Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9972/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə gecikmədə olan kreditin restrukturizasiya edilməsi” tələbinə dair inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında 16 yanvar 2015-ci tarixdə bağlanmış kredit müqaviləsi üzrə gecikmədə olan kreditinin restrukturizasiya edilməsi vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının və ləğv prosesində olan "xxxx" ASC-nn ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında 16 yanvar 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır.Onunla bağlanmış kredit müqaviləsinə əsasən Bank tərəfindən ona illik 27% olmaqla 12 aylıq müddətinə 5000ABŞ dolları kredit verilmişdir. Bak şəhər Yasamal rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin xeyrinə 16 yanvar 2015-ci il tarixli 1124 nömrəli kredit müqaviləsi üzrə 16 yanvar 2016-cı il tarixə ödənilməmiş 4998,45 ABŞ dolları məbləğində əsas, 944.63 ABŞ dolları məbləğində faiz borcu, cəmi 5943.08 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28.50 manat məbləğində pulun ondan tutulması qət edilmişdir. Lakin ölkədə baş vermiş ABŞ dollarının manata nisbətdə bahalaşması hamı kimi ona da maddi cəhətdən çıxaılmaz vəziyyətə saldı və bununla da, o bankın kreditlərini ödəyə bilmədi. Bununla da gecikmələrillərlə davam etdi. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında 9PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Gəlməmələrinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X1:
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr inzibati məhkəmə icraatı üzrə aparılır. İnzibati Prosessual Məcəllənin 3cü maddəsi ilə isə inzibati məhkəmə icraatı üzrə səlahiyyətli məhkəmələr sadalanmışdır. Adıçəkilən Məcəllənin: 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. 3.4. İnzibati mübahisələrə kassasiya qaydasında Ali Məhkəmənin İnzibati kollegiyası tərəfindən baxılır. 3.5. İnzibati məhkəmələrdə inzibati mübahisələrə hakim tərəfindən təkbaşına baxılır. 3.6. Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarında (həm birinci instansiya məhkəməsi qismində, həm də apellyasiya instansiyası məhkəməsi qismində) inzibati mübahisələrə 3 hakimdən (daimi sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır. 3.7. Kassasiya qaydasında inzibati mübahisələrə dair işlərə 3 hakimdən (daimi sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır. Qanunvericiliyin tələbləri ilə də aydın olur ki, inzibati mübahisələrə bir qayda olaraq üç pilləli qaydada baxılır, belə ki, birinci instansiya məhkəməsinə daxil olmuş inzibati mübahisə üzrə iddia ərizəsi ilkin olaraq birinci instansiya məhkəməsi baxılır, həmin məhkəmə tərəfindən qəbul edilmiş məhkəmə qərarı üzrə apellyasiya instansiya məhkəməsində baxılan işdən kassasiya şikayəti veriləcəyi təqdirdə həmin işə kassasiya instansiya məhkəməsi kimi Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılır. Lakin adıçəkilən Məcəllənin 3.2-ci maddəsi ilə göstərilən qaydadan fərqli olaraq bəzi kateqoriya işlər üzrə birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları çıxış etdiyi müəyyən edilmişdir. Maddədən də göründüyü kimi Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Fəsildə olan Məcəllənin: 131.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 132.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Mövcud inzibati praktika göstərir ki, ləğv prosesində olan kreditor tələblərinin qeydiyyata alınması, qeydə alınmış kreditor tələblərinin dəqiqləşdirilməsi, qeydiyyat müddətinin uzadılması, kreditin girov qoyulmuş səhmlərlə əvəzləşdirilməsi və ya həmin səhmlərə tutmanın yönəldilməsi, bank əməliyyat sistemində məlumatları mövcud olan lakin kredit dosyesi təhvil verilməyən müştərilərin kreditlərinin restrukturizasiya edilməsinə icazə verilməsi, pul vəsaitinin köçürülməsi, xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqların digər hüquqi şəxsə keçirilməsi, qorunmayan əmanətlərin ödəniş siyahısına əlavə edilməsi və s formasında iddia tələblərinə məhz yuxarıda adıçəkilən normaların tələbləri baxımından birinci instansiya məhkəməsi qismində Bakı Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia tələbi də müvafiq tələb kimi apellyasiya instansiya məhkəməsində baxılaraq hüquqi qiymət verilməli olan iddia hesab edildiyindən hazırkı qaydada iddianın birinci instansiya məhkəməsində irəli sürülməsi prosessual qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də aydın olur ki, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı onunla "xxxx" ASC arasında 16 yanvar 2015ci tarixdə bağlanmış kredit müqaviləsi üzrə gecikmədə olan kreditinin restrukturizasiya edilməsini xahiş edir. Məhkəmə diqqətə çatdırır ki, hüquqi əsasın nə olmasından asılı olmayaraq hazırkı iddianın əsasında pul tələbinin, yəni kreditor tələbinin mövcudluğu dayanır. Kreditor tələbində borclu qismində isə ləğv edilməkdə olan bank çıxış edir. Məcəllənin 131.1-ci maddəsi isə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı iddiaya baxmalı olan məhkəməni konkret olaraq müəyyən etmişdir. Burada kreditor tələbindən yaranan digər növ iddialara da apellyasiya məhkəməsi tərəfindən baxılması istisna olunmur. Qeyd olunmalıdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsi müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında bölüşdürülməsi qaydasını müəyyən edir ki, hazırkı iddia tələbinin təmin olunub-olunmaması 82-ci maddənin hazırkı münasibətdə tətbiq edilibedilməməsini, pul güzəştinin qəbul edilməli olub-olmaması ilə əlaqədar olacaqdır ki, birinci instansiya məhkəməsinin hazırkı iddiaya mahiyyəti üzrə baxması Fond tərəfindən aparılan ləğv etmə proseduruna apellyasiya məhkəməsi tərəfindən həyata keçirilən məhkəmə nəzarətinə müdaxilə kimi qiymətləndirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, “Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Göründüyü kimi iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi hüququnun Konstitusiya Məhkəməsi tərəfindən izah olunması göstərilən Qərarda müəyyən edilmişdir ki, Cavabdeh2 ASC-nin ləğvi proseduruna nəzarəti Bakı İnzibati Məhkəməsi həyata keçirmir və həmin banka qarşı və ya həmin bankla iddiaçı arasında yaranmış münasibətlərdən yaranan tələblərlə bağlı da hansı məhkəmənin nəzarət səlahiyyətinə malik olması da konkret təsbit edilmişdir. Beləliklə, hazırkı iddia ona baxmağa səlahiyyəti olmayan məhkəməyə təqdim edildiyindən mümkün hesab edilməməlidir. Bu zaman iddianın mümkün hesab edilməməsi ilə bağlı gəlinən nəticədə, həmçinin iddiaya baxılması üçün işin aidiyyəti üzrə apellyasiya məhkəməsinə göndərilməsinin inzibati prosessual qanunvericilikdə müəyyən edilməməsi də nəzərə alınmalıdır. İş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilə bilinmədiyindən iddia mümkün sayılmamalı və hazırkı iddia ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ iddiaçılara izah edilməlidir. Məhkəmə iddianın cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı münasibətdə mümkünlüyü ilə bağlı onu da vurğulamağı zəruri hesab edir ki, “ Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.3-cü maddəsinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Göründüyü kimi kredit borcunun restrukturizasiya olunması üçün aidiyyəti üzrə cavabdehlik məhz kredit təşkilatı daşıyır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya hazırkı iddia tələbi ilə Fonda qarşı aidiyyəti üzrə səlahiyyətli məhkəmə kimi Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ izah edilir. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə gecikmədə olan kreditin restrukturizasiya edilməsi” tələbinə barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim: Aygün Abdullayeva