Məhkəmə qərarları › İş №2-1(112)-9946/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9946/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9946/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılarkən təyin edilmiş əmək pensiyası ilə 2014-cü il tarixdə təyin edilmiş əmək pensiyası arasındakı fərqin xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli, 0381 nömrəli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin 1-ci müavini vəzifəsindən azad olunaraq Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Taktika Kafedrasının rəisi vəzifəsinə təyin edilmişdir. Daha sonra o, xx.xx.2000-ci il tarixdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Silah və Atəş Kafedrasının rəisinin müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədən xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılmış və bu tarixdə də, ona Silah və Atəş Kafedrasının rəisinin müavini vəzifəsinin vəzifə maaşı əsas götürülməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən cavabdehə göndərilmiş məlumat vərəqinə əsasən əmək pensiyası təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 0268 nömrəli xx.xx.2014-cü il tarixli əmri ilə onun Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Taktika Kafedrasının rəisi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 0391 nömrəli əmrində müvafiq dəyişikliklər edilmiş və xidməti zərurətlə əlaqədar olaraq, Silahlı Qüvvələrin Baş qərargah rəisinin birinci müavini vəzifəsinin icraçısı kimi onun – polkovnik İddiaçı xidməti mənafeyi naminə (səhhətinə görə) 17 iyun 1998-ci il tarixdən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktika Kafedrasının rəisi təyin olunmuş hesab edilməsi göstərilmişdir və bu əmr əsasında onun barəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin İ müavini vəzifəsinin vəzifə maaşı əsas götürülməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən cavabdehə yeni məlumat vərəsi göndərilmişdir. Bu məlumat vərəqəsinə əsasən 2014cü ilin may ayından başlayaraq onun əmək pensiyası yenidən hesablanmışdır. Lakin, bu zaman ona əvvəl yəni, xx.xx.2002-ci il tarixdə atəş kafedrasının rəisi müavini vəzifəsinin vəzifə maaşı götürülməklə təyin olunmuş pensiya ilə yeni təyin olunmuş pensiya ilə yeni təyin olunmuş pensiya arasındakı keçmiş müddət üçün yaranmış fərq ona ödənilməmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, əvvəlki müddətdə yaranmış pensiya fərqini almaq hüququ olmuşdur. Bununla əlaqədar bu fərqin alınması üçün o, etibarnamə üzrə nümayədəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılarkən aldığı əmək pensiyası ilə ona 2014cü ildə təyin olunmuş pensiya arasında yaranmış fərqin xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi cavabdehin qəbul şöbəsinin əməkdaşı Həsən Kərimov tərəfindən xx.xx.2024-cü il tarixdə imza etməklə qəbul edilmişdir. Lakin, müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir. İmtinanın isə əsassız və qanunsuz hesab edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəifndən 1 aprel 2002-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 2319.00 manat məbləğində aşağıdakı tərkibindən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi – 243.30 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə - 2075.70 manat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci və 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin, həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il hesablanaraq ödənilir. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Beləliklə, qeyd olunanlara əsasən, tələb olunan xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr Mərkəzi Filiala müraciət edilən xx.xx.2024-cü il tarixdən qanunvericiliklə müəyyən edilmiş 3 il müddətdən daha çox dövrü əhatə edir. Eyni zamanda hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını xx.xx.2007-ci il tarixdən etibarən Fond həyata keçirir. Buna görə də, hesab edirlər ki, iddia tələbində qeyd edilənlər qanuna uyğun deyildir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq hərəkətləri qanunauyğun olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətən müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir.

8. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 15 iyul 2024-cü il tarixli, 3-17-1/2- 164467/2024 nömrəli məktubla iddiaçıya məxsus pensiya işinin və inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

9. İş materiallarında olan cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/3- 1-99068/2024 nömrəli xidməti məktuba əsasən cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2017-ci il tarixli 2-1(81)-5048/2017 nömrəli qərarının icrası məqsədilə tərəflərindən İddiaçı əmək pensiyası yenidən hesablanaraq 1880.50 manat məbləğində müəyyən edilmiş, həmçinin ötən dövr üzrə ödənilməli olan 2801.50 manat fərq məbləği müəyyən edilmişdir. Həmin məbləğ xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 280.15 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə məhkəmə qərarının icrası tam başa çatdırılıb. ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə hər hansı br cavab verilməmiş, bundan sonra iddiaçı cavabdehə müraciət etməsindən 35 gün keçdikdən sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

16. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı X2 xx.xx.2002-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqına Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 01 aprel 2002-ci il tarixində ona xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələbləriə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən onun barəsində Azərabycan Respublikası Hərbi Komissarı tərəfindən tərtib edilmiş MN seriyalı, ZE-53707 nömrəli “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə xx.xx.2007-ci il tarixli məlumat vərəqəsinə əsasən əmək pensiyası həmin tarixdən (xx.xx.2007-ci il) etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Həmin məlumat vərəqəsinin tərtib edilməsi zamanı iddiaçının təminat xərcliyi, məlumat vərəqəsində vəzifəsi kimi qeyd edilən – “kafedranın baş müəllimi” vəzifəsinin maaşına əsasən hesablanmış və buna müvafiq olaraq da, iddiaçıya pensiya ödənişi həyata keçirilmişdir.

17. Azərbaycan Respublikası Müdafiə nazirinin 05 aprel 2014-cü il tarixli 636 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin 17 iyun 1998-ci il tarixli 0389 nömrəli şəxsih eyət üzrə əmri (polkovnik İddiaçı “Hərbi xidmət haqqında” Azəraycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamına keçirilməsi) və Azərbaycan Respublikası Müdafiə nazirinin 17 iyun 1998-ci il tarixli, 0391 nömrəli şəxsi heyət üzrə əmri (Müdafiə nazirinin sərəncamında “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktika Kafedrasının rəisi təyin oluması barədə) ləğv olunmuş, xidməti zərurətlə əlaqədar olaraq, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini vəzifəsinin icraçısı polkovnik İddiaçı xidməti mənafeyi naminə (səhhətinə görə) 17 iyun 1998-ci il tarixdən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktika Kafedrasının Rəisi təyin olunmuş hesab edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində xx.xx.2014-cü il tarixli 53707 nömrəli məlumat vərəqəsi tərtib edilərək iddiaçının vəzifəsi (tarif dərəcəsi) Baş Qərargah Rəisinin Birinci müavini vəzifəsinin icraçısı qeyd edilməklə, təminat xərcliyi həmin vəzifə maaşına müvafiq olaraq hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Bundan sonra iddiaçının əmək pensiyası həmin məlumat vərəqəsinə əsasən yenidən hesablanmışdır.

18. İddiaçının hazırda qənaəti cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirinin 05 aprel 2014-cü il tarixli 636 nömrəli əmri və həmin əmrdən sonra düzəliş edilərək verilmiş məlumat vərəqəsini nəzərə alaraq əslində pensiyaya çıxdığı 2002-ci ildən etibarən ona “Baş Qərargah Rəisinin Birinci müavini vəzifəsinin icraçısı” vəzifə maaşı əsasında hesablanmış təminat xərcliyinin əsas götürülməklə pensiyasının ödənilməli olmasıdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinə hər hansı bir cavab verilməmişdir. Məhkəməyə təqdim edilmiş etirazda isə cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, tələb olunan xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr Mərkəzi Filiala müraciət edilən xx.xx.2024-cü il tarixdən qanunvericiliklə müəyyən edilmiş 3 il müddətdən daha çox dövrü əhatə edir. Eyni zamanda hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını xx.xx.2007-ci il tarixdən etibarən Fond həyata keçirir. Buna görə də, hesab edirlər ki, iddia tələbində qeyd edilənlər qanuna uyğun deyildir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq hərəkətləri qanunauyğun olmuşdur.

19. Məhkəmə cavabdehin mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 31.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı omayaraq ödənilir (xx.xx.2017). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya).

21. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyarb 2021-ci il tarixli qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyev və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o, da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin Maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesbalanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yəni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 32-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.” 22.Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022ci il tarixli qərarında göstərilir ki, N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir.

23. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir”.

24. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin, əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxs hesab edilə bilməz. Belə ki, onun ilkin pensiya təyinatı məhz 01 iyul 2017-ci il tarixinədək (xx.xx.2002-ci il) təyin olunmuşdur və hazırki mübahisə pensiyanın təyini ilə bağlı deyil, cavabdeh tərəfindən pensiyanın təyin edilməsi zamanı düzgün hesablanmayan pensiya məbləğinin hesablanaraq ödənilməsi ilə bağlıdır.

25. İşin hallarından göründüyü kimi, iddiaçı barəsində ilkin olaraq xx.xx.2002-ci il tarixdən təyin edilərək ödənilmiş pensiya məbləği Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014cü il tarixli əmri əsasında düzəliş edilərək yenidən verilmiş xx.xx.2014-cü il tarixli məlumat vərəqəsi əsasında yenidən hesablansa da, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləği iddiaçıya ödənilməmişdir. 26.Məhkəmə eləcə də, iddiaçının tələbinin – “xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyaları 1 yanvar 2007-ci il tarixdən etibarən Dövlət Sosial Müdafiə Fonduna keçdiyindən həmin tarixdən əvvəlki dövrlər üzrə (xx.xx.2002-ci il tarixdənxx.xx.2007-ci il tarixədək) keçmiş müddət üçün pensiya fərqi məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilməsi qanunvericiliyin tələbərinə əsasən mümkün deyildir. Bu səbəbdən də, iddia tələbi qismən təmin edilməklə iddiaçıya xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ödənilməmiş əmək pensiyası məbləği ödənilməlidir.

27. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

28. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

29. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

30. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

32. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılarkən təyin edilmiş əmək pensiyası ilə 2014cü il tarixdə təyin edilmiş əmək pensiyası arasındakı ödənilməmiş pensiya məbləği fərqinin xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar