Məhkəmə qərarları › İş №2-1(112)-99/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-99/2020

09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-99/2020 09.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə) qarşı torpaq sahəsinin özəlləşdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus qeyri-yaşayış sahəsinin altında yerləşən 134.0 kv.metrlik torpaq sahəsinin onun adına özəlləşdirilməsinin həyata keçirilməsi (ödəmə tələbnaməsinin verilməsi) vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2-1(81)- 1558/2019 saylı qərardadına əsasən cavabdeh Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi əsl cavabdeh Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2-1(81)- 1558/2019 saylı qərardadına əsasən Bakı Şəhər İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2016-cı il tarixli müraciət məktubu əsasında “icarəyəverən” Bakı Şəhər İcra Hakimiyyəti ilə “icarəçi”, yəni onunla ünvan 1 ünvanda yerləşən 134.0 kv.metr olan torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli, 1230 saylı torpaq icarəsi müqaviləsi bağlanmış və qeyd edilən ünvanda yerləşən torpaq sahəsi 49 il müddətinə istifadəsinə verilmişdir. Torpaq sahəsinin sərhədləri yerində bərkidilmiş və dönmə nöqtələri qeyd olunmuş və müqaviləyə əlavə olunan planda göstərilmişdir. Torpaq sahəsi ofis binasının tikintisi üçün verilmişdir. İcarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarə haqqı tərəfindən hər il ödənilmiş və hazırda da ödənilməkdədir. Eyni zamanda Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Yasamal rayonu, A.Abbasov küçəsi, 7 D ünvanında yerləşən torpaq sahəsinin ölçülərinə dair cizgi tərtib olunmuş və torpaq sahəsinin cizgisi Memarlıq və Şəhərsalma Baş İdarəsinin Baş memarı tərəfindən imza edilməklə möhürlə təsdiq edilmişdir. Cizgi plandan görünür ki, torpaq sahəsinin sərhədləri dəqiq müəyyən edilərək, hansı qonşu torpaqlarla əhatə olunması göstərilmişdir. Bundan başqa həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 4.0 kv.metr olan 1 mərtəbəli qeyriyaşayış sahəsi var və qeyri-yaşayış sahəsi tam xüsusi mülkiyyət kimi xx.xx.2015-ci il tarixdə adına hüquqi qeydiyyatdan keçmiş və buna dair ona hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı Çıxarış verilmişdir. Həmçinin sözügedən qeyri-yaşayış sahəsinin texniki pasportu tərtib edilmişdir. Həmin torpaqdan və üzərindəki qeyri-yaşayış sahəsindən mübahisəsiz sahiblik və istifadə edir. Vaxtı-vaxtında Vergilər İdarəsinə, Sosial-Müdafiə Fonduna vergiləri və digər idarələrə məişətlə əlaqəli kommunal xərcləri ödəyir. Adıçəkilən ünvanın və ətrafının abadlığının qeydinə qalır. Torpağın üstündəki əmlak 2015-ci ildə adına özəlləşdirilsə də, torpağın özü hələ də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mülkiyyətində hesab edilir. Tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilərək, 2015-ci ildə adına mülkiyyət hüququ kimi qeydiyyata alınan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi xahiş edilmişdir. Komitə tərəfindən xx.xx.2019-cu il tarixində ona ünvanlanan məktubda bu prosesin qeyri-mümkünlüyü bildirilmiş və səbəb kimi mülkiyyətdə olan qeyri-yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti ilə 134.0 kv.metr topraq sahəsinə dair bağlanılmış 1230 saylı, 07 noyabr 2016-eı il tarixli icarə müqaviləsinə əsasən ofis binasının tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinin hüdudlarında yerləşməsi, həmin torpaq sahəsinin bir hissəsinin piyada yoluna düşməsi, az bir hissəsinin yaşayış binasının yaşıllıq ərazisində yerləşməsi və həmçinin torpaq sahəsinin yaşayış binasının mühafizə zolağında yerləşməsi ilə əlaqələndirilmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığından müraciətindən imtina edilmişdir. Beləliklə, müraciətindən imtina edilmiş və biganə yanaşılmışdır. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin imtinası əsassızdır. Belə ki, xx.xx.2016-cı il tarixli, 1230 saylı torpaq icarəsi müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən torpağın həqiqi sahəsi 134.0 kv.metr təşkil edir. Həmin torpaq sahəsinin sərhədləri yerində bərkidilmiş və dönmə nöqtələri qeyd olunmuş və müqaviləyə əlavə olunan planda göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Yasamal rayonu, A.Abbasov küçəsi, 7 D ünvanında yerləşən torpaq sahəsinin ölçülərinə dair cizgi tərtib olunmuş və torpaq sahəsinin cizgisi Memarlıq və Şəhərsalma Baş İdarə tərəfindən imza edilməklə möhürlə təsdiq edilmişdir. Cizgi plandan görünür ki, torpaq sahəsinin sərhədləri dəqiq müəyyən edilərək, hansı qonşu torpaqlarla əhatə olunması göstərilmişdir. Eyni zamanda mülkiyyətində olan qeyri-yaşayış binası Bakı Şəhər İcra Hakimiyyəti ilə 134.0 kv.metr topraq sahəsinə dair bağlanılmış 1230 saylı, 07 noyabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən ofis binasının tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinin hüdudlarında yerləşir, həmin torpaq sahəsinin bir hissəsinin piyada yoluna düşməsi, yaşayış binasının yaşıllıq ərazisində yerləşməsi və həmçinin torpaq sahəsinin yaşayış binasının mühafizə zolağında yerləşməsi halı yoxdur. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin edilməsinə etiraz edərək, iddiaçıya verilmiş imtina məktubunda göstərilənlərə uyğun məzmunda izahat verdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 02 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 09 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 1230 saylı, 07 noyabr 2016-cı il tarixli müqavilədən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli müraciət məktubuna əsasən ünvan 6 saylı evin yaxınlığında yerləşən 134 kv.metr torpaq sahəsi 49 il müddətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ofis binasının tikintisi üçün İddiaçı istifadəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 7 D ünvanında yerləşən 4 kv.metr qeyri-yaşayış binası (102 saylı ayaqqabı təmiri emalatxanası) xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2015-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Qeyri-yaşayış binasının yerləşdiyi 0,00044 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadədədir. İşdə olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 13-103-091 saylı, 03 oktyabr 2016-cı il tarixli məktubdan görünür ki, iddiaçı İcra Hakimiyyətinə müraciət edərək Gen. Akim Abbasov küçəsi 7D ünvanda ona məxsus (xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarış) qeyri-yaşayış binasının yerləşdiyi ərazidə yeni ofis binasının tikintisinə razılıq verilməsini xahiş etmişdir. Yasamal Rayon İcra Hakimiyyəti qeyd edilən ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi ərazidə İddiaçı tərəfindən yeni ofis binasının tikintisinin layihələndirilməsinə etiraz etməmiş və qaldırılmış məsələni Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin müzakirəsinə təqdim etmişdir. İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya verilmiş 08 noyabr 2016-cı il tarixli, 18/03-8/3346 saylı məktubdan görünür ki, ünvan 5 ünvanda ofis binasının tikintisinin layihələndirilməsi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair tərtib olunmuş cizgi iddiaçıya göndərilərək, qeyd olunan obyektin ərazidə yerləşdirilməsinə dair işlənmiş şəhərsalma əsaslandırılmasının Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunduqdan sonra tikintisi nəzərdə tutulan obyektin layihə sənədlərinə müvafiq qaydada baxılacağı bildirilmişdir. Həmin məktuba İdarənin topogeodeziya şöbəsi tərəfindən torpaq sahəsinin ölçülərinə dair cizgi tərtib olunaraq, əlavə olunmuşdur. Beləliklə işin hallarından görünür ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti ilə arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 1230 saylı, 07 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən istifadəsində olan ünvan 6 saylı evin yaxınlığında yerləşən 134 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Həmin torpaq sahəsində 4 kv.metr sahəsi olan qeyriyaşayış binası (102 saylı ayaqqabı təmiri emalatxanası) inşa etdirərək, həmin əmlak üzərində mülkiyyət hüququnu xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, buna dair çıxarış almışdır. Cavabdeh tərəfindən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsinə əsas olaraq icarə müqaviləsinə əsasən onun istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsinin piyada yoluna düşdüyü, az bir hissəsinin isə yaşayış binasının yaşıllıq ərazisində yerləşdiyi, torpaq sahəsinin yaşayış binasının mühafizə zolağında yerləşdiyi göstərilmişdir. Məhkəmə araşdırması dövründə ünvan 6 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin altında yerləşən 134 kv.metrlik torpaq sahəsinin yaşayış binasının mühafizə zolağına düşüb-düşmədiyinin müəyyən edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1558/2019 saylı, 18 mart 2019-cu il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, qərardad icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Lakin ekspert qarşısında qoyulmuş sualın həlli üçün sözügedən ünvanda iştirak edənn Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən rəy (arayış) Mərkəzə təqdim edilmədiyindən, qərardadın icrası mümkün olmamış, 24524 saylı, 06 dekabr 2019-cu il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumata əsasən iş materialları məhkəməyə geri qaytarılmışdır. Bundan sonra 18 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********90 saylı məktubu məhkəməyə daxil olmuşdur. Həmin məktubda göstərilmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Sənədlər toplusuna əlavə olunmuş texniki pasportda qeyd olunan “A” qeyri-yaşayış tikilisinin faktiki çöl ölçüləri “2,5 m x 2,5 m” kimi olmaqla 5 mərtəbəli yaşayış binasından (A.Abbasov küçəsindəki 7 saylı bina) 11,0 m məsafədə yerləşir. İddiaçının nümayəndəsi tərəfindən göstərilən 134,0 kv.metr torpaq sahəsi və baxış zamanı surətləri təqdim olunan Bakı Şəhəri Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilən koordinatlı cizgisindəki (134,0 m2) göstərilən yer 5 mərtəbəli yaşayış binasının yan tərəfinə bitişik, fiziki sərhədləri şərti göstərilən (hasarsız) sahədir və bir hissəsi məhəllədaxili gediş-gəliş asfalt örtüklə örtülü olan yolda yerləşir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sözügedən ərazi yaşayış binasına bitişik olmaqla ümumi istifadədə olan məhəllə daxili yolu əhatə etməkdədir. Ətrafı yaşıllıq olan sahə yaşayış binasının ümumi istifadəsində olan ərazidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Hazırki halda iddiaçının istifadəsinə verilmiş 134,0 kv.metr torpaq sahəsinin bir hissəsinin məhəllədaxili gediş-gəliş asfalt örtüklə örtülü olan yolda yerləşdiyi, həmçinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sözügedən ərazinin yaşayış binasına bitişik olmaqla ümumi istifadədə olan məhəllə daxili yolu əhatə etdiyi və ətrafı yaşıllıq olan sahənin yaşayış binasının ümumi istifadəsində olan əraziyə aid olduğu müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icarə müqaviləsinə əsasən istifadəyə verilmiş torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan əraziyə aid olduğu müəyyən edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinin özəlləşdirilməsi barədə tələbi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar