Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9935/2022 11.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutmanın qanunsuz hesab edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı 31 noyabr 2021-ci il tarixdən pensiyasından ayda 112,98 manatın tutularaq büdcəyə bərpasının dayandırılması,tutulmuş pulların pensiyasına əlavə edilərək bərpa olunması, sığorta kapitalımın 2017-ci ilin oktyabr ayına olan məbləğinin 27545,76 manat hesab edilməsi öhdəliyinin cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ona Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən 01 yanvar 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. 17 oktyabr 2017-ci il tarixdə müraciətinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Pirallahı rayon şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı sığorta kapitalına - 27545,76 manat uyğun əmək pensiyasının yenidən hesablanmasını xahiş edib və yenidən hesablanma aparılaraq yəni 27545,76 manat sığorta kapitalı 72 aya bölünərərk 382,68 manat məbləğ 363,51 manat olan əmək pensiyasının üzərinə əlavə edilmiş və indeksləşdirilərək 31 noyabr 2021-ci il tarixinədək ona hər ay 987,83 manat ödənilmişdir. Lakin 31 noyabr 2021-ci il tarixindən sonra pensiyası azaldıldığından və ödənilən pensiyasından da tutulmalar aparıldığından 07 fevral 2022-ci il tarixində (müraciət nömrə **********8) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edib. Filialdan ona 15 aorel 2022-ci il tarixli **********3 nömrəsi ilə imtina cavabı verilmişdir. İmtina bununla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə Pirallahı rayon şöbəsi tərəfindən işləyən əmək pensiyası olduğu dövrdə qazandığı sığorta kapitalı 275345,76 manat yox, 27209,91 manat olmuş və buna uyğun hesablamalar aparılarkən ona 363,51 manat olan əmək pensiyasının üzərinə 299,01 manat əlavə edilməklə, indeksləşdirildikdən sonra xx.xx.2021-ci il tarixinə kimi 936,51 manat ödənilməli imiş. Güya Pirallahı rayon şöbəsi səhvən sığorta kapitalımı 27545,76 manat olmaqla hesablamış və hesablamaindeksləşdirmə aparıldıqdan sonra mənə səhvən 987,83 manat pensiya hesablanmış, xx.xx.2021-ci il tarixinə kimi ona 2033,80 manat artıq ödəmə aparılmışdır. Ona görə də həmin məbləğ 2022-ci ilin fevral ayından başlayaraq hər ay 112,98 manat olmaqla ona ödənilən pensiyadan tutularaq büdcəyə bərpa edilir. Halbuki onda olan və məhkəməyə təqdim etdiyi sosial arayışdan və çıxarışdan da görünür ki, onun sığorta kapitalına 2017-ci ilin oktyabr ayı da daxil olmaqla yığımlar davam etmiş, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı son yığımları nəzərə almamışdır. O, bu hərəkəi qanunsuz və əsassız hesab edir. Belə ki, onun sığorta kapitalı 2017-ci ilin oktyabr ayına həqiqətən də 27545,76 manat təşkil etmişdir. Beləliklə hesab edir ki, onun pensiyasından ayda 112,98 manatın tutularaq büdcəyə bərpa edilməsi dayandırılmalı, ondan tutulmuş pullar pensiyasına bərpa edilməlidir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış artıq ödənilmiş pensiya məbləği haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 4 mart 2022-ci il və 17 mart 2022-ci il tarixlərində daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən ona 1 yanvar 2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı xx.xx.2017-ci il tarixli ərizənizə əsasən Pirallahı rayon şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığınız 27209,91 manat sığorta kapitalınıza uyğun əmək pensiyanızın yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 27209,91 manat sığorta kapitalınız “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 91 (63 il 6 ay — 61 il 11 ay = 19 ay +144 ay- 72 ay) aya bölünməklə (27209,91/91=299,01 manat) əmək pensiyasının (363,51 manat) üzərinə əlavə edilərək (363,51+299,01=662,52 manat (indeksləşdırilərək xx.xx.2021-cı il tarixinədək 936,91 manat)) ona ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 27545,76 manat sığorta kapitalı 72 aya bölünərək (27545,76/72=382,58 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə (363,51+382,58=746,09 manat (indeksləşdirilərək xx.xx.2021 -ci il tarixinədək 987,83 manat)) ona ödənilməsi məlum olmuşdur. Qeyd olunanlara əsasən ona xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2033,80 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 2033,80 manat pul vəsaiti cari ilin fevral ayından etibarən hissəhissə (hər ay 112,98 manat) əmək pensiyasından çıxılmaqla tutularaq büdcəyə bərpa edilir. Sözügedən tutulmanın xx.xx.2023-cü il tarixində başa çatdırılması nəzərdə tutulur. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində işdən çıxmağın əlaqədar sonradan işlədiyi dövrdə topladığı 9294,48 manat məbləğində sığorta kapitalı Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə (9294,48/72=129,09 manat) əmək pensiyanızın (936,91 manat) üzərinə əlavə edilməklə (936,91+129,09=1066,00 manat) yenidən hesablanaraq artırılıb.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış cavabın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilmişdir.
5. Pensiya altsistemindən çıxarışa əsasən, xx.xx.2017-xx.xx.2022-ci il tarixlərində 2033,8 manat artıqalma müəyyən edilərək tutmanın xx.xx.2022-xx.xx.2023-cü illər ərzində (18 aya bölünərək) tutmanın həyata keçirilməsi nəzərdə tutulmuş, iddiaçının əmək pensiyasından xx.xx.2022-ci il tarixdən etibarən ayda 112,9880 manat tutma həyata həyata keçirilmişdi.
6. İddiaçının ərizəsi əsasında iddia tələbi xx.xx.2022-ci il tarixdən iddiaçının pensiya məbləğindən tutulma aparılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilmişdir.
7. İddiaçının pensiya işindən görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında **********4 nömrəli qərar qəbul edilmiş, hesablamadan əvvəl pensiya məbləği 987,83 manat, yenidən hesablamadan sonra 1066 manat müəyyən edilmiş, yenidən hesablamanın ödəniş tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Həmin qərarda pensiyadan tutmanın aparılması konkret olaraq qeyd edilməsə də, 13-cü bənddə ümumi qeydlərə əsasən, xx.xx.2017-xx.xx.2022-ci il tarixlərində 2033,8 manat artıq ödənildiyi və xx.xx.2022-ci il tarixdən etibarən ayda 112,988 manata bölünməklə 18 ay ərzində tutmanın həyata keçirilməli olduğu aydın olunur.
8. İddia tələbi İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarının 13-cü bəndi ləğv edilməsi; xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixdən etibarən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiya məbləğindən tutulma aparılması ilə bağlı hərəkətlər qanunsuz hesab edilərək tutulmuş pensiya məbləği İddiaçı geri qaytarılması kimi dəyişdirilmişdir.
9. Şifahi məhkəmə dinləmələri iddiaçı iştirak etmiş və tələbini müdafiə etmişdir.
10. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
11. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərar iddiaçının əmək pensiyasının yenidən hesablanması barədədir. Həmin qərarın 13-cü bəndində tutulmaya dair qeydlər var. İddiaçının əmək pensiyasından tutulma haqqında ayrıca qərar olmasa da, tutulma həmin qərardakı qeydlərin əsasında faktiki xarakterli hərəkətlə aparılmışdır.
12. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
13. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
14. İddia tələbinin əmək pensiyasından tutulan məbləğlərin qanunsuz hesab edilərək geri qaytarılmasının təmin edilməsi iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarının 13-cü bəndinin icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasıdır.
15. İddia mübahisələndirmə növündə iddiadır.
II. Məhkəmənin mövqeyi
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
17. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
20. Qanunvericinin mövqeyinə əsasən, inzibati orqan tərəfindən əmək pensiyaçısının əmək pensiyasından tutulma haqqında qərar yalnız onun razılığı olduqda qəbul oluna bilər.
21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavə müvafiq qərar əsasında pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı pensiyaçının razılığı olduqda mümkün hesab edilə bilər.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
23. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
25. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.
III. Qeyd edilənlərin hazırki işə tətbiqi
26. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, ona xx.xx.2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasından tutulmaya dair hərəkətlər faktiki olaraq xx.xx.2022-ci il tarixdən həyata keçirilir.
27. İddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərar qəbul olunarkən əmək pensiyasından tutma ilə bağlı qeydlərin aparılması zamanı (13-cü bənd) inzibati icraatda iştirak etmək hüququna malik olan şəxs kimi iddiaçının dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq hüquqlarının təmin edildiyi iş materiallarına, eləcə də iddiaçının pensiya işinə əsasən müəyyən olunmur.
28. Qeyd edildiyi kimi qanunvericinin mövqeyinə əsasən, inzibati orqan tərəfindən əmək pensiyaçısının əmək pensiyasından tutma haqqında yalnız onun razılığı olduqda və müvafiq qərar əsasında həyata keçirilə bilər. Belə razılıq olmadıqda artıq ödənilmiş hesab edilən pensiya məhkəmə qərarı əsasında tutulmalıdır. İşin hallarına əsasən iddiaçının əmək pensiyasından tutulma haqqında qərarın, elecə də əmək pensiyasından tutulmaya dair yazılı razılığı olduğu müəyyən olunmur.
29. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.
30. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
31. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın yenidən hesablanmasına dair inzibati akt (pensiyaçının pensiya məbləğinin azaldılmasına yönələn) şəxsin dinlənilmə hüququ təmin edilməklə pensiyaçının fərdi hallarına uyğun olaraq (yaşı və digər gəlirlərinin müəyyən olunması) cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına səbəb olmadıqda və vətəndaşın üzərinə həddindən artıq yük qoyulmadıqda qəbul edilə bilər.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarının 13-cü bəndi ləğv edilsin. xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixdən etibarən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiya məbləğindən tutulma aparılması ilə bağlı hərəkətlər qanunsuz hesab edilərək tutulmuş pensiya məbləği İddiaçı geri qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva