Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9899/2022 09.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 təyinat üzrə Mərkəzi Filialına qarşı “12 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 təyinat üzrə Mərkəzi Filialına qarşı “12 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanılmış və aidiyyət üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İclasda tərəflər iştirak edir. İclasda iştirak edən cavabdeh orqanın nümayəndəsi etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əsasən xx xxxxxx 1962-ci ildə Lerik şəhərində anadan olmuşdur. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək 26 saylı Yol Maşın stansiyasında 2-ci dərəcəli yol montyoru, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək Lerik rayonu “S.Vurğun” adına sovxozda fəhlə, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Sabirabad rayonu “Suvorov” adına kolxozda traktorçu, xx.xx.1986-cı ildən xx.xx.1996-cı ilədək 26 saylı Yol Maşın stansiyasında 3-cü dərəcəli yol montyoru, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək 26 saylı Yol Maşın stansiyasında 5-ci dərəcəli yol montyoru vəzifəsində çalışmışdır. 04.01,1999-cu ildə 4 saylı İDYM-də 5-ci dərəcəli montyor vəzifəsində çalışmış, daha sonra "xxxx" QSC-nin sədrinin xx.xx.2015-ci il tarixli 161/s saylı əmrinə əsasən 4 saylı İDYM 5 saylı İDYM MMCnin tərkibinə verilmişdir. Bundan başqa, xx.xx.2016-ci il tarixdə "xxxx" QSC sədrinin xx.xx.2016-cı il tarixli əmrinə əsasən 5 saylı İDYM MMC-ə yol montyoru kimi qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də yol montyoru kimi işə başlamışdır və iddia ərizəsində yazılana əsasən hələ də orada işləyir. Bundan əlavə, İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli arayışında şəxsin həmin müəssisədə müxtəlif illərdə yol montyoru, fəhlə, traktorçu kimi peşələrdə işlədiyi qeyd edilir. Arayışda yazılanlara əsasən şəxsin ümumi iş stajı 38 il 4 aydır və bu müddətin 36 il 1 ayını zərərli iş təşkil edir. İşin materiallarında həmin QSC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı halhazırda "xxxx" QSC-də yol montyoru(təmirçisi) vəzifəsində işlədiyi göstərilir. "xxxx" QSCnin xx.xx.2022-ci il tarixdə verilmiş arayışına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarının 21.4-cü maddəsinin a bəndində göstərilən müvafiq vəzifə İddiaçı işlədiyi və güzəştli şərtlərlə pensiya təyin edilməsinə imkan verən vəzifəylə uyğunluq təşkil edir. İddiaçı, xx.xx.2022-ci il tarixdə mərkəzi filiala müraciət edərək bildirmişdir ki, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində, cavadeh imtina vermiş və imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi filiala təqdim edilən "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 133- 1\2022 nömrəli arayışında xx.xx.1982-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində yol maşın stansiyasında yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda işlədiyi sahənin yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən magistral dəmiryollarının əlaqə şəbəkəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunvericiliyin tələbləri baxımından, haqlı olaraq, imtina edilmişdir. Çünki bu sahələrarası uyğunluq dəqiq şəkildə müəyyən edilməlidir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda,azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hügugu vardır. “Əmək pensiyaları haqqında’’ Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. xx.xx.2019-cu il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. İddiaçı məxsus ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı müxtəlif müəssisələrdə işlədiyi iddia edilir. İş üzrə icraat materillarına əlavə edilmiş "xxxx" QSC- nin 18.02,2022-ci il tarixli 61- 1/2022 nömrəli güzəştli arayışında İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2021-ci il tarixədək ola dövr ərzində müxtəlif vaxtlarda, müxtəlif vəzifələrdə çalışdığı qeyd olunmuşdur. Həmin müəssisənin xx.xx.2022-ci il tarixli 119-1/2022 nömrəli arayışına əsasən şəxsin hələ də həmin müəssisədə işlədiyi qeyd edilir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə xx.xx.2019-cu il tarixdə çatmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilən siyahının müvafig bəndinə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almag hüguqunu yaradan vəzifə arasında dəgig uyğunluq olmalıdır. İşin materiallarından da göründüyü kimi, arayışda yazılan yol maşın stansiyasında yol montyoru vəzifəsi ilə müvafig Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən magistral dəmiryollarının əlagə şəbəkəsinə aid etmək mümkün olmamışdır. Bundan ziyadə, geyd edilən iki vəzifə arasında dəgig uyğunluq mövcud deyildir. Çünki geyd edilən siyahıda istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verən istehsalat, peşə, vəzifə və göstərici arasında dəgig uyğunluq təşkil edilməlidir, yəni bunlar arasında müvafiq oxşarlığın olması hüququn yarandığı anlamına gəlmir. Əlavə olaraq qeyd edək ki, Lerik Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən İddiaçı “S.Vurğun” adına sovxoza iş qəbulu barədə əmri mövcud deyil. Bu isə onun “S.Vurqun” adına sovxozda işləməsiylə bağlı deyilənlərə şübhə ilə yanaşmağa əsas verir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı müvafiq dövrlərdə çalışdığı vəzifə siyahı ilə müəyyən edilmiş vəzifəylə uyğunluq təşkil etməmişdir. Bu səbəbdən də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunidir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İddiaçının nümayəndəsi (vəkili) işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmişdir. Cavabdeh orqanın nümayəndəsi işin baxılması üçün aidiyyəti üzrə göndərilməsinin məhkəmənin mülahizəsinə uyğun olaraq həll edilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 8.1.2-ci maddəsinə yeni məzmunda dördüncü cümlə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun 1.1-ci maddəsinə əsasən əlavə edilmişdir: Həmin Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Qanunun 2.2-ci maddəsinə əsasən, bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilir. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddiası “öhdəliyin icrası haqqında” növündə iddiaya aiddir və öhdəlik güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması münasibətlərindən yarandığından, işin aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin sonuncu cümləsinə uyğun həll edilməlidir. İddiaçının izahatına və iş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı ünvan 1i ünvanında qeydiyyatda olmaqla hazırda ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. İddiaçının məhkəmədən verdiyi izahatında iş yerinin sabit olmadığını, işəgötürən tərəfindən göndərilən bölgədə, müxtəlif ərazilərdə yol konstruksiyalarının yığılması sahəsində yol təmirçisi işlədiyini bildirdi. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.2-ci maddəsinin müddəası tətbiq edilməklə iddiaçının olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Odur ki, məhkəmə hazırkı işə Şirvan İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 8, 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "12 fevral 2019- cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi" barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva
Məhkəmə qərarları › İş №2-1(112)-9899/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9899/2022
09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver