Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9964/2024 11.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinə (hazırkı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN № ******* nömrəli, 1 may 2024-cü il tarixli Qərarının və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 aprel 2024-cü il tarixli, DVX seriyalı 029953 nömrəli aktına əsasən tərtib olunmuş xx.xx.2024-cü il tarixli **********1907 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN № ******* nömrəli, 1 may 2024-cü il tarixli Qərarı (“Qərar”) ilə iddiaçıya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5 000.00 (beş min) manat, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 aprel 2024-cü il tarixli, DVX seriyalı 029953 nömrəli aktına əsasən 1 000.00 (bir min) manat cərimə tətbiq edilmişdir. İddiaçı hesab edir ki, həmin qərar əsassızdır. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 1952-ci məhəllə ünvanda yerləşən qeyri yaşayış sahəsini (obyekt) 3M-374 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Notarial İcarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Hal hazırda sözügedən obyekti gözəllik salonu (qadın saç və dırnaq kəsimi) kimi istifadə olunur. İddiaçı mövcud qüvvədə olan qanunvericiliyə zidd olan və lisenziya tələb edən fəaliyyət növü ilə məşğul deyil. Fiziki sahibkardır, fəaliyyət növünə uyğun xidmət göstərir. Dövlət vergi orqanından aidiyyəti üzrə qeydiyyatdan keçmiş və vicdanlı vergi ödəyicisidir. Bu günə kimi barəsində heç bir inzibati qərar və ya akt tərtib olunmayıb, fəaliyyətində nöqsanlar müşahidə edilməyib və rəsmiləşdirilməyib. Lakin, 4 aprel 2024-cü il tarixində kimliyi məlum olmayan iki şəxs obyektə daxil olaraq burada hansı fəaliyyət ilə məşğul olduğunu maraqlandılar. Özlərini vergi orqanının əməkdaşları deyə ifadə edərək qeyri yaşayış sahəsini gözdən keçirərək ərazidən uzaqlaşdılar. Bir müddət sonra bu şəxslər obyektə daxil olaraq əsassız və qanuna zidd protokol tərtib edərək iddiaçıya imzalamağı üçün təqdim etdilər. İddiaçı imtina etdiyi halda ona bildirdilər ki, hesabatlıq dövrüdür. Əksi halda böyük məbləğdə cərimə tətbiq olunacaqdır. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 1952-ci məhəllə ünvanda yerləşən qeyri-yaşayış sahəsini (obyekt) 3M-374 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Notarial İcarə müqaviləsi əsasında icarəyə götürmüşdür və obyektdə fəaliyyət növünə uyğun olaraq qadın saç və dırnaq kəsimi xidmətlərini göstərir. Lazer aparatı iddiaçıya məxsus deyil və o, ondan istifadə qaydalarını da bilmir. İcarə müqaviləsində də lazer aparatını istifadəyə götürməsi barədə heç bir qeyd yoxdur. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, İqtisadiyyat nazirinin 28 dekabr 2021-ci il tarixli F-177 nömrəli və 22 avqust 2023-cü il tarixli 3-21/3-1-F-131/2023 nömrəli əmrlərində dəyişiklik edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli 3-21/3-1-F-187/2023 nömrəli Əmrin 1.2-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin adı dəyişdirilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi kimi müəyyən edilmişdir. İşin halları ilə bağlı qeyd olunur ki, araşdırma zamanı fərdi sahibkar İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı əsas fəaliyyət növünün “Qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi” olduğu, ünvan 2 ünvanında yerləşən 71 m2 sahəsi olan “X7" gözəllik salonu xx.xx.2023-cü il tarixdə vergi orqanında təsərrüfat subyekti kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin X5 üzrə Baş İdarəsinin (bundan sonra - Baş İdarə) “X4nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3246 nömrəli qərarı əsasında nəğd hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi və xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə xx.xx.2024- cü il tarixdə saat 13:40-da İddiaçı sahibkarlıq fəaliyyəti həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən “X7” gözəllik salonda keçirilmiş X4 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Müştəriyə göstərilmiş “lazer epilyasiyası” (qol nahiyəsinin) xidməti üçün 15,0 (on beş) manat məbləğində nəğd qaydasında pul vəsaiti ödənildiyi, lakin pul vəsaitinin nəzrət kassa aparatına (NKA) mədaxil olunmadığı, müştəriyə kassa çekinin təqdim edilmədiyi aşkar edilmiş, uçotdan yayındırılmış məbləğ X4ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən saat 13:41-də 11 nömrəli bərpa çeki ilə NKA-nın fiskal yaddaşına bərpa olunaraq “X” hesabatı alınmışdır ( “X” hesabatı və 11 nömrəli bərpa çeki etiraza əlavə olunur). Bununla bağlı X4 nəticəsinə dair “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli DVX seriyalı 029953 nömrəli Akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********1907 nömrəli qərar qəbul olunaraq, iddiaçı barəsində 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi vəziyyəti yoxlanılarkən “X7” gözəllik salonunda X1 (FİN: 3ABK13U) kosmetoloji xidmətlərin yerinə yetirldiyi müəyyən edilməsi, obyekt içərisində mövcud divarlarda asılmış M.İbrahimovaya məxsus kosmetoloji fəaliyyətlə əlaqədar müxtəlif “sertifikat” və “diplom” foto şəkillərinin nümayiş etdirilməsi aşkar edilmiş faktı bir daha təsdiqləyir. Bununla yanaşı salonun reklam lövhəsində və instagram səyfəsində kosmetoloji xidmətlərin yəni: *Laser Epiliyasiya, *Botoks alın və göz ətrafı qırışların açılması, *Mezoterapiya saç və üz üçün və s. xidmətlərin göstərilməsi reklam edilmişdir (foto və video görüntülər etiraza əlavə olunur). Həmin faktlar fərdi sahibkar İddiaçı xüsusi razılıq (lisenziya) alınmadan özəl tibbi( kosmetoloji) fəaliyyətlə məşğul olunmasını bir daha sübut edir. Bununla əlaqədar X4 nəticəsinə dair “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzrətinin nəticələri haqqında” xx.xx.2024-cü il tarixli DVX seriyalı 000693 nömrəli Akt tərtib edilmişdir. Tərtib edilmiş akt və ona əlavə edilmiş materiallar baxılması üçün xx.xx.2024-cü il tarixli **********394100 nömrəli məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. X4 zamanı vergi ödəyicisi İddiaçı obyektdə olmadığından araşdırmada iştirakını təmin etmək məqsədi ilə onun istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılmasına baxmayaraq, obyektə gələ bilməməsini bildirməsi səbəbindən X4 tədbiri onun iştirakı olmadan keçirilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli sərbəst Akt tərtib edilmişdir. Tərtib edilmiş aktlar və onlara əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixli **********262300 nömrəli məktubla vergi ödəyicisinin qeydiyyat sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Baş idarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə xx.xx.2024-cü il tarixli **********394100 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuya göndərilmiş sənəd xx.xx.2024-cü il tarixdə saat 12:41-də oxunmuşdur. Beləliklə, X4 tədbiri hər hansı prosessual pozuntuya yol vermədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdeh qismində iştirakına xitam verilməsini, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********907 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi qəbul edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ki: -X4nin həyata keçirilməsi xx.xx.2024-cü il tarixli, **********3246 nömrəli qərarından görünür ki, iddiaçının nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi ilə bağlı araşdırmanın aparılması qərara alınmışdır. -Əhali ilə pul hesablaşmaların aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX №029953 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:40-da müştəriyə göstərilmiş “lazer epilyasiya” xidməti üçün 15 manat məbləğində nağ pul vəsaiti ödənildi, lakin əvəzində müştəriyə ödənişini təsdiq edən sənəd (NKA çeki) təqdim edilməmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin məbləğ NKA-ya vurulmamışdır. -xx.xx.2024-cü il tarixdə tərtib olunmuş iltizamnan görünür ki, iddiaçı Nərimanov rayonu, Əlicabbar Orucəliyev 1952-ci məhəllə “X7” ünvanında yerləşən obyektdə video çəkilin aparılmasına etiraz etməməsi barədə ərizəni imzalamaqdan imtina etdi. -Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********1907 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə İddiaçı 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********1907 nömrəli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikasının Vergi Məcəlləsi təşkil edir. Vergi Məcəlləsinə əsasən: - maddə 50.1. X4 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; - maddə 50.2. X4nin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - maddə 50.4. X4 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X4ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir - maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Yuxarıda adıçəkilən Məcəllənin 53-cü və 54-cü maddələrinin və yuxarıda adıçəkilən 58-ci maddəsinin tələbləri də nəzərə alınmaqla hazırkı halda müəyyən edilməli məsələ iddiaçının təqsirli hərəkətləri nəticəsində həqiqətən də əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulub-pozulmaması ilə bağlıdır. Belə ki, Adıçəkilən Məcəllənin: - maddə 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - maddə 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Məhkəmə də qeyd olunan istiqamət üzrə araşdırma aparmış və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsiri sübut edilmişdir, qərarın qəbul edilməsində prosessual pozuntuların olmaması da nəzərə alınmaqla müəyyən edilmişdir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyən edən qərarı qanuni və əsaslıdır. Belə ki, hazırkı növ operativ vergi yoxlamalarında vergi orqanının inzibati praktikası onunla bağlıdır ki, faktın aşkar edilməsi ilə bağlı vergi orqanı öz əməkdaşlarının xidmətindən istifadə edir. Yəni, əhali ilə pul hesablaşmalarının yoxlanılması ilə bağlı məhsulun alınmasını öz əməkdaşı həyata keçirir, pulun kassaya vurulmadığı müşahidə edildikdə isə bununla bağlı sənədləşmə aparılır. İş materiallarında olan sənədlərdən və video materiallardan aydın olur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə saat 13:40-da müştəriyə göstərilmiş “lazer epilyasiya” xidməti üçün 15 manat məbləğində nağd pul vəsaitini aldığı halda, onun əvəzində müştəriyə ödənişini təsdiq edən sənəd (NKA çeki) təqdim etməmişdir ki, bu da prosessual baxımından vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına dəlalət edir. Göstərilən video görüntü, vergi ödəyicisinin əhali ilə nağd hesablaşmalar zamanı qüvvədə olan qanunvericiliyin pozulmasına dəlalət edən faktları özündə ehtiva edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən, əhali ilə aparılan nağd hesablaşmalarda qanunvericilik tələblərinin pozulması vergi ödəyicisinin qanunvericilikdə nəzərdə tutulmuş vergi öhdəliklərini tam və vaxtında yerinə yetirməməsi kimi qiymətləndirilir. Bu cür hallarda müvafiq qanun pozuntusu, vergi ödəyicisinin əlavə vergi məsuliyyətinə cəlb olunmasına, o cümlədən maliyyə sanksiyalarının tətbiq edilməsinə əsas yaradır. Beləliklə, təqdim olunan sübutlar vergi ödəyicisinin qanuni öhdəliklərinin icrasındakı mümkün nöqsanların hüquqi nəticələrinin qiymətləndirilməsi üçün əsas kimi çıxış edir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9964/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9964/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver