Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-997/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (Məhkəmə mübahisələri iş şöbəsinin mütəxəssisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imtina cavabının qanunsuz hesab edilməsi və xx.xx.1984-cü ildən xx.xx.1991-ci illər üzrə (7 il, 9 ay, 28 gün) X7 İdarəsində inzibati vəzifədə işləməsi nəzərə alınmaqla pensiyaya çıxdığı tarixdən əmək pensiyasının üzərinə əlavənin hesablanması vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilədək Azərbaycan SSR Baş Enerji İdarəsinin X9 İdarəsində inzibati vəzifədə işlədiyi illər dövlət qulluğu stajına daxil edilərək pensiyanın yenidən hesablanması barədə cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilədək Azərbaycan SSR Baş Enerji İdarəsinin X9 İdarəsində inzibati vəzifədə işləmiş, işlədiyim İdarə 1980-ci ildə SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyi tərəfindən təsis olunmuş Azərbaycan SSR Baş Enerji İdarəsinin tabeliyində olmaqla 18 oktaybr 1991 -ci ilədək bu adla fəaliyyət göstərmişdir. 07 dekabr 2015-cı il tarixdən yaş həddilə əlaqədar əmək pensiyası almaq üçün müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondunun daimi qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayon şöbəsinə müraciət etmiş, ona əmək pensiyası təyin olunduqdan sonra məlum olmuşdur ki, əmək pensiyasının hesablanması zamanı xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilədək X7 İdarəsində inzibati vəzifələrdə işləməsi nəzərə alınmamış və əmək pensiyasının üzərinə dövlət qulluqçusu statusunda stajına görə əlavənin hesablanması təmin edilməmişdir. Bununla əlaqədar dövlət tabeliyində olan İdarənin inzibati işçisi kimi əmək stajına hesablanmalı olan əlavəni almaqdan məhrum olmuşdur. Ona təyin olunan əmək pensiyaçışının hesablanması zamanı dövlət orqanında qulluq stajına əlavənin hesablanmasının təmin edilməsi xahişi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina ərizə ilə müraciət etmişdir. Cavabdedehin xx.xx.2021-ci ildə **********6 №-li məktubunda verdiyi cavabda göstərilir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 19 mart 2021-ci il tarixli **********8 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 22 aprel 2021-ci il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahisi”nda işlədiyi X2 və həmin Birlikdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bu səbəbdən sözügedən qurumda işlədiyi dövr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu stajına aid edilmir. Eyni zamanda bildirilmişdir ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı və işsizlikdən siğorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. Qeyd edilənləri nəzərə alaraq, Azərenerji Dövlət Şirkəti dövlət orqanı hesab edilmədiyindən həmin qurumda işlədiyi vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu vəzifəsi hesab edilmir. Filialinın direktor müavini Elvin Axundov tərəfindən mənim pensiyamın üzərinə dövlət780kö qulluqçusu kimi aldığı məvacibə görə əlavənin hesablanmasına dair müraciətinə imtina edilməsi qanunsuz və əsassızdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, bildirilir ki, iddiaçı X3 “əmək pensiyasına əlavənin hesablanması” tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh hesab edir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. İddiaçının Mərkəzi Filialda mövcud olan pensiya işinə aid sənədlərə əsasən ona Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən 7 dekabr 2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 290,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-58,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 96,67 manat olmaqla orta aylıq əmək haqqı 509,67 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 13 il 10 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (509,67 manat) 70 faizi-356,77 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 364,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 193,81 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’nın 2.2.3- cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar vətəndaşın 13 il 10 ay 6 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 46,11 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 320,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi- 64,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 106,67 manat olmaqla orta aylıq əmək haqqı 555,67 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (509,67 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (555,67 manat) arasındakı fərq məbləğinin (46,00 manat) 46,11 faizi-21,21 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (356,77 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 377,98 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 382,97 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 89,82 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyin vəzifə üzrə vəzifə maaşı 480,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-96,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 160,00 manat olmaqla orta aylıq əmək haqqı 801,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (555,67 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (801,00 manat) arasındakı fərq məbləğinin (245,33 manat) 46,11 faizi-113,13 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (377,98 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 491,11 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 492,19 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 15,12 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 298,75 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 298,75 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildirilir ki, Mərkəzi Filial tərəfindən 2020-ci ilin noyabr ayından etibarən iddiaçının əmək pensiyası 491,11 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il təvəllüdlüdür. İş materiallarına əlavə olunmuş cavabdeh tərəfindən verilmiş ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28 aprel 2021-ci il tarixli **********6 nömrəli məktubla cavablandırılmış idiaçının eyni məzmunlu 22 aprel 2021-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısında işlədiyi X2 və həmin Birlikdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bu səbəbdən sözügedən qurumda işlədiyi dövr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu stajına aid edilmir. Eyni zamanda bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. Qeyd edilənləri nəzərə alaraq, Azərenerji Dövlət Şirkəti dövlət orqanı hesab edilmədiyindən iddiaçının həmin qurumda işlədiyi vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu vəzifəsi hesab edilmir. Məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Cavabdeh tərəfindən pensiya işinin surəti məhkəməyə təqdim edilmiş və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 pensiyasının yenidən hesablanması haqqında 05 noyabr 2020-ci il tarixli, **********6 qərarından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə yaşa görə (dövlət qulluğu) təyin edilmiş əmək pensiyası, xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq 491,11 manat, əlavə və mükafatlarla birgə məvacibin cəmi 801,00 manat müəyyən edilmişdir. Hazırki dəqiqləşdirilmiş iddia tələbi üzrə iddiaçı məhkəmədən xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilədək Azərbaycan SSR Baş Enerji İdarəsinin X9 İdarəsində inzibati vəzifədə işlədiyi illərin dövlət qulluğu stajına daxil edilərək pensiyanın yenidən hesablanmasını xahiş edir. Bununla bağlı məhkəmə araşdırması zamanı İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilədək Azərbaycan SSR Baş Enerji İdarəsinin X9 İdarəsində işlədiyi vəzifənin dövlət qulluğu stajına aid edilib-edilməməsi barədə məlumatın verilməsi X4 sorğu əsasında tələb edilmişdir. Məhkəmənin sorğusuna əsasən X8 tərəfindən verilən cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.16-cı bəndində Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələr Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan orqanların aparatında mövcud olan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. İddiaçının 1984-1991-ci illərdə işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilib-edilməməsi məsələsinə rəy verilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu ilə müraciət edilərək Azərbaycan SSR Baş Enerji İdarəsinin hüquqi statusunu müəyyən edən sənədlərin Mərkəzə təqdim edilməsi xahiş edilmişdir. Nazirlik tərəfindən Mərkəzə təqdim edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin 1963-cü il 31 yanvar tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında Energetika və Elektrikləşdirmə Baş İdarəsi Azqlavenerqo haqqında Əsasnamə”nin 2-ci bəndindən müəyyən edilir ki, həmin idarə təsərrüfat hesablı əsasla fəaliyyət göstərmişdir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən, İdarənin vəsaitləri əsas və dövriyyə vəsaitlərindən, onun tərkibinə daxil olan və nizamnamə kapitalını təşkil edən müəssisə və təşkilatların vəsaitlərindən ibarət olmuşdur. Eyni zamanda, Nazirliyin məktubunda bildirilmişdir ki, “Azərbaycan SSR ərazisində yerləşən energetika müəssisə və təşkilatlarının SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin bilavasitə tabeliyinə verilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1970-ci il 16 sentyabr tarixli 366 nömrəli Qərarına əsasən sözügedən nazirliyin tərkibində həmin müəssisə və təşkilatlara rəhbərliyin həyata keçirilməsi üçün “Azərenerji” İstehsalat Birliyinin təşkili, eyni zamanda, Azərbaycan SSR Nazirlər Soveti yanında Energetika və Elektrikləşdirmə Baş İdarəsinin ləğv edilməsi nəzərdə tutulmuşdur. Adıçəkilən Qərardan irəli gələrək sözügedən idarə Azərbaycan SSR X10 Heyətinin 1970-ci il 18 noyabr tarixli 2194-Vİİ nömrəli Fərmanı ilə ləğv edilmişdir. Daha sonra SSRİ Nazirlər Sovetinin 1971-ci il 26 mart tarixli 196 nömrəli Qərarı ilə “Azərenerji” İstehsalat Birliyi SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin Baş İstehsalat İdarəsi kimi yenidən təşkil edilmişdir. Göstərilən aktlardan əlavə Nazirliyin Qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan nəzarət nüsxələri sırasında qaldırılan məsələyə dair hər hansı digər hüquqi akt aşkar edilməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində dövlət orqanının anlayışı müəyyən edilmişdir. Həmin maddəyə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. İddiaçının 1984- 1991-ci illərdə işlədiyi Azərbaycan SSR Nazirlər Soveti yanında Energetika və Elektrikləşdirmə Baş İdarəsi büdcədən maliyyələşdirilmədiyi, təsərrüfat hesablı əsaslarla fəaliyyət göstərdiyi üçün həmin idarə (o cümlədən həmin idarənin X7 İdarəsi) dövlət orqanı hesab edilmir və həmin idarədə işləyən şəxslər dövlət qulluqçusu statusuna malik olmadığı üçün iddiaçının qeyd edilən illərdə çalışdığı müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab etmir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991 -ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Həmin Qanunun 20.11-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; Göründüyü kimi, "Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilmiş normalarda dövlət qulluqçusunun statusunun tənzimlənməsinin "Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilməsi göstərilmişdir. Belə ki, "Dövlət qulluğu haqqında” Qanunla Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər tənzimlənir. Məhkəmə iddiaçının xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilədək Azərbaycan SSR Baş Enerji İdarəsinin X9 İdarəsində işlədiyi vəzifələrin dövlət qulluğu stajına daxil edilibedilməməsi məsələsinə hüququi qiymət verərək bildirir ki, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1 -ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 10.1 .-ci maddəsinə əsasən, dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. Həmin Qanunun 11.4.-ci maddəsinə əsasən, dövlət orqanlarının aparatları (və ya onların fəaliyyətini təmin edən qurumlar) və onların bölmələri Ali-5-ci kateqoriya dövlət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq, təminedici və yardımçı kimi təsnifləşdirilir.Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Qeyd: 11 -ci maddədə "dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. Həmin Qanunun 12-ci maddəsində göstərilmişdir: ”12.1. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir. 12.2. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərman ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu” -nun 1.1- ci bəndinə əsasən, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq dövlət qulluqçularının inzibati və yardımçı vəzifələrinin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxildir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1 -ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Lakin işin faktiki hallarına əsasən iddiaçının işlədiyi qurumun “Azərbaycan SSR ərazisində yerləşən energetika müəssisə və təşkilatlarının SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin bilavasitə tabeliyinə verilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1970-ci il 16 sentyabr tarixli 366 nömrəli Qərarına əsasən sözügedən nazirliyin tərkibində həmin müəssisə və təşkilatlara rəhbərliyin həyata keçirilməsi üçün “Azərenerji” İstehsalat Birliyinin təşkili, eyni zamanda, Azərbaycan SSR Nazirlər Soveti yanında Energetika və Elektrikləşdirmə Baş İdarəsi ləğv edilmiş, sonradan SSRİ Nazirlər Sovetinin 1971-ci il 26 mart tarixli 196 nömrəli Qərarı ilə “Azərenerji” İstehsalat Birliyi SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin Baş İstehsalat İdarəsi kimi yenidən təşkil edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının 1984-1991-ci illərdə işlədiyi Azərbaycan SSR Nazirlər Soveti yanında Energetika və Elektrikləşdirmə Baş İdarəsi büdcədən maliyyələşdirilmədiyi, təsərrüfat hesablı əsaslarla fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Qeyd olunan əsasdan sözügedən müəssisənin dövlət orqanı hesab edilmədiyi və həmin idarədə işləyən şəxslərin işlədiyi vəzifələrin dövlət qulluğu vəzifələri qismində nəzərdə tutulmadığını, eləcə də dövlət qulluğunun müvafiq vəzifələrinə aparılmış uyğunlaşdıma ilə əhatə olunmadığını nəzərə alaraq məhkəmə iddiaçının qeyd edilən illərdə çalışdığı müddətin dövlət qulluğu stajına daxil edilməsinin mümkün olmadığını vurğulayaraq cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun pozulmadığını müəyyən etmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilədək Azərbaycan SSR Baş Enerji İdarəsinin X9 İdarəsində inzibati vəzifədə işlədiyi illər dövlət qulluğu stajına daxil edilərək pensiyanın yenidən hesablanması barədə iddiası qanunauyğun olmadığına görə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-997/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-997/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver