Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9952/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və 57 yaşından hesablanıb verilməsi vəzifəsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə “Kirovneft” və Qazçıxarma İdarəsinin 57 saylı uşaq bağçasına xadimə işinə qəbul edilmişdir. xx.xx.1975ci il tarixli 80d saylı əmr ilə quyuların yeraltı təmiir sexinə köçürülmüşdür. xx.xx.1975-ci il 1201 k saylı əmr ilə quyuların yeraltı təmiri sexinə 2-ci dərcəli yuyucu xadimə işinə keçirilmişdir. xx.xx.1975-ci ilddə (əmr 1201k, xx.xx.1975-ci il) 1-ci dərəcəli yuyucu, xx.xx.1984-cü ildə Elmi-tədqiqat istehsalat işləri sexinə kimyəvi analiz üzrə 2-ci dərəcəli laborant peşəsinə, xx.xx.1987-ci ildə Elmi-tədqiqat istehsalat işləri sexi və istehsalın avtomatlaşdırılması və nəzarət ölçü cihazlarının bilrəşdirilməsi ilə vahid avtomatlaşdırma və elmi-tədqiqat istehsalat sexi, xx.xx.01987-ci ildə mühəndis-kimyaçı vəzifəsində, xx.xx.1989-cu ildə istehsalatın avtomatlaşdıırlması və elmi-tədqiqat istehsalat işləri sexində mühəndis, xx.xx.1994-cü ildə Elmi-tədqiqat istehsalat işləri sexi və istehsalın avtomatlaşdırılması sexinin iki müstəqil sexə ayrılması ilə əlaqədar Elmi-tədqiqat istehsalat işləri sexinə hidrogeologiya və neft qazın, suyun kimyəvi analiz laboratoriyasına 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci ildə İdarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. Göründüyü kimi, xx.xx.1975-ci ildən xx.xx.2005-ci ilədək 30 ilədək müddətdə Azərbaycan Respublikası NK-nin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin,vəzifələrin və ğöstəricilərin Siyahısı”nın 10-cu “Neft qazılması və hasilatı, neft, qaz konsensatı kömür və saxlanılması sahəsi ” yarımbölməsində və 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilən vəzifələrlə (peşələrlə) eynilik təşkil edir. Bununla bağlı cavabdehə güzəştli əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etsə də, inzibati orqan tərəfindən müraciəti təmin edilməmişdir. Hesab edir ki, bu cabab tam qanunsuz və əsasızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, № 3-17-1/2- 229422/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri: İddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-cı il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını. X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı 57 yaşının tamam olması səbəbiylə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının cavabdeh orqandan tələb etdiyi şəkildə, yəni 57 yaşının tamam olması səbəbiylə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının güzəştli iş stajı qanunvericiliklə tələb olunan güzəştli iş stajı mövcüd olmadığından cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş SOCAR-ın xx.xx.2023-cü il tarixli 14-2-1/2- H-153-1/2023-128 nömrəli arayışında iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Kirovneft Neft və Qazçıxarma İdarəsinin 57 №-li uşaq bağçasında, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Quyuların yeraltı təmiri sexində xadimə, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək yuyucuxadimə, xx.xx.1975-ci il tarixdən xx.xx.1984- cü il tarixədək yuyucu, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Elmi-tədqiqat istehsalat işləri sexində, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək istehsalatların avtomatlaşdırılması və elmi-tədqiqat istehsalat işləri sexində kimyəvi analiz üzrə laborant, 0911.1987-ci il tarixdən xx.xx.1988-cı il tarixədək mühəndis-kimyaçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Binəqədi Neft və Qazçıxarma İdarəsinin İstehsalatının Avtomatlaşdırılması və elmi-tədqiqat istehsalat İşləri sexində, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Elmi-tədqiqat istehsalat işləri sexinin hidrogeologıya və neft-qazın, suyun kimyəvi analiz laboratoriyasında mühəndis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin arayışa əsasən iddiaçının Kirovneft Neft və Qazçıxarma İdarəsi və Binəqədi Neft və Qazçıxarma İdarəsində xx.xx.1975-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi vəzifələr( peşələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin 10.2 neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi yarımbölməsində və 35-ci ümumi peşələr bölməsində qeyd edilən vəzifələrlə eynilik təşkil etmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından iştirak edən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia ona cavab verməli olan orqana qarşı qaldırılmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X3 küçəsi, ev 1B, mənzil 77 üvanında pasport qeydiyyatındadır. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada tərcümə - təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir; “Kirovneft" Neftqazçıxarma İdarəsi 57 №-X5” (iş stajı: 09 gün) xx.xx.1975-ci il tarixdə xadimə vəzifəsinə qəbul edilmişdir; xx.xx.1975-ci il tarixdə tutduğu vəzifədən azad edildi və "Kirovneft” Neftqazçıxarma İdarəsi QYTS-nə köçürülmüşdür. “Kirovneft” Neftqazçıxarma İdarəsində (iş stajı: 30 il, 05 gün) xx.xx.1975-ci il tarixdə 57 №-li X1 yeraltı təmiri sexinə 2-ci dərəcəli yuyucutəmizləyici vəzifəsinə keçirilmişdir; Strukturun dəyişməsi və yeni əmək haqqı sisteminə keçidlə əlaqədar Quyuların yeraltı təmiri sexi dekabr 1995-ci il tarixindən quyuların əsaslı və yeraltı təmiri sexi adlandırılmışdır. xx.xx.1975-ci il tarixdə yeni əmək haqqı sisteminə keçidlə əlaqədar 1- ci dərəcəli yuyucu peşəsi verilmişdir; xx.xx.1984-cü il tarixdə Quyuların yeraltı təmiri sexinə kimyəvi analiz laborantı vəzifəsinə köçürülmüşdür; xx.xx.1987-ci il tarixdə Avtomatlaşdırma və tədqiqat-istehsalat işləri üzrə sexə kimyaçı mühəndis vəzifəsinə təyin edilmişdir; “Kirovneft” NQÇİ-nin 23.07.87-ci il tarixli 367 №li əmrinə əsasən Avtomatlaşdırma və tədqiqat- istehsalat sexi QYTS ilə birləşdiilmiş və Avtomatlaşdırma QYTS yaradılmışdır; xx.xx.1987-ci il tarixdə layların neftvermə əmsalının artırılması üzrə elmi - tədqiqat laboratoriyasının kimyaçısı vəzifəsinə təyin edilmişdir; xx.xx.1989-cu il tarixdə layların neftvermə əmsalının artırılması üzrə elmi- tədqiqat laboratoriyasına 2-ci dərəcəli mühəndis vəzifəsinə köçürülmüşdür; xx.xx.1992-ci il tarixdə “Kirovneft” NQÇİ “Binəqədineft” NQÇİ adlandırılmışdır; xx.xx.1994-cü il tarixdə QYTS və ATİS ayrılması səbəbindən Avtomatlaşdırma və tədqiqat-istehsalat sexinin 8-ci dərəcəli mühəndisi vəzifəsinə təyin edilmişdir; xx.xx.2004-cü il tarixdə ştat cədvəlinə əsasən 12-ci dərəcəli təyin edilmişdir; xx.xx.2005-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Binəqədi OİL Company şirkətində (iş stajı: xx.xx.2017-ci il tarixədək 09 il, 09 ay, 16 gün) xx.xx.2005-ci il tarixdə “Suvarma” sexinə mühəndis vəzifəsinə qəbul edilmişdir; xx.xx.2007-ci il tarixdə “Suvarma” sexi Dinamometriya hasilatın ölçülməsi və suvarma sexi adlandırılmışdır; xx.xx.2009-cu il tarixdə “İstehsalat texniki” şöbənin tədqiqat sahəsinə mühəndis vəzifəsinə keçirilmişdir; xx.xx.2012-ci il tarixdə Metrologiya xidmətinin mərkəzi laboratoriya şöbəsinə mühəndis vəzifəsinə keçirilmişdir; xx.xx.2019-cu il tarixdə vəzifəsindən azad edilmişdir. “SOCAR”ın xx.xx.2023-cü il tarixli, № 14-2/2-H-153-1/2023-574 saylı “Arxiv arayışı”nda göstərilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1975-ci ildə (əmr № 78, xx.xx.1975-ci il) “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 57 Nə-li uşaq bağçasına xadimə işinə qəbul edilmişdir. xx.xx.1975-ci ildə (əmr № 80, xx.xx.1975-ci il) Quyuların yeraltı təmiri sexinə köçürülmüşdür. xx.xx.1975-ci ildə (əmr № 1201 k, xx.xx.1975-ci il) Quyuların yeraltı təmiri sexinə 2ci dərəcəli yuyucu xadimə işinə keçirilmişdir. xx.xx.1975-ci ildə (əmr № 650, xx.xx.1975-ci il) 1-ci dərəcəli yuyucu işinə keçirilmişdir. xx.xx.1984-cü ildə (əmr № 214 k, xx.xx.1984-cü il) Elmi-tədqiqat istehsalat işləri sexinə kimyəvi analiz üzrə 2-ci dərəcəli laborant peşəsinə keçirilmişdir. xx.xx.1987-ci ildə (əmr № 712 k, xx.xx.1987-ci il) Elmi-tədqiqat istehsalat işləri sexi və İstehsalın avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexinin birləşdirilməsi ilə vahid Avtomatlaşdırma və elmi-tədqiqat istehsalat işləri sexi yaradılmışdır. xx.xx.1987-ci ildə (əmr № 891 k, xx.xx.1987-ci il) mühəndis-kimyaçı vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə (əmr №135 k, xx.xx.1989-cu il) İstehsalatın avtomatlaşdırılması və elmi-tədqiqat istehsalat işləri sexinə (sonrakı adı Elmi-tədqiqat və istehsalat işlərinin avtomatlaşdırılması sexi) mühəndis vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 177 Nə-li Qərarına və “Azərineft” Birliyinin xx.xx.1992-ci il tarixli 110 №-li əmrinə əsasən “Kirovneft” NQÇİ “Binəqədineft” NQÇİ adlandırılmışdır. xx.xx.1994-cü ildə (əmr № 59 k, xx.xx.1994-cü il) Elmi-tədqiqat və istehsalat işlərinin avtomatlaşdırılması sexinin iki müstəqil sexə ayrılması ilə əlaqədar Elmi-tədqiqat istehsalat işləri sexinə hidrogeologiya və neft-qazın, suyun kimyəvi analiz laboratoriyasına İİ dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci ildə (1 №-li protokol) idarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. Əsas: Fond Nə 65, Siyahı Nə 1, Sax/vah. Nə 31,34,123,135,140,164 “SOCAR”ın xx.xx.2023-cü il tarixli, № 14-2-1/2-H-153-1/2023-128 saylı məktubunda göstərilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş 06 mart 2023-cü il tarixli 14-2/2-H-153-1/2023-574 nömrəli arxiv arayışından və ərizəyə əlavə olunmuş MT- 0131461 Ns-li əmək kitabçasındakı qeydlərdən müəyyən olunur ki, iddiaçı “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin 57 №-li uşaq bağçasında xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, Quyuların yeraltı təmiri sexində xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək xadimə, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək yuyucu xadimə, xx.xx.1975-ci il tarixdən xx.xx.1984-cü il tarixədək yuyucu, Elmi-tədqiqat istehsalat işləri sexində xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, İstehsalatın avtomatlaşdırılması və elmi-tədqiqat istehsalat işləri sexində xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək kimyəvi analiz üzrə laborant, xx.xx.1987-ci il tarixdən xx.xx.1988ci il tarixədək mühəndis-kimyaçı, xx.xx.1989- cu il tarixdən xx.xx.1992-ci il tarixədək, “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin İstehsalatın avtomatlaşdırılması və elmitədqiqat istehsalat işləri sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, Elmitədqiqat istehsalat işləri sexinin hidrogeologiya və neft-qazın, suyun kimyəvi analiz laboratoriyasında xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək mühəndis vəzifəsində (peşəsində) işləmişdir. İddiaçının “Kirovneft” Neft və Qazçıxarma İdarəsi və “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində xx.xx.1975-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi yuxanda qeyd edilən vəzifələr (peşələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №- li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində və 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilən vəzifələrlə (peşələrlə) eynilik təşkil etmir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-153913/2023 №li imtina məktubunda qeyd olunmuşdur ki, “...“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” Məhkəmənin müvafiq sorğusuna əsasən: “SOCAR”ın xx.xx.2024-cü il tarixli, № 14-2-1/2-1826/2024 saylı cavab məktubunda göstərilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş 14-2/2- H : 53-1 2023- 574 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışında İddiaçı “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin (əvvəlki “Kirovneft” NQÇİ) 57 №-li uşaq bağçasında xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, Quyuların yeraltı təmr sexində xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək xadimə, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci ii tarixədək yuyucu xadimə, xx.xx.1975-ci il tarixdən 21,03.1984-cü il tarixədək yuyucu, Elmi-tədqiqat istehsalat işləri sexində xx.xx.1984-cü il tarixdən xx.xx.1987- ci il tarixədək. Avtomatlaşdırma və elmi-tədqiqat istehsalat işləri sexində xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək kimyəvi analiz üzrə laborant, xx.xx.1987-ci il tarixdən xx.xx.1988ci ıi tarixədək mühəndis-kimyaçı, istehsalatın avtomatlaşdırılması və elmi-tədqiqat istehsalat işləri sexində (sonrakı adı Elmi-tədqiqat və istehsalat işlərinin avtomatlaşdırılması sexi) xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək, Elmi-tədqiqat istehsalat işləri sexinin hidrogeologiya və neft-qazın, suyun kimyəvi analiz laboratoriyasında xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək mühəndis vəzifəsində (peşəsində) işlədiyi qeyd edilir. İddiaçı “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində xx.xx.1975-ci il tarixdən 01 09.2005-cı il tarixədək işlədiyi vəzifələr (peşələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci ıl tarixli 12 Nq-ü qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində və 35-ci "Ümumi peşələr” bölməsində qeyd edilən vəzifələrlə (peşələrlə) uyğunluq təşkil etmir. Tətbiq edilən hüquq. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasının: ... Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə; Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (bənd 1). İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır (bənd 3). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixdən qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; .... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) şəxs pensiya almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmalı; 2) qanunvericiliklə nəzərdə tutulmuş 20 il ümumi sığorta stajına malik olmalı; 3) işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş siyahısında təsbit olunmalı; 4) həmin peşə üzrə qanunvericiliklə nəzərdə tutulmuş 10 il xüsusi sığorta stajına malik olmalıdır. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt xx.xx.1958-ci il təvəllüdlü iddiaçı tərəfindən ödənilmişdir. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, “Kirovneft" Neftqazçıxarma İdarəsi 57 №-X4 iş stajı 09 gün, “Kirovneft” Neftqazçıxarma İdarəsində iş stajı 30 il, 05 gün və Binəqədi OİL Company şirkətində iş stajı xx.xx.2017-ci il tarixədək 09 il, 09 ay, 16 gün təşkil edir. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının əmək kitabçasında qeydlər əsasında ümumi iş stajı 20 ildən çox yəni, 36 il, 10 ay təşkil edir ki, bu isə özlüyündə sonuncuya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş ümumi stajının ödənildiyini sübut edir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajına malik olmamışdır. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, iddiaçı güzəştli iş stajına malik olduğunu iddia etsə də, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamış, ümumiyyətlə həmin vəzifələr həmin Siyahıda nəzərdə tutulmuş digər vəzifələr ilə funksional baxımından eynilik təşkil etməmişdir. Bu həm iddiaçı tərəfindən təqdim olunmuş sənədlər toplusunda, eləcə də məhkəmənin müvafiq sorğusuna əsasən təqdim edilmiş cavab məktubunda da bir daha öz əksini tapmışdır. Belə ki, iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən onun güzəştli iş stajının hansı tarixlər arasında mövcud olması, hansı dövrlərin güzəştli iş stajı kimi nəzərə alınmaması ilə bağlı aparmış orduğu araşdırma nəticəsində məhkəməyə təqdim etdiyi məktubda (arayış) iddiaçının işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulmadığını bildirmişdir ki, həmin məktubun mötəbərliyini şübhə altına alacaq hər hansı səbəb mövcud olmadığından, iddiaçının 10 ildən çox olması zəruri şərt olan güzəştli şərtlərlə pensiya təyini üçün əsas olan tələbin yerinə yetirilmədiyi qənaətinə gəlir. Göründüyü kimi əmək funksiyalarının nədən ibarət olması, işçilərin hansı sahə üzrə işləməli olması və ya işləmiş olması barədə məlumata müstəsna səlahiyyətə malik olan müəssisə tərəfindən iddiaçının güzəştli iş stajına malik və ya malik olmayan dövrlərin mövcudluğuna qiymət verilmişdir ki, həmin qiymətləndirmə məhkəmə üçün şəxsə güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə tələbin təminini istisna edir. Təsadufi deyildir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda (2.4.1-ci yarımbənd) güzəştli şərtlərlə şəxsə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair məhz iş yerinin arayışının təqdim edilməsi zərurəti müəyyən edilmişdir. Həmin zərurətin yaranma səbəbini də, məhkəmə onunla əlaqələndirir ki, şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair düzgün məlumat, təbii haldır ki, hər hansı qurum və ya şəxs tərəfindən yox, məhz iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən verilə bilər. Təbii haldır ki, həmin arayışın tədqiqi və güzəştli pensiya təyinində nəzərə alınıb-alınmaması inzibati məhkəmə icraatında məhkəmənin müstəsna səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən müvafiq sorğular verilərək, eyni zamanda yuxarıda adıçəkilən siyahılar tətqiq edilərək aparılmış araşdırma nəticəsində mötəbərliyinə şübhə yarada biləcək hər hansı məqam aşkar edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulan güzəştli iş stajına malik olmadığından, onun güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda qeyd olunanlara əsasən və İPM-nin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9952/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9952/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver