Məhkəmə qərarları › İş №2-1(112)-994/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-994/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-994/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X25, X30 və X31) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Qeydiyyat və X8rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nərimanov RPİ-nin Qeydiyyat və X24nin üzərinə onun fərdi yaşayış evində formal olaraq qeydiyyatda olan X15, X18 və X19 ünvan 1 ünvanındakı 4 otaqlı evdən pasport qeydiyyatından çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı 4 otaqlı mənzil onun mülkiyyətindədir. X25 bacısı, X32 və X33 bacısının uşaqlarıdır. X4 ailə qurduqdan sonra Ucara gəlin gedib orada yaşayıb. Həyat yoldaşının evi Ucar rayonundadır. O bu evi 1992ci ildə almışdır. 1999-cu ildə X41gil evlərini satmışdırlar. Satdıqları evdən çıxarıldıqları üçün qeydiyyatsız qalmışdılar. Anası ondan xəbərsiz bacısı və uşaqlarını onun evinə qeydiyyata saldırmışdır və xahiş etmişdir ki, ev alana kimi müvəqqəti olarda yaşasınlar. 5- 6 ay onlarda yaşadıqdan sonra özlərinə ev alıb köçmüşdürlər. Hazırda bacısının 2 evi var. Üçüncü şəxslər onun evində qeydiyyatda olsalar da, bu evdə heç bir vaxt yaşamamışdırlar. Həmin mənzildə o, həyat yoldaşı, oğlu və qızı yaşayır. Onlar dördü də ikinci qrup əlildirlər. 1996-cı il tarixdən ruhi əsəb xəstəliyindən əziyyət çəkir, ömürlük əlildir. Hərbi xidmətdə olan zaman aldığı zədədən sağlamlığını itirmişdir. Bacısının və onun uşaqlarının mənzilə qeydiyyatı formal xarakter daşıyır. Üçüncü şəxslərə görə o, uzun müddətdir ki, kommunal və digər xərcləri ödəmək məcburiyyətindədir, maddi duru həddindən artıq ağırdır, həmin xərcləri ödəməyə çətinlik çəkir. O və ailə üzvüləri əlillik təqaüdü alırlar və üçüncü şəxslərin yerinə kommunal xərclərin ödənilməsində çətinlik çəkir. Odur ki, iddiasının təmin edilərək üçüncü şəxslərin ünvan 1 ünvandakı evə olan pasport qeydiyyatlarına xitam verilməlidir. Üçüncü şəxslərin formal olaraq mənzilində qeydiyyatda olması onun mülkiyyət hüquqlarını kobud surətdə pozur. Belə ki, onların təqsiri üzündən o bu günə kimi mənzilinin üzərində müstəqil sərəncam verə bilmir. Göründüyü kimi o, tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir. Onun bu hüquqdan istifadə imkanı üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda olması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqlarının həyata keçirilməsinə üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda olması maneçilik törədir. Bacısı və uşaqlarının mübahisəli mənzildə yaşamaması faktını bütün qonşular, MKİS- nin işçiləri, sahə müvəkkili tam təsdiq edə bilərlər. İş üzrə şahidləri məhkəməyə dəvət edə bilər. Qonşuları da onların həmin mənzildə yaşamadığını təsdiq edən bilərlər. ünvan 2 ünvanda yaşayan qonşusu X20 və ünvan 3 ünvanda yaşayan qonşusu X3 onlarla qonşu olan mənzildə belə bir adamların yaşamadığını təsdiq edə bilərlər. Bakı şəhəri, Nərimanov rayonu, 38 saylı MKİS-nin nümayəndələri də onun ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını və belə bir adamların yaşamadığını təsdiq edə bilərlər. O, onların pasport qeydiyyatından çıxarılması üçün Bakı şəhəri, Nərimanov rayonu Polis İdarəsinin Qeydiyyat və X16 ərizə ilə müraciət etmişdir. Bakı şəhəri, Xətai rayonu Polis İdarəsinin Qeydiyyat və X24 onun ərizəsini təmin etməmiş və bunu özünün 04 aprel 2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir. Həmin məktubda göstərilir ki, o məhkəmə instansiyalarına müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7827/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Qeydiyyat və X24 əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi ilə əvəz olunmuş, X25, X30 və X31 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və İddiaçı iddia tələbi X15, X18, X19 Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 27 ünvanında yerləşən 234 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs X25 iddiaya yazılı etirazı məhkəməyə təqdim edərək bildirmişdir ki, onlar həmin fərdi yaşayış evinə qanunla müəyyən edilmiş qaydada qeydiyyata düşmüşdürlər. Bir müddət yaşadıqdan sonra qardaşı İddiaçı hər vasitə ilə onların yaşamaqlarına mane olmuş, nəticədə onlar öz iradələrindən asılı olmayaraq didərgin düşmüş və kirayədə yaşamağa məcbur oldumuşdurlar. Oğlu isə hərbi qeydiyyatda hazırkı ünvandadır. Hazırkı iş üzrə qardaşının məhkəməyə müraciət etməkdə məqsədi onları mübahisəli mənzildə yaşamaq hüququndan məhrum etməkdir. Halbuki onlar həmin evə qanunla müəyyən edilən qaydada qeydiyyata düşmüş, sonradan 1996-cı il tarixdən 2-ci qrup əlil xəstə qardaşı onlara həmin mənzildə yaşamağa imkan verməmiş, nəticədə onlar didərgin düşmüşdürlər. Nəzərə almaq lazıdır ki, iddiaçı 1997-ci ildə notariat qaydada onların mübahisəli mənzildə qeydiyyata düşüb yaşamaqlarına razılıq vermişdir. Hazırda onların digər yerdə yaşayış sahələri yoxdur, kirayədə yaşamağa məcburdurlar. İddiaçının özünün etiraf etdiyi kimi o, özü və ailə üzvləri müxtəlif qrup əlildirlər. Belə bir şəraitdə onların da qardaşıgildə yaşamaqları qeyri-mümkün olmuşdur. İddiaçının onların əvəzinə kommunal xərclərinin ödəməsi tam yalandır, onlar dəfələrlə iddiaçıya müraciət etmiş, nəinki kommunal xərclərini, hətta evin cari və əsaslı təmirinə zəmanət vermişdirlər. İddiaçının hazırkı iddiası onların qeydiyyatlarını ləğv etməkdir. Digər tərəfdən hazırda onlar mənzilə köçürmə iddiası ilə Nərimanov rayon məhkəməsinə müraciət etmək üçün sənədləri toplayırlar, belə ki, onların başqa yaşayış yerləri yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7827/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X15 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icaatında olan 2(005)-2782/2022 saylı mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-994/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, 007412 nömmrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Beynəlmilər küçəsindəki 4 otaq, 50,6 kv.m yaşayış sahəsi, 77,3 kv.m ümumi sahəsi olan torpaq sahəsindən ibarət 27/234 saylı fərdi yaşayış evi İddiaçı adına 3 otaq 39,1 kv.m, X5 1 otaq 11,5 kv.m adına 19 saylı reyestr kitabında 28702 səhifədə 30/1143 nömrəsi ilə xx.xx.1992-ci il tarixdə qeydiyyat aparılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********25 nğmrəli məktubunda qeyd olunmuşdur ki, hazırda X6 mülkiyyətində olan ünvan 4 ünvanı üzərində sorğuda sadalanan şəxslərin istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27, 234 saylı fərdi yaşayış evi xx.xx.1992-ci il tarixdə X10 adına ilkin qeydiyyatdan keçmiş, Bakı şəhəri 9 saylı DNK-nın 9-7/4394 reyestr nömrəli xx.xx.1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1992-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 3-Ma-1-63 reyestr nömrəli xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1 otağı xx.xx.2000-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nin 4Ə-1/63 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1 otağı xx.xx.2007-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-1160 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X11 adına qeydiyyatdan keçmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-1767 reyestr nömrəli xx.xx.2019-cu il tarixli elektron alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş X12 və X2 notarial qaydada təsdiq olunmuş ərizələrində qeyd etmişdirlər ki, həqiqətən X25, X37 və X34 Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi 27., ev 234-də qeydiyyatda olsalar da yaşamırlar. Ərizənin doğruluğunu öz imzamızla təsdiq edirik. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1990-cı il təvəllüdlü X31, xx.xx.1992-ci il təvəllüdlü X30, xx.xx.2003-cü il təvəllüdlü X26, xx.xx.1964-cü il təvəllüdlü X25, xx.xx.1974-cü il təvəllüdlü X27, xx.xx.1999cı il təvəllüdlü X21 ünvan 5 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 38 saylı Mənzil Kommunal İstismarı sahəsinin 051797 nömrəli arayışında bildirilmişdir ki, verilir vətəndaş İddiaçı ondan ötrü ki, o həqiqətən də Ş.Mustafayev küçəsindəki 27 nömrəli 1 mərtəbə evin 1-ci mərtəbəsində 39,1 kv.m sahəsi olan 3 otaqlı 234 nömrəli mənzildə yaşayır. Mənzil tam kommunal şəraitlidir. Mənzildə daimi qeydiyyatda olanlar: İddiaçı 1962-1993, X23 (arvadı) 1974-1999, X21 1999-1999, X26 2003-2003, X25 1964-1997, X30 1992-1997, X31 1990-1997. Məhkəmənin sorğusuna cavab olaraq Nərimanov rayon Polis İdarəsinin xx.xx.2022ci il tarixli, 078-14794-1222 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş X28 2002ci il, X30 2014-cü il, X31 2009-cu il tarixdən ünvan 6 ünvanına qeydiyyata alınmışlar. Qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün tərəfimizdən məhv edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2782/2022 nömrəli qətnaməsi ilə iddiaçı X15 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 783/2023 nömrəli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2782/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2782/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanımışdır. Məhkəmənin sorğusuna cavab olaraq Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında iddiaçı X15 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair 2(005)-2782/2022 saylı mülki iş olmuşdur. Həmin mülki iş üzrə 29 sentyabr 2022-ci il tarixdə 2(005)-2782/2022 saylı yekun məhkəmə aktı qəbul edilərək, iddiaçı X15 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(005)-2782/2022 saylı qətnaməsindən iddiaçı X25 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə Azərbaycan Respublikası MPM-nin 364- cü maddəsinə əsasən baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(103)-783/2023 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2782/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi 28 mart 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 078- 8191A-3222 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri bizim səlahiyyətimiz daxilində olmadığından pasport qeydiyyatında olan vətəndaşların qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir. Odur ki, bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27, 234 saylı fərdi yaşayış evi Bakı şəhəri 9 saylı DNK-nın 9-7/4394 reyestr nömrəli xx.xx.1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1992-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmiş, həmin ünvanda yerləşən 4 otaq, 50,6 kv.m yaşayış sahəsi, 77,3 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 3 otağı üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İddiaçının qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslər X25 iddiaçının bacısı, X30 və X1 övladlarıdır. Hazırkı iş üzrə qeydiyyatdan çıxarılması ilə bağlı tələbə baxarkən yuxarıda qeyd edildiyi kimi üçüncü şəxslərin ilk növbədə həmin evə dair əmlak hüququnun olması baxımından yoxlama ilə müəyyən olunur ki, üçüncü şəxsin sözügedən ünvanla bağlı hüququna mülki məhkəmə icraatında qanuni qüvvədə olan qətnamələrlə hüquqi qiymət verilmişdir. Belə ki, X25 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27 saylı evin 234 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(005)-2782/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(103)-783/2023 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və yekunda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2782/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi 28 mart 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(005)- 2782/2022 saylı qətnaməsində qeyd eidlmişdir ki, “(....) iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə məxsus daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, işin mübahisəsiz hallarına əsasən 1989-cu ildə ailə qurmuş və ərinin evinə gəlin köçmüş, həmin mənzili könüllü olaraq tərk etmiş, həmin mənzildə daha sonra uzun müddət yaşadığını bildirsə də, bu hal təsdiqini tapmamış, üstəlik də ona verildiyini iddia etdiyi otağın yandığı, hazırda mövcud olmadığı müəyyən edilmişdir. (....) Bundan başqa, iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı onun hazırkı vaxtda daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir.” Göründüyü kimi üçüncü şəxs mübahisəli ünvana hər hansı əmlak, istifadə hüququnun olmadığına dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Qeydiyyatdan çıxarılma ilə bağlı mübahisənin həllinə dair digər hal-faktiki yaşama ilə bağlı məsələyə gəlincə də işin mübahisəsiz halıdır ki, üçüncü şəxslər mübahisəli ünvanda yaşamırlar, iddia olunan evdə iddiaçı, onun ailə üzvləri yaşayırlar. Beləliklə, yuxarıda qeyd edilən qanun normalarının və Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun olaraq məhkəmə bu nəticəyə gəlir ki, üçüncü şəxslər iddiaçı ilə birlikdə yaşamayan, ona məxsus evə dair əmlak hüquqları olmayan şəxs (lər) olduğundan iddiaçı onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1990-cı il təvəllüdlü X31, xx.xx.1992-ci il təvəllüdlü X30, xx.xx.1964-cü il təvəllüdlü X15 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. X31, X30, X15 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar