Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-996/2021 22.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas işləmir) iddiaçının vəkili X5 ( Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, 14 saylı vəkil bürosunda vəkil işləyir) cavabdehin nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayon bələdiyyəsinin sərəncamı əsasında icarədə olan ünvan 1 ünvanında yerləşən 199,5 kv.m torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına icarə hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayon bələdiyyəsinin sərəncamı əsasında icarədə olan ünvan 1 ünvanında yerləşən 199,5 kv.m torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına icarə hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Yasamal Bələdiyyəsinin 09.02.2006-ci il tarixli 11/06 sərəncamına və sərəncam əsasında eyni tarixdə bağlanmış 10 saylı icarə müqaviləsinə əsasən Yasamal rayonu,Ə.Ələkbərov küç.,1056-ci məhəllə ünvanında yerləşən 199,5 kv.m. torpaq sahəsi iddiaçıya icarəyə verilib. 15.10.2019-ci il tarixində DƏDRX-in 1 saylı ərazi idarəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, icarə hüququnu təsdiq edən çıxarışın verilməsi barədə ərizə ilə müraciət etmişdir. 06.11.2019-ci il tarixində aldığı cavaba əsasən ərizəsinin icrasından imtina edilmişdir. İmtinaya səbəb kimi isə torpaq sahəsinin yaşayış binasının qarşısında ümumi istifadə üçün nəzərdə tutulan yaşıllıq ərazisində yerləşdiyi və yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının rəyi əlavə edilməməsi göstərilmişdir. Bundan sonra o, qeyd edilən çatışmamazlıgı aradan qaldıraraq, yəni Yasamal rayon İcra Hakimiyyətinin 24.05.2013-ci il tarixli 203 saylı sərəncamı sənədlərə əlavə edərək 22 fevral 2020-ci il tarixində təkrar olaraq icarə hüququnu təsdiq edən çıxarışın verilməsi barədə ərizə ilə DƏDRX-1 saylı Bakı ərazi idarəsinə müraciət etdi. Bu dəfədə ərizənin icrasından imtina olundu. Səbəb olaraq isə qeyd edilir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarını sənədlərə əlavə etməmişdir. Bu formal xarakter daşıyan bir imtinadır. Bələ ki, həm bələdiyyə qərarı həm də yerli icra orqanının sərəncamı ərizəsinə əlavə edilmişdir. Göründüyü kimi inzibati orqan heç bir tutarlı səbəb və ya əsas göstərmədən ərizənin icrasından imtina etmişdir. İddiaçı qeyd etdiyi torpaq sahəsinin ona icarəyə verilməsinə əsas olmuş Yasamal rayon Bələdiyyəsinin 09.02.2006-ci il tarixli 11/06 saylı sərəncamı hələ 2008-ci ildə məhkəmə qaydasında mübahisələndirilmiş və sərəncamın ləğvi barədə məhkəmədə iddia qaldırılmışdır. Yasamal Rayon Məhkəməsinin 30 may 2008 -ci il tarixli qətnaməsi ilə sərəncamın ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2008-ci il tarixli qərarı və Ali Məhkəmənin Mülki Kollegiyasının 04 noyabr 2011-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə hələ 2011-ci ildən qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə Yasamal rayon Bələdiyyəsinin 09 fevral 2006-ci il tarixli 11/06 saylı sərəncamı qanuni hesab edilmişdir. Bu baxımdan DƏDRX-in 1 saylı Bakı Ərazi darəsi tərəfindən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına almayaraq, icarə hüququnu təsdiq edən çıxarışın verilməsindən imtina edilməsi tam qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair etirazın tələbi edilməsinə baxmayaraq sərəncam icra edilməmiş, iddiaya dair etiraz cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)... Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili M.Bədəlov iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Yeganlı cavabdehin iddiaçıya ünvanlanmış imtina məktublarının qanuni olduğunu təsdiq edərək, bu məsələnin həll edilməsinin tərəfdarı olduğuna baxmayaraq iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını, iddiaçının vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. İş materiallarında olan: Cavabdehin iddiaçıya ünvanlandığı 01.05.2020-ci il tarixli, **********91 məktubunda bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarı əlavə olunmamış və MŞBİ-nin rəyi sənəd toplusuna əlavə edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 06.11.2019-cu il tarixdə, **********69 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Cavabdehin iddiaçıya ünvanladığı 06.11.2019-cu il tarixli, **********69 nömrəli məktubunda bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq faktiki torpaq sahəsi yaşayış binasının qarşısında olan ümumi istifadə üçün nəzərdə tutulan yaşıllıq ərazisində yerləşir. Yerləşmə cizgisindəki perimetrik ölçülərə əsasən 199.5 kv.m-dir, faktiki koordinatlara əsasən isə 298.0 kv.m təşkil edir. Eyni zamanda sözügedən torpaq sahəsi ilə yaşayış binasının ara məsafəsi nəzərə alınmalıdır. Sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi əlavə edilməmişdir. Bu səbəblərdə iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı 28.01.2013-cü il tarixli, K-22 nömrəli məktubuna əsasən, ünvan 4 ünvanında yaşayan vətəndaş İddiaçı müraciət edərək, Ş.Mehdiyev küçəsi 1056-cı məhəllə, 97 saylı binada, ona məxsus mağazanın yanındakı ərazidə yerləşən, uzun illər istifadəsində olan sahədə təqdim etdiyi eskiz layihəsi əsasında ofis və xidmət binasının tikintisinə icazə verilməsini xahiş etmiş və qeyd edilən ünvanda vətəndaş İddiaçı istifadəsində olan sahədə təqdim olunmuş eskiz layihəsi əsasında ofis və xidmət binasının tikintisinə etiraz etmədiyini və qaldırılmış məsələnin onların müzakirəsinə təqdim etdiyi qeyd edilmişdir. Memarlıq və Şəhərsalma Baş İdarəsinin Yasamal rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 22.05.2013-cü il tarixli məktubuna əsasən, 28.01.2013-cü il tarixli, K-22 saylı razılıq məktubu nəzərə alaraq, vətəndaş İddiaçı Yasamal rayonu, Ak.Ş.Mehdiyev küçəsi, 1056-cı məhəllədə ofis və xidmət binasının tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi (ArxDizayn MS MMC-nin işi, memar L.Şıxlarova) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyinin alınması şərti ilə razılaşdırılır, obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıq-planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalı, tikinti altına düşməsi zəruri olan ağacların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.09.2005-ci il tarixdə təsdiq etdiyi “Azərbaycan Respublikasında meşə fonduna aid olmayan ağac və kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları” haqqında 173 saylı Qərarın tələblərinə əsasən köçürülməsi təmin olmalı, sahənin ayrılması və tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşdirmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmalı olduğu, bildirilmişdir. Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin 07 fevral 2006-cı il tarixli, 11/06 nömrəli Sərəncamında qeyd olunmuşdur: “ ünvan 6 ünvanda yaşayan X6 ərizə ilə Yasamal bələdiyyəsinə müraciət edərək,Ə.Ələkbərov küçəsi 1056-ci məhəllə ev 97-də onun mülkiyyətində olan 18 saylı mağazanın qarşısında abadlaşdırılıb istifadə etdiyi (9,5 x 21) metr ölçüdə torpaq sahəsinin sənədləşdirilməsni xahiş etmişdir.Ərizə yerində araşdırılmış və müəyyən edilmişdir ki. İddiaçı qeyd olunan ünvanda (9,5 x 21) metr ölçüdə torpaq sahəsini setkaya alıb onun Ə.Ələkbərov küçəsi 1056-cı məhəllə, ev 97-də onun mülkiyyətində olan 18 saylı mağazanın qarşısında abadlaşdırıb istifadə etdiyi 199.5 kv.metr torpaq sahəsindən istifadə etməsi faktı təsdiq edilsin və o vergi ödəyicisi kimi qeydə alınsın. 2 “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vətəndaş İddiaçı 199.5 kv.metr torpaq sahəsi icarəsinə verilsin.3. İcarəyə verilmiş torpaq sahəsinin icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vətəndaş İddiaçı bildirilsin.4. sərəncamın icrası icra aparatının vergi və ödənişlər şöbəsinə tapşırılsın” ”Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 24.05.2013-cü il tarixli, 203 nömrəli Sərəncamında qeyd olunmuşdur: “ 1.Yasamal rayonu, Ak.Ş.Mehdiyev küçəsi,1056-cı məhəllə, 97 saylı binanın vətəndaş İddiaçı razılaşdırılmış eskiz layihəsində göstərilən 228,0 kv.m torpaq sahəsində ofis və xidmət binasının tikintisinə icazə verilsin.2. Tikinti işləri müvafiq razılaşmalar və ekspertiza edilmiş işçi layihə sənədləri əsasında aparılsın;3. İddiaçı tapşırılsın ki, torpaq sahəsindən istifadəyə dair müvafiq qurumlara müqavilə bağlansın və torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən çıxarışını təmin etsin.4. işçi layihəsi FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıq –planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunsun... Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış 09 fevral 2006-cı il tarixli, 10 nömrəli torpaq icarə müqaviləsinə əsasən, ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 199,5 kv metr olan torpaq sahəsi 09 fevral 2006-cı il tarixdən 09 fevral 2021-ci il tarixə qədər İddiaçı icarəyə verilir. Yasamal Rayon Məhkəməsinin 30 may 2008-ci il tarixli, 2(004)-1031/2018 saylı Qətnaməsindən görünür ki, X3 cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı maraqlı şəxs İddiaçı olmaqla “sərəncamın ləğv edilməsi “ barədə iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 28 oktyabr 2008-ci il tarixli, 2(103)-3764/2008 saylı qətnaməsindən görünür ki, X3 Yasamal rayon Bələdiyyəsinə qarşı sərəncamın ləğvi edilməsi barədə Yasamal Rayon Məhkəməsinin 30 may 2008-ci il tarixli, 2(004)-1031/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2011-ci il tarixli, 2(102)-3303/2011 saylı qərarından görünür ki, X3 Yasamal rayon Bələdiyyəsinə qarşı sərəncamın ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 28 oktyabr 2008-ci il tarixli, 2(103)-3764/2008 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi 30.06.2020ci il tarixli, 09/3-67 saylı məktubunda məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, Yasamal rayonu Yasamal Bələdiyyəsinin 9 fevral 2006-cı il tarixli, 11/06 saylı sərəncamı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində aşkar olunmamışdır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinin 02 dekabr 2020-ci il tarixli, 1135 nömrəli məktubuna əsasən, Bakı şəhəri, Yasamal Bələdiyyəsi sədrinin 09 fevral 2006-cı il tarixli 11/06 saylı sərəncamı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ünvan 9 ünvanda 199.5 kv.metr ölçüdə torpaq sahəsi vətəndaş İddiaçı uzun müddətli icarəyə verilmiş və onunla Yasamal Bələdiyyəsi arasında 09 fevral 2006-cı il tarixli, 10 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmışdır və hazırda da həmin icarə müqaviləsi qüvvədədir…Yasamal bələdiyyəsi tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidməti ********** saylı 11.11.2016-с il tarixli məktubla bildirmişdir ki, qeyd olunan koordinatlara əsasən sözü gedən torpaq sahəsi Yasamal bələdiyyəsinin mülkiyyətinə aid torpaqların hüdudları daxilində yerləşir. İddiaçı tərəfindən bağlanılmış icarə müqaviləsi üzrə icarə haqqları tam və vaxtlı-vaxtında ödənilir. Müqavilə müddətinin uzadılmasına dair 10 noyabr 2020-ci il tarixli əlavə razılaşmaya əsasən, Bakı şəhər Yasamal bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış “Torpaq icarəsi haqqında” 09 fevral 2006-cı il tarixli, 10 nömrəli müqavilənin müddəti 09 fevral 2006-cı il tarixdən 09 fevral 2070-ci il tarixə qədər uzadılmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Yasamal bələdiyyəsinin sədrinin 09.02.2006-cı il tarixli, 11/06 nömrəli sərəncamı əsasında 10 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi., 1056-cı məhəllə ünvanında yerləşən 199,5 kv.metr torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi., 1056-cı məhəllə ünvanında yerləşən 199,5 kv.metr torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, icarə hüququnu təsdiq edən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ; İşin faktiki hallarına görə iddiaçı Yasamal rayonu,Ə.Ələkbərov küç.,1056-ci məhəllə ünvanında yerləşən Yasamal bələdiyyəsinə məxsus 199,5 kv.m. torpaq sahəsindən icarə müqaviləsi əsasında istifadə edir. İddiaçı həmin torpağın onun icarəsinə verilməsi barədə Yasamal bələdiyyəsinin sərəncamını əsas göstərərək torpaq sahəsinə icarə hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla. Həmin 56-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası torpaq və bələdiyyələr haqqında qanunvericiliyə əsasən bələdiyyə məxsus torpağın şəxslərə icarəyə verilməsi yalnız bələdiyyənin qərarı əsasında həyata keçirilir. Lakin iddiaçı tərəfindən yuxarıda sadalanan normalarda qeyd edilən bələdiyyə qərarını cavabdehə, inzibati işə baxılmasının gedişində isə məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərin, o cümlədən bələdiyyə sədrinin sərəncamı, daşınmaz əmlakın dövlət reyestrində torpaq üzrə icarə hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1. –ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Məhkəmə hesab edir ki, bələdiyyə sədri bələdiyyə məxsus torpağının icarəyə verilməsi səlahiyyətinə malik olmadığından, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilməsi haqlı olmuş və yuxarıda qeyd edilmiş qanunvericiliyin normalarına uyğundur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayon bələdiyyəsinin sərəncamı əsasında icarədə olan ünvan 1 ünvanında yerləşən 199,5 kv.m torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına icarə hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiasının hüquqi əsası olmadığı üçün iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2, 34, 68,69,85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayon bələdiyyəsinin sərəncamı əsasında icarədə olan ünvan 1 ünvanında yerləşən 199,5 kv.m torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına icarə hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan apellyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-996/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-996/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver