Məhkəmə qərarları › İş №2-1(112)-990/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-990/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-990/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "qərarların ləğvi" barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmasının qanunsuz hesab edilməsi və cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 05 oktyabr 2021-ci il tarixli **********3 №li “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarının ləğv edilməsi, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021ci il tarixli **********9 №li, “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 №li və “Pul tələbinin icraya yönəldilməsi haqında” 04 noyabr 2021- ci il tarixli **********9 №li qərarlarının ləğv edilməsi və İddiaçı 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 №li xx.xx.2022-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2- 1(103)-2540/2022 №li xx.xx.2022-ci il tarixli qərardadı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı, AR Ali Məhkəməsini İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarının qüvvəyə minməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Vaxtı ilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılması” haqqında qərarının və 11 yanvar 2024-cü il tarixli Aktın və 22.02 .2024-cü il tarixində daxil olmuş xx.xx.2024-cü il tarixli 3-1 7-1/2-33453/2024 saylı “ Əmək pensiyasının dayandırılması, 18258,86 manat məbləğində artıq pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması” haqqında qərarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021- ci il tarixli **********9 №li, “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 №li və “Pul tələbinin icraya yönəldilməsi haqında” 04 noyabr 2021-ci il tarixli **********9 №li qərarlarının ləğv edilməsi və İddiaçı 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddiasına mahiyyət üzrə baxılaraq iddia təmin olunmuşdur. Qeyd olunan iddia barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 №U xx.xx.2022-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2-1(103)-2540/2022 №/i xx.xx.2022-ci il tarixli qərardad və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ilə iddia tamamilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş Apellyasiya şikayət təmin olunmamışdır. Eyni zamanda AR Ali Məhkəməsini İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarından cavabdeh tərəfindən verilmiş Kassasiya şikayəti təmin olunmamışdır. Beləliklə, qanuni qüvvəyə mindiyi üçün Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı Qərarı qəbul etmiş məhkəmə tərəfindən icraya yönəldilmiş və icra olunmaq üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Qərar 2023-cü il dekabr ayında icraya yönəlməklə iddiaçıya bir aylıq ödəniş də icra edilmişdir. Lakin əsassız olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2024-cü ilin yanvar ayında yenidən ödəniş dayandırılmışdır. Cavabdeh tərəfindən ödənişin dayandırılması ilə əlaqədar “yeni icraat" başlanması barədə aktda mahiyyət üzrə baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar üzrə yeni icraatın başlanmasının yolverilməz və qanunsuz olması barədə qeydlər yazdığına və bu barədə məhkəmə qərarlarında qeyd olunanların icrasının məcburi olmasını bildirdiyinə baxmayaraq ödəniş bərpa olunmamışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli Qərarı ilə DSMF Suraxanı rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının DSMF Daxili Nəzarət Departamentinin **********1 №li məktubuna əsasən dayandırılması qərara alınmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli Qərarı ilə xx.xx.1958-ci il tarixində doğulmuş ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2015xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 13578,15 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. DSMF Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “pul tələbinin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarının (icra sənədi) icraya yönəldilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə ləyin edilmiş əmək pensiyasının cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmasının qanunsuz hesab edilməsi və cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 05 oktyabr 2021- ci il tarixli **********3 №li “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili X5 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021ci il tarixli **********9 №li, “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 №li və “Pul tələbinin icraya yönəldilməsi haqında” 04 noyabr 2021-ci il tarixli **********9 №li qərarlarının ləğv edilməsi və İddiaçı 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaya mahiyyət üzrə baxılaraq iddia təmin olunmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 №li xx.xx.2022-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2- 1(103)- 2540/2022 №/i xx.xx.2022-ci il tarixli qərardadı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ilə iddia tamamilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş Apellyasiya şikayət təmin olunmamışdır. Eyni zamanda AR Ali Məhkəməsini İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarından cavabdeh tərəfindən verilmiş Kassasiya şikayəti təmin olunmamışdır. Beləliklə, qanuni qüvvəyə mindiyi üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı onu qəbul etmiş məhkəmə tərəfindən icraya yönəldilmiş və icra olunmaq üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Qərar 2023-cü il dekabr ayında icraya yönəlməklə iddiaçıya bir aylıq ödəniş də icra edilmişdir. Lakin əsassız olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2024cü ilin yanvar ayında yenidən ödəniş dayandırılmışdır. Cavabdeh tərəfindən ödənişin dayandırılması ilə əlaqədar “yeni icraat" başlanması barədə aktda tərəfindən mahiyyət üzrə baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar üzrə yeni icraatın başlanmasının yolverilməz və qanunsuz olması barədə qeydlər yazdığına və bu barədə məhkəmə qərarlarında qeyd olunanların icrasının məcburi olmasını bildirdiyinə baxmayaraq ödəniş bərpa olunmamışdır. İddiaya mahiyyəti üzr baxaraq iddianı təmin etmiş Qərarlarla müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 №li xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin 22 aprel 2021-ci il tarixli **********9 №li "əmək pensiyasının dayandırılması haqqında" qərarın ləğv edilməsi və “24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair hissədə mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin 2-1(112)-3463/2022 №li xx.xx.2022-ci il tarixli qərarı ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli (13578,15 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması barədə) qərarının və 04 noyabr 2021-ci il tarixli **********9 nömrəli qərarının (pul tələbinin icraya yönəldilməsi barədə) ləğv edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-3463/2022 №1i xx.xx.2022-ci il tarixli qərarından və qərardadından narazı qalan İddiaçı Gül dadaş oğlu apellyasiya şikayəti verərək, məhkəmədən qərarın ləğv edilərək, iddianın təmin olunmasını və qərardadın ləğv edilərək, iddianın həmin hissədə də mümkün sayılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2-1(103)-2540/2022 №H xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin 2- 1 (112)-3463/2022 №li xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması, iddianın cavabdehin 22 aprel 2021-ci il tarixli **********9 saylı "əmək pensiyasının dayandırılması haqqında’’ qərarın ləğv edilməsi və 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi hissələrində mümkün sayılması, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının "Əmək pensiyasının dayandırılması haqqında" xx.xx.2021- ci il tarixli **********9 saylı Qərarı ləğv edilməsi və İddiaçı 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının dayandırıldığı xx.xx.2021 -ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. "xxxx" ASC-nin “X1” TASC-nın xx.xx.2016-cı il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1980-cı ildən xx.xx.2006-cı ilədək “X1” TASC-də (keçmiş F.Dzerjinski adma maşınqayırma zavodu) işləmişdir. İddiaçı 8 №-li sexdə itiləyici peşəsində müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin itilənməsini quru üsulla obraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. İddiaçı itiləyici işlədiyi vaxt əmək şəraiti zərərli olan işlərə aid olduğundan onun tarif maaşına əlavə haqq, əlavə məzuniyyət günləri və kollektiv müqavilədə nəzərdə tutulan digər sosial güzəştlər verilmişdir və bu da ona güzəştli şərtlə yaşa görə pensiyaya getmək hüququ verir. İddiaçı işlədiyi itiləyici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” -nın qərarının Metal emalı bölməsinin 1.1.14. Metal emalının digər peşələri- a) fəhlələr qrupunun, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq **********8 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, “xx.xx.1980- xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" ASC-nin “X1” TASC-də itiləyiei peşəsində işlədiyi müəyyən edilmişdir. İşlədiyiniz itiləyici peşəsi Siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq ona xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2015- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13578,15 manat artıq pul vəsaitinin Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: - “X1” ASC- nin xx.xx.2021-ci il tarixli 11/176 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı alət sexində işlədiyi itiləyici peşəsində, müxtəlif kəsici alətlərin (müxtəlif ölçülü və formalı kəski, frez. metçik) quru üsulla abraziv daşlardan istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. Bundan başqa müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin quru üsulla abraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını yerinə yetirmişdir. “İtiləyicinin” vəzifə təlimatının surəti məktuba əlavə edilərək göndərilmişdir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən “X1” ASC tərəfindən verimiş 08/191 №li 25 noyabr 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, zavodun keçmiş işçisi İddiaçı əmək kitabçasında göstərilən itiləyici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə uyğun sayılır. Zavodun keçmiş işçisi İddiaçı məxsus əmək kitabçasında fəaliyyəti ilə bağlı aparılan qeydlərin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin müvafiq kodlarına uyğunluğunu təqdim edilərək; - xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək F.Dzerjinski adma maşınqayırma zavodunda “formalaşdırılmış dairələrlə qəliblənmiş məhsulların alətlə itilənməsi üzrə itiləyici” vəzifəsində, 11.14. Metal emalının digər peşələria)fəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; xx.xx.1982-ei il tarixdən xx.xx.1993-ci il tarixinədək F.Dzerjinski adma maşınqayırma zavodunda 7 saylı alət sexində itiləmə sahəsinin briqadiri vəzifəsində, 1 1.14. Metal emalının digər peşələri- ajfəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1993-ci il tarixdən xx.xx.1997-ci il tarixinə kimi “X1”nda 8 saylı tədarük sahəsində 3 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a) fəhlələr qrupunun.metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixinə kimi “X1”nda 8 saylı tədarük sahəsində 4 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun.metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; xx.xx.1998-ci il tarixdən xx.xx.2006-ci il tarixinə kimi “X1’nda 8 saylı tədarük sahəsində zərərli şərtlərlə işləyən 4 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələria)fəhlələr qrupunun, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir. Zavodun keçmiş işçisi İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2006-ci ilədək işlədiyi itiləyici peşəsi əmək şəraiti zərərli olan işlərə aid edilmiş, onun tarif maaşına əlavə haqq, əlavə məzuniyyət günləri və kollektiv müqavilədə nəzərdə tutulan digər sosial güzəştlər verilmişdir. Göstərilən dəlillər baxımından məhkəmə sorğular göndərmiş və Məhkəmənin müvafiq sorğularına əsasən: - "X1” ASC-nin xx.xx.2021-ci il tarixli 11/176 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı alət sexində işlədiyi itiləyici peşəsində, müxtəlif kəsici alətlərin (müxtəlif ölçülü və formalı kəski, frez. metçik) quru üsulla abraziv daşlardan istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. Bundan başqa müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin quru üsulla abraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını yerinə yetirmişdir. “İtiləyicinin” vəzifə təlimatının surəti məktuba əlavə edilərək göndərilmişdir. Qüvvəyə minmiş məhkəmə qərarı ilə xx.xx.1958-ci il tarixində doğulmuş ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2015- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 13578,15 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi haqda DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ei il tarixli **********3 nömrəli Qərarı ləğv edilmişdir. Məhkəmə Qərarı qüvvəyə minərək icraya yönəlmişdir. Lakin xx.xx.2023-cü il tarixli 3-1 7-1/2-C- 309575/2023 saylı “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” bildiriş İddiaçı xx.xx.2024-cü ildə təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixində onun vəkili olaraq 1 1.01.2024-cü il saat 15-də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına gedərək orada mərkəzin X6 , Vüqar Əhmədov, Nizami Novruzovla iş üzrə müzakirə apam işıq və güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icrata başlanılması və qanuni qüvvəyə minmiş məhkəmə Qərarı ilə təyin olunmuş pensiyanın dayandırılmasının qanunsuz və əsassız olduğunu bildirmişik və bu barədə tərtib olunmuş Akta öz mülahizə və etirazlarımızı yazılı olaraq qeyd etmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktorunun adına yazılı formada əsaslandırılmış ərizə ilə müraciət edərək (Məktubun tarixi: xx.xx.2024-cü il tarixli № 3-17-1/1-C-14944/2024) əsassız və qanunsuz olaraq dayandırılmış güzəştli şərtlərlə yaşa görə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının bərpa olunaraq ödənilməsinin təmin edilməsi barədə tapşırıq verməsi xahiş olunmuşdur. Lakin hal-hazıradək ərizəyə cavab verilməmişdir. xx.xx.2024-cü il tarixində (poçt zərfi üzərində ştampla xx.xx.2024 tarixi qeyd olunmuşdur) xx.xx.2024-cü il tarixli 3-17-1/2-33453/2024 saylı “ Əmək pensiyasının dayandırılması haqqında dərəcədə əsassız və ziddiyyətli sənəd daxil olmuşdur. Həmin sənəddə göstərilir ki, “ .... Azərbaycan Respublikası Ali Məhkəməsini İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2545/2023 nömrəli Qərarına əsasən İddiaçı 57yaşının tamam olduğu 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Həmin qərarın icrası məqsə di ilə tərəfimizdən ona ötən dövr üzrə ödənilməli olan 9930, 55 manat pensiya məbləği müəyyən edilmişdir. Həmin məbləğ Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ğtən dövrdəki ayların sayma bölünməklə cari aydan etibarən hissə-hissə hər ay 292,08 manat olmaqla adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub . Yəni sözügedən məhkəmə qərarı tam icra olunub.” xx.xx.2024-cü il tarixində daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17- 1/2- 33453/2024 saylı “Əmək pensiyasının dayandırılması haqqında qeyd olunan sənəddə yazılanlarda dərin ziddiyyət və əlaqəsizlik mövcuddur. Bir tərəfdən məhkəmə qərarının tam icra olunması qeyd edilir, digər tərəfdən İddiaçı vaxtılə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin cari ilin yanvar ayından dayandırılması haqqında inzibati akt qəbul edilir. Eyni zamanda son dərəcə ziddiyyətli olaraq xx.xx.2024-cü il tarixində daxil olmuş xx.xx.2024-cü il tarixli 3- 17-1/2-33453/2024 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qeyd olunan sənəddə “ ..Həmin qərarın icras məqsədi ilə tərəfimizdən ona ötən dövr üzrə ödənilməli olan 9930,55 manat pensiya məbləği müəyyən edilmişdir" göstərilir , digər tərəfdən həmin sənəddə “adıçəkilən şəxsə son üç il üzrə 18258,86 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib” yazılmışdır. xx.xx.2024-cü ildə iddiaçıya təqdim olunmuş xx.xx.2023-cü il tarixli 3-17-1/2-C-309575/2023 saylı “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” bildirişdə isə 13578,15 manat artıq pul vəsaitinin ödənildiyi bildirilmişdir. Həmçinin 22.02 .2024-cü il tarixində daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-33453/2024 saylı “Əmək pensiyasının dayandırılması” haqqında qeyd olunan sənəddə tamamilə əsassız olaraq göstərilmişdir ki, guya İddiaçı mülahizələrin dinlənilinəsi üçün Mərkəzi Filiala 11 yanvar 2024-cü il tarixində gəlib. Tərtib olunmuş akt onun tərəfindən imzalanmamışdır. Bu tamamilə yalan və əsassızdır. İddiaçı Mərkəzi Filiala heç vaxt gəlməmişdir. Onun nümayəndəsi və vəkili olaraq Seyfəddin X4muş, tərtib olunmuş aktda əsaslandırılmış qeydlərini edərək imza etmişdir. Bununla Aktı tərtib edənlər aktda qeyd olunan faktlatrı diqqətdən yayındırmaq üçün belə yalan qeyd aparmışlar. Qeyd olunanlarla tamamilə sübuta yetirilir ki, xx.xx.2024-cü ildə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 3-17-1/2-C-309575/2023 saylı “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” bildiriş, xx.xx.2024-cü il tarixində güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icrata başlanılması barədə Akt, xx.xx.2024-cü il tarixində daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2- 33453/2024 saylı Əmək pensiyasının dayandırılması haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-990/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2024-cü il tarixli 3-7-1/3-3-523/2024 nömrəli "Əmək pensiyasının dayandırılması haqqında" qərarının və xx.xx.2024-cü il tarixli 3-7-1/3- 3-522/2024 nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında" qərarının ləğv edilməsi” şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Vaxtilə iddiaçının əmək pensiyasının təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Belə ki, Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li Siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndində (11.14) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin olunarkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1980-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası ‘Azneftkimyamaş" ASC-nin “X1" TASC-də itiləyici peşəsində işlədiyi müəyyən edilib. Göründüyü kimi, iddiaçının işlədiyi itiləyici peşəsi yuxarıda Siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq, iddiaçıya xx.xx.2015-ci il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əlavə olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli 2-1(102)-2545/2023 nömrəli qərarına əsasən iddiaçının 57 yaşının tamamlandığı 24 sentyabr 2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Bundan başqa, məhkəmə qərarlarını pensiya ödənişinin dayandırılması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi ilə əsaslandırıb. Daha sonra “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən vaxtilə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 29 dekabr 2023-cü il tarixində məktub göndərilməklə Mərkəzi Filiala gəlməyi bildirilmişdir. İddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 11 yanvar 2024-cü il tarixində gəlmişdir. Tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmayıb. Sonra isə iddiaçıya vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin cari ilin yanvar ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 16938,87 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsini surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-98673/2024 nömrəli məktubu ilə göndərilmiş İddiaçı pensiya işinə dair sənədlərin surətindən görünür ki: - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Suraxanı şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2016-cı il tarixli, 341 nömrəli qərarı ilə İddiaçı güzəştli şərtlərlə xx.xx.2016-cı il tarixdən ömürlük 182.37 manat pensiya təyin edilmişdir. - “X1” TASC tərəfindən verilən 12/48 nömrəli xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Cəİiyev Nazim Güldadaş oğlu xx.xx.1980-cı ildən xx.xx.2006cı ilədək «X1» TASC-də (keçmiş F.Dzerjinski adına maşınqayırma zavodu) işləmişdir. İddiaçı xx.xx.1980-cı ildə zavodun alət sexində itiləyici şagirdi kimi işə başlamış, xx.xx.1980-cı ildən 2 dərəcəli itiləyici keçirilmiş, kəsici alətlərin (müxtəlif ölçülü və formalı kəski, frez, metçik) quru üsulla abraziv daşlardan istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. İddiaçı xx.xx.1982ci ildən alət sexinin itiləmə sahəsinin briqadiri keçirilmiş, öz işindən əlavə kəsici alətlərin itilənməsi, yonulması və tamamlanması üçün dəzgahların sazlanması işini də yerinə yetirmişdir. İddiaçı xx.xx.1992 -ci ildə 3 dərəcəli itiləyici verilmişdir, xx.xx.1993-cü ildən 8№-li sexə 3 dərəcəli itiləyici keçirilmiş, xx.xx.1997-ci ildə 4 dərəcə itiləyici verilmiş və xx.xx.2006-cı ilədək həmin sexdə işləmişdir. İddiaçı 8№-li sexdə itiləyici peşəsində müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin yonulmasını quru üsulla obraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. İddiaçı itiləyici işlədiyi vaxt əmək şəraiti zərərli olan işlərə aid olduğundan onun tarif maaşına əlavə haqq, əlavə məzuniyyət günləri və kollektiv müqavilədə nəzərdə tutulan digər sosial güzəştlər verilmişdir və bu da ona güzəştli şərtlə yaşa görə pensiyaya getmək hüququ verir. İddiaçı işlədiyi itiləyici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nın qərarının Metal emalı bölməsinin 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X7 Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında Qərarının ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli 3-7-1/3-3-522/2024 nömrəli Qərarı ilə vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli 3-7-1/3-3- 523/2024 nömrəli Qərarı ilə İddiaçı güzəştli şərtlərlə xx.xx.2015-ci ildən təyin olunan pensiya dayandırılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-C-309575/2023 nömrəli inzibatı icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında məktubunda bildirilmişdir ki, “sizə 24 sentyabr 2015-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququnuzun olmadığı, bununla əlaqədar olaraq sizə xx.xx.2015-28 02.2021 -cı ıl tarixləri arasındakı dövr ərzində ümumilikdə 13578,15 manat artıq pul vəsaitinin ödənildiyi aşkar olunub. Eyni zamanda bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də "İnzibati icraat haqqında’' Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 11 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filialın ünvan 4 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz və ya mülahizələrinizi yazılı formada təqdim etməyiniz xahiş olunur.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Təyinatı Departamentinin müdiri, Hüquq və daxili nəzarət Departamentinin Hüquq və məhkəmə məsələləri ilə iş şöbəsinin müdiri və Pensiya təyinatı Departamentinin Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin böyük mütəxəssisi tərəfindən imzalanılaraq tərtib edilən xx.xx.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonra-maraqlı şəxs) vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-17-1/2-0- 309575/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs 1 1 01 2024-cü il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilib Maraqlı şəxsə araşdırma zamanı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqünun olmadığı barədə ətraflı məlumat verildi Daha sonra maraqlı şəxsin yuxanda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. Əmək pensiyası hüququna yemdənbaxılması haqomda inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsı inzibatı icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirildi. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bır nüsxəsi Mərkəzi Filialda saxlanılır, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparıjan maraqlı şəxsə təqdim olunur. Həmin aktla İddiaçı nümayəndəsi və vəkili olaraq Vəkil tanış olaraq tərtib olunmuş aktda əsaslandırılmış etirazlarını bildirərək imza etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-33453/2024 nömrəli Əmək pensiyasının dayandırılması haqqında məktubunda bildirilmişdir ki, ““Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, vaxtilə əmək pensiyanızın təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Belə ki, Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li Siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndində (11.14) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Araşdırma zamanı, vaxtilə sizə pensiya təyin olunarkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1980-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" ASC-nin “X1” TASC-də itiləyici peşəsində işlədiyiniz müəyyən edilib. Göründüyü kimi, işlədiyiniz itiləyici peşəsi yuxarıda Siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajınız yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq, sizə xx.xx.2015-ci il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli 2- 1(102)-2545/2023 nömrəli qərarına əsasən 57 yaşınızın tamamlandığı 24 sentyabr 2015ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Bundan başqa, məhkəmə qərarlarını pensiya ödənişinizin dayandırılması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi ilə əsaslandırıb. Daha sonra “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən vaxtilə sizə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuza yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələriniz dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün sizə 29 dekabr 2023-cü il tarixində məktub göndərilməklə Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Mülahizənizin dinlənilməsi üçün Mərkəzi Filiala 11 yanvar 2024-cü il tarixində gəlmisiniz. Tərtib edilmiş akt tərəfinizdən imzalanmayıb. Sonra isə sizə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanızın ödənişinin cari ilin yanvar ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sizə son üç il üzrə 16938,87 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik.” İş materiallarında olan "xxxx" ASC-nin “X1” TASC-nın xx.xx.2016-cı il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1980-cı ildən xx.xx.2006-cı ilədək «X1» TASC -də (keçmiş F.Dzerjinski adına maşınqayırma zavodu) işləmişdir. İddiaçı 8№-li sexdə itiləyici peşəsində müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin itilənməsini quru üsulla obraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. İddiaçı itiləyici işlədiyi vaxt əmək şəraiti zərərli olan işlərə aid olduğundan onun tarif maaşına əlavə haqq, əlavə məzuniyyət günləri və kollektiv müqavilədə nəzərdə tutulan digər sosial güzəştlər verilmişdir və bu da ona güzəştli şərtlə yaşa görə pensiyaya getmək hüququ verir. İddiaçı işlədiyi itiləyici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” -nın qərarının Metal emalı bölməsinin 11.14. Metal emalının digər peşələri- a) fəhlələr qrupunun, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası X1» ASC-nin məktubunda qeyd olunmuşdur ki, İddiaçı alət sexində işlədiyi itiləyici peşəsində, müxtəlif kəsici alətlərin (müxtəlif ölçülü və formalı kəski, frez. metçik) quru üsulla abraziv daşlardan istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. Bundan başqa müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin quru üsulla abraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını yerinə yetirmişdir. “İtiləyicinin” vəzifə təlimatının surəti məktuba əlavə edilərək göndərilmişdir Məhkəmə sorğusuna əsasən «X1» ASC tərəfindən 08/74 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Zavodun arxiv məlumatlarına əsasən - xx.xx.1958-ci il təvəllüdlü İddiaçı: - xx.xx.1980-ci ildə “X1” ASC-də (keçmiş F.Dzerjinski adına maşınqayırma zavodu) 7№-li sexdə itiləyici sağirdi peşəsinə qəbul edilmiş (zavod üzrə verilmiş xx.xx.1980-ci il tarixli 102/K saylı əmr); - xx.xx.1982-ci ildə 7№-li sexdə itiləyici sahənin briqadiri vəzifəsinə keçirilmiş (zavod üzrə verilmiş xx.xx.1982-ci il tarixli 661/K saylı əmr); - xx.xx.1993-cü ildə tədarük sahəsinə 3-cü dərəcəli itiləyici vəzifəsinə keçirilmişdir (zavod üzrə verilmiş xx.xx.1993-cü il tarixli 288/K saylı əmr). İddiaçı xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (zavod üzrə verilmiş xx.xx.2006-cı il tarixli 27/K saylı əmr). İddiaçı işlədiyi itiləyici peşəsi xx.xx.1998-ci ildən zərərli əmək şəraiti olan peşə sayılmağa başlanmışdır (zavod üzrə verilmiş xx.xx.1998-ci il tarixli 150/K saylı əmr). İddiaçı təkrar “X1” ASC-də əmək fəaliyyətinə xx.xx.2007-ci ildə Quyu tros alətləri sahəsində yardımçı fəhlə, 2 ci dərəcə frezləyici peşəsini öyrənməklə işə qəbul edilmiş (zavod üzrə verilmiş xx.xx.2007-ci il tarixli 58/K saylı əmr) və 03.11 2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (zavod üzrə verilmiş xx.xx.2014-cü il tarixli 140/K saylı əmr). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin həmin dövrlərdə qüvvədə olmuş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları” nda İddiaçı peşəsi ******* a “Metal emalının digər peşələri” qrafasında ******* a- 1753 a - “metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr” bölməsinə aid edilir. İddiaçı şəraiti zərərli hesab edildiyi müddətdə (xx.xx.1998 - xx.xx.2006) onun tarif maaşına 8% əlavə haqq ödənilmiş, 6 təqvim günü əlavə məzuniyyət və digər sosial güzəştlər verilmişdir. Məhkəmə sorğusuna əsasən «X1» ASC tərəfindən 08/74 saylı xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “X1” ASC tərəfindən zavodun keçmiş işçisi İddiaçı ilə bağlı yuxarıda qeyd olunan hər iki məktub onun zavod arxivində saxlanılan şəxsi vərəqələri əsasında təqdim edilmişdir. Zavodun keçmiş işçisi İddiaçı zavodda faktiki olaraq xx.xx.1982-ci ildən xx.xx.2006-cı ilə kimi çalışdığı itiləyici peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il saylı 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatları, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları” qərarında Metal emalı bölməsinin 11.14."Metal emalının digər peşələri” qrafasındakı a) fəhlələr - “metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr” peşəsinə aid olmuşdur. Bu müddətdə onun tarif maaşına əlavə haqq, əlavə məzuniyyət günləri və digər sosial güzəştlər verilmişdir. Təqdim edilmiş məktublardakı uyğunsuzluq isə ondan ibarətdir ki, İddiaçı əmək şəraiti zərərli işlərə aid edilərək itiləyici peşəsində çalışdığı xx.xx.1982-ci ildən xx.xx.2006-cı ilə kimi olan müddətdə ona əmək məzuniyyətləri zamanı əlavə günlər verilməsi kadrlar üzrə əmrlərdə qeyd olunmuş, lakin texniki səhv olaraq əmək kitabçasında onun çalışdığı peşənin zərərli əmək şəraitinə aid olması yalnız xx.xx.1998xx.xx.2006-cı illər yazılması ilə bağlıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Suraxanı şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, 341 nömrəli qərarla xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh yenidən inzibati icraat apararaq vaxtilə pensiya təyin olunarkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1980-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" ASC-nin “X1” TASC-də işlədiyi itiləyici peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun olmaması və nəticədə güzəştli iş stajının olmaması əsas gətirilərək pensiya hüququnun yaranmadığını müəyyən etmiş, bundan sonra cavabdeh özünün xx.xx.2024-cü il tarixli 3-7-1/3-3- 523/2024 nömrəli qərarı ilə İddiaçı təyin edilmiş pensiyanı dayandırmış, eyni zamanda xx.xx.2024-cü il tarixli 3-7-1/3-3-522/2024 nömrəli qərarı ilə pensiyanın təyin edilməsi haqqında qərarı ləğv etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin adlarıçəkilən qərarlarının ləğvini mübahisələndirir Beləliklə, işin hazırkı mübahisələndirilən halı iddiaçının işləmiş olduğu itiləyici peşəsinin güzəştli pensiya hüququ verib-verməməsinin müəyyən edilməsindən ibarətdir. Bununla əlaqədar hazırkı icraatda məhkəmə mübahisələndirilən inzibati aktların əsaslılığı və qanuniliyini maddi hüquq baxımından qiymətləndirir. Belə ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş (iddiaçıya güzəştli pensiya təyin edildiyi vaxt)- xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nğmrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında 21512000 kodunda 12. Metal emalının digər peşələri 2151200a a) fəhlələr-2151200a—1753a metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Cavabdeh orqan tərəfindən iddiaçının pensiya işində olan sənədlər araşdırılaraq inzibati icraat aparılmış, güzəştli iş stağının olmaması əsas gətirilərək pensiya ödənişi dayandırılmış və təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. Belə ki, cavabdeh iddiaçının işlədiyi itiləyici peşəsini yuxarıdakı Siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun olmadığı müəyyən edilmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilərkən iş yeri tərəfindən verilmiş arayışda yerinə yetirdiyi işlərin əmək şəraiti zərərli və ağır, habelə isti əmək şəraiti, əməyin gərginliyi və əməyin ağırlığı amilləri bağlı şəraitdə itiləyici peşəsində çalışdığı və işlədiyi müddətdə əmək şəraitinə görə əlavə məzuniyyət və əlavə əmək haqqı aldığı qeyd edilməklə həmin arayış birbaşa tabe olduğu istehsalatın aparat rəhbəri, baş direktorun kadrlar üzrə müavini tərəfindən təsdiq edilmişdir. İddiaçının işlədiyi müəssisə “X1” ASC tərəfindən təqdim olunan sənədlərdən iddiaçıya məxsus əmək kitabçasında fəaliyyəti ilə bağlı aparılan qeydlərin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin müvafiq kodlarına uyğunluğu müəyyən edilir. Belə ki, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək F.Dzerjinski adına maşınqayırma zavodunda “formalaşdırılmış dairələrlə qəliblənmiş məhsulların alətlə itilənməsi üzrə itiləyici” vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə, xx.xx.1982-ci il tarixdən xx.xx.1993-ci il tarixinədək F.Dzerjinski adma maşınqayırma zavodunda 7 saylı alət sexində itiləmə sahəsinin briqadiri vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a) fəhlələr qrupunun, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə, xx.xx.1993-ci il tarixdən xx.xx.1997-ci il tarixinə kimi “X1”nda 8 saylı tədarük sahəsində 3 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a) fəhlələr qrupunun.metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixinə kimi “X1”nda 8 saylı tədarük sahəsində 4 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-ci il tarixinə kimi “X1”nda 8 saylı tədarük sahəsində zərərli şərtlərlə işləyən 4 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a) fəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir. Bundan başqa iddiaçının əmak fəaliyyətinin surəti, vəzifə təlimatları da arayışa əlavə edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “X1” ASC-də itiləyici peşəsi üzrə vəzifə borcu olan İtiləyən dəzgahın və Müxtəlif konstruksiyalı itiləmə quruluşunu, əlavə sazlanma qaydasını və kinematik sxemlərini, müxtəlif tərtibatların, o cümlədən universal və xüsusi tərtibatların quruluşunu, cilalanma dairələrin formaya, bərkliyə, dənəvərliyə və bağlanmasına görə xarakteristikaları və tarazlaşdırma üsullarını, mürəkkəb nəzarət-ölçü alətlər, həmçinin temperaturun itilənən alətin deformasiyasına təsirini: emal rejimi amillərinin əhəmiyyətini və onlann itiləmə keyfiyyətinə təsiri: mürəkkəb nəzarət-ölçü alət və cihazlarının təyinatını və tətbiqi qaydaların, müsaidə və oturtmaları, kvalitetləri və nahamarlıq parametrlərini (emalınə, dəqiqliq və təmizlik dərəcələrini), keyfiyyət sisteminin tələblərini təmin edən vəzifə təlimatlarını bilməlidir. İş yerindən verilmiş güzəştli arayışlarda iddiaçının xx.xx.1980-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi müxtəlif dərəcəli itiləyici vəzifəsinin funksional təyinat baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin ilə təsdiq edilmiş siyahıda metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələri ilə eyni işi gördüyü qeyd edilərək həmin vəzifəyə uyğunlaşdırılmışdır. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normaları, eləcə də sorğuya cavablar üzrə təqdim edilmiş məlumatların ümumiləşməsindən müəyyən olunur ki, iddiaçının alət sexində işlədiyi itiləyici peşəsində əsas başlıca xidməti müxtəlif kəsici alətlərin (müxtəlif ölçülü və formalı kəski, frez. metçik) quru üsulla abraziv daşlardan istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmək, bundan başqa müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin quru üsulla abraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını yerinə yetirməkdən ibarət olmuşdur. Başqa sözlə, itiləyici peşəsi ilə güzəştli şərtlərlə pensiya təyin edən metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr peşəsi arasındakı eynilik ilk növbədə onların yerinə yetirdikləri əmək funksiyaları, funksional vəzifələrinin spesifikliyi, xarakteri ilə əlaqədardır. Bu mənada metal məmulatlarının və alətlərinin itiləyiciləri yerinə yetirdikləri əmək funksiyalarına əsasən həmin məmulatların quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə bərabər tutulur. İtitləyici vəzifəsi Nazirlər Kabinetinin 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 11.14-cü bəndində bilavasitə göstərilməklə pensiya təyinatına əsas verən zərərli iş hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. “X1” ASC tərəfindən xx.xx.2007-ci ildə təsdiq edimiş və xx.xx.2007-ci ildən qüvvəyə minmiş itiləyicinin vəzifə təlimatından görünür ki, itiləyicilər 3-cü dərəcən üzrə - böyük sayda və müxtəlif görünüşdə kəsən üzü olan kəsici alətin 8-11-ci kvalitetlər (3-4 dəqiqlik dərəcələri) və Ra 2.5-0.63 parametri (2-3-cü təmizlik dərəcələri) üzrə itiləmə dəzgahlarında itilənməsi və tamamlanması, müstəqil olaraq dəzgahların əlavə sazlanması. Müəyyən bir aləti itiləmək üçün uyğunlaşdırılmış və sazlanmış, ixtisaslaşdırılmış yarımavtomat və avtomat dəzgahlarda kəsici alətin 7-10-cu kvalitetlər (2- 3-cü dəqiqlik dərəcələri) üzrə itilənməsi, 4-cü dərəcə üzrə - böyük sayda və müxtəlif görünüşdə kəsən üzü olan kəsici alətin 8-11-ci kvalitetlər (3-4 dəqiqlik dərəcələri) və Ra 2.5-0.63 parametri (2-3-cü təmizlik dərəcələri) üzrə itiləmə dəzgahlarında itilənməsi və tamamlanması, müstəqil olaraq dəzgahların əlavə sazlanması, müəyyən bir aləti itiləmək üçün uyğunlaşdırılmış və sazlanmış, ixtisaslaşdırılmış yarımavtomat və avtomat dəzgahlarda kəsici alətin 7-10-cu kvalitetlər (2-3-cü dəqiqlik dərəcələri) üzrə itilənməsi işlərini yerinə yetirirlər. Qeyd edilən təfsilatlı əsaslandırma işəgötürən tərəfindən təqdim edilməsinə baxmayaraq, cavabdeh qurumun həmin dövrü əmək şəraiti zərərli və ağır işlər kimi qiymətləndirməməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda iş yeri tərəfindən verilmiş arayışdan görünür ki, onun xx.xx.1980-ci ildən xx.xx.2006-ci ilədək işlədiyi itiləyici peşəsi əmək şəraiti zərərli olan işlərə aid edilməklə, onun tarif maaşına əlavə haqq, əlavə məzuniyyət günləri və kollektiv müqavilədə nəzərdə tutulan digər sosial güzəştlər verilmişdir. Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Beləliklə, cavabdeh Nazirlər Kabinetinin müvafiq qərarında Metal emalı bölməsinin (11) Metal emalı üzrə sair peşələr bəndində (11.14) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr vəzifəsinin iyiləyici vəzifəsindən nə ilə fərqləndiyini əsaslandırmadan və vaxtilə işəgötürən tərəfindən təqdim edilmiş aydınlaşdırıcı arayışı nəzərə almamasının səbəbini izah etmədən iddiaçının işlədiyi itiləyici vəzifəsinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vermədiyi qənaətinə gəlmişdir. Halbuki hər ikisinin iş mexanizmi oxşardır, itiləyici peşəsinin gördüyü işlər bilavasitə yonulma, soyulma, kəsilmə və cilalanma proseslerindən keçir, bununla bərabər iddiaçıya əmək qanunvericiliyinə uyğun olaraq işlədiyi müddətdə əmək şəraiti zərərli və ağır işlərdə işlərdə işlədiyinə əlavə əmək məzuniyyəti verilmişdir. İş materiallarına əlavə edilmiş “X1» ASC tərəfindən 08/74 saylı xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, tərəfindən edilmiş məktublardakı uyğunsuzluq ondan ibarət olmuşdur ki, iddiaçının əmək şəraiti zərərli işlərə aid edilərək itiləyici peşəsində çalışdığı xx.xx.1982-ci ildən xx.xx.2006-cı ilə kimi olan müddətdə ona əmək məzuniyyətləri zamanı əlavə günlər verilməsi kadrlar üzrə əmrlərdə qeyd olunmuş, lakin texniki səhv olaraq əmək kitabçasında onun çalışdığı peşənin zərərli əmək şəraitinə aid olmasına yalnız xx.xx.1998-xx.xx.2006-cı illər şamil edilmişdir. Cavabdeh inzibati orqan vaxtilə iddiaçıya pensiya təyin olunarkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlarla kifayətlənmiş, əlavə sorğular verməməklə işin xüsusiyyətlərini aydınlaşdırmadan qanunsuz əlverişsiz inzibati aktlar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, iddiaçı işlədiyi itiləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nğmrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında 2151200a—1753a metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (11.14) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr peşəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi əsaslı olmuşdur. Cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması, pensiyanın ləğv edilməsi barədə qərarları qanunsuz, əliverişsiz inzibati aktlardır. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticələri aradan qaldırılmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-7-1/3-3-523/2024 nömrəli "Əmək pensiyasının dayandırılması haqqında" qərarı və xx.xx.2024-cü il tarixli 3-7-1/3-3- 522/2024 nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında" qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-7-1/3-3-523/2024 nömrəli "Əmək pensiyasının dayandırılması haqqında" qərarı və xx.xx.2024-cü il tarixli 3-7-1/3-3-522/2024 nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında" qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar