Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9921/2025 01.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi N6) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Azərbaycan Ordusunun xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixinədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyini nəzərə alaraq, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.N17-ci il tarixdən N nömrəli hərbi hissənin xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısı (sürücü) vəzifəsində, gizir hərbi rütbəsində xidmət etmişdir. Azərbaycan Ordusunun 27 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmək üçün xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək, xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək 0N1, N və N nömrəli hərbi hissələrə ezam olunmuşdur. Qeyd etdiyi müddətlərdə 0N1,212, və N nömrəli hərbi hissələrə ezam olunaraq Müdafiə Nazirliyinin rəhbər heyətinin Füzuli rayonunun Yuxarı Əbdürəhmanlı, Kürdlər, Aşağı Veysəlli, Yuxarı Veysəlli kəndlərində gedən döyüş əməliyyatları zamanı şəxsi mühafizəni təşkil edilməsində iştirak etmişdir. Qeyd etdikləri ona xidmət etdiyi hərbi hissədən təqdim olunmuş sənədlərdə öz əksini tapmışdır. Azərbaycan Ordusunun 27 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə bağlı ona veteran adı və vəsiqəsinin verilməsi qanunla nəzərdə tutulduğundan cavbadeh inzibati orqana müraciət etmişdir. xx.xx.N2N-ci il tarixdə cavabdeh inzibati orqanın məktubu ilə imtina məktubu almışdır. Həmin cavab məktubunda barəsində tərtib olunmuş arayış- məlumatdan və ona əlavə olunmuş sənədlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-N-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı. Silahl qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtlərin haqqında Əsasnamə”nin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında göstərilmiş ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirməyinə dair təsdiqedici məlumatlar (əmrdən çıxarışlar və hərbi hissənin döyüşlərdə iştirakını sübut edən arayışlar (aktlar) və başqa sənədlər) olamdığına görə, bu Əsasnamənin tələblərinə əsasən onlara “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” məqsədilə razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilməsindən imtina olunmuşdur. Sözügedən imtina məktubunu əsasız hesab edir. Belə ki, o döyüş əməliyyatlarlı aparılan ərazilərə ezam olunaraq döyüş əməliyyatlarında iştirak etmişdir və bu fakt ezamiyyət vərəqəsində öz əksini tapmışdır. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, “Veteranlar haqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4N.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 4N.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin iddia tələbinin təmini məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.N2N-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışa əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. -“Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarında bilavasitə iştirak etmək üçün ezam olunmuş hərbi qulluqçular barədə Arayış-Məlumata əsasən İddiaçı N nömrəli hərbi hissənin Giziri kimi xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısı(sürücü) vəzifəsində çalışmışdır. Döyüş əməliyyatları aparılan zaman (0N.10xx.xx.NN, N.10-xx.xx.NN-ci il tarixlərdə) N nömrəli hərbi hissədə Gizir rütbəsində xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısı(sürücü) kimi xidmət etmişdir. Xidmət etdiyi hərbi hissəyə xx.xx.N17 daxil olmuş, xx.xx.N22-ci il tarixdə çıxmışdır. Müdafiə Nazirliyinin rəhbər heyətinin Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Veysəlli, Yuxarı Veysəlli kəndlərində gedən döyüş əməliyyatları zamanı şəxsi mühafizəni təşkil etmişdir. Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Veysəlli, Yuxarı Veysəlli kəndlərinə ezam olunmuşdur. -xx.xx.NN-ci il tarixli N nömrəli “N nömrəli hərbi hissə komandirinin Əmrindən Çıxarışa” əsasən 0N oktyabr NN-ci il tarixindən getmiş hesab edilsinlər: Kiçik gizir X12 öğlu, xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısı (sürücü), ezamiyyətə, N nömrəli hərbi hissəyə (Beyləqan rayononu), N (beş) gün müddətinə. -xx.xx.NN-ci il tarixli N nömrəli “N nömrəli hərbi hissə komandirinin Əmrindən Çıxarışa” əsasən 10oktyabr NN-ci ii tarixindən gəlmiş və vəzifəsinin icrasına başiamış hesab edilsinlər: Kiçik gizir İddiaçı, xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısı (sürücü)- ezamiyyətdən, N nömrəli hərbi hissədən (Beyləqan rayononu). -xx.xx.NN-ci il tarixli N nömrəli “N nömrəli hərbi hissə komandirinin Əmrindən Çıxarışa” əsasən N oktyabr NN-ci il tarixdən getmiş hesab edilsinlər: Gizir İddiaçı, xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısı, ezamiyyətə, 0N1, N və N nömrəli hərbi hissələrə (Bərdə, Beyləqan və Şəmkir rayonlarına), 30 (otuz) gün müddətinə. -xx.xx.NN-ci il tarixli N nömrəli “N nömrəli hərbi hissə komandirinin Əmrindən Çıxarışa” əsasən 27 noyabrNN-ci ii tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər: Gizir İddiaçı, xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısı- ezamiyyətdən, 0N1, N və N nömrəli hərbi hissələrdən (Bərdə, Beyləqan və Şəmkir rayonları). -0N1 nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N21-ci il tarixli 777 nömrəli Arayışdan göstərilmişdir ki, həqiqətən aşağıda adları qeyd olunan hərbi qulluqçular xx.xx.NN il tarixdən 04.11,NN-ci il tarixədək 0N1 nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsinə iştirak etmişdirlər. 1-Polkovnik-X2; 2-X1; 3-Baş gizir X23; 4-Baş gizir X13; N-Baş gizir X9; 6-X6; 7-Gizir İddiaçı. -“N nömrəli hərbi hissənin xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısı(sürücü) kişik gizir İddiaçı xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunması haqqında” xx.xx.N23-cü il tarixli 4N2 nömrəli Akta əsasən, Komissiya aşağıdakı tərkibdə: Komissiya sədri: Şəxsi heyətin uçotu şöbəsinin (Q1) zabit və gizirlərlə komplektləşdirmə bölməsinin rəisi - şöbə rəisinin müavini polkovnik-leytenant X10 şəxsi heyətin uçotu şöbəsinin (Q1) çavuş və əsgərlərlə komplektləşdirmə bölməsi rəisini köməkçisi kapitan X1N, şəxsi heyətin uçotu şöbəsi (Q1) zabit v gizirlərlə komplektləşdirmə bölməsinin məsul icraçısı baş gizir X16, b aktı ondan ötrü tərtib edirik ki, N nömrəli hərbi hissənin xüsusi mühafizə dəstəsini avtomobil qoruma komandasının kəşfiyyatçısı (sürücü) kiçik gizir İddiaçı Əbdüləzi oğlu, 10 oktyabr NN-ci il tarixdən 27 noyabr NN-ci il tarixədək N nömrəli hərbi hissəy ezam olunmuşdur. Bununla əlaqədar olaraq, “Vətən Müharibəsi” dövründə kiçik giz İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş təmina üzrə tapşırıqların yerinə yetirilməsi məqsədi ilə Füzuli rayonunun Yuxan Əbdürrəhmanlı, Aşaç Veysəlli, Kürdlər, Yuxarı Veysəlli kəndi və Şuşa şəhəri Daşaltı kəndləri ərazilərində döyü əməliyyatlarında iştirak etməsini təsdiq etmişdirlər. -N nömrəli Hərbi hissə tərəfindən verilmiş xx.xx.NN-ci il tarixli 2318 nömrəli Ezamiyyət Vəsiqəsinə əsasən Polkovnik-X2 212,0N1,N nömrəli hərbi hissələrə N gün müddətində xx.xx.NN-ci ildən xx.xx.NN-ci il tarixədək N gün müddətinə ezam olunmuşdur. Onunla birlikdə gedənlər: Mayor A.Əjdər Nurəddin oğlu, baş gizir X23, baş gizir M.Vüqar Qəzənfər oğlu, baş gizir X17, baş gizir H.Çingiz Cəlil oğlu, kiçik gizir İddiaçı adları qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi 0N2№ hərbi hissənin xx.xx.N2N-ci il tarixli 260/1278 nömrəli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissə xx.xx.NN-10.11,NN-ci il tarixlərində döyüş əməliyyatları aparan hərbi hissə olmuşdur; Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -0N2 saylı hərbi hissə komandirinin xx.xx.N13-cü il tarixli 3N7 nömrəli Əmrinə əsasən Aşağıda adları qeyd olunan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavinin 12 dekab N13-cü il tarixli 0026əç nömrəli əmri ilə 0N2 saylı hərbi hissənin xüsusi təyinatlı qoruma bölüyündə vəzifələrə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Bakı şəhəri Müdafiə nazirliyinin Şəxsi heyət Baş İdarəsindən gəlmiş hesab edilsinlər,N13- cü il tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısına,bütün növ təminatlara daxil edilsinlər,vəzifələrini təhvil alsınlar və icrasına başlasınlar. 1 .Baş çavuş İddiaçı Əbüləziz oğlu,-xüsusi təyinatlı qrupun kəşfiyyatçısı (atıcı silahlar üzrə mütəxəssis). -0N2 saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli 28 nömrəli Əmrinə əsasən Gizir İddiaçı Abduləziz oğlu, N nömrəli hərbi hissənin xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısı (sürücü), təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 13 yanvar N22-ci il tarixli 014 nömrəli əmri ilə N nömrəli hərbi hissənin xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısı (sürücü), vəzifəsinə təyin edilmiş, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 28 yanvar N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsın, xidmətini davam etdirmək üçün Xızı rayonu, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin. Gizir İddiaçı Abduləziz oğluna, N22-ci il xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr N17-ci il tarixli 22 nömrəli qərarına əsasən nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə almağa layiqdir. Gizir İddiaçı Abduləziz oğluna N22-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir, N22-ci ilin növbəti məzuniyyətindən istifadə etməyib. - 0N2 saylı hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli N nömrəli əmrinə əsasən N oktyabr NN-ci il tarixdən getmiş hesab edilsinlər: 3.Kiçik gizir İddiaçı, xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısı (sürücü), ezamiyyətə, N nömrəli hərbi hissəyə (Beyləqan rayononu), N (beş) gün müddətinə. -0N2 saylı hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli N nömrəli Əmrinə əsasən 10 oktyabr NN-ci il tarixindən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilsinlər. 3.Kiçik gizir İddiaçı, xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısı (sürücü)- ezamiyyətdən, N nömrəli hərbi hissədən (Beyləqan rayononu). -0N2 saylı hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli N nömrəli Əmrinə əsasən N oktyabr NN-ci il tarixdən getmiş hesab edilsinlər: 7.Gizir İddiaçı, xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısı, ezamiyyətə, 0N1, N və N nömrəli hərbi hissələrə (Bərdə, Beyləqan və Şəmkir rayonlarına), 30 (otuz) gün müddətinə. -0N2 saylı hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli N nömrəli Əmrinə əsasən 27 noyabr NN-ci il tarixindən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilsinlər. 7.Gizir İddiaçı, xüsusi mühafizə dəstəsinin avtomobil qoruma komandasının kəşfiyyatçısıezamiyyətdən, 0N1, N və N nömrəli hərbi hissələrdən (Bərdə, Beyləqan və Şəmkir rayonları) Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N2N-ci il tarixli 4/2-4023/2N nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart N21-ci il tarixli müvafiq əmrinə əsasən 0N1 və N nömrəli hərbi hissələrin qərargahı, zenit-raket artilleriya divizionu və qərargah bölüyü, habelə N nömrəli hərbi hissənin qərargahı döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi 0N2 saylı hərbi hissənin xx.xx.N2N-ci il tarixli 260/1373 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə xidmətkeçməsi və xx.xx.NN-xx.xx.NN-ci il tarixlərində döyüş əməliyyatları aparan hərbi hissələrə ezam olunması barədə hərbi hissə komandirinin müvafiq əmrlərindən çıxarışlar 1278 nömrəli xx.xx.N2N-ci il tarixli məktubla Sizə göndərilmişdir. Həmçinin bildirirəm ki, İddiaçı döyüş əməliyyatları aparılan bölgələrdə ezamiyyətdə olduğu müddətdə xidməti vəzifəsindən irəli gələn işlərlə (Müdafiə Nazirliyinin rəhbər heyətinin daşınması və mühafizəsi) məşğul olmuş, döyüş əməliyyatlarında bilavasitə iştirak etməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi 0N2 saylı hərbi hissənin xx.xx.N2N-ci il tarixli 3-2N-140/2-42/N2N nömrəli məktubu ilə təqdim edilmiş Arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək davam edən “Vətən Müharibəsi” zamanı 0N1 nömrəli hərbi hissədə xidmətkeçməsi barədə qeydiyyat sənədlərində məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.N2N-ci il tarixli 3-2N-1NN/2-N27/N2N nömrəli məktubunda göstərilmişdir ki, sorğu üzrə tələb olunan məlumatlar aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, N nömrəli hərbi hissə NN-ci ildə "Vətən müharibəsi" zamanı N nömrəli hərbi hissənin tərkibində yaradılmış və müharibə bitəndən sonra N nömrəli hərbi hissəyə aid əmr qovluqları, kitablar, jurnallar və digər sənədlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsində təhvil verilmişdir. Bundan başqa bildiririk ki, N nömrəli hərbi hissənin "Zədələnmələrin və yaralanmaların" qeydiyyatı kitabı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivində saxlanılır. Məhkəmə sorğusuna cavab olaraq Füzuli Hərbi Prokurorluğunun xx.xx.N2N-ci il tarixli 3-3-1N0/2-21-308N/2N nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.N2N-ci il tarixli 260/1373 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə xidmətkeçməsi və xx.xx.NN-xx.xx.NN-ci il tarixlərində döyüş əməliyyatları aparan hərbi hissələrə ezam olunması haqqında hərbi hissə komandirinin müvafiq əmrlərindən çıxarışlar 1278 nömrəli xx.xx.N2N-ci il tarixli məktubla Sizə göndərilmişdir. İddiaçı yuxarıda qeyd olunan tarixlərdə döyüş əməliyyatları aparılan bölgələrə ezam olunaraq Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Veysəlli, Yuxarı Veysəlli kəndlərində gedən döyüş əməliyyatları zamanı Müdafiə Nazirliyinin rəhbər heyətinin şəxsi mühafizəsini təşkil etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.N2N-ci il tarixli 3-2N-14/2-A-13xx-xx/N2N nömrəli məktubunda bildirilmişdir ki, sizin barənizdə tərtib edilmiş arayış-məlumatdan və ona əlavə edilmiş sənədlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 199N-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin onuncu və onbirinci abzaslarında göstərilmiş ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirməsinə dair təsdiqedici məlumatlar (əmrlərdən çıxarışlar və hərbi hissənin döyüşlərdə iştirakını sübut edən arayışlar (aktlar) və başqa sənədlər) olmadığına görə, bu Əsasnamənin tələblərinə əsasən sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədilə razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsindən imtina ölünmüşdür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 0N saylı, 10 aprel N1N-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin istinad edilən halları ilə müəyyən edilir ki, İddiaçı hazırda xidmətdə olan gizir rütbəsində hərbi qulluqçu olmaqla xx.xx.NN-0xx.xx.NN-ci il, xx.xx.NN-xx.xx.NNci il tarixlərdə 0N1, N və N nömrəli hərbi hissələrdə xidmət etmiş, xidmət keçdiyi 0N1 və N nömrəli hərbi hissələrin qərargahı, zenit-raket artilleriya divizionu və qərargah bölüyü, habelə N nömrəli hərbi hissənin qərargahı döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr olmuşdur. İddiaçı döyüş əməliyyatları aparılan bölgələrə ezam olunaraq Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Veysəlli, Yuxarı Veysəlli kəndlərində gedən döyüş əməliyyatları zamanı ezamiyyətdə olduğu müddətdə Müdafiə Nazirliyinin rəhbər heyətinin daşınması və mühafizəsini təşkil etmişdir. İddiaçı hazırda Azərbaycan Ordusunun xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixinədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 199N-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti və Azərbaycan Respublikasının Strateji X8 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:
1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;
2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İddiaçının Vətən müharibəsində döyüş əməliyyatları aparan hərbi hissələrə ezam olunması, Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Veysəlli, Yuxarı Veysəlli kəndlərində gedən döyüş əməliyyatları zamanı Müdafiə Nazirliyinin rəhbər heyətinin şəxsi mühafizəsini təşkil etməsi işin mübahisəsiz halıdır, belə ki, bu faktlar iş materiallarında olan hərbi hissənin arayışı, əmrdən çıxarışlar, ezamiyyət vərəqələri ilə təsdiq olunur. Başqa sözlə, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçməsi, döyüş təminatına yardım etməsi onun Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan şərtlərini ödədiyi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 7N və 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, N40cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova