Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9895/2022 25.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı X3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı "xxxx" MMC cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – DƏDKR) qarşı «qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Məsud Əlizadə küçələrinin kəsişməsi ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış kompleksinin ərazisində, AB 1,2,3 oxları arasında yerləşən, ümumi sahəsi 60 kv.metr olan, AB 3,4 oxları arasında yerləşən, ümumi sahəsi 27.1 kv.metr olan və AB 4,5 oxları arasında yerləşən, ümumi sahəsi 27.1 kv.metr olan qeyriyaşayış sahələrinin dəyəri MMC-nin hesabına tam ödənilmiş, xx.xx.2022-ci ildə maliyyə arayışları iddiaçıya verilmişdir. Bununla əlaqədar olaraq, iddiaçı həmin qeyri-yaşayış sahələrinin dövlət reyestrində qeydiyyata alınaraq, adıma reyestrdən ayrı-ayrılıqda çıxarışın və texniki pasportun verilməsi üçün ərizə ilə cavabdeh orqan olan Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi imtina məktubu ilə cavab verərək hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Göstərilənlərə və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrinə əsaslanaraq, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Məsud Əlizadə küçələrinin kəsişməsi ünvanında yüksək mərtəbəli yaşayış kompleksinin ərazisində, AB 1,2,3 oxları arasında yerləşən, ümumi sahəsi 60 kv.metr olan, AB 3,4 oxları arasında yerləşən, ümumi sahəsi 27.1 kv.metr olan və AB oxları arasında yerləşən, ümumi sahəsi 27.1 kv.metr olan qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən ayrı-ayrılıqda çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasənm məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddiaçının əsl iddiaçı X5 ilə əvəz edilməsini, iddianı dəyişdirərək “Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Məsud Əlizadə küçələrinin kəsişməsi ünvanında yüksək mərtəbəli yaşayış kompleksinin ərazisində, AB 1,2,3 oxları arasında yerləşən, ümumi sahəsi 60 kv.m olan, AB 3,4 oxları arasında yerləşən, ümumi sahəsi 27,1 kv.m olan və AB oxları arasında yerləşən, ümumi sahəsi, 27,1 kv.m olan qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən ayrı-ayrılıqda çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdiriməsini qəbul etmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində (etirazında) qeyd olunmuşdur ki, iddiaçı X3 Bakı şəhəri, Xan Şuşinski və Məsud Əlizadə küçələrinin kəsişməsi ünvanda yüksək mərtəbəli yaşayış kompleksinin ərazisində AB 1, 2, 3 oxları arasında yerləşən, ümumi sahəsi 60 kv.m olan, AB 3, 4 oxları arasında yerləşən, ümumi sahəsi 27,1 kv.m olan və AB oxları arasında yerləşən, ümumi sahəsi 27.1 kv.m olan qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən ayrı-ayrılıqda çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı X5 müvafiq tələblə bağlı xx.xx.2022-ci il tarixində İdarəyə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan qeyri-yaşayış sahələri yaşayış binasının həyətində yeraltı qaraja girişin üstündə sonradan inşa edilmiş bir mərtəbəli tikililərdir. Qeyd edilən tikililərə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulan torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya İstifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8, 9, 10, 11.1-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli qərarının müddəalarına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmzil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəısinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli, 12/q №-li müqaviləsindən görünür ki, "xxxx" MMC ilə X5 arasında müqavilə münasibətləri olmuş, həmin münasibətlər zənnində "xxxx" MMC Xan Şuşinski və Məsud Əlizadə küçələrinin kəsişməsi ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış kompleksinin ərazisində AB 3,4 oxların arasında ümumi sahəsi 27,1 kv.m olan qeyri-yaşayış sahəsini X4 təhvil verilməsini, İddiaçı isə əmlakın dəyərini "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli, 12/q №-li müqaviləyə 01 №-li əlavəsindən görünür ki, X5 ilə "xxxx" MMC arasında xx.xx.2022-ci ildə bağlanmış müqavilənin predmetində əlavə dəyişikliklər olmuşdur: -ünvan 3 ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış kompleksinin ərazisində AB 3,4 oxları arasında ümumi sahəsi 27,1 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyətçinin mülkiyətinə verilsin. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli, 13/q №-li müqaviləsindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında müqavilə münasibətləri olmuş, həmin münasibətlər zənnində "xxxx" MMC Xan Şuşinski və Məsud Əlizadə küçələrinin kəsişməsi ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış kompleksinin ərazisində AB 1,2,3 oxların arasında ümumi sahəsi 60 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı təhvil verilməsini, İddiaçı isə əmlakın dəyərini "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli, 13/q №-li müqaviləyə 01 №-li əlavəsindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci ildə bağlanmış müqavilənin predmetində əlavə dəyişikliklər olmuşdur: - ünvan 3 ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış kompleksinin ərazisində AB 1,2,3 oxların arasında ümumi sahəsi 60 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyətçinin mülkiyətinə verilsin. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli, 14/q №-li müqaviləsindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında müqavilə münasibətləri olmuş, həmin münasibətlər zənnində "xxxx" MMC Xan Şuşinski və Məsud Əlizadə küçələrinin kəsişməsi ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış kompleksinin ərazisində AB 4,5 oxların arasında ümumi sahəsi 27,1 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı təhvil verilməsini, İddiaçı isə əmlakın dəyərini "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli, 14/q №-li müqaviləyə 01 №-li əlavəsindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci ildə bağlanmış müqavilənin predmetində əlavə dəyişikliklər olmuşdur: - ünvan 3 ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış kompleksinin ərazisində AB 4,5 oxların arasında ümumi sahəsi 27,1 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyətçinin mülkiyətinə verilsin. İş materiallarında olan "xxxx" MMC-nın maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən aşağıda göstərilən ünvanda inşa edilmiş daşınmaz əmlakların dəyərini tam ödəmiş, onun borcu olmamışdır: - Xan Şuşinski və Məsud Əlizadə küçələrinin kəsişməsi ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış kompleksinin ərazisində AB 1,2,3 oxların arasında ümumi sahəsi 60 kv.m olan qeyri-yaşayış sahəsi; - Xan Şuşinski və Məsud Əlizadə küçələrinin kəsişməsi ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış kompleksinin ərazisində AB 3,4 oxların arasında ümumi sahəsi 27,1 kv.m olan qeyri-yaşayış sahəsi; - Xan Şuşinski və Məsud Əlizadə küçələrinin kəsişməsi ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış kompleksinin ərazisində AB 4,5 oxların arasında ümumi sahəsi 27,1 kv.m olan qeyri-yaşayış sahəsi; İddiaçı qeyri-yaşayış sahələri üzrə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahələri yaşayış binasının həyətində yeraltı qaraja girişin üstündə sonradan inşa edilmiş bir mərtəbəli tikililər olduğu halda, həmin əmlaklara dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim olunmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. - (8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək DƏDKR-in vəzifəsidir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı isə məhkəmənin qənaəti belədir ki, sadalanan qanunvericilik normalarının, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin, tələblərinə əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Məsud Əlizadə küçələrinin kəsişməsi ünvanında yüksək mərtəbəli yaşayış kompleksinin ərazisində, AB 1,2,3 oxları arasında yerləşən, ümumi sahəsi 60 kv.m olan, AB 3,4 oxları arasında yerləşən, ümumi sahəsi 27,1 kv.m olan və AB oxları arasında yerləşən, ümumi sahəsi, 27,1 kv.m olan qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarını əldə etmişdir. İddiaçı həmin əmlaklara mülkiyyət hüququnun qeydiyyatını tələb etdiyindən, sözügedən əmlaklar qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Belə ki, işin hallarından da göründüyü kimi iddiaçı qeyri-yaşayış sahələrinin yerləşdiyi binanın inşası üçün pay haqqı ödəmiş, MMC ilə bağlınmış müqavilələrə əsasən, iddiaçı yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsələrinn payçısı hesab edilmişdir. İddiaçının müqavilələr üzrə borcunun olmaması isə müvafiq maliyyə arayışları ilə təsdiq olunmuşdur. Göründüyü kimi iddiaçının qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqları yaranmışdır ki, cavabdeh bu hüquqlarının qeydiyyata alınmasından imtina etmiş, bununla da iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda, məhkəmə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, qeyri-yaşayış sahələrinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”ün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçı X3 Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Məsud Əlizadə küçələrinin kəsişməsi ünvanında yüksək mərtəbəli yaşayış kompleksinin ərazisində, AB 1,2,3 oxları arasında yerləşən, ümumi sahəsi 60 kv.m olan, AB 3,4 oxları arasında yerləşən, ümumi sahəsi 27,1 kv.m olan və AB oxları arasında yerləşən, ümumi sahəsi, 27,1 kv.m olan qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən ayrı-ayrılıqda çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı X3 Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Məsud Əlizadə küçələrinin kəsişməsi ünvanında (indiki: Məsud Əlizadə küçəsi 40) yüksək mərtəbəli yaşayış kompleksinin ərazisində, AB 1,2,3 oxları arasında yerləşən, ümumi sahəsi 60 kv.m olan, AB 3,4 oxları arasında yerləşən, ümumi sahəsi 27,1 kv.m olan və AB oxları arasında yerləşən, ümumi sahəsi, 27,1 kv.m olan qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən ayrı-ayrılıqda çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-9895/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9895/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver