Məhkəmə qərarları › İş №2-1(112)-996/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-996/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-996/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə anadan olmuş İddiaçı əlilliyin təyin olunmasına dair öhdəliyin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. İddiaçı anadangəlmə nitq qüsurlu olmaqla əqli cəhətdən geri qalmışdır. 2005-ci ildən 2018-ci ilə qədər sosial müavinət almışdır. Lakin 18 yaşı bitən vaxtı sosial müavinət verilməsi dayandırılmışdır. xx.xx.2018-ci il tarixdə Tibbi-Sosial ekspert Komissiyasının müayinəyə dair məlumatlarına əsasən əlilliyin təyinindən Əlavə müalicəyə ehtiyacının olması, müayinə və müalicəni davam etdirməli, 2020-ci ildən xəstə olmasına baxmayaraq hal-hazıra qədər müavinat almaması inandırıcı olmamasına dair cavab verilmişdir. xx.xx.2019-cu il tarxidə yenidən qiyməətləndirmə keçirilərək əlavə müalicəyə ehtiyacının olmasının, son iki ildə stasionar müalicə almayıb, İxtisaslaşmış klinikada müayinə və müalicənin davam etdirilməsinə dair cavab verilmişdir. 2021-ci ildə yenidən qiymətləndirilmiş, lakin yenidən eyni məzmunlu cavab verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş imtinanı əsassız hesab edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Əfəndiyeva Gülminə qızı əsl olan iddiaçı X7 ilə əvəz edilmiş, X1 iddiaçı kimi göstərilməsi formal xəta hesab olunmuşdur.

4. Məhkəmə xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tibbi-ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi məhkəməyə bildirilmişdir ki, İddiaçı ekspertizanın aparılmasından ötrü şəxsiyyət vəsiqəsi təqdim edilmədiyindən ekspertizanın aparılması mümkün olmamışdır.

5. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə icraatı ərizəçi X2 şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsinə dair Balakən rayon məhkəməsinin 2-1(019)- 843/2021 nömrəli xüsusi icraat qaydasında iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır.

6. Balakən rayon məhkəməsinin 2-1(019)-51/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2000-ci ildə Balakən rayon Katex kəndində doğulmuş İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iddiaçının nümayəndəsi (vəkili) ərizə təqdim edərək, iddia tələbinin xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi kimi dəyişdirilmişdir.

9. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinə olunması üçün bir ay müddət təyin edilmişdir.

10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəsislərin iştirakı ilə komissiyada əyani müayinə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3-cü bəndinə müvafiq olaraq Məmmədova Südabə barəsində xx.xx.2021-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar verilmişdir.

11. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

12. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

13. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar