin mübahisələndirilməsi imkanı artıq aradan qalxdığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Firidun oğlunun iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar