Məhkəmə qərarları › İş №2-1(112)-9893/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9893/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9893/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası X3 nümayəndəsi X4, X1 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası X2rşı “5 və 19 may 2020-ci il tarixli aktların, 23/1/BN-0452 25 yanvar 2021-ci il tarixli məktubun etibarsız hesab edilməsini və X3 əməkdaşının hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 və 19 may 2020-ci il tarixli aktların, 23/1/BN-0452 25 yanvar 2021-ci il tarixli məktubun etibarsız hesab edilməsini və X3 əməkdaşının hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İşin hallarından görünür ki, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi məsələ 5 və 19 may 2020-ci il tarixli aktların, 23/1/BN-0452 25 yanvar 2021-ci il tarixli məktubun etibarsız hesab edilməsi və X3 əməkdaşının hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlıdır. İş üzrə məhkəmə iclası 20.10.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən iddiaçıya İPM 13-cü maddəsinin tələblərinə uyğun hüquqi yardım göstərək izah etdi ki, iddiaçının mübashiələndirdiyi aktlar və məktub inzibati akt qüvvəsinə malik deyildir. İddiaçı üçün hüquqi nəticə yaratmadığına görə həmin aktlar və məktub inzibati qaydada mübahisələndirilə bilməz. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, həmin aktlar nəticəsində onun barəsində Suraxanı rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol qəbul edilmişdir, bu səbəbdən iddianın mümkün sayılmasını və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, cavabdeh tərəfindn ididaçının hüquqlarını pozan onun üçün hüquqi nəticə yaradan aktların qəbul edilmədiyini bildirdi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi məsələ 5 və 19 may 2020-ci il tarixli aktların, 23/1/BN-0452 25 yanvar 2021-ci il tarixli məktubun etibarsız hesab edilməsi və X3 əməkdaşının hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: - İnzibati orqan tərəfindən qəbul edilməli; - Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; - Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; - Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İş üzrə mübahisələndirilən “məktub və aktlar” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “iddiaçı üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Sözügedən məktub və aktlar iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Məhkəmənin qənaətinə görə, “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində birbaşa ifadə olunmasa da, həmin Qanunun məzmunundan, eləcə də “İnzibati aktların icra edilməsi” adlanan Vİİİ fəslindəki normalarından inzibati aktın digər bir əlaməti- “İcra edilməli olması” əlaməti müəyyən edilir. Belə ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. Birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan, aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Mübahisələndirilən məktub və aktlar isə icra edilən akt deyil, sübut kimi qiymətləndirilən və qeydiyyat üçün əsas olan sənəd olduğuna görə həmin akt inzibati akt sayıla bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.2-ci və 5.1-ci bəndlərində göstərilmişdir ki, Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslığının yoxlanılması qaydasında aparılmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, mübahisələndirilən məktub və aktlar hüquqi nəticə yaratmamaqla yanaşı inzibati akt sayılmadığından, 5 və 19 may 2020-ci il tarixli aktların, 23/1/BN-0452 nömrəli 25 yanvar 2021-ci il tarixli məktubun etibarsız hesab edilməsini və X3 əməkdaşının hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə inzibati icraat qaydasında baxılması mümkün deyildir. Bu səbəbdən İddiaçı 5 və 19 may 2020-ci il tarixli aktların, 23/1/BN-0452 25 yanvar 2021-ci il tarixli məktubun etibarsız hesab edilməsi və X3 əməkdaşının hərəkətlərinin qanunsuz hesab edilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir Odur ki, Məhkəmə izah edir ki, iddiaçı onun barəsidnə qəbul edilmiş inzibati xəta haqqında qərarı aidiyyəti üzrə müvafiq olaraq ümumi məhkəməyə müraciət edərək mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası X2rşı “5 və 19 may 2020-ci il tarixli aktların, 23/1/BN-0452 25 yanvar 2021-ci il tarixli məktubun etibarsız hesab edilməsini və X3 əməkdaşının hərəkətlərinin qanunsuz hesab edilməsinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar