Məhkəmə qərarları › İş №2-1(112)-9947/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9947/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9947/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsinə dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.1991-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində (Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi) aparılmış 494 №-li doğum akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının valideyinləri X12 və X8 xx.xx.1989-cu il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1991-ci il tarixdə mən anadan olmuşam, bu barədə Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 494 nömrə ilə qeyd aparılmış və iddiaçının adına xx.xx.1991-ci il tarixli XİV-JQ № 485558 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Bir müddət keçdikdən sonra iddiaçının valideyinləri boşanmış və iddiaçı anasının himayəsində saxlanılmışdır. xx.xx.1994-cü il tarixli, İ-JQ № 469274 saylı boşanma haqqında şəhadətnamədən də göründüyü kimi nikah pozulduqdan sonra iddiaşının anası Haçıyeva soyadına yenidən qayıtmışdır. Bundan sonra, Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən iddiaçının adına təkrar yazısı qeyd olunmuş xx.xx.1991-ci il tarixli, İX-JQ № 300567 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin əsasında iddiaçıya şəxsiyyət vəsiqəsi verilmişdir. Həmçinin bütün digər sənədlərdə də (hərbi bilet, təhsil haqqında sənəd və s.) iddiaçının adı, soyadı, ata adı İddiaçı kimi qeyd olunmuşdur. Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən X9 adına verilmiş xx.xx.1991-ci il tarixli XİV-JQ № 485558 saylı doğum haqqında şəhadətnamə və İddiaçı adına təkrar yazısı qeyd olunmaqla verilmiş xx.xx.1991-ci il tarixli, İX-JQ № 300567 saylı doğum haqqında şəhadətnamələrdən də göründüyü kimi eyni şəxsə xx.xx.1991-ci il tarixdə qeydə alınmış 494 saylı doğum haqqında akt qeydi əsasında iki müxtəlif doğum haqqında şəhadətnamə verilmişdir. Lakin, Ədliyyə Nazirliyinin VVAQ elektron sistemində Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən X9 adına verilmiş xx.xx.1991-ci il tarixli XİV-JQ № 485558 saylı doğum haqqında şəhadətnamə barədə məlumat aşkar edilsə də, İddiaçı adma təkrar yazısı qeyd olunmaqla verilmiş xx.xx.1991-ci il tarixli, İX-JQ № 300567 saylı doğum haqqında şəhadətnamə barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Reyestri Xidmətinə və Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin cavab məktublarında da bildirilmişdir ki, vətəndaş X9 adma xx.xx.1991-ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 494 saylı doğum akt qeydinə əsasən xx.xx.1991 -ci il tarixli XİV-JQ serialı №485558 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin akt qeydinin üzərində xx.xx.1991-ci il tarixli, İX- JQ serialı № 300567 nömrəli təkrar doğum haqqında şəhadətnamənin alınması barədə heç bir qeydiyyat aparılmamış və həmin akt qeydi ilə İddiaçı adına təkrar yazısı qeyd olunmuş xx.xx.1991-ci il tarixli, İX-JQ № 300567 saylı doğum haqqında şəhadətnamənin verilməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçı qeyd edir ki, Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə qeydə alınmış 494 nömrəli doğum akt qeydində göstərilən məlumatlara əsasən təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə etdiyi müraciət də təmin edilməmişdir. Bu səbəbdən doğum haqqında şəhadətnamənin təkrarının verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, müraciətə əlavə olunmuş XİV-JQ seriyalı 485558 nömrəli İX-JQ seriyalı 300567 nömrəli doğum haqqında şəhadətnamələrə baxış keçirərkən hər ikisinin Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.1991-ci ildə qeydə alınmış 494 saylı doğum haqqında akt qeydinə əsasən tərtib edildiyi məlum olmuşdur. Lakin akt qeydinə əsasən Tural Səlimov XİV-JQ 485558 nömrəli şəhadətnamənin verildiyi müəyyən edilmişdir, İX-JQ nömrəli təkrar şəhadətnamənin həmin tarixdə verilməsi barədə akt qeydində məlumat aşkar olunmamışdır. Təqdim olunan sənədlərdən İddiaçı kimi AZE 45669527 seriyalı şəxsiyyət vəsiqəsi olsa da, X4 adına şəxsiyyət vəsiqəsi yoxdur. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəıti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7.-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayan uşaqların və faəliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə,övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə qəyyumluq və himayə orqanlarına,tərbiyə,müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə,onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatdığından və şəxsiyyəti təsdiq edən sənəd olmadığından ərizə təmin edilməmişdir.

4. 1 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydləri kitabına edilmiş qeydlərlə göstərilmiş məlumatlar arasında ziddiyyətlər olduğu üçün ərizə təmin edilə bilməz. Uyğunsuzluqların aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bundan sonra məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən ərizəyə təkrar baxıla bilər.

5. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş X9 adına xx.xx.1991 -ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 494 saylı akta əsasən doğum akt qeydi tərtib edilmiş və XİV LQ 485558 seriya nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Doğum akt qeydinin üzərində təkrar doğum haqqında şəhadətnamə alınması barədə heç bir qeydiyyat aparılmamış və həmin akt qeydi ilə İddiaçı adma doğum haqqında akt qeydi aşkar edilməmişdir.

6. X2 Reyestri Xidməti tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, müraciətə əlavə edilmiş XİV-JQ seriyalı 485558 nömrəli və İX-JQ seriyalı 300567 nömrəli doğum haqqında şəhadətnamələrə baxış keçirilərkən hər ikisinin Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.1991-ci ildə qeydə alınmış 494 saylı doğum haqqında akt qeydinə əsasən tərtib edildiyi məlum olmuşdur. Araşdırma nəticəsində Tural Səlimovun doğumunun adıçəkilən şöbədə rəsmiləşdirildiyi və bu barədə XİV-JQ seriyalı 485558 nömrəli şəhadətnamənin hazırlandığı müəyyən edilmişdir. Həmin akt qeydinin üzərində İX-JQ seriyalı 300567 nömrəli təkrar şəhadətnamənin verilməsi barədə məlumat aşkar olunmamışdır. Qeyd edilir ki, qeydiyyat orqanlarında X2 qeydiyyatına dair verilən ilkin şəhadətnamələrin surətləri X2 reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivlərində saxlanılmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "X2 dövlət qeydiyyatı Qaydası”na əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri məhkəmə sorğuları üzrə göndərilir. Məlumat verilir ki, həmin dövrə aid "Qeydiyyat orqanlarının fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətini göstərən nümunəvi siyahıya əsasən doğum haqqında tibbi şəhadətnamələrin, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlərin saxlanma müddəti 1 ildir. Bu səbəbdən doğumun qeydə alınmasına əsas olmuş sənədlərin göndərilməsi mümkün deyildir.

7. V-JQ 331331 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, X12 və X10 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Səlimova” soyadı verilmişdir.

8. İ-JQ 469274 nömrəli Boşanma haqqında Şəhadətnamənin surətindən görünür ki, X12 və X11 arasında olan nikah xx.xx.1994-cü il tarixdə ləğv edilmişdir. Nikah ləğv olunduqdan sonra qadına “Hacıyeva” soyadı verilmişdir.

9. xx.xx.1991-ci il tarixli 494 №-li Doğum haqqında Akt Qeydinə əsasən: Uşaq haqqında məlumat – Soyadı: Səlimov; Adı: Tural; Atasının adı: Rüfət oğlu; Doğulduğu vaxt: xx xxxxxx 1991-ci il Ata haqqında məlumat – Soyadı: Səlimov; Adı: Rüfət; Atasının adı: İsmayıl oğlu Ana haqqında məlumat – Soyadı: Səlimova; Adı: Suadə; Atasının adı: Tariyel qızı

10. İX-JQ 300567 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə doğulmuşdur. Bu barədə Doğum haqqında Akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 494 № ilə qeyd edilmişdir. X3, anası Hacıyeva Suadadır.

11. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı barəsində “Vətəndaşlıq vəiyyəti aktları” X1 Sistemi üzrə yoxlama aparılmış, onun doğumu haqqında akt qeydi aşkar edilməmişdir.

12. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə AA5278442 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsi əsas olmuş sənədlərin surəti təqdim edilmişdir. Şəxsiyyət vəsiqəsi № ******** Soyadı: Hacıbəyli Adı: Tural Atasının adı: Tariyel oğlu

13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, atası X7r, atası X12 və anası X16 qəzə boşandıqları üçün iddiaçıya məxsus İX-JQ 300567 nömrəli təkrar Doğum haqında şəhadətnamədə soyadı Hacıbəyli, ata adı “Tariyel” (babasının adı) qeyd olunmuşdur.

II. İddianın növü

14. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

III. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi

17. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X2, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X2 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X2 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X2 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 9.1-ci bəndinə əsasən, X2 qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında X2 qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, X2 qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər 13-cü bəndinə əsasən, X2 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən X2 qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya X2 itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

19. Məhkəmə ilk növbədə müəyyən edir ki, hazırki iş üzrə mübahisənin yaranma səbəbi iddiaçıya məxsus xx.xx.1991-ci il tarixli 494 №-li Doğum haqında Akt Qeydi əsasında verilmiş iki fərqli Doğum haqqında Şəhadətnamənin mövcud olmasıdır: 1) XİV-JQ 485558 nömrəli Doğum haqqında Şəhadətnamədə vətəndaşın soyadı, adı və ata adı “X15” kimi 2) İX-JQ 300567 nömrəli Doğum haqqında Şəhadətnamədə vətəndaşın soyadı, adı və ata adı “İddiaçı” kimi qeyd olunmuşdur.

20. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə "Doğum haqqında qeydin olması və ya onun bərpa edilməsi ilə bağlı təqdim etdiyi sənəd əsasında yuxarıda istinad edilmiş Qaydalara əsasən təkrar “Doğum haqqında” şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur.

21. Cavabdeh orqan xx.xx.1991-ci il tarixli 494 №-li Doğum haqqında Akt Qeydi əsasında verilmiş doğum haqqında şəhadətnamələrdəki (XİV-JQ 485558 nömrəli və İX-JQ 300567 nömrəli) məlumatlar arasında ziddiyyətlər olduğu bildirmiş və bununla əlaqədar qaydalarda nəzərdə tutulmuş müddəalara istina edərək iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir.

22. Məhkəmə iş materiallarına və iddiaçının izahatına əsasən müəyyən etmişdir ki, iddiaçının atası X12 və iddiaçının anası X8 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra X5 “Səlimova” soyadı verilmişdir (V-JQ 331331 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən). xx.xx.1991-ci il tarixdə İddiaçı doğulmuşdur və bu barədə Doğum haqqında Akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 494 № ilə qeyd edilmiş, XİV-JQ 485558 nömrəli Doğum haqqında Şəhadətnamə verilmişdir. xx.xx.1991-ci il tarixli, 494 nömrəli Doğum haqqında Akt Qeydində və XİV-JQ 485558 nömrəli Doğum haqqında Şəhadətnamə uşağın soyadı, adı, atasının atı “X15” kimi qeyd olunmuşdur. Daha sonra xx.xx.1994-cü il tarixdə iddiaçının atası X12 və iddiaçının anası X11 arasında olan nikah ləğv edilmiş, X6 “Hacıyeva” soyadı verilmişdir. Nikah ləğv edildikdən sonra müraciət əsasında İddiaçı İX-JQ ******* nömrəli təkrar Doğum haqqında şəhadətnamə verilmiş və şəhadətnamədə uşağın soyadı, adı və ata adı “İddiaçı” kimi qeyd edilmişdir (Tariyel iddiaçının babasının adıdır).

23. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının (fərdi vəziyyəti nəzərə alınaraq) qeyd edilən dəlilləri inandırıcılıq və ağlabatanlıq keyfiyyətinə malikdir. Belə ki, iddiaçının İddiaçı məxsus xx.xx.1991-ci il tarixli 494 №-li Doğum haqqında Akt Qeydi əsasında verilmiş 2 fərqli doğum haqqında şəhadətnamənin olması anlaşılandır və doğum haqqında şəhadətnamələrin eyni şəxsə məxsus olması məhkəmədə şübhə yaratmır.

24. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.

25. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər" anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada hazırkı mübahisə üzrə “xx.xx.1991-ci il tarixli 494 №li Doğum haqqında Akt Qeydi” iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir.

26. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin mövcud olması öz təsdiqini tapmışdır (cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir) və həmin sənəd əsasında iddiaçıya təkrar doğum haqqında şəkadətnamə verilməsi mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.1991-ci il tarixli 494 №-li Doğum haqqında Akt Qeydi əsasında doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Binəqədi Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar