Məhkəmə qərarları › İş №2-1(112)-989/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-989/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-989/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiаçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası həkim, işləmir), cavabdehin nümayəndəsi X10 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində hüquq şöbəsində hüquq məsləhətçisi işləyir), 3-cü şəxslər X7(Bakı şəhərində qeydiyyatdadır, işziz) və X8(Bakı şəhərində qeydiyyatdadır, ixtisası beynəlxalq iqtisadi münasibətlər, Daxili İşlər Nazirliyində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın ləğv olunması” tələbi barədə iddiası üzrə işə üçüncü şəxs qismində X7 və X8 cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixində rəsmiləşdirilmiş bağışlanma müqaviləsinin və RX seriyalı 64853 saylı çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 13 ünvanında 0,3823 ha torpaq sahəsində yerləşən 13 nömrəli 1 mərtəbəli binada yerləşən 59,0 kv metr ümumi, 40,5 kv metr yaşayış sahəsindən ibarət olan 3 otaqlı mənzil paylı mülkiyyət hüququ ilə İddiaçı adına 1 otaq y/s – 10.0 kv metr, X3 adına 2 otaq y/s – 30,5 kv metr daşınmaz əmlakın dövlət reyestrində 710 nömrəli reyestr kitabının 66629 nömrəli vərəqində qeydiyyata alınmışdır. X7 və oğlu X8 arasında Bakı şəhəri 13 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində rəsmiləşdirilmiş bağışlama müqaviləsinə əsasən iddiaçının razılığı olmadan birinci payını ikinciyə bağışlamışdır. Habelə iddiaçının razılığı olmadan ümumi istifadədə olan yardımçı sahə də onun oğluna keçmişdir.Bununla bağlı RX seriyalı, 64853 nömrəli yeni çıxarış verilmişdir.Sonradan həmin müqavilə, müqavilə tərəflərinin bağladıqları saziş əsasında ləğv edilmişdri. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq sərəncam icra ediməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X7 və X8 bildirmişlər ki, ev qərar əsasında alınmışdır. Evin divarları sökülüb təmir edilən zaman onun ümumi sahəsi dəyişilmişdir. Mənzil Kommunal İstismar sahəsindən gələn mütəxəsis evin ümumi sahəsinin 61 kv.m olması kimi qeyd etmişdir. İddiaçının evi 10 kv.m, onlara məxsus hissəsi isə 61 kv.m olduğunu bildirilmişlər. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li çıxarışa əsasən ünvan 2-un ümumi sahəsi 61.1 kv metr göstərilmişdir, hüquq sahibləri X7 və X8 (2 otaq y/s 31,7 kv metrdən hər birinə ½ hissə, X9 və İddiaçı (1 otaq y/s 10,0 kv metr hər birinə ½ hissə) göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li (64853) çıxarışa əsasən ünvan 2-un ümumi sahəsi 61.1 kv metr, hüquq sahibləri X7 və X8 (2 otaq y/s 31,7 kv metrdən hər birinə ½ hissə), İddiaçı (1 otaq y/s 10,0 kv metr ) göstərilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov(Sverdlov) küçəsində istifadə olan 0.3823 ha torpaq sahəsində 13 nömrəli, 1 mərtəbəli binada yerləşən 59,0 kv.m ümumi, 40.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı 1 otaq y/s 10.0 kv.m , X3 2 otaq y/s 30.5 kv.m , adlarına daşınmaz əmlakın dövlət reyestrində 710 nömrəli reyestr kitabının 66629 nömrəli vərəqində qeydiyyata alınmışdır, qeydiyyat nömrəsi 110802910, qeydiyyat tarixi xx.xx.2008 –ci il. Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nə əsasən X7 ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzildən paylı mülkiyyət hüququ ilə ona məxsus olan iki yaşayış otağından yaşayış sahəsi 9,3 kv metr, köməkçi sahəsi 4.2 kv metr olan 1 otağı X5 bağışlamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.3019-cu il tarixli, xx.xx.2019cu il tarixli məktublarına əsasən xx.xx.2019-cu ildə Bakı şəhəri 13 saylı notariat ofisində xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin tərəfləri S.Rəhimov və A.Rəhimov qeyd edilən müqavilənin ləğv edilməsi haqqında xx.xx.2019-cu il tarixli müqavilə bağlamışlar və xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nə xitam verilmişdir. AN-İ № ******* №li, xx.xx.2008-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X2 Bakı şəhəri, 7-ci Sverdlov döngəsi, 13 saylı evdə özünə məxsus olan 1 otağı İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı Notariat ofisinin məhkəmənin sorğusuna verdiyi cavaba və “xx.xx.2019-cu il tarixli “Müqavilənin ləğvi barədə saziş”ə əsasən X7 və X8 arasında Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən xx.xx.2017-ci ildə 4-Ə-14 reyestr nömrəsi ilə təsdiq edilmiş mənzili bağışlama müqaviləsi üzrə vəzifə və öhdəliklərə xitam verilmişdir, bağışlama müqaviləsi ləğv edilmişdir. Bakı şəhəri 13 saylı Notariat Ofisinin notariusu İradə Hüseynovanın məhkəməyə təqdim edilmiş məktubunda (izahat) göstərilmişdir ki, İddiaçı xx xxxxxx 2017-ci ildə X1 Yelena Talqatovna ilə paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 59,0 kv metr, yaşayış sahəsi 40,5 kv metr 3 (üç) otaqlı mənzildən özünə məxsus yaşayış sahəsi 30,5 kv metr olan 2 (iki) yaşayış otağının 9,3 kv metr olan 1 (bir) otağını və 4,2 kv metr olan köməkçi sahəni oğlu – X5 bağışlanmasına dair xx xxxxxx 2017-ci il tarixdə 4Ə/14 saylı reyestrdə qeydiyyata alınmış müqavilə rəsmiləşdirilmişdir.Həmin bağışlama müqaviləsi xx xxxx 2019-cu il tarixdə ləğv olunmuş və bu ləğv barədə saziş 3M-24 saylı reyestrdə qeydiyyata alınmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna əsasən iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi, ev 13 ünvanında yerləşən mənzilin sahəsinin dəqiqləşdirilməsi və bölgü sxeminin tərtib edilməsi barədə ərizəsinin icrası ilə araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, paylı mülkiyyətdə olan mənzilin iddiaçıya məxsus sahəsindən əlavə qapı açılmışdır.Paylı mülkiyyətdə olan mənzil mübahisəli olduğundan texniki inventarlaşdırma işlərinin aparılması üçün digər payçı tərəfindən mütəxəssisə şərait yaradılmamış və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş sənədlərə əsasən iddiaçının ləğv edilməsini tələb etdiyi RX1034512 (64853) nömrəli çıxarış 13 saylı Bakı notariat ofisində tərtib edilmiş xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Məhkəmə tərəfindən Bakı şəhəri, İ.Həmidov küçəsi,13 ünvanında yerləşən mənzilə yerində müayinə zamanı müəyyən edildi ki, Bakı şəhəri, İ.Həmidov küçəsi, 13 ünvanında yerləşən mənzilin hazırki vəziyyəti iş materiallarında olan mənzilə aid sənədlərə uyğun deyildir.Ümumi istifadədə olan (2 dəhliz, mətbəx) köməkçi sahələrinin təyinatı dəyişdirilərək 3-cü şəxslər tərəfindən zəbt edilib öz məqsədləri üçün istifadə olunur.İddiaçıya məxsus otağa giriş ümumi istifadədə olan dəhlizdən deyil, 3-cü şəxsin öz məqsədləri üçün rekonstruksiya edilərək istifadə etdiyi otaqdandır.İddiaçının ümumi istifadə üçün məzərdə tutulmuş sahələrdən faktiki istifadəsi qeyri-mümkündür.Əvəzində iddiaçıya məxsus həmin bir otağa 70-80 sm enində küçəyə açılan taxta qapı qoyulmuşdur.Mənzilin yan və arxa tərəfdən baxış keçirilməsinə isə üçüncü şəxs X7 tərəfindən şərait yaradılmadı. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhəri, İ.Həmidov küçəsi,13 ünvanda yerləşən mənzil paylı mülkiyyət hüququ ilə iddiaçı və üçüncü şəxslərin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, 2008-ci ildə verilmiş Daşınmaz əmİakın dövlət reystrindən çıxarışa əsasən, ümumi sahəsi 59,0 kv.m olan 3 otaqdan ibarət mənzilin sahəsi 10 kv.m olan 1 otaq iddiaçıya, sahəsi 30,5 kv.m olan 2 otaq isə 3-cü şəxslərə məxsus olması göstərilmişdir. Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi” əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq hüququn qeydiyyatı aparılmış və iddiaçının hazırda ləğv edilməsini tələb etdiyi RX1034512 (64853) nömrəli çıxarış verilmişdir. Sonradan xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin tərəfləri S.Rəhimov və A.Rəhimov həmin müqavilənin ləğv edilməsi haqqında xx.xx.2019-cu il tarixli müqavilə bağlamışlar və xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nə xitam verilmişdir. Lakin buna baxmayaraq xx.xx.2019-cu il tarixli müqavilə ilə ləğv edilmiş xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat qüvvədə qalmışdır və iddiaçı hazırda həmin hüququn qeydiyyatı əsasında verilmiş 64853 saylı (RX seriyalı 1034512) çıxarışın ləğv edilməsini tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndrilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göründüyü kimi qanunvericilikdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüququn mübahisələndirilməsi nəzərdə tutulmuşdur. Lakin hazırda iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüququ deyil, hüququn qeydə alınması barədə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mübahisələndirir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə inzibati məhkəmə icraatının gedişatı zamanı iddia tələbinin dəqiqləşdirilməsini iddiaçıya təklif etsə də iddiaçının iddia tələbinə dəyişiklik etməmiş, iddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı 64853 saylı çıxarışın ləğv olunması tələbindən ibarət olaraq qalmışdır. İşin faktiki hallarına əsasən iddiaçı ləğv edilməsini tələb etdiyi çıxarışda qeyd edilən hüquqların (üçüncü şəxsə aid) qeydiyyatının etibarlılığını mübahisələndirməmişdir və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı hal-hazırda qüvvədədir. Belə olan halda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüququn qeydiyyatının etibarlılığı mübahisələndirilmədiyi və etibarsız hesab edilmədiyi halda həmin hüququn qeydiyyatdan keçirilməsi barədə verilən çıxarışın ləğv edilməsi tələbi əsassızdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı, eyni zamanda üçüncü şəxslər, habelə mübahisələndirilən çıxarışda göstərilən hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olmuş müqavilənin ləğv edilməsi barədə müqaviləni notariat qaydasında təsdiq etmiş notariat orqanı tərəfindən cavabdehə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı 64853 saylı çıxarışda əks olunmuş hüququn üçüncü şəxslərə aid hissəsinin qeydiyyatına əsas olmuş müqavilənin ləğv edilməsi barədə məlumat verilməmişdir. Odur ki, cavabdehin daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı 64853 saylı çıxarışın verilməsinə əsas olmuş halın (müqavilənin) ləğv edilməsi barədə məlumatı olmadığı halda və bu barədə sənədlər ona təqdim edilmədiyi halda onun üzərinə məhkəmə qaydasında bu vəzifənin qoyulması qanunauyğun deyildir, belə ki, cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyi yaranmamışdır. Həmçinin iddiaçının qeyd edilən çıxarışlarda göstərilən əmlakının iddiaçıya satılması haqqında müqavilədə də iddiaçıya satılan otağın sahəsi çıxarışda olduğu kimi 10,0 kv metr, ümumu sahəsi isə 59 kv.m daha çox (61,1 kv.m) göstərilmişdir. Belə olan halda iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışda məhz iddiaçının hüquqlarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı RX seriyalı 64853 saylı çıxarışın ləğv olunması barədə iddia tələbi əsaslı olmadığı üçün təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı notariat ofisinə qarşı xx.xx.2017-ci il tarixində rəsmiləşdirilmiş bağışlanma müqviləsinin ləğv olunması barədə iddiası hazırki iş üzrə qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardad ilə mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,34, 68,69, 85,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı RX seriyalı 64853 saylı çıxarışın ləğv olunması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar