Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9961/2022 01.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı “qanunsuz tikilinin sökülməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh2ə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, X13, 85 ünvanındakı binanın, yəni 1-ci mərtəbəsində olan hissəsində qeyri-yaşayış sahəsində əlavə qeyri-qanuni inşa edilmiş 4 kv. metr tikintinin sökülməsinin cavabdeh Bakı şəhəri Cavabdeh2in üzərinə vəzifə olaraq qoyulması və akt tərtib olunması və cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə araşdırması zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, iddia tələbinin və iddiaya cavab verməli olan inzibati orqanın (cavabdeh) dəqiqləşdirilməsinin təklif olunması barədə 20 sentyabr 2022-ci il tarixli məktub göndərilmişdir. Bundan sonra iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri, X13, 85 ünvanında yerləşən binanın birinci mərtəbəsində yerləşən hər iki obyektlərin 4 kv. metr əlavə qanunsuz tikililərin aktlaşdırılaraq, sökülməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh2in üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, yaşadığı binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən hər iki obyekt, həyətin içinə (arxa qapısı) qeyri-qanuni 4 metrdən çox irəli çəkilməklə əlavə və qanunsuz tikinti aparılıb. Yaşadığı mənzilin eyvanı və pəncərəsi birbaşa qeyri-qanuni tikilinin damına açılır. Həmin qanunsuz tikilinin üzərində obyektlərin topa elektrik xətləri yerləşdirilib və oradan da onun taxta eyvanına birləşdirilib. Qanunsuz tikilinin üzərində yağış sularının gölməçə şəklində yığılıb qalmasından nəmişlik və digər tullantı məhsullanndan-antisanitariya, elektrik xətlərinin üzərinə siqaret atılması səbəbindən real təhlükə mənbəyinə çevrilib. Digər tərəfdən yaşayış binasının konstruksiyasına zidd olaraq avtomobil və piyada yolu həddindən çox daraldılıb. Bununla bağlı dəfələrlə icra hakimiyyətində qəbullarda olmuşdur. Rayon İcra Hakimiyyəti qeyri-qanuni 4 metr artırmanın qanunsuz tikinti normalarına zidd olduğunu bildiyi halda həmin əlavə tikilinin sökülməsinə qarşı tədbir görməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Bakı şəhəri Cavabdeh2 tərəfindən məhkəməyə təqdin olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, sözügedən ərazidə F.X.Xoyski küçəsi, ev 85 ünvanında 1-ci mərtəbədə mübahisə predmeti olan tikililər iş üzrə iddiaçının həmin əraziyə köçməsindən daha əvvəl inşa edilmiş, həmin tikililərə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li çıxarışına əsasən X2, xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* №-li çıxarışına əsasən X6 mülkiyyətindədir, qeyri-yaşayış sahəsinin enerji daşıyıcıları ilə təchizatı müvafiq xidmət sahələrinin icazə sənədləri əsasında təchiz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqlardan digər formadalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 172.3-cü maddəsinin tələbinə görə, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi pozuntunu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirdiyi hallardan başqa həmin pozuntuya dözməlidir. İddiaçının iddia tələbi hüquqdan sui-istifadədir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi üzrə elektron məhkəmə sistemində olan məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur, o, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, ev 85 ünvanında yerləşən 43,50 kv. metrdən ibarət 19 saylı mənzil xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydiyyata alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********42 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı: - Bakı şəhəri Cavabdeh2in “F.X.Xoyski prospektindəki 85 №-li evin, 16-cı və 17-ci mənzillərin yaşayış köməkçi sahələrinin dəqiqləşdirilməsi haqqında” 367 №-li, xx.xx.2009cu il tarixli sərəncamı ilə Nərimanov RİH-in Mənzil məsələləri üzrə ictimai komissiyasının F.X.Xoyski prospektindəki 85 №-li evin 16-cı və 17-ci mənzillərinə dair xx.xx.2009-cu il tarixli aktının təsdiq edilməsi; F.X.Xoyski prospektindəki 85 №-li evin 16-cı və 17-ci mənzilləri, ümumi sahə 126,76 kv. metr yaşayış sahəsi 45,96 kv.m., köməkçi sahə isə 80,8 kv.m. olmaqla 3 otaqlı hesab edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh2in “Mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunması haqqında” 379 №-ıi, xx.xx.2009-cu il tarixli sərəncamı ilə F.X.Xoyski prospekti 85 saylı evin vətəndaş E.A.Mişiyevin mülkiyyətində olan 16 və 17 №-li mənzillərdən qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına icazə verilməsi; göstərilən mənzillərdən qeyri-yaşayış sahəsi kimi istifadə olunması zamanı mövcud qanunvericiliyin tələblərinə, müvafiq norma, qaydalarına riayət olunması vətəndaş E.M.Mişiyevə tapşırılması; F.X.Xoyski prospekti 85 saylı binada yerləşən qeyri-yaşayış sahəsinin müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsinin vətəndaş E.A.Mişiyevə tövsiyyə edilməsi və s. qərara alınmışdır. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində istifadədə olan 0.07018 ha torpaq sahəsində yerləşən 85 nömrəli binada, 42,32 kv.m. ümumi, 29.22 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 16 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz Əmlakın Dövlət reyestrində 781 nömrəli reyestr kitabının 72951 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - MH seriyalı, ******* №-li çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, X13 prospektində istifadədə olan 0.07018 ha torpaq sahəsində yerləşən 85 nömrəli binada 16,74 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 17 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 781 nömrəli reyestr kitabının 72952 nömrəli vərəqində xx.xx.2008-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - MA seriyalı, ******* №-li çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti 85 ünvanında yerləşən ümumi sahəsi 126,7 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2010-cu il tarixdə ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 6045 nömrəli vərəqində X7 adına qeydə alınmışdır. - RX seriyalı, ******* №-li çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, ev 89, mənzil 18 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 57, M1, m3) ünvanında yerləşən ümumi sahəsi 28,9 kv.m. olan mənzil xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 2723 nömrəli reyestr kitabının 25386 nömrəli vərəqində X2 adına qeydə alınmışdır. - RX seriyalı, ******* №-li çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, ev 85, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 28.92 kv.m. olan mənzil xx.xx.2018-ci ildə ********** № ilə Daşınmaz əmlakın dövlət reyestrndə 1377 nömrəli reyestr kitabının 125892 nömrəli vərəqində X2 adına qeydə alınmışdır. - RX seriyalı, ******* №-li çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, ev 89, mənzil 85 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti 49 l) ünvanında yerləşən ümumi sahəsi 199,6 kv.m. olan qeyri yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 154 nömrəli reyestr kitabının 14487 nömrəli vərəqində X2 adına qeydə alınmışdır. - Bakı şəhər Cavabdeh2in 163 №-li, xx.xx.2019-cu il tarixli sərəncamı ilə F.X.Xoyski prospekti 85 saylı ünvada yerləşən, sahəsi 202,0 kv.m. olan 1 və 89 saylı evin 18 №-li mənzillərinin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə X4 icazə verilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci madəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qaışı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 10.0.18.-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. 21.1-ci maddəsiə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.12.-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyəti başçısının səlahiyyətidir. Əsasnamənin 6.8-cı bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Əsasnamənin 3-cü bəndində yerli icra hakimiyəti başçısının vəzifələri müəyyən olunmuşdur. Göründüyü kimi konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Belə ki, iddiaçının iddia ərizəsində cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etdiyi öhdəlik, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə görə həmin inzibati orqanın vəzifələrinə aid edilməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etdiyi tikililərinin üst mərtəbəsində, yəni Bakı şəhəri, X13, 85 ünvanında yerləşən 19 №li mənzil iddiaçıya deyil, digər bir fiziki şəxsə X3 məxsusdur. Sonuncu tərəfindən iddiaçıya məhkəmədə iddia qaldırmaq hüququ ilə yanaşı digər hüquqlara dair xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş etibarnamə (AR-İİ №812142) verilsə də, qeyd olunan etibarnamə qanunvericiliyin tələblərionə əsasən iddiaçıya öz adından hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ vermir. İddiaçının şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan da göründüyü kimi, iddiaçı yaşadığını bildirdiyi Bakı şəhəri, X13, 85 ünvanında yerləşən 19 №li mənzildə deyil, ünvan 2 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı iddia tələbində göstərdiyi öhdəliyin cavabdehin üzərinə qoyulmasıa dair hazırki iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9961/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9961/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver