Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9924/2025 06.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı (3-cü şəxs: ƏƏSMN Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı) “işlədiyi müddətin uzun xidmət illərinə daxil edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı “işlədiyi müddətin uzun xidmət illərinə daxil edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə ƏƏSMN Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, iddiaçı xx.xx.2010-cu il tarixdən hazırki günədək Cavabdehndə zabit kimi həqiqi hərbi xidmətdədir. İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək Naxçıvan Muxtar Respublikasınin Vergilər Nazirliyinin Kəngərli rayon Vergi Şöbəsində dövlət qulluğunun xüsusi növü olan vergi müfəttişi vəzifəsində xüsusi rütbəli şəxs kimi xidmət keçmişdir. Lakin hazırda xidmət etdiyi Azərbaycan Respublikası Cavabdeh müvafiq qurumları onun Naxçıvan Muxtar Respublikasınin Vergilər Nazirliyinin Kəngərli rayon Vergi Şöbəsində xüsusi rütbəli şəxs kimi işlədiyi xidmət illərini (xidmət müddətini) ona pensiya təyin edilməsi üçün uzun müddət xidmətinə daxil etməkdən imtina edirlər. İddiaçı Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində 1-ci dərəcəli böyük dövlət vergi müfəttişi vəzifəsində işlədiyi (xidmət keçdiyim) müddətin (xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək) pensiya təyin olunması üçün onun uzun müddət xidmət illərinə daxil edilməsi barədə qərar qəbul edilməsi (göstəriş verilməsi) xahişi ilə xx.xx.2025-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2025-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Üçüncü şəxsin münasibəti: Yazılı münasibətdə qeyd olunmuşdur ki, iddiaçının xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişiklilər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Cavabdeh tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək olan xidmət dövrünün uzun müddət xidmət vaxtına daxil edilməsi “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarı ilə nəzərdə tutulmamışdır. X1 tərəfindən verilmiş məktubdan görünür ki, 2004-2009-cu illərdə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin Kəngərli rayon şöbəsində 1 -ci dərəcəli böyük dövlət vergi müfəttişi vəzifəsində iş müddəti dövlət qulluğunun xüsusi növündə qulluq illərinə (xidmət illərinə) daxil edilir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək dövlət vergi orqanlarında xidmət etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı qüvvələrində müddətli həqiqi hərbi xidməti keçmişdir. Azərbaycan Respublikasının Cavabdehndə xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək gizirlərin həqiqi hərbi xidmətində xx.xx.2011-ci il tarixdən hal-hazıradək zabitlərin həqiqi hərbi xidmətindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. ... 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 No-li Fərmanı: 2.4. həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Cavabdeh, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; ... 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarının:
1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: ... Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyəti vəzifələrində xidməti vəzifəyə təyin olunma günündən; (xx.xx.2022-ci il tarixdən əlavə edilmişdir) “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamə:
15. Vergi orqanlarının vəzifəli şəxslərinə tutduqları vəzifəsinə, ixtisasına və iş stajına görə xüsusi rütbələr verilir.
42. Vergi orqanlarının vəzifəli şəxsləri digər hüquqi-mühafizə orqanların xidmətə keçirilərkən onların vergi orqanlarında xidmət illəri göstərilən orqanlarda xidmət illərinə daxil edilir. Digər hüquq-muhafizə orqanlarından vergi orqanlarına xidmətə qəbul edilmiş vəzifəli şəxslərin həmin orqanlarda xidmət illəri vergi orqanlarında xidmət illərinə daxil edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisənin predmeti iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin Kəngərli rayon şöbəsində xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq keçdiyi müddətin fövqəladə hallar orqanlarında xidmət stajına daxil edilib-edilməməsinin hüquqi qiymətləndirilməsindən ibarətdir. Məhkəmə nəzərə alır ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçməsidir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Eyni ilə, həmin Qanunun 23.1-ci maddəsində də dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirildiyi təsbit edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 3.3, 9.5-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üçün şəxsin fövqladə hallar orqanında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir. Məhkəmə yuxarıda göstərilən normaların məzmunundan çıxış edərək hesab edir ki, iddia olunan məzmunda tələb “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə uyğun olaraq o halda təmin oluna bilərdi ki, şəxs fövqəladə hallar orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun Bununla yanaşı, məhkəmə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarına istinad edərək qeyd edir ki, vergi orqanlarında xidmət etmiş vəzifəli şəxslər digər hüquq-mühafizə orqanlarına xidmətə keçirilərkən onların əvvəlki xidmət illəri həmin orqanlarda xidmət stajına daxil edilir. İş materialları ilə mübahisəsiz təsdiq olunur ki, iddiaçı göstərilən dövrdə vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifədə qulluq keçmiş və xüsusi rütbəyə malik olmuşdur. Bu səbəbdən, qeyd olunan xidmət müddətinin fövqəladə hallar orqanlarında xidmət stajına daxil edilməsi hüquqi baxımdan əsaslı hesab edilməlidir. Məhkəmənin hazırkı qənaəti həmçinin, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1576/2023 saylı, xx.xx.2023-cü il qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarın 29-cu bəndində göstərilmişdir ki, Məhkəmə kollegiyası bu qərarın 15-18-ci bəndlərində nəzərdə tutulmuş normaların məzmunundan çıxış edərək hesab edir ki, iddia olunan məzmunda tələb “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq o halda təmin oluna bilərdi ki, şəxs ədliyyə orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun. Bu baxımdan, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərin pensiya təminatına dair əsasları müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin müddəalarında prokurorluq orqanlarında qulluq etmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.4-cü maddə), fövqəladə hallar orqanlarında və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.7- 1 və 9.7-2-ci maddələr) üçün müstəqil, eyni zamanda, oxşar əsaslar üzrə pensiya təminatı nəzərdə tutulduğundan, onlar həmin orqanlarda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış edə bilərlər. Həmin kateqoriya şəxslərə, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsində həmin Qanunun məqsədləri üçün anlayışı verilmiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxsləri də aid etmək olar. “"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 №-li Fərmanının 2.4-cü bəndinə uyğun olaraq, həmin şəxslərin dairəsinə fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərdən əlavə, daxili işlər, vergi və gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslər aid edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda istinad olunan xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarında qeyd edilmiş Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyəti vəzifələrində xidmət müddətinin fövqəladə hallar orqanlarında uzun müddət xidmət vaxtının hesablanması ilə bağlı müddəaya münasibətdə məhkəmə qeyd edir ki, həmin müddəa xx.xx.2022-ci il tarixdən sözügedən qərara əlavə edilmişdir. İddiaçının xx.xx.2004cü il tarixdən xx.xx.2009-cu il tarixədək Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin Kəngərli rayon şöbəsində xüsusi rütbədə işlədiyi müddətdə belə bir tənzimləmə olmamışdır. Sözügedən əlavənin qüvvəyə minməsindən əvvəlki dövrdə vergi orqanlarında (və ya yalnız Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində) xidmətin uzunmüddətli xidmət dövrünə daxil edilib-edilməməsini nəzərdə tutan hər hansı qanunvericilik norması qəbul edilmədiyindən, AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının qeyd olunan müddəasının iddiaçıya münasibətdə tətbiqi qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə uyğun deyildir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair 26 yanvar 2026-cı il tarixli Konstitusiya Məhkəməsinin qərardadında qeyd edilir ki: Dövlət qulluğunun xüsusi növündə xidmət keçmə belə xidmətin xüsusiyyətlərindən irəli gələrək “Dövlət qulluğu haqqında” Qanunun müəyyən normaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Bu xüsusiyyətlər onların xidməti fəaliyyəti ilə bağlıdır. Dövlət qulluğunun xüsusi növündə (hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət edən şəxslər digər dövlət qulluqçularına nisbətdə daha ağır şərtlərdə fəaliyyət göstərirlər ki, bura xidmətin xarakteri, sağlamlıq və həyat üçün risklər, xüsusi vəzifələr və öhdəliklər aiddir. Bu səbəbdən qanunverici onların hüquqi statusunu differensiallaşdıraraq, həm imtiyazlar, həm də məhdudiyyətləri nəzərdə tutur. Pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Nazirlər Kabinetinə tövsiyə edilməlidir. Belə təkmilləşdirilmə həyata keçirilərkən pensiya təyin edilməsi üçün dövlət qulluğu stajı və dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin, o cümlədən hərbi xidmət müddətlərinin müəyyən əmsallar əsasında qarşılıqlı tanınmasının (müxtəlif orqanlarda xidmətin xüsusiyyətləri nəzərə alınmaqla) mümkünlüyü məsələsi nəzərdən keçirilə bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”sında dövlət qulluğu sisteminin zəif cəhətlərindən biri kimi dövlət qulluğu və onun xüsusi növləri arasında qarşılıqlı əlaqənin olmaması göstərilmişdir. Pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi məsələlərinin dəqiq və aydın şəkildə tənzimlənməsi həmin Strategiyanın məqsədlərinə uyğun olmaqla yanaşı qarşılıqlı rotasiya üçün əlverişli institusional mühitin yaradılmasına da xidmət edəcəkdir. Konstitusiya Məhkəməsinin mövqeyindən də görünür ki, dövlət qulluğu illərinin hərb xidmət müddətinə daxil edilməli olub-olmaması məsələsinə münasibətdə dövlət qulluğunun xüsusi növündə münasibətdə fərqləndirmə aparmamış, fərqləndirmə dövlət qulluğu illərinin dövlət qulluğunun xüsusi növündə xidmət illərinə daxil edilib-edilməməsi ilə bağlı olmuşdur. Konstitusiya Məhkəməsinin mövqeyindən görünür ki, dövlət qulluğunun xüsusi növündə (hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət edən şəxslər digər dövlət qulluqçularına nisbətdə daha ağır şərtlərdə fəaliyyət göstərirlər ki, bura xidmətin xarakteri, sağlamlıq və həyat üçün risklər, xüsusi vəzifələr və öhdəliklər aiddir. Bu səbəbdən qanunverici onların hüquqi statusunu differensiallaşdıraraq, həm imtiyazlar, həm də məhdudiyyətləri nəzərdə tutur. Göstərilən səbəbdəndir ki, hazırkı halda iddiaçının dövlət qulluğunun xüsusi növündə xidmət illərinin nəzərə alınmaması, dövlət qulluğunun xüsusi növünün özündə fərqləndirmənin aparılması əsassızdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi təmin olunmalıdır. qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin Kəngərli rayon şöbəsində 1-ci dərəcəli böyük dövlət vergi müfəttişi vəzifəsində işldiyi müddətin pensiya təyin olunması üçün onun uzun müddət xidmət illərinə daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov