Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9920/2023 07.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün bərpa edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavadehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “təqaüdün bərpa edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız sayılması, iddiaçıya ödənilən Prezident təqaüdünün 21 iyun 2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən 09 mart 2023-cü il tarixədək yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə Füzuli Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Füzuli rayonu uğrunda gedən döyüşlərdə sağlamlığında ciddi problemlər yaradacaq travma və xəsarətlər almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 09 sentyabr 2014- cü il tarixli 416 nömrəli qərarına əsasən ona “qəlpə yaralanmasından sonra ənsənin sol tərəfində, burun kökü nahiyyəsində, sol saidin aşağı 1/3-nin iç səthində, sağ baldırın yuxarı 1/3-nin arxa-yan səthindən çapıqlar, burun sümüyünün köhnə bitişmiş sınığı, sağ baldırın yumşaq toxumalarında bir ədəd metal qəlpə” diaqnozu verilmişdir. Həmin qərarla onun aldığı travmaların hərbi xidmət dövründə alındığı müəyyən edilmişdir (“travmadır, hərbi xidmət dövründə alınmışdır”). 2016-cı ildə iddiaçıya “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il tarixli 823 nömrəli Fərmanına uyğun olaraq Prezident təqaüdü təyin edilmiş, 2021-ci ilin may ayında təqaüdün ödənişi dayandırılmışdır. İddiaçı 21 iyun 2021-ci il tarixdə Prezident təqaüdünün bərpa edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə müraciət etmişdir. Lakin Nazirlik Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 09 sentyabr 2014-cü il tarixli 416 nömrəli qərarında “travmadır, hərbi xidmət dövründə alınmışdır” qeydinin olmasına istinad edərək təqaüdün bərpa edilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 3 iyun 2022-ci il tarixli 2-1(112)- 4071/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 09 sentyabr 2014-cü il tarixli 416 nömrəli qərarında “travmadır, hərbi xidmət dövründə alınmışdır” qeydinin “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydinə dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 3 iyun 2022-ci il tarixli 2-1(112)-4071/2022 nömrəli qərarına uyğun olaraq müvafiq düzəliş edilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 02 avqust 2022-ci il tarixli 222 nömrəli qərarı qəbul edilmişdir. 09 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə iddiaçının əlilliyi müəyyən olunmuş və həmin tarixdən ona 330 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. İddiaçı 2023-cü ilin mart ayında Prezident təqaüdünün 09 mart 2023-ci il tarixdən deyil, həmin vaxtdan əvvəlki dövr üçün hesablanaraq ödənilməsindən ötrü cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh 10 aprel 2023-cü il tarixli 3-17-1/2-A- 76180/2023 saylı məktubla imtina cavabı verərək bildirmişdir ki, qeyd etdiyi dövr üçün təqaüdün ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı il tarixdən “Müharibə və ya 1990cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin Təqaüdü” təyin edilmiş, 2021-ci ilin may ayında isə qeyd olunan ödəniş dayandırılmışdır. Hal-hazırki iddia ilə bağlı İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2021-ci il tarixdən (ARƏƏSMN-nə müraciət etdiyi tarixdən) Prezident təqdünün bərpa edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli qərara əsasən qeyd olunan ödəniş xx.xx.2023-cü il tarixdən təyin edilmişdir. Bundan narazı qalan İddiaçı məhkəməyə müraciət etmişdir.Cavabdehin 10 aprel 2023-cü il tarixli, 3-17-1/2-A- 76180/2023 nömrəli cavab məktubu iddiaçı tərəfindən mübahisələndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixdən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin Təqaüdü” təsis edilmişdir. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilmişdir: 1) orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 500 (beş yüz) manat; 2) orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 (dörd yüz) manat; 3) orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 330 (üç yüz otuz) manat “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 11.2.1 -ci maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin hərbi qulluqçu müharibə əlili hesab olunur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının təkrar müayinə əsasında xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş və müvafiq olaraq həmin tarixdən İddiaçı 330 manat məbləğində olmaqla Prezident təqaüdü təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdən müəyyən edildiyindən, həmçinin xx.xx.2021-ci il tarixli müavinə etibarsız hesab edildiyindən İddiaçı ərizəsində qeyd etdiyi dövrlər üzrə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2023-cü il tarixli iddiaçının müraciətinə verilən imtina məktubunda göstərilmişdir: “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının təkrar müayinə əsasında xx.xx.2023-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyi müəyyən olunub və müvafiq olaraq həmin tarixdən 330 manat məbləğində olmaqla Prezident təqaüdü təyin edilib. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi xx.xx.2023-cü il tarixindən müəyyən edildiyindən, həmçinin xx.xx.2021-ci il tarixli müayinəsi etibarsız hesab edildiyindən iddiaçının ərizəsində qeyd etdiyi dövrlər üzrə ona Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. - Məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 416 nömrəli Qərarından görünür ki, Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Comərd oğlunun döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin yanvar ayında aldığı və xx.xx.2014-cü ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticəiəri olaraq xəstəliyinin səbəb əlaqəsi «Hərbi travmadir, Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır» kimi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 222 nömrəli Qərarından görünür ki, MN MHHK-nın xx.xx.2014-cü il tarixli 416 nömrəli qərarı ləğv edilmiş, xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alinmişdir” kimi müəyyən edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4071/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə İddiaçı şəhadətləndirilməsi haqqında xx.xx.2014-cü il tarixli 416 nömrəli qərarda “Travmadır, hərbi xidmət dövründə alınmışdır” qeydinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydinə dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli iddiaçının müraciətinə verilən imtina məktubunda göstərilmişdir: “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının təkrar müayinə əsasında xx.xx.2023-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyi müəyyən olunub və müvafiq olaraq həmin tarixdən 330 manat məbləğində olmaqla Prezident təqaüdü təyin edilib. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi xx.xx.2023-cü il tarixindən müəyyən edildiyindən, həmçinin xx.xx.2021-ci il tarixli müayinəsi etibarsız hesab edildiyindən iddiaçının ərizəsində qeyd etdiyi dövrlər üzrə ona Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddiaçı həmin cavabdan narazı qalmış və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 416 nömrəli Qərarından görünür ki, Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Comərd oğlunun döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin yanvar ayında aldığı və xx.xx.2014-cü ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticəiəri olaraq xəstəliyinin səbəb əlaqəsi «Hərbi travmadır, Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır» kimi müəyyən edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 222 nömrəli Qərarından görünür ki, MN MHHK-nın xx.xx.2014-cü il tarixli 416 nömrəli qərarı ləğv edilmiş, xəstəliyin səbəb əlaqəsi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Bakı-İnzibati Məhkəməsinin 2-1(112)-4071/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə İddiaçı şəhadətləndirilməsi haqqında xx.xx.2014-cü il tarixli 416 nömrəli qərarda “Travmadır, hərbi xidmət dövründə alınmışdır” qeydinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydinə dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmişdir. Sonradan əlilliyin səbəbi xx.xx.2021-ci il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” kimi dəyişdirilmişdir. İddiaçı təyin edilmiş əlilliyin səbəbi xx.xx.2023-cü il tarixdə yenidən dəyişdirilərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyinin və Konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar” olaraq üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixdən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin Təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanı (Fərman 2008-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minir) ilə müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilmişdir: İ qrup əlillərə – 165 manat, İİ qrup əlillərə – 143 manat, İİİ qrup əlillərə – 110 manat. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna birləşdirilmiş və «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamə təsdiq edilmişdir. Əsasnamənin 1.1-ci bəndinə görə DSMF məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.20-ci bəndinə görə əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, ünvanlı sosial yardımları və digər sosial ödənişləri bu sahədə normatov hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək DSMF-nin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarının 1-ci hissəsi ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə» təsdiq edilmişdir. Əsasnamənin 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə «Əlilliyin qiymətləndirilməsi Qaydası» təsdiq edilmiş və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarının 1-4-cü hissələri ləğv edilmişdir. Göründüyü kimi, aşağıdakı şərtlərdən birinin mövcud olduğu halda şəxs müharibə əlili kimi qiymətləndirilməlidir: əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yara, kontuziya və ya zədə) nəticəsində baş verdikdə; əlillik cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində yarandıqda. Hərbi qulluqçulara münasibətdə hərbi-həkim ekspertizasının müvafiq göndərişi əsasında TSEK-də əlilliyin qiymətləndirilməsi həyata keçirilir və müvafiq müayinə olunduqdan sonra şəxsin əlilliyi müəyyən edilir. Təqaüdün alınması üçün şəxsin təqdim etdiyi sənədlər onun həm əlil olmasını, həm də bilavasitə müharibə əlili olmasını sübuta yetirməlidir. Hazırkı işin halları (iş materiallarında olan Azərbaycaan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 9 sentyabr 2014-cü il tarixli 416 nömrəli və 2 avqust 2022-ci il tarixli 222 nömrəli qərarlar) ilə müəyyən edilir ki, İddiaçı aldığı travmaların hərbi xidmət dövründə alındığı müəyyən edilmişdir (“hərbi travmadir, azərbaycan respublikasinin müdafiəsi zamani alınmışdır”). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çemobıl AESdə qəzanın ləğvi ilə əlaqədar, Çemobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərindən də müəyyən edilir ki, İddiaçı 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il tarixli 823 nömrəli Fərmanına uyğun olaraq Prezident təqaüdü təyin edilmiş, 2021-ci ilin may ayında təqaüdün ödənişi dayandırılmışdır. Məhkəmə qeyd edir ki, DTSERA tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən müəyyən olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq əlilliyi müəyyən olunduğu halda “müayinə etibarsız hesab edilmə” əsası ilə müvafiq təminatın iddiaçıya şamil edilməməsi cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın ümumiyyətlə həyata keçirməməsindən xəbər verir. Belə ki, hər iki qurum (DTSERA və SÖMTF) eyni dövlət orqanın tərkibində fəaliyyət göstərdiyi və məlumatları əldə etmə imkanlarının daha operativ olaraq həyata keçirilməsi mümkün olduğu halda cavabdeh inzibati orqan tərəfindən müvafiq sorğular verilməmiş və bununla bağlı hər hansı inzibati araşdırma aparılmadan iddiaçının müraciətini təmin etməkdən imtina edilmişdir. Halbuki, iddiaçının həmin tarixdə hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi səbəb-əlaqəli olan 2-ci dərəcəli əlillik statusu mövcud olmuşdur. Beləliklə, məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı təyin edilmiş təqaüdün ödənişinin dayandırılması ilə bağlı hərəkətləri iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya ödənilən Prezident təqaüdünün 21 iyun 2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən 09 mart 2023-cü il tarixədək yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ödənilən Prezident təqaüdünün 21 iyun 2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən 09 mart 2023-cü il tarixədək yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev