Məhkəmə qərarları › İş №2-1(112)-9965/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9965/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9965/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********666400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 98040/2024 saylı və xx.xx.2024-cü il tarixli **********666400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatətdə göstərilir ki, iddiaçı məhkəməyə digər bir iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli **********466700 saylı qərarın ləğv eidlməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmin iddia ərizəsi hazırda Bakı İnzibati Məhkəməsinin hakimi xanım Səlma Salahovanın icraatında olan 2-1(112)- 11944/2024 saylı iş üzrə davam etməkdədir. Qeyd edilən xx.xx.2024-cü il tarixli **********466700 saylı, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-98040/2024 saylı və xx.xx.2024cü il tarixli, **********666400 saylı qərarların hər biri eyni mahiyyət üzrə vergi orqanı tərəfindən hesablanmışdır. Fərqli müəssisələr arasında edilmiş əməliyyatlar nəticəsində iddiaçıya əlavə vergi məbləğləri hesablanmışdır. Vergi məbləğlərini hesablanmasına əsas isə qarşı müəssisələrin riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Hər bir qərarın qəbul edilməsi üçün veri orqanı eyni əsası qeyd etmişdir. Bu kimi hallara əsasən iki iş üzrə məhkəmə icraatı birləşdirilməlidir. Odur ki, hazırkı iş ilə Bakı İnzibati Məhkəməsinin hakimi xanım Səlma Salahovanın icraatında olan 2-1(112)- 11944/2024 saylı iş bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra - İPM) əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır (56.1.). Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır (56.2.). Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir (56.3.). İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin hakimi Səlma Salahovanın icraatında olan analoji tələblə bağlı 2- 1(112)-11944/2024 saylı işlə birləşdirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair 1(112)-9965/2024 iş məhkəmənin hakimi Səlma Salahovanın icraatında olan 2-1(112)-11944/2024 saylı işlə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar