Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9913/2021 10.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi, İddiaçının vəkili X6, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi ünvanında yerləşən, ümumi sahəsi 2800 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı MMC-nin adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 684 nömrəli, 18.12.2002-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Şıx çimərliyinin ərazisində müasir üslübda çimərlik kompleksinin layihələşdirilməsi və tikintisi üçün 3.9 ha torpaq sahəsi icarə əsasında "xxxx" Şirkətinin istifadəsinə verilmişdir. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti başçısının 137 nömrəli, 11.03.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının 684 nömrəli, 18.12.2002-ci il tarixli sərəncamı öz hüquqi qüvvəsini itirmiş və adıçkilən torpaq sahəsi "xxxx" MMC ilə "xxxx" MMC-nin bərabər ölçüdə, eyni məqsəd üçün icarəsinə verilmişdir. Adıçəkilən ərazidə yerləşən “Xəzər” kafesi isə 14.03.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa asasən X2 mülkiyyətinə verilmişdir. Adıçəkilən qeyri-yaşayış sahəsinə dair cavabdeh tərəfindən Texniki Pasport da, tərtib edilmişdir. Daha sonra həmin qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. Bundan sonra qeyri-yaşayış sahəsinin yenidənqurulması işlərinə başlanılmışdır. Qeyd olunur ki, yenidənqurulma işləri zamanı qüvvədə olan şəhərsalma və tikinti normalarına riayət edilmişdir. Belə ki, ilk öncə tikilinin memarlıq layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhəsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış, inşaat pasportu tərtib edilmiş, eyni zamanda müvafiq qurumlardan lazımi icazələr əldə edilmişdir. Hazırda mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 2800 kv.m təşkil edir. Adıçəkilən qeyri-yaşayış sahəsinə mövcud vəziyyətdə mülkiyyət hüquqlarının qeydiyyatı üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh inzibati orqan müraciətlərini təmin etməkdən imtina etmişdir. İmtinanın əsasını isə hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması ilə əsaslandırmışdır. Hesab edr ki, cavabdehin imtinası əsassızdır. Belə ki, yuxarıda sadalanan hallara dair sənədlər tərəflərindən cavabdehə təqdim olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi ünvanında yerləşən, ümumi sahəsi 2852.6 kv.m olan qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı MMC-nin adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə, tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Bundan əlavə, qeyd edilən torpaq sahəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş ayrıc aktında 1.9227 ha, faktiki 2.6436 ha sahə təşkil edir. Elektron kadastr məlumatına əsasən ayrıc aktında qeyd olunan torpaq sahəsinin 0.1145 ha hissəsi, əlavə istifadə edilən torpaq sahəsinin 0.5902 ha hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Bununla yanaşı, ümumi ərazi daxilində yerləşən X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakın bir hissəsi sökülmüşdür və sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Həmçinin, qeyd edilən əmlakın "xxxx" MMC-nin adına özgəninkiləşdirilməsi haqqında hüquqmüəyyənedici sənəd və ya paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün X3 notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi təqdim edilməmişdir. Bu barədə vətəndaşa **********657 saylı, 30.06.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti X4 Dövlət Qeydiyyatı İdarəsi təərfindən ********** qeydiyyat nömrəsi, 10 noyabr 2015-ci il qeydiyyat tarixi ilə təsdiq edilmiş, İddiaçıMMC-nin 4-cü redaksiya nizamnaməsinin surətindən görünür ki, "xxxx" MMC-nin təsisçiləri – 50% payla X8, 50 % payla X7 məxsusdur. İşdə olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 684 nömrəli, 18.12.2002-ci il tarixli “Özəlləşdirilmiş tikiliyə aid torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” sərəncamın surətindən görünür ki, Səbail rayon İcra Hakimiyyətinin 07.11.2002ci il tarixli, 2195 saylı müraciəti, Dövlət Əmlak Nazirliyinin 09.02.2001-ci il tarixli, 00878 saylı şəhadətnaməsi və 46 nömrəli Dövlət Notariat Kontorunun 02.03.2001-ci il tarixli alğısatqı müqaviləsi nəzərə alınaraq, Səbail rayonu, Salyan şossesi, Şıx çimərliyinin ərazisində müasir üslübda çimərlik kompleksinin layihələşdirilməsi və tikintisi üçün 3.9 ha torpaq sahəsi (“Dostluq” kafesinin yerləşdiyi mövcud sahə) icarə əsasında "xxxx" şirkətinin istifadəsinə verilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 137 nömrəli, 11.03.2008-ci il tarixli “Sərəncamın addan-ada keçirilməsi haqqında” sərəncamın surətindən görünür ki, "xxxx" MMC-nin 25.02.2008-ci il tarixli, 01-15 saylı, "xxxx" MMC-nin 25.02.2008-ci il tarixli, 04/02 saylı razılıq məktubunu nəzərə alaraq, Səbail rayonu, Şıx çirmərliyində “Caspian Services” TM-nə Bakı şəhər İcra Hakimiyyətinin 1.12.2002-ci il tarixli, 684 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi, "xxxx" MMC-nin və "xxxx" MMC-nin bərabər ölçüdə, yeni məqsəd üçün icarə əsasında istifadələrinə verilmişdir. “Caspian Services” TM-nə Səbail rayonu, Şıx çimərliyində 3.9 ha torpaq sahəsinin ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinin 18.12.2002-ci il tarixli, 684 saylı sərəncamı qüvvəsini itirmiş hesab edilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 08/106 nömrəli, 2008-ci il tarixli ayrıc aktının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11.03.2008-ci il tarixli, 137 saylı sərəncamı ilə ayrılmış Səbail rayonu, Salyan şossesi, Şıx çimərliyi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 1.9227 ha torpaq sahəsi “Çimərlik kompleksinin layihələşdirilməsi və tikintisi üçün "xxxx" MMC-yə ayrılmışdır. Akt 5 nüsxədən ibarət tərtib edilərək, iki nüsxəsi isə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində saxlanılmışdır. Ayrıc aktlarının qeydiyyat kitabında 08/106 sayla qeydiyyata alınmışdır. İşdə olan 2008-ci il tarixli, 12272 saylı inşaat pasportunun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikintiplanlaşdırma İdarəsi tərəfindən "xxxx" MMC-yə çimərlik kompleksinin tikintisi üçün tərəfindən torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena X10 tərəfindən verilmiş 04-30/75-25 nömrəli, 13.06.2008-ci il tarixli “Sənaye müəssisələri, kommunal, hidrotexniki və digər qurğuların tikintisi üçün torpaq sahəsi seçilməsinə və ayrılmasına verilən” Rəyin surətindən görünür ki, a) "xxxx" MMC-yə çimərlik kompleksinin layihələndirilməsi üçün yararlıdır, b) şərti yararlıdır (lazımi sağlamlaşdırıcı tədbirləri qeyd etməli). İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti tərəfindən verilmiş YTNƏŞ-383 seriyalı, 06 avqust 2008-ci il tarixli rəyin surətindən görünür ki, Tikintisi nəzərdə tutulmuş sahədə obyektin nümayəndəsinin iştirakı ilə aparılmış müayinə və ölçmələrə əsasən, Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində çimərlik kompleksinin layihələndirilməsi üçün ayrılmış, 1.95 ha torpaq sahəsi respublika ərazisində qüvvədə olan Qanunvericilik və Normativ aktların, o cümlədən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, 2.6-2 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nın; 2.08.02-29 “İctimai bina və qurğular” TN və Q-nın; 2.0.1.02-85 “Yanğına qarşı normalar” TN və Q-nın; “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın; “Tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi Qaydaları”nın (YTQ 05-86) tələblərinə və s., yəni: - ayrılmış torpaq sahəsindən artıq sahə mənimsənilməməli və öz təyinatına görə istifadə olunmalı; mövcud bina və qurğularla yanğına qarşı ara məsafələrin gözlənilməsi şərti ilə razılaşdırılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 17 dekabr 2009-cu il tarixli, TX-09-0376 nömrəli texniki şərtin surətindən görünür ki, "xxxx" MMC-nin təsisçisi M.Ə.Quliyevanın müraciəti əsasında Səbail rayonu, Salyan şossesi, Şıx çimərliyinin ərazisində yerləşən istirahət zonası və kafeyə texniki şərt verilmişdir. İşdə olan "xxxx" QSC Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu tərəfindən verilmiş 2008-ci il tarixli “İşçi layihə”-dən görünür ki, Səbail rayonu, Səlyan şossesi, Şıx çimərliyində yerləşən Dostluq restoranının qazlaşdırılması barədə işçi layihə tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Bürosu Müəssisə və Obyektinin Daşınmaz Əmlakının Texniki Pasportunun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində (Şıx çimərliyi) qeyri-yaşayış sahəsi “Xəzər” kafesinə dair texniki pasport tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, **********22-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 14.03.2009-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, X8, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi (Şıx çimərliyi) istifadədə olan 0.03099 ha torpaq sahəsində yerləşən 275.2 kv.m ümumi, 235.6 kv.m əsas, 39.6 kv.m köməkçi sahədə ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (“Xəzər” kafesi) tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1879 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan sifarişçi X1 əsasında Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində "xxxx" MMC-nə məxsus torpaq sahəsində çimərlik kompleksinin layihəsi, layihə təşkilatı "xxxx" MMC tərəfindən tərtib edilmiş, layihə 18/04-32 nömrə ilə, 12.02.2016-cı il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, **********92 nömrəli, 08.07.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İşdə olan “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 790 nömrəli, 14 sentyabr 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, “İcarəyəverən” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “İcarəçi” "xxxx" MMC arasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 14.09.2021-ci il tarixli, 142 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Şıx çimərliyi ərazisi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 3389.0 kv.m torpaq sahəsinə dair müvəqqəti istifadəyə dair icarə müqaviləsi bağlanmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavab olaraq verilmiş **********93 nömrəli, 20.10.2021-ci il tarixli “Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi ünvanında yerləşən qeyriyaşayış sahəsi haqqında məlumatın verilməsi barədə” məktubun surətindən görünür ki, sözügedən ərazidə yerləşən, tikintialtı sahəsi 2852.6 kv.m olan ümumi tikilərdən 309.0 kv.m hissəsi dənizin 50 metrlik mühafizə zonasına düşməklə yerdə qalan sahə 2543.3 kv.m təşkil edir. İşdə olan İddiaçı MMC adından X8 tərəfindən verilmiş, notarial qaydada təsdiq edilmiş **********079 nömrəli ərizənin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şıx Çimərliyi ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı MMC-nin adına özəlləşməsinə və çıxarış verilməsinə etraz etmir. Məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: İlk öncə cavabdeh imtina məktubunda göstərmişdir ki, qeyd edilən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedcisi sənədlər təqdim edilməmişdir. İmtina məktubunun qeyd edilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 684 nömrəli, 18.12.2002-ci il tarixli və 137 nömrəli, 11.03.2008-ci il tarixli sərəncamları mövcuddur ki, həmin sərəncamlara əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Şıx Çimərliynin ərazisində müasir üslübda çimərlik kompleksinin layihələndirilməsi və tikintisi üçün 3.9 ha torpaq sahəsi (“Dostluq” kafesinin yerləşdiyi mövcud sahə) icarə əsasında "xxxx" Şirkətinin istifadəsinə verilmiş, sonradan "xxxx" MMMC-nin 25.02.2008-ci il tarixli, 01-15 saylı, "xxxx" MMC-nin 25.02.2008-ci il tarixli, 23 saylı məktubları və "xxxx" Şirkətinin 25.02.2008-ci il tarixli, 04/02 saylı razılıq məktubu nəzərə alınaraq. Səbail rayonu, Şıx Çimərliyində "xxxx" Şirkətinə Baı şəhər İcra Hakimiyyətinin 18.12.2002-ci il tarixli, 684 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi, "xxxx" MMC-nin və "xxxx" MMC-nin bərabər ölçüdə və eyni məqsəd üçün icarə əsasında istifadəsinə verilmişdir. "xxxx" MMC tərəfindən sözügedən ünvanda inşa edilmiş çimərlik kompleksinin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-32 nömrəsi ilə 12.02.2016-cı il tarixdə razılaşdırılmışdır. Eləcə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz əsasında göstərilmişdir ki:
1. torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə, tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. - Halbuki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 11.03.2008-ci il tarixli yuxarıda qeyd edilən müvafiq sərəncamından başqa, iddiaçı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 3389.0 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 14.09.2021-ci il tarixli, 790 nömrəli icarə müqaviləsi mövcuddur. Həmçinin, mübahisəli qeyri-yaşayış sahəsinin elektrik, qaz və su təhizatı ilə təmin olunması barədə texniki şərt, işçi layihəsi və s., Fövqəladə Hallar Nazirliyi X14 Xidməti tərəfindən razılaşdırılmış rəy mövcuddur.
2. Mübahisəli torpaq sahəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş ayrıc aktında 1.9227 ha, faktiki 2.6436 ha sahə təşkil edir. Elektron kadastr məlumatına əsasən ayrıc aktında qeyd olunan torpaq sahəsinin 0.1145 ha hissəsi, əlavə istifadə edilən torpaq sahəsinin 0.5902 ha hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir. - Bununla bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının 11.03.2008-ci il tarixli sərəncamı əsasında verilmiş ayrıc aktından əlavə istifadə edilən sahəyə dair artıq iddiaçı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında 3389.0 kv.m torpaq sahəsinə dair bağlanmış 790 saylı, 14 sentyabr 2021-ci il tarixli icarə müqaviləsi mövcuddur. - Mübahisəli qeyri-yaşayış sahəsinin Xəzər dənizinin mühafizə zonasına düşübdüşməməsi məsələsinin aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən göndərilmiş sorğuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 20.10.2021-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, tikinti altı sahəsi 2852.6 kv.m olan ümumi tikililərdən 309.0 kv.m hissəsi dənizin 50 metrlik mühafizə zonasına düşməklə yerdə qalan sahə 2543.3 kv.m təşkil edir.
3. Ümumi ərazi daxilində yerləşən X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakın bir hissəsi sökülmüşdür və sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Həmçinin, qeyd edilən əmlakın "xxxx" MMC-nin adına özəgəninkiləşdirilməsi haqqında hüquqmüəyyənedici sənəd və ya paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün X3 notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi təqdim edilməmişdir. -Göstərilən xüsusatların araşdırılması məqsədilə məhkəmə tərəfindən iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin tikintisi və layiləndirilməsi üçün torpaq sahəsi ayrılması barədə hüquqmüəyyənedici sənədlər, eləcə də, torpaq sahəsinin icarə verilməsi barədə icarə müqaviləsi və qeyriyaşayış sahəsinə dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihə "xxxx" MMC-nin adına verilmişdir. Həmçinin, X8 Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti X4 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi, 10 noyabr 2015-ci il qeydiyyat tarixi ilə təsdiq edilmiş, İddiaçıMMC-nin 4-cü redaksiya nizamnaməsinə əsasən "xxxx" MMC-nin 50 % payla təsisçisidir və hazırda notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi (**********079 nömrəli) təqdim edərək, mübahisəli qeyri-yaşayış sahəsinin "xxxx" MMC-nin adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinasının əsasını təşkil edən arqumentlər ümumi sahəsi 2852.6 kv.m olan qeyri-yaşayış sahəsinin Xəzər dənizinin mühafizə zonasına düşən 309.0 kv.m hissəsi istisna olmaqla əsassızdır və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının həmin hissə istisna olmaqla təsdiq edilməsindən imtina üçün əsas kimi götürülə bilməz. Bu səbəbdən, iddia tələbi qismən təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: -8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X11rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı hesab edilməklə, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Səbal rayonu, Şıx çimərliyi ünvanında yerləşən 2852.6 kv.m qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının 309.0 kv.m hissədə istisna olmaqla "xxxx" MMC-nin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva