Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-993/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiаçının vəkili və nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının (Tovuz rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), cavabdehin nümayəndəsi Ağazadə Vüsal Adil oğlunun (İmişli rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində "xxxx" MM Kİ və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cəlb edilməklə əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nəzərov Xəlil Hikayət oğlu ilə "xxxx" MM Kİ arasında bağlanmış 26 may 2015-ci il tarixli, 21210-06 №li kredit müqaviləsi üzrə borc tam icra olunduğundan Nəzərov Emil Varis oğlunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3168-ci məhəllə, Moskva prospekti, ev 73A, 118 № -li mənzilin "xxxx" MM Kİ-nin xeyrinə edilmiş ipoteka yüklülüyündən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəzərov Xəlil Hikayət oğlu ilə "xxxx" Məhdud Məsuliyyətli Kredit İttifaqı arasında xx.xx.2015-ci il tarixli, 21210-06 №li kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi əsasında Xəlil Nəzərova 60 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir.Həmin kredit öhdəliyinin təminatı olaraq ünvan 1i ünvanında qeydiyyatda olan Nəzərov EmiL Varis oğlunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3168-ci məhəllə, Moskva prospekti, ev 73A, 118 №li mənzil 03 iyun 2015-ci il tarixli, 21210-06 №li ipoteka müqaviləsi ilə "xxxx" MM Kredit İttifaqının xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.Nəzərov Xəlil Hikayət oğlu kredit müqaviləsi üzrə yaranmış öhdəliyini tam icra etdikdən sonra iddiaçı cavabdehə müraciət edərək mülkiyyətində olan mənzilin yüklülükdən azad edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq məhkəmə sərəncamı icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iddiаçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Ağazadə iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassızdır.Cavabdehin nümayəndəsi V.Ağazadə çıxışının sonunda iddia tələbinin rədd edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilini və nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 21210-06 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Kredit İttifaqı MMC Nəzərov Xəlil Hikayət oğluna 50000 manat məbləğində kredit verməyi, sonuncu isə krediti 60 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. 21210-06/i nömrəli, 03 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 73A saylı evin 118 saylı mənzili Nəzərov Xəlil Hikayət oğlunun xx.xx.2015-ci il tarixli, 21210-06 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MM Kredit ittifaqından kredit götürdüyü 50000 manat kreditin qaytarılmasının təminatı kimi "xxxx" MM Kredit İttifaqının xeyrinə ipoteka ilə yüklü edilmişdir. "Ləman” MM Kredit İttifaqının 77 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən Nəzərov Xəlil Hikayət oğlu xx.xx.2015-ci il tarixli, 21210-06 saylı kredit müqaviləsi üzrə götürdüyü 50000 manat pulu "xxxx" MM Kredit İttifaqına ödəyib qurtarmışdır.Hazırda vətəndaşın Kredit İttifaqına kredit borcu qalmamışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 73A saylı evin 118 saylı mənzilinə dair ipotekanın ləğvi barədə xx.xx.2019-cu il tarixli müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əmlak üzərində yüklülüyün ləğvinə dair dövlət rüsumunun və xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur, həmin əmlakla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, Agentliyin razılığı olmadan ipoteka yüklülüyünün ləğv olunmaması barədə məktubu idarəyə daxil olmuşdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət retestrindən ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3168-ci məhəllə, Moskva prospekti, ev 73 A, mənzil 118 "xxxx" Məhdud Məsuliyyətli Kredit İttifaqının xeyrinə ipoteka ilə yüklü edilmişdir, öhdəliyin əsası kimi 21210-06 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi göstərilmişdir. Cavabdehin "xxxx" MM Kİ-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən sonuncunun İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 73 A saylı evin 118 saylı mənzilinə dair ipotekanın ləğvi barədə ərizəsi təmin edilməmişdir, əsas kimi əmlakla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, Agentliyin razılığı olmadan ipoteka yüklülüyünün ləğv olunmaması barədə məktubunun idarəyə daxil olması göstərilmişdir. Vəkil sorğusuna cavab olaraq cavabdehin verdiyi xx.xx.2019-cu il tarixli məktuba əsasən Bakı şəhəri, Yasamal rayonu, 3168-ci məhəllə, Moskva prospekti, 73A saylı evin 118 saylı mənzili "xxxx" Məhdud Məsuliyyətli Kredit İittifaqının xx.xx.2015-ci il tarixli müraciətinə əsasən ipoteka ilə yüklü edilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən Nəzərov Emil Varis oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, 3168-ci məhəllə, Moskva prospekti, 73A saylı evin 118 saylı mənzili ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, Agentliyin razılığı olmadan ipoteka yüklülüyünün ləğv olunmaması barədə məktubu idarəyə daxil olmuşdur, qeyd edilən məktuba əlavə edilmiş Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 29/02 -629 nömrəli, 28 avqust 2015-ci il tarixli məktubuna əsasən iddiaçının Bakı şəhəri, Yasamal rayonu, 3168-ci məhəllə, Moskba prospekti, 73A saylı evin, 118 saylı mənzilinin kredit təşkilatı tərəfindən alınmış vəsaitlərin ödənilməsinə qədər başqa şəxslərə məxsus əmlaklarla birlikdə ipoteka yüklülüyündən azad edilməməsini həmin təşkilat cavabdehdən xahiş etmidir. Azərbaycan Respubikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Kredit İttifaqının təsisçiləri fiziki şəxslərdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, 21210-06/i nömrəli, 03 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 73A saylı evin 118 saylı mənzili Nəzərov Xəlil Hikayət oğlunun xx.xx.2015-ci il tarixli, 21210-06 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MM Kredit İttifaqından kredit götürdüyü 50000 manat kreditin qaytarılmasının təminatı kimi "xxxx" MM Kredit İttifaqının xeyrinə ipoteka ilə yüklü edilmişdir."xxxx" MM Kredit ittifaqının 77 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən Nəzərov Xəlil Hikayət oğlu kredit müqaviləsi üzrə götürdüyü 50000 manat pulu tam ödəmişdir. Qeyd edilən "xxxx" MM Kredit İttifaqı (ipotekasaxlayan) cavabdehə müraciət edərək iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 73A saylı evin 118 saylı mənzilinə dair ipotekanın ləğv edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası həmin əmlakla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, Agentliyin razılığı olmadan ipoteka yüklülüyünün ləğv olunmaması barədə məktubunun idarəyə daxil olması göstərilmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdur. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.4-ci maddəsinə əsasən ipoteka qoyan - ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər; Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir (mülkiyyətçisidir); Həmin Qanunun 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; Həmin Qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir:4.1.1. əsas borc;4.1.2. faizlər;4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi;4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); Həmin Qanunun 20.1-ci maddəsinə əsasən daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən ipoteka predmeti bütövlükdə əmlak kompleksi kimi müəssisə olduqda, üzərində ipoteka hüququ qeydiyyata alınan əmlakın tərkibinə həmin müəssisənin maddi və qeyri-maddi aktivləri, o cümlədən binalar, tikililər, qurğular, avadanlıq, inventar, xammal, hazır məhsul, tələb hüquqları, patentlər və başqa müstəsna hüquqlar daxil olur. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. İşin faktiki hallarına əsasən iddiaçının əmlakının təminatı olduğu kredit borcu borcgötürən tərəfindən tam ödənilmişdir və ipotekasaxlayan "xxxx" Məhdud Məsuliyyətli Kredit İttifaqı əmlak üzərində ipotekanın ləğv edilməsi barədə cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya məxsus əmlak üzərində ipoteka yüklülüyünün ləğv edilməsinin rəsmiləşdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğu halda cavabdeh bu öhdəliyini icra etməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının 28.1-ci maddəsinə əsasən ipoteka ilə təmin edilmiş tələb başqasına keçdikdə həmin tələbin təminatı olan ipoteka ona keçir. Tələbin keçdiyi şəxs ipoteka saxlayanın hüquq və vəzifələrini əldə edir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən tələbin başqa şəxsə keçməsi tələbin güzəşti müqaviləsinin bağlanılması və ya ipoteka kağızında digər şəxsin xeyrinə verilmə qeydinin (indossamentin) edilməsi yolu ilə həyata keçirilir. Tələbin başqa şəxsə keçməsi bu Qanuna uyğun olaraq əlavə dövlət qeydiyyatına alınmalıdır. Qeyd edilən normalarda əks olunan əsaslar olmadığı halda ipotekasaxlayandan başqa hər hansı bir orqanın, fiziki və ya hüquqi şəxsin ipotekada olan əmlakla bağlı sərəncam verməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.18-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatını aparmaq və ipoteka kağızına mülkiyyət hüququnu rəsmiləşdirmək; “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Nəzərov Xəlil Hikayət oğlu ilə "xxxx" MM Kİ arasında bağlanmış 26 may 2015-ci il tarixli, 21210-06 №li kredit müqaviləsi üzrə borc tam icra olunduğundan Nəzərov Emil Varis oğlunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3168-ci məhəllə, Moskva prospekti, ev 73A, 118 № -li mənzilin "xxxx" MM Kİ-nin xeyrinə edilmiş ipoteka yüklülüyündən azad edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Nəzərov Xəlil Hikayət oğlu ilə "xxxx" MM Kİ arasında bağlanmış 26 may 2015-ci il tarixli, 21210-06 №li kredit müqaviləsi üzrə borc tam icra olunduğundan iddiaçı Nəzərov Emil Varis oğlunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3168-ci məhəllə, Moskva prospekti, ev 73A, 118 №-li mənzilin "xxxx" MM Kİ-nin xeyrinə edilmiş ipoteka yüklülüyündən azad edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-993/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-993/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver