Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9947/2023 09.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 35 A nömrəli evin həyətinin ərazisində avtomobillərin saxlanılmasına tam qadağa qoyulması və texniki məhdudiyyətlərin yaradılması haqqında inzibati akt verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 35 A nömrəli evin həyətinin ərazisində avtomobillərin saxlanılmasına tam qadağa qoyulması və texniki məhdudiyyətlərin yaradılması haqqında inzibati akt verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 35A nömrəli evin 4 nömrəli mənzil qeydiyyat vəsiqəsi əsasında iddiaçıya məxsusdur. Həmin mənzildə onunla birlikdə X1 və nəvəsi X3 yaşayırlar. Həmin evin həyətində Cavabdeh tabrliyində ümumi istifadədə olan sahədə iddiaçının pəncərəsinin qabağında avtomobil dayanacağı qurulmuşdur. Avtomobillərin həmin dayanacağda saxlanılması nəticəsində evinin içinə qaz dolur və səslər iddiaçını narahat edir. Həmin avtomobillərin orada saxlanılması iddiaçının mənzilinin girişini bağlayır, oda iddiaçıya çətinlik yaradır. Onun nəvəsi ikinci qrup əlildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin etirazında göstərilmişdir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 5 (beş) mərtəbəli, 20 (iyirmi) mənzilli yaşayış binasında yaşayan sakinlərin ümumi istifadə yerinin məhdudlaşdırılması tələbini irəli sürərək sözügedən sahədə bina sakinlərinin avtomobillərinin saxlamamalırını tələb edir. Bu isə bu binada yaşayan digər sakinlərin hüquqlarının pozulması tələbi olduğundan həmin sahənin boş saxlanılması Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin səlahiyyəti xaricindədir. Belə ki, sözügedən ərazi həmin ünvanda yaşayan sakinlərin ümumi istifadəsində olduğundan həmin sakinlərin hüquqlarının pozulması tələbini ortaya çıxarır. Qeyd edirik ki, qaldırılan məsələ ilə bağlı qadağaların qoyulması həmin ünvanda yaşayan sakinlərin hüquqlarının və qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnə bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia ərizəsindən göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 35 A nömrəli evin həyətinin ərazisində avtomobillərin saxlanılmasına tam qadağa qoyulması və texniki məhdudiyyətlərin yaradılması haqqında inzibati akt verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından idarətdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası qanunvericilik normaları baxımından mümkünlük tələblərinə cavab vermədiyi üçün inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1. –ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 4.1-ci maddəsinə görə, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə görə, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2-ci maddəsinə uyğun olaraq, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. İddia ərizəsindən göründüyü kimi, iddiaçı coxmənzilli binada yaşayır. İddiaçının iddia ərizəsində qaldırdığı məsələnin həlli (evin həyətində avtomobillərin saxlamaqlarına qadağan qoyulması barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsi) cavabdeh- yerli icra hakimiyyəti orqanının şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində yalnız qanunla onun üzərinə qoyulmuş səlahiyyətləri çərçivəsində mümkün ola bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9-cu (şəhər və mənzilkommunal təsərrüfatı və abadlaşdırma sahələrində ümumi vəzifələrinə aid) bəndinə əsasən: 3.9.1. müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;3.9.2. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir;3.9.3. dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların yanacaq-enerji ehtiyatlarından və sudan istifadə hədlərinin hesablanması və müəyyən edilməsi üçün istinad olunan məlumatları formalaşdırır və bu hədləri müəyyənləşdirir;3.9.4. küçələrin işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olması işinin təşkilinə nəzarəti həyata keçirir;3.9.5. əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə və həcminə nəzarəti həyata keçirir;3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir;3.9.6-1. yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət edir3.9.7. qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür;3.9.8. müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir;3.9.9. mənzil fondunun və sosial-mədəni obyektlərin qış mövsümündə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür;3.9.10. yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir;3.9.11. istehsalat və məişət tullantılarının yığılması və daşınması işini təşkil edir, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlər görür, tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasını təmin edir. Göründüyü kimi qanunvericiliklə cavabdehin üzərinə şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində vəzifələrinin sırasına- avtomobillərin saxlanılmasına tam qadağa qoyulması və texniki məhdudiyyətlərin yaradılması haqqında tədbirlərin görülməsi kimi vəzifəsi daxil edilməmişdir. İddiaçının iddia tələbinin həlli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına əsasən tənzimlənir və yuxarıda istinad edilən həmin normalardan da aydın olur kimi, cavabdeh tərəfindən iddiaçının tələbi ilə bağlı hər hansı bir hərəkətin edilməsi qanunvericilik ilə onun vəzifələrinə aid edilməmişdir.Belə olan halda iddia ərizəsində cavabdeh qismində göstərilmiş Bakı şəhəri Cavabdeh iddiaçının iddia tələbinə cavab verən orqan deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən, -iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır; bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır; -iddiaçının hüquqi maragı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun; -iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım emək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə yuxarıda göstərilən bütün hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 35 A nömrəli evin həyətinin ərazisində avtomobillərin saxlanılmasına tam qadağa qoyulması və texniki məhdudiyyətlərin yaradılması haqqında inzibati akt verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-9947/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9947/2023
09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver