Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9970/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “diaqnozu nəzərə alınmaqla qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi və ikinci qrup əlil kimi ixtisaslaşmış müayinə və müalicə almağının təmini məqsədilə əlillik müddətinin 1 (bir) il-növbəti müayinəyədək uzadılması və bu müddətdə mövcud/lazımi reabilitasiya tədbirlərinə cəlb olunmağı vəzifəsinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı 2-ci dərəcəli (qrup) əlillik müddətimin uzadılmasından imtina barədə Cavabdehin 17.06.2021-ci il tarixli qərarının ləğv edilməsi və mövcud 2766003AADWB (TQS № 088- də) saylı Göndərişdə əks olunmuş/təsdiqlənmiş tibbi diaqnozları/xəstəlikləri nəzərə alınmaqla, əlillik müddətinin 1 (bir) il - növbəti müayinəyədək uzadılması vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, əlillik müddətinin 05.06.2021-ci ildə başa çatması ilə bağlı növbəti müayinəsi üçün 5№-li şəhər poliklinikasının həkim məsləhət komissiyası, buna əsas olduğundan “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə” müvafiq qaydada 2766003AADWB (TQS № 088) nömrəli Göndəriş daxil etmişdir, (məlum olduğu kimi şəffaflığın/aşkarhğın təmin edilməsi üçün müayinələr birbaşa təmas olmadan elektron qaydada keçirilir). Bununla belə, 1 (bir) aydan sonra müayinəsinə aid www.e-gov.az vasitəsilə 05.07.2021-ci il tarixdə əldə etdiyi çıxarışdan göründüyü kimi, onun 2-ci dərəcəli əlillik müddətinin uzadılmasından 17.06.2021-ci il tarixdə keçirilmiş qiymətləndirmə üzrə olan Qərarla imtina edilmişdir. Cavabdehlərin (TSEK-in) sonuncu www.e- gov.az səhifəsindən bu məlumatından göründüyü kimi, imtinanın səbəbi: əlilliyi müəyyən edilmiş 2012-ci ildən bəri səhhətimdə kəskin pisləşmənin olmasına baxmayaraq, “Tam reabilitasiya olmağı və eyni zaman 5 (beş) ildə stasionar müalicəsinin yetərli olmaması ilə bağlı ona müalicəmin davam etdirilməsi” məsləhət görülmüşdür. Halbuki, hələ uşaqlıqdan onda olan və təxminən 2007-2008-ci illərdə kəskinləşən 2012-ci ildən isə 2-ci dərəcəli əlilliyimə səbəb olmuş “seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı” diaqnozundan/xəstəlikdən 10 (on) il müddətində nəinki sağalmayıb, hətta bu xəstəliyi/diaqnozu kəskinləşməklə, əlavə yeni səhhətimin daha da pisləşməsilə müşahidə olunan xəstəliklərə düçar olub. TSEK-in sonuncu müayinəsinə görə, hazırda diaqozu: “Seropozitiv revmatoid artrit, revmatoid artrit, seropozitiv forma İİ dərəcə aktivlik İİİ mərhələ hormondan asılı. Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dərəcə İkinsili osteoparoz pataloji sınıq olmadan. Sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları, dayaqhərəkət aparatının funksional pozğunluğu İİ dərəcə” - xəstəlikləridir. Səhhətində ağırlaşma olduğuna görə səhiyyə müəssisəsi tərəfindən müayinə edildikdən sonra rəsmiləşdirilmiş 2766003AADWB (TQS № 088) saylı göndərişdə onun səhhətini əks etdirən bütün funksional diaqnostik, laboratorlar rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi təsdiqlənmişdir və ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətlər qeyd edilmişdir. Belə olan halda müvafiq qaydada əlillik vəziyyəti tələb olunduğu kimi iştirakı olmadan qiymətləndirilib, əlillik müddətinin 1 (bir) il də - növbəti müayinəyədək uzadılması barədə müvafiq qərar verilməli idi. Bununla bağlı iddiaçı şikayətlərlə müraciət edərək, əlillik müddətinin uzadılması barədə 17.06.2021-ci il tarixli imtina Qərarının ləğv edilməsini və müvafiq tibbi sənədlər, hallar əsasında əlillik müddətimin 1 (bir) il - növbəti müayinəyədək uzadılmasını xahiş edib, 30 gündən çox müddətin keçməsinə baxmayaraq, heç bir cavab alınmamışdır. Hesab edir ki, cavabdehlərin hərəkətsizliyi əsassızdır. Reabilitasiya anlayışı “Xəstəlik keçirmiş şəxslərin sağlamlığının və əmək fəaliyyətinin bərpası üçün tədbirlər kompleksidir" X6 (ÜST) isə reabilitasiyanı məhz bu cür izah edir: “Reabilitasiya - xəstəlik ... nəticəsində qazanılmış qüsurları olan şəxslərin həyat şəraitinə sağlam şəkildə uyğunlaşmalarını təmin edən kompleks tədbirləri müəyyənləşdirir... Reabilitasiya prosesi hər bir mərhələdən asıh olaraq dəyişir, sağlamlıq imkanları mövcud olan hər hansı şəxslə reabilitasiya işi aparılarsa, ilk mərhələdə məqsəd mövcud qüsurun, əlilliyin profilaktikası, aradan qaldırılmasıdır ki, bu məhz tibbi reabilitasiyadır... Reabilitasiya həmçinin əlilliyi və sağlamlıq imkanları məhdud şəxslərə xəstəlikdən əziyyət çəkən insanlara hərtərəfli baxımdan göstərilən dəstəkdir...” Cavabdeh tərəfindən o hər hansı bir tibbi və s. reabilitasiya tədbirlərinə dəvət olunmayıb, həç bir reabilitasiya prosedurlarından keçməmişdir. 2012-ci ildən bəri isə (10 ildə) sağlamlığının və əmək fəaliyyətinin bərpası nəinki mümkün olmamış, hətta xəstəlikləri/diaqnozu kəskin pisləşmiş, ağır nəticələr vermişdir. 2012-ci ildən ona təyin edilmiş 2-ci qrup/dərəcəli əlilliyin əsasını onun ilkin - 10 (on) il bundan əvvəl olan diaqnozu: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı xəstəliyi olmuş və hamıya, xüsusən də bütün həkimlərə, ekspertlərə məlum olduğu kimi, bu sağalmayan xəstəliklərə aiddir və belə statusda da X4 da siyahısındadır. İllərlə ambulator, stasionar və s. qaydada müalicələri isə heç bir müsbət nəticə vermir. (2020-ci ildə isə, stasionarda müalicəyə ehtiyacı olduğuma baxmayaraq, COVİD-19 ilə bağlı heç bir stasionara qəbul edilməyib. Səhiyyə müəssisəsinin göndərişi üzrə ətraflı, mötəbər/kifayət edən, təsdiqlənmiş tibbi məlumatların, sənədlərin mövcudluğu nəzərə alınmaqla, barəsində səhiyyə müəssisəsinə əlavə məlumat və s. üçün heç bir sorğu-müraciət etməmiş, 2766003AADWB-saylı göndəriş isə geri qaytarılmamışdır. 2012-ci ildən Azərbaycan Respublikası Nazilər Kabinetinin 30.12.2015-ci il tarixli, 413-saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnaməyə əsasən 2-ci qrup əlilliyin təyin edilməsinə əsas, qeyd etdiyi ilkin diaqnoz/xəstəlik: “Seropozitiv revmatoid artrit. poliartrit İİİ dərəcə aktivlik hormondan asılı” olmuşdur və 10 (on) il ərzində səhhətindəki bu xəstəliyi heç bir zaman mübahisələndirilməmişdir. Eyni zamanda son dövrə aid qeyd olunan e-gov.az çıxarışına görə, cavabdeh ilkin əlilliyə səbəb olmuş diaqnozu təsdiqləmiş, hətta tam obyektiv - 10 (on) il ərzində “qazandığı” digər xəstəlikləri də diaqnozlaşdırmış, bununla belə, imtina qərarı çıxarılmışdır, baxmayaraq ki, göndəriş № 2766003AADWB (TQS № 088) üzrə məlumatların qiymətləndirilməsi üçün göstəricilərin kifayət etdiyi, ətraflı göstərilməsi faktiki təsdiq edilmişdir. Əks təqdirdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05.02.2016-ci il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi - sosial ekspert komissiyaları haqqında" Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulduğu kimi göndərişdə məlumatlar ətraflı göstərilməmiş olsaydı, “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun tələbinə müvafiq səhiyyə müəssisəsindən həmin məlumatları tələb edərək qiymətləndirilməni aparardı. Hətta həmin Əsasnamənin 3.1.15-ci bəndinə görə əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək cavabdehin vəzifələrinə daxildir.
3. Məhkəmənin 25.10.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin 2766003AAPWB (TQS- 088) - saylı göndəriş üzrə olan diaqnozu/xəstəlikləri nəzərə alınmaqla adı gedən - 17.06.2021-ci il tarixli qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi, 2-ci dərəcəli (qrup) əlilin ixtisaslaşmış müayinə və müalicə almağının təmini məqsədilə, cavabdehin üzərinə əlillik müddətinin 1 (bir) il - növbəti müayinəyədək uzadılması və bu müddətdə mövcud/lazimi reabilitasiya tədbirlərinə cəlb olunmağı vəzifə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir. Dəyişdirilmiş tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.09.2020-ci il tarixli, 336 №-li “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının 1.1 bəndinə görə xüsusi karantin rejimi 2021-ci il 1 noyabr saat 06:00-dək müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər - “Yeni növ karonavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” 07.04.2020-ci il tarixli, 128 №-li Qərarı ilə əlilliyi olan şəxslərin sosial müdafiəsini təmin etmək məqsədilə 2020-ci ilin mart ayından etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılması qərara alınmışdır. Beləliklə hesab edir ki, hər bir halda, qeydşərtsiz onun əlillik müddətinin ən azı 2021-ci ilin 1 dekabrınadək uzatmalı idilər.
4. Buna baxmayaraq, hər iki qərarın və hətta Azərbaycan Respublikasının Konsitutsiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə heç bir məhəl qoymamışlar.
5. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir. Etirazda bildirilir ki, İddiaçı əlillik vəziyyəti 5 saylı Şəhər Poliklinikasının 12.06.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər=> M06.8- Digər d...; Diaqnozun mətni: Revmatoid artrit, poliartrit.ş İİİ aktivlik dərəcəsi, hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatoid artrit, poliartrit.ş İİİ aktivlik dərəcəsi, hormondan asılı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 saylı Şəhər Poliklinikasının 04.06.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3 : Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d...; Diaqnozun mətni: Revmatoid artrit, poliartrit İİİ aktivlik dərəcəsi,hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatoid artrit, poliartrit İİİ aktivlik dərəcəsi,hormondan asılı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının 02.06.2015-ci il tarixli 2766003AABMO saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05- M14 - lltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero...; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 06.06.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - İltihabı poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero....; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Seropozitiv revmatoid artrit, poliartrit İİİ dərəcə aktivlik hormondan asılı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 5 nömrəli Şəhər Poliklinikasının 07.06.2021-ci il tarixli 2766003AADWB saylı göndərişi əsasında baxılmış və “X3: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero...; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, Revmatoid artrit, poliartrit, seropazitiv forma İİ dər aktivlik İİİ mərh. hormondan asılı. Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dər. İkincili osteoparoz pataloji sınıq olmadan.Sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları, Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dər.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər son 5(beş) ildə stasionar müalicə yetərli deyil.İxtisaslaşmiş müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edirik.
6. İddiaçının müraciətinə cavabd olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik müəssisəsi dövlət tibb müəssisəsinin 2766003AADWB nömrəli göndərişi əsasında 17.06.2021-ci il tarixdə qiymətləndirilmiş və ona tam reabilitasiya qərarı verilmişdir. Gələcəkdə səhhətində ağırlaşma əmələ gələrsə, tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun qiymətləndiriləcəkdir.
7. Məhkəmənin hazırki iş üzrə 06.09.2021-ci il tarixli qərardadı ilə 5 saylı şəhər poliklinikası üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etmir.
8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
12. Odur ki, məhkəmə cavabdeh qismində həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin göstərilməsini formal xəta hesab edir.
13. Hazırki iddia 3 hissədən ibarətdir: - 17.06.2021-ci il tarixli qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi hissəsində müəyyən etmə və tanınma növündə iddia; 2-ci dərəcəli (qrup) əlilin ixtisaslaşmış müayinə və müalicə almağının təmini məqsədilə, cavabdehin üzərinə əlillik müddətinin 1 (bir) il - növbəti müayinəyədək uzadılması hissəsində məcburetmə növündə iddia; və bu müddətdə mövcud/lazimi reabilitasiya tədbirlərinə cəlb olunmağı vəzifə qoyulması hissəsində öhdəliyin icrası haqqında iddiadır.
14. İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);
15. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
16. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsinə əsasən, əlilliyin təyin olunmasına əsas verən xəstəliklər və onun X2 (XBT) uyğun kodları müəyyən edilir.
19. 5 nömrəli şəhər poliklinikası tərəfindən tibbi-sosial ekspert komissiyasına ünvanlanmış İddiaçı barəsində TQS №088 2766003AADWB göndərişə (bundan sonra - göndəriş) əsasən aşağıdakı diaqnoz qoyulmuşdur (göndərişin rəsmiləşdirildiyi tarix: 07.06.2021): Əsas diaqnoz M05 - Seropozitiv revmatoid artrit Revmatoid artrit, poliartrit, seropazitiv forma İİ dər aktivlik İİİ mərh. hormondan asılı. Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dər. İkincili osteoparoz pataloji sınıq olmadan; Ağırlaşması M95.8 - Sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dər. M81 - Patoloji sınıq olmadan osteoporoz ikincili osteoparoz pataloji sınıq olmadan
20. TSEK-ə göndərişə əsas verən göndərişin status localis qrafasında müəyyən olunur ki, hər iki pəncənin “Axilles” daban mahmızı sol pəncədə “Hallux valqus” revmatoid artrit, poliartrit, seropazitiv forma İİ dərəcə aktivlik İİİ mərhələ hormondan asılı. Dayaq-hərəkət aparatının funksional pozğunluğu İİ dərəcə. İkincili osteoparoz pataloloji sınıq olmadan. 2012-ci ildən İİ qrup əlildir. Əlillik müddəti bitdiyinə görə TSEK-ə göndərilir.
21. Məhkəmə qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən TSEK-ə olan göndərişə əsasən əsas diaqnoz (M05) və onun ağırlaşmaları (M95.8 və M81) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsinə əsasən, hər hansı dərəcədə (İ, İİ və İİİ) əlillik təyin etmir. Bu səbəbdən əlilliyin təyin edilməsindən imtinada iddiaçının “tam reabilitasiya olunması - səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar son 5 ildə stasionar müalicə yetərli deyil. İxtisaslaşmış müayinə və müalicə məsləhət görülür” əsasının göstərilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, əsas diaqnoz və onun ağırlaşması əlillik təyin etmədiyindən inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Odur ki, cavabdeh qurumun imtinasının məzmununun məhkəmənin qənəatindən fərqli olması səbəbindən aparılmış qiymətləndirmənin nəticəsinin etibarsız hesab edilməsini həddən artıq formallıq hesab edir.
22. Göndərişdə göstərilən “yanaşı xəstəliklər” qrafasında XBT 10-a əsasən, əlillik müəyyən edən xəstəlik və kodu göstərilməsinə baxmayaraq (İ11.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi İİ mərh), məhkəmə qeyd edir ki, əlillik göndərişdə qeyd olunmuş məlumatlar əsasında qiymətləndirildiyindən əlilliyin təyin edilməsi üçün əsas qismində məhz əsas diaqnoz və onun ağırlaşması nəzərə alınmalıdır.
23. İddiaçı revmatoid artrit xəstəliyindən və onun ağırlaşmasından əziyyət çəkdiyini iddia edir və həmin xəstəlik üzrə ona əlillik dərəcəsi təyin edilməli olduğunu bildirir. Məhkəmə müəyyən edir ki, tibbi-sosial ekspertiza müayinəsinə göndəriş qeyd edilən xəstəliyə uyğun tərtib edilməklə göndərildiyindən göndərişin natamam və ya yanlış doldurulması və ya əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edilməsi halı mövcud deyildir. Bu səbəbdən məhkəmə yuxarıda qeyd edilən qərara uyğun olaraq konkret halda iddiaçının şəxsi əyani müayinəyə cəlb edilməsinə dair cavabdehin öhdəliyinin olduğu qənaətinə gəlmir.
24. Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 128 nömrəli Qərarına və həmin qərara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 215 nömrəli qərara əsasən 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixinədək, xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunan rayonlarda (şəhərlərdə) isə sərtləşmə müddətinin başa çatdığı tarixədək uzadılmışdır.
25. İddiaçının əlillik müddəti 05.06.2021-ci il tarixdə başa çatdığı və 17.06.2021-ci il tarixdə qiymətləndirildiyindən məhkəmə qeyd edilən qərarın ona şamil olunmalı olduğu qənaətinə gəlmir.
26. Digər hissələrdə iddia tələbi qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsindən asılı olduğu üçün məhkəmə əlavə əsaslandırma aparmadan həmin hissələrdə də (əlillik müddətinin 1 (bir) il - növbəti müayinəyədək uzadılması və bu müddətdə mövcud/lazimi reabilitasiya tədbirlərinə cəlb olunması) bu qərarda ifadə edilmiş mövqeyə uyğun olaraq iddia tələbinin təmin edilməməli olduğu qənaətinə gəlir.
27. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva