Məhkəmə qərarları › İş №2-1(112)-993/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-993/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-993/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “hüquqi yardıma görə xidmət haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin təmin olunması üçün inzibati aktın qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istintaq orqanlarının müvafiq qərarları əsasında təqsirləndirilən şəxslərə göstərdiyim hüquqi yardıma görə 516 manat xidmət haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin təmin olunması üçün inzibati aktın qəbul edilməsi barədə cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 2018-ci ilin noyabr ayından Bakı şəhəri “Mərkəz" Vəkil Bürosunda vəkil işləyirəm. 2019-cu ildə “Mərkəz” Vəkil Bürosunun yurisdiksiyasına aid olan ərazidə fəaliyyət göstərən ayrı-ayrı istintaq orqanlarının müvafiq qərarlarına əsasən müxtəlif maddələrlə olan cinayət işləri üzrə təqsirləndirilən şəxslərə haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi şərti ilə hüquqi yardım göstərib. Belə ki, X5 barəsində Azərbaycan Respublikası CM-nin 120.1 mad. İlə olan ********* nömrəli cinayət işi üzrə Yasamal rayon prokurorluğunun xx.xx.2019 tarixli qərarı əsasında tərəfimdən 50 saat müddətində, X2 barəsində CM-nin 306.1 mad. olan ********* nömrəli cinayət işi üzrə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin 09.2019 tarixli qərarı əsasında 18 müddətində, X1 barəsində CM-nin 306.1 mad.olan ********* nömrəli cinayət işi üzrə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin xx.xx.2019 tarixli qərarı əsasında 18 saat müddətində təqsirləndirilən şəxslərə hüquqi yardım göstərilmişdir. Qeyd olunan cinayət işləri üzrə təqsirləndirilən şəxslərə tərəfindən cəmi 86 saat müddətində hüquqi yardım göstərilmişdir ki, bu da ümumilikdə göstərilən hüquqi yardıma görə (86 x 6 manat=516 manat) 516 manat məbləğində xidmət haqqı təşkil edir. İbtidai istintaqın yekununda təqsirləndirilən şəxslərə onun tərəfindən göstərilmiş hüquqi yardımla bağlı müstəntiqlər tərəfindən qəbul edilmiş həmin qərarlar xidmət haqqının ödənilməsi üçün Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu tərəfindən 25 sentyabr 2019-cu il tarixli 04/79 nömrəli məktubla Cavabdehnə göndərilmişdir. Qeyd olunan qərarlar xidmət haqqının ödənilməsi üçün 2019-cu ilin sentyabr ayında Cavabdehnə daxil olmasına baxmayaraq bu qərarlar üzrə xidmət haqqının 2019-cu ildə ödənilməsi təmin edilməmiş, nə də ki, həmin qərarlar ödəniş aparılmasa da, sonradan xidmət haqqının Azərbaycan Respublikasının Vəkilllər Kollegiyası tərəfindən ödənilməsi üçün geri qaytarılmamışdır. Belə ki, məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanına əsasən 01 yanvar 2020-ci il tarixdən vəkillərə xidmət haqlarının ödənilməsi Azərbaycan Respublikasının Vəkilllər Kollegiyasına həvalə edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə yalnız 01 yanvar 2020-ci il tarixdən sonra hüquqi yardımla bağlı vəkillərə xidmət haqlarının ödənlməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilmişdir, ona gorə də hüquqi yardımla bağlı 01 yanvar 2020-ci il tarixədək olan xidmət haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi Cavabdeh tərəfindən təmin olunmalıdır, odur ki, yuxarıda göstərilmiş qərarlar əsasında qeyd olunan məbləğdə xidmət haqqının dövlət büdcəsi vəsaiti hesabına mənə ödənilməsi üçün aidiyyəti üzrə tərəfimdən 18 mart 2021-ci il tarixdə Cavabdehnə rəsmi müraciət olunsa da, cavabdeh inzibati orqan hərəkətsizlik göstərərək məktuba cavab verməmişdir (məktubun göndərilməsinə dair poçtun 18 mart 2021-ci il tarixli qəbzi ərizəyə əlavə olunur). Hesab edir ki, Cavabdeh bu hərəkəti qanunaziddir, onun üzərinə tərəfimdən istintaq orqanlarının müvagfiq qərarları əsasında göstərilmiş hüquqi yardıma görə müəyyən olunmuş vəsaitin ödənilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şühbəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadıqda və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmaldırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımn göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli qərarına müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-ci maddələrində nəzərdə tutulmuş hallarda mövcud dövr üçün hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Ona görə də yuxarıda qeyd olunan qərarlar üzrə xidmət haqqım Cavabdeh tərəfindən könüllü ödənilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

3. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu tərəfindən bildirilmişdir ki, “Mərkəz” Vəkil Bürosunun vəkili İddiaçı tərəfindən 2019-cu ildə təqsirləndirilən şəxslər X7, X6 və X3 göstərilmiş hüquqi yardıma görə dövlət büdcəsi vəsaiti hesabına “Cavabdeh və Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən əmək haqqına ödəniş olunmayıb.

4. Məhkəmənin sorğusuna cavab olaraq Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən bildirilmişdir ki, “Mərkəz” Vəkil Bürosunun vəkili İddiaçı tərəfindən təqsirləndirilən şəxslər X7, X3, X6 hüquqi yardım göstərilməsinə görə dövlət büdcəsi vəsaiti hesabına əmək haqqı ödənilməsi barədə qərar Vəkillər Kollegiyası tərəfindən icra edilməmişdir.

5. “Mərkəz” Vəkil Bürosu tərəfindən Cavabdehnə ünvanlanmış müraciətdə büronun xx.xx.2020-ci ildən etibarən bütün qərarlar üzrə ödənilşləri AR Vəkillər Kollegiyasının hesabına keçdiyindən 2019-cu il üzrə ödənilməmiş qərarların təqdim edilməsi xahiş olunur.

6. “Mərkəz” Vəkil Bürosunun müraciətinə cavab olaraq Cavabdeh tərəfindən dövlət büdcəsi vəsaiti hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilməli olan xidmət haqları Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən 2020-ci ilin yanvar ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən ödənilir. Qeyd edilən məsələ ilə əlaqədar Vəkillər Kollegiyasına müraciət edilməsi tövsiyə edilmiş, icra edilməyən qərarlara dair məlumatlar büroya göndərilmişdir.

7. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Məhkəmənin sorğusuna cavab olaraq “Mərkəz” Vəkil Bürosu tərəfindən bildirilmişdir ki, İddiaçı iddia ərizəsində qeyd edilən 190096037, 192950144, ********* saylı cinayət işləri üzrə iddiaçı tərəfindən təqsirləndirilən şəxslərə hüquqi yardım göstərilmişdir. Cinayət işləri üzrə dövlət hesabına təyinat üzrə hüquqi yardım göstərən vəkil İddiaçı ödənilməsi nəzərdə tutulmuş, hər hansı məbləğdə pul vəsaitinə dair qərar “Mərkəz” Vəkil Bürosuna daxil olmamış və büro tərəfindən qərarlar icra olunmamışdır. Məlumat üçün bildirilmişdir ki, halhazırda dövlət vəsaiti hesabına təyinat üzrə hüquqi yardıma ödənişlər Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzi tərəfindən həyata keçirilir. Məhkəkəmə proseslərinin nümayəndənin iştirakı olmadan keçirilməsi xahiş edilir.

9. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Bakı şəhəri ‘Mərkəz” Vəkil Bürosu rayon İcra Hakimiyyətinə 04/190 saylı 31 may 2020-ci il tarixli məktubla müraciət edərək Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun 01.01 2020-ci ildən etibarən bütün qərarlar üzrə ödənişlərin AR Vəkillər Kollegiyasının hesabına keçdiyini qeyd edərək 2019-cu il üzrə ödənilməmiş qərarların siyahısını onlara təqdim edilməsini xahiş etmişdirlər. Bundan sonra Cavabdeh tərəfindən 1056/d saylı xx.xx.2020- ci il tarixli məktubla xx.xx.2020-ci ildən etibarən bütün qərarlar üzrə ödənişlərin AR Vəkillər Kollegiyasının hesabına keçdiyini nəzərə alaraq 2019-cu il üzrə ödənilməmiş qərarların siyahısı Bakı şəhəri “Mərkəz" Vəkil Bürosuna göndərilmişdir. Eyni zamanda Cavabdeh tərəfindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna göndərilmiş 2019-cu il üzrə ödənilməmiş qərarların siyahısında X8, X9 və X2 adları qeyd edilmişdir. Bakı şəhəri "Mərkəz” Vəkil Bürosunun 04/190 saylı 31 may 2020-ci il tarixli məktubunun kserosurəti, Cavabdeh 1056/d saylı xx.xx.2020-ci il tarixli məktubunun və Mərkəz Vəkil Bürosuna göndərilmiş 2019-cu il üzrə ödənilməmiş qərarların siyahısının təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir.

10. Məhkəmə iclasında izahat verən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

11. Mübahisə təqsirləndirilən şəxslər X7, X3, X6 istintaq zamanı müfadiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar dövlət büdcəsi hesabına ödənilməsi və icra hakimiyyətinin qeyd edilən məsələdə cavabdehliyi ilə bağlıdır.

12. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

13. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

15. 31 yanvar 2020-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarının 4-cü hissə yeni redaksiyada verilmişdir. Qeyd edilən qərarla müəyyən edilir ki, həmin Qərar 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

4. Bu Qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir. əvvəlki redaksiyada deyilirdi:

4. Bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir.

16. Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.

17. Hazırda qeyd edilən qərarlar üzrə hüquqi yardım istintaq orqanının qərarına əsasən olmaqla 2019-cu ilə aiddir. Odur ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarının xx.xx.2020-ci il tarixədək olan redaksiyasının 4-cü bəndinə əsasən ödəniş məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilməlidir.

18. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin qərarının qeyd edilən redaksiyasında (xx.xx.2020-ci il tarixədək) dövlət büdcəsi vəsaiti hesabına ödənilən yardımla bağlı yerli icra hakimiyyətinin vəzifələri hər hansı şəkildə müəyyən edilməmişdir. Ödənişin məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən ödənilməsi qaydası nəzərdə tutulmuşdu.

19. Eləcə də Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında dövlət büdcəsi vəsaiti hesabına ödənilən yardımın tənzimlənməsi ilə bağlı yerli icra hakimiyyəti orqanının vəzifəsi müəyyənləşdirilməmişdir.

20. İddiaçı göstərilmiş hüquqi yardımın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən qərarın xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına uyğun olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət edə bilər.

21. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

23. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar