Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9907/2023 01.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün cənub hissəsi ünvanında yerləşən və uzun müddət istifadədə olan 30374.6 kv.m torpaq sahəsi ilə əlaqədar icarə müqaviləsi bağlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün cənub hissəsi ünvanında cəmi 303 metr torpaq sahəsində lazımi təmizlik işləri apararaq uzun illərdir ki, oradan istifadə və sahiblik etməklə, ərazidə müxtəlif tikinti işləri apararaq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yasamal Rayon İcra Hakimiyyətinə ərizə yazaraq həmin torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Rayon İcra Hakimiyyəti qeyd edilən torpaq sahəsinin uzun illərdir onun, faktiki istifadəsində olduğunu, 28674 kv.m 1700 kv.m torpaq sahəsinin 5-21/2-İ-7-091/2023 saylı 06 aprel 2023-cü il tarixli məktubla şəhid anası İddiaçı hazırkı müraciətini nəzərə alaraq, qanunvericiliyə uyğun cavabdeh Xidmət ilə icarə müqaviləsi bağlanmasını bildirərək hər iki torpaq sahələrinin eskiz-planını təsdiq etmişdir. Ona görə də, cavabdeh Xidmətə ərizə ilə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin məktubunu nəzərə alaraq, faktiki istifadədə olan cəmi 30374.6 kv.m torpaq sahəsi ilə Xidmət arasında icarə müqaviləsi bağlanmasına dair lazımi şöbəyə göstəriş verilməsi xahiş edilmişdir. Cavabdeh Xidmət 3-21-3/2-P-0043-8/2023 saylı 28 aprel 2023-cü il tarixli məktubla bildirilmişdir ki, əlavə edilmiş sənədlər əsasında icarə müqaviləsinin bağlanması mümkün olmadığı üçün, həmin torpaq sahəsinin istifadəyə ayrılmasına dair müvafiq torpaqayırma sənədləri (sərəncam, ayrıc aktı və yerquruluşu planı) təqdim edildikdən sonra məsələnin həlli üçün Xidmət tərəfindən qanunamüvafıq tədbirlər görüləcəkdir. Torpaq sahəsinin yerləşdiyi ərazi yararsız və məişət tullantıları ilə əhatə olunmuşdur və öz vəsaiti hesabına orada bir çox təmizlik işləri aparılaraq abad vəziyyətə gətirilmişdir. Oradan 1998-ci ildən istifadə edir. Həmin vaxtlardan torpaq sahəsindən istifadə edilsə də, icarə müqaviləsi bağlanmadığına görə heç bir vəsait ödəməmişlər. Hal-hazırda isə icarə müqaviləsi bağlanması və icarə haqları ödəmək niyyətindədirlər. Cavabdeh icarə müqaviləsi bağlamaqdan imtina etməkdə haqlı olmamışdır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı 12 aprel 2023-cü il tarixli ərizə ilə Xidmətə müraciət edərək Yasamal rayonu, Qanlı Gölün cənub hissəsi ünvanında yerləşən 30374.6 kv.m torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-P-0043-8/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab verilərək, müraciətə əlavə edilmiş sənədlər əsasında icarə müqaviləsinin bağlanmasının mümkün olmadığı, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə ayrılmasına dair müvafiq torpaqayırma sənədləri (sərəncam, ayrıc aktı və ya yerquruluşu planı) təqdim edildikdən sonra Xidmət tərəfindən qanunamüvafiq tədbirlər görüləcəyi qeyd olunmuşdur. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən qanunla müəyyən edilmiş qaydada verilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin birinci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçı tərəfindən icarə müqaviləsinin bağlanmasını tələb etdiyi torpaq sahəsinə dair hüquqlarını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı mübahisəli əmlak üzərində hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığından, onun hazırkı tələb ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ da mövcud deyil. Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasından imtina edilməmiş, yalnız qanunvericiliklə müəyyən olunmuş zəruri sənədlər təqdim edildikdən sonra iddiaçının müraciətinə baxılacağı bildirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-21-3/2-P-0043-8/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, həmin torpaq sahəsinin istifadəsinə ayrılmasına dair müvafiq torpaqayırma sənədləri (sərəncam, ayrıc aktı və ya yerquruluşu planı) təqdim edildikdən sonra tərəfindən qaldırılmış məsələnin həlli üçün Xidmətdə qanunamüvafiq tədbirlər görüləcəkdir. Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün cənub hissəsi ünvanında yerləşən İddiaçı istifadəsində olan torpaq sahəsinin eskiz-planı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış P-9-91 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, ərizəçi İddiaçı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək uzun illər faktiki istifadəsində olan Bakı şəhəri Yasamal rayonu, Qanlı Gölün cənub hissəsi ünvanında yerləşən 28674,6 kv.m torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsinin bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün cənub hissəsi ünvanında 28674.6 kv.m torpaq sahəsi uzun illərdir vətəndaş İddiaçı faktiki istifadəsindədir. İddiaçı tərəfindən həmin torpaq sahəsindən sahibkarlıq məqsədi ilə istifadə olunur. Qeyd edilən torpaq sahəsinə dair qanunvericiliyə uyğun olaraq İddiaçı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsinin bağlanılması məsələsi mülahizəsinə təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış P-9/2- 091/2-1-H saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, ərizəçi İddiaçı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu, Qanlı Gölün cənub hissəsi ünvanında yerləşən 2950 kv.m torpaq sahəsi uzun illərdir onun ıstıfadəsindədır. Həmin torpaq sahəsinin 1250 kv.m sahəsi mühafizə zonasına düşdüyündən 1700 kv.m torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə muqaviiəsının bağlanmasına köməklik göstərilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün cənub hissəsi ünvanında 1700 kv.m torpaq sahəsi uzun illərdir vətəndaş İddiaçı faktiki istifadəsindədır. İddiaçı tərəfindən həmin torpaq sahəsindən sahibkarlıq məqsədi ilə istifadə olunur. Qeyd edilən 1700 kv.m torpaq sahəsinə dair qanunvericiliyə uyğun olaraq İddiaçı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiələri Dövlət Xidməti arasında icarə müqaviləsinin bağlanılması məsəsləsi mülahizəsinə təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış 5-21/2-P-7- 091/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ərizəçi İddiaçı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edərək faktiki istifadəsində olan Yasamal rayonu, Qanlı Gölün cənub hissəsi ünvanında yerləşən 28674,6 kv.m və 1700,0 kv.m torpaq sahələrinin təsdiq olunmuş eskiz planlarının müvafiq olaraq 20 may 2022-ci il tarixli, P-9-091 saylı və 20 iyul 2022-ci il tarixli, P-9/2-091 /2-t/1 saylı məktublarla Əmlak Məsələləri Dövlət Xidmətinə göndərildiyini bildirmiş, lakin səhhətində yaranmış ciddi problemlərlə əlaqədar bu günə qədər həmin sahələrin sənədləşməsi ilə məşğul ola bilmədiyindən qeyd olunan məktubların yeni tarixlə təkrar göndərilməsini xahiş etmişdir. Şəhid anası İddiaçı hazırkı müraciətini nəzərə alaraq, qeyd olunan torpaq sahələrinə dair qanunvericiliyə uyğun olaraq İddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlanması məsələsi barədə 20 may 2022-ci il tarixli, P-9-091 saylı və 20 iyul 2022-ci il tarixli, P-9/2- 091/2-t/1 saylı məktubları yenidən baxılması üçün mülahizəsinə təqdim edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən qanunla müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə iddiaçının yuxarıda qeyd edilən hüquqmüəyyənedici sənədlərə malik olmasını müəyyən etmir. Bununla yanaşı məhkəmə hazırki iddia tələbinin ümumi (publik) hüquq sahəsinə dair deyil, mülki və müqavilə münasibətlərindən irəli gəldiyini hesab edir. Odur ki, cavabdeh inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, o, hüquqi maraqlarına uyğun olaraq öz məqsədlərinə müvafiq iddia tələbi ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməklə nail ola bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova