Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9911/2021 19.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Badu- Kübə MTK üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında yerləşən 3 giriş, 6-cı mərtəbə, 181 saylı mənzil üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında imzalanmış müqaviləyə əsasən, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M saylı evin 181 saylı, 1 otaqlı, sahəsi 67.8 kv.m olan mənzilinin (3-cü giriş, 6-cı mərtəbə) tikilib ona təhvil verilməsi müəyyən edilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 29.12.2012-ci il tarixli maliyyə arayışına əsasən, həmin mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. "xxxx" MTK tərəfindən tərtib edilmiş 29.12.2012ci il tarixli protokoldan çıxarışa əsasən mənzilin investorunun olması təsdiq edilmişdir. İddiaçı onun istifadəsində və mülkiyyətində olan, qeyd olunan mənzilə dair mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, ərizəsinə cavab olaraq ona 24.08.2021-ci il tarixli məktubla mənzilin yerləşdiyi yaşayış binasının X2 (İstismara İcazə sənədi) olmadıgından imtina edilmişdir. Cavabdeh inzibati orqan çıxarışın verilməsinin mümkün olmadığını hüquqi cəhətdən əsaslandırmamış, hansı qanunvericilik normasına əsasən çıxarışın verilməsindən imtina edildiyini qeyd etməmişdir. Göstərilən mənzil iddiaçının mülkiyyətinə müqavilə əsasında keçmişdir. Belə olan halda İstismara icazə sənədinin olmamasına görə çıxarışın verilməsindən imtina oluna bilməzdi. Cavabdehin qanunsuz imtinası inzibati icraatın əsas prinsiplərindən olan mötəbərlik prinsipinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin prinsipin mahiyyətinə əsasən təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığını sübut etmək vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqana ünvanlanmış müraciətə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mənzil müqavilə əsasında iddiaçının mülkiyyətinə keçmiş, mənzil ilə bağlı MTK tərəfindən təqdim olunmuş zəruri sənədlər təqdim edilmişdir. Məhz həmin sənədlər daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun tələblərinə əsasən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi üçün əsasdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********20 saylı, 11.10.2021-ci il tarixli etirazında bildirilmişdir ki, qeyd edilən mənzilin yerləşdiyi yaşayış binasının X2 (İstismara İcazə sənədi) yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********1 saylı 24.08.2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmənin qərardadı ilə “Badu-Kübə MTK üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia rədd edilməlidir. İnzibati işdə olan 29.12.2012-ci il tarixli “Badu-Kübə MTK-nın təsisçilərinin ümumi yığıncağının Protokolundan Çıxarışdan görünür ki, İddiaçı 100 faiz olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında yerləşən 3 giriş, 6-cı mərtəbə, ümumi sahəsi 67.8 kv.m 18/1 saylı 181 saylı mənzilin investoru olması təsdiq edilmişdir. İş materiallarında olan “Badu-Kübə MTK” ilə İddiaçı arasında bağlanmış 19 dekabr 2011-ci il tarixli 94 saylı müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivində yerləşən binanın 3-cü giriş, 6-cı mərtəbəsindəki sahəsi 67,8 kv.m 1 otaqdan ibarət ümumi dəyəri 21018 (iyirmi bir min on səkkiz) manat olan 181 saylı mənzili “Badu-Kübə MTK”dan almışdır. İş materiallarına əlavə edilmiş 25.12.2012-ci il tarixli, 92 saylı “Mənzilin dəyərinin tam ödənilməsi barədə” maliyyə arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M saylı evin 3-cü giriş, 6-cı mərtəbəsində yerləşən 181 saylı 1 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə tam ödənilmiş, iddaçının borcu yoxdur. İnzibati işdə olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 24.08.2018-ci il tarixli 2**********1 saylı məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, 13M saylı evin 181 saylı mənzilin (3-cü giriş, 6-cı mərtəbə) yerləşdiyi yaşayış binasının X1 (İstismara İcazə sənədi) olmaması səbəbindən iddiaçının ərizəsinin icrasının təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məhkəmə sorgusuna cavab olaraq göndərilən 11.10.2021-ci il tarixli XO-02-058-2021-03424 saylı məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş 13M saylı yaşayış binasının X2 arxivdə aşkar edilməmişdir. İşin hallarına görə iddiaçı çoxmənzilli binada onun sahibliyində olan mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmiş, lakin tikinti obyektinin istismarına icazə olmadığı üçün imtina edilmişdir. Məhkəmə, cavabdehin imtinasını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (...) 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, X2. 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuş və həmin əsaslar aşağıdakılardan ibarətdir: (...) 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, X2; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri qeydiyyat orqanına verilən ərizəyə əlavə olunmalıdır. Maddələrin tələbləri işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün, həm də 01 yanvar 2013-ci ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında X2 və ya tikinti obyektinin istismarına icazə olmalıdır. İddiaçının sahibliyində olan mənzilin də daxil edildiyi binanın X2 təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 5.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin yuxarıda şərh edilən hallarından görünür ki, iddiaçı istifadəsində olan mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin mənzilin əldə edilməsinə dair MTK ilə bağlanmış müqaviləni, maliyyə arayışını cavabdeh qeydiyyat orqanına təqdim etsə də, binanın X2nı və ya tikinti obyektinin istismarına icazəni cavabdehə təqdim etməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən alınmış 11.10.2021-ci il tarixli XO-02- 058-2021-03424 saylı məktubundan görünür ki, qeyd edilən binanın istismara icazə sənədinin arxivdə aşkar edilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər cavabdeh orqana təqdim edilmədiyi üçün imtina qanuni və əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında yerləşən 3 giriş, 6-cı mərtəbə, 181 saylı mənzil üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulması” barədə iddiası təmin edilməməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-9911/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9911/2021
19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver